Məhkəmə qərarları › İş №e-2(001)-3019/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3019/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3019/2023 26.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "xxxx" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 12312,99 (on iki min üç yüz on iki manat, doxsan doqquz qəpik) manat borcun və ödənilmiş 189 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 05 aprel 2013-cü il tarixli 01 saylı borc müqaviləsi əsasında “X6 İstehsalat Müəssisəsi” MMC-yə üst-üstə 25600,0 (iyirmi beş min altı yüz) manat məbləğində borc vermişdir. Həmin vəsaitin müəssisə tərəfindən qəbulu ilə bağlı ona müvafiq kassa mədaxil orderlərinin qəbzi verilmişdir. Müqavilənin 2.2.1-ci bəndinin tələbinə əsasən borclu borc məbləğini xx.xx.2023-cü il tarixədək ona qaytarmalı idi. Müəssisə tərəfindən ona olan borcdan yalnız 13288 manat qaytarılmış, 12312 manat pul vəsaiti isə qaytarmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 2018-ci il tarixli 414 saylı qərarı ilə, aqrar sahədə bazar infrastrukturunun inkişafı və sahə üzrə ixtisaslaşan təsərrüfatların formalaşdırılması, onların qlobal bazara geniş inteqrasiya sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədi ilə bir sıra müəssisələrin, o cümlədən “X6 İstehsalat Müəssisəsi” MMC birləşdirilərək Cavabdeh MMC yaradılmışdır. Bundan sonra 12312 manat pul vəsaitinin qaytarılması üçün “X6 İstehsalat Müəssisəsi” MMC-nin hüquqi varisi olan hazırki cavabdehə dəfələrlə müraciətlər etmişdir. Müraciətlərindən birinə isə 16 iyun 2022-ci il tarixli MİHO/126-2022-92 saylı cavab məktubu ilə bildirilmişdir ki, ərizənin əsaslandırılması üçün bütün sübutlar, o cümlədən “Mühasibat uçotu haqqında” qanuna uyğun olaraq maliyyə hesabatları, ödəniş qəbzləri və s. əlavə edilməklə ödənişlərin əsaslığını müəyyən etmək mümkündür. 2018-ci ildə “X6 İstehsalat Müəssisəsi” MMC-nin rəhbəri işlədiyi dövrdə şəxsi vəsaitindən müəssisəyə ödənilmiş pul məbləğinin ərizəsinə uyğun olaraq geri qaytarılması ilə bağlı araşdırma aparılmış, lakin həmin ödənişlərin əsaslığı ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. İddia etdiyi 12312 manat 99 qəpik pul tələbi ilə əlaqədar olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququ vardır. Bundan sonra ödənişlərin əsaslığını təsdiq edən hüquqmüəyyənedici sənədlərin, yəni borc müqaviləsini, kassa mədaxil orderinin qəbzlərinin surətini, müəssisənin yerli xəzinəsinə 2018-ci il ərzində mədaxil və məxaric olunmuş pul vəsaitlərinin xərclənməsi barədə sənədləri və müəssisənin balansında olan debitor və kreditor borcların 28 mart 2019-cu il tarixə olan siyahısını cavabdeh təşkilata göndərmişdir. Bu dəfə də müraciətinə 26 avqust 2022-ci il tarixli MİHO 36-2-2022 saylı məktubla cavab olaraq bildirilmişdir ki, pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, 12312,99 (on iki min üç yüz on iki manat, doxsan doqquz qəpik) manat pul vəsaiti, dövlət rüsumu kimi ödənilmiş 189 manat pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdeh xx.xx.2023-cü il tarixdə etiraz ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçının iddia tələbinin əsaslandığı 05 aprel 2018-ci il tarixli 01 saylı borc müqaviləsinə baxdıqda görünür ki, “X6 İstehsal Müəssisəsi” MMC-nin adından bu müqaviləni X4 etibarnamə əsasında imzalamışdır. İddia ərizəsinə əlavə edilən 01 aprel 2018-ci il tarixli etibarnamədən də göründüyü kimi etibar edilmiş şəxs olan Zenfira Məmmədova həmin dövrdə cəmiyyətin baş mühasibi işləmişdir. Hazırki İddiaçı isə bu müəssisənin direktoru olmuşdur. İddia ərizəsinə əlavə edilən bu sənədlərdən göründüyü kimi direktor olan İddiaçı müəssisədən pulu mənimsəmək üçün formal olaraq borc müqaviləsi bağlamışdır. MM-nin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. MM-nin 362-ci maddəsindən göründüyü kimi etibarnamə üçüncü şəxslər qarşısında təmsil edilmək üçün verilir. Etibarnamədən göründüyü kimi Zenfira Məmmədovaya verilən etibarnamə İddiaçı tərəfindən üçüncü şəxslər MM-nin 362-ci maddəsinə əsasən etibarnamə üçüncü şəxslər qarşısında bağlanmaq üçün verilir. 05 aprel 2018-ci il tarixli 01 saylı borc müqaviləsindən isə görünür ki, üçüncü şəxslər qarşısında bağlanmaq üçün İddiaçı tərəfindən verilmiş etibarnamə əsasında onu təmsil edən orqanın baş mühasibi Zenfira Məmmədova üçüncü şəxslərlə deyil, bu müqaviləni etibar edən şəxs olan İddiaçı özü ilə bağlamışdır. Yuxarıda qeyd edilən əsaslara görə bağlanmış əqd özüözlüyündə etibarsızdır. Digər tərəfdən o da qeyd edilməlidir ki, iddia ərizəsinə əlavə edilən kassa mədaxil orderləri qəbzlərindən də göründüyü kimi bu qəbzlərdə imza möhürlə təsdiqlənməli olduğu halda təsdiqlənməyib. Qeyd edilən əsaslarla belə nəticəyə gəlmək olur ki, iddiaçının iddia tələbi əsassızdır. Yuxarıda qeyd edilən səbəblərə görə iddianın rədd edilməsini, eyni zamanda əvvəllər “X6 İstehsal Müəssisəsi” MMC kimi fəaliyyət göstərmiş dövlət müəssisəsinə belə saxta sənədlər təqdim etməklə mənimsəmə və israf etmə kimi qanunsuz əməllər törətmiş şəxs olan İddiaçı barəsində xüsusi qərar çıxarılmaqla araşdırma aparılması üçün prokurorluğa göndərilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) X2 cavabdeh həmin etirazına yazılı münasibət bildirərək göstərmişdir ki, Cavabdeh MMC-nin vəzifəli şəxsi tərəfindən İddiaçı iddiasına qarşı yazdığı etirazda göstərilən fikirlər qanunsuz və əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 2018-ci il tarixli 414 saylı qərarı ilə aqrar sahədə bazar infrastrukturunun inkişafı və sahə üzrə ixtisaslaşan təsərrüfatların formalaşdırılması, onların qlobal bazara geniş inteqrasiya sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədilə bir sıra müəssisələrin, o cümlədən “X6 İstehsalat Müəssisəsi” MMC birləşdirilərək “X5 və Emal Birliyi” MMC yaradılmışdır. Keçmiş “X6 İstehsalat Müəssisəsi” MMC olmaqla özünü maliyyələşdirmə formasında fəaliyyət göstərmişdir. Bu məqsədlə də cəmiyyət balansında olan 600 (altı yüz) başdan artıq xırda buynuzlu heyvanların saxlanmasında və bəslənməsində, onların yem bazasının yaradılmasında, eyni zamanda heyvanların dərman və digər prepatlarla təmin olunmasında çəkilən xərclərin qarşılanması məqsədilə cəmiyyətin bütün imkanlarından səmərəli istifadə etməyə çalışmışdır. Bu məqsədlə də cəmiyyət Kürdəmir rayonunun ərazisində yerləşən və cəmiyyətin istifadəsində olan torpaq sahələrində kifayət qədər müxtəlif əkin işləri aparmışdır. Cəmiyyət ləğv olunanadək həmin ərazidə yerləşən torpaq sahəsindən öz vəsaiti hesabına payızlıq əkin üçün 160-170 hektara yaxın sahə iki dəfə şumlanılmaqla səpinə hazırlanmışdır. Sonradan cəmiyyət ləğv edildiyinə görə tərəfindən həmin sahənin səpilməsi dayandırılmış və bununla bağlı nazirliyin bu sahəyə rəhbərlik edən əməkdaşlarına məlumat verilmişdir. Lakin nazirliyin Cəfər və Arzu adlı əməkdaşları ona bildirmişlər ki, sən öz yerində qalıb işləyəcəksən, işləri davam etdir və əkini qoyduğun vəsaiti isə biçin vaxtı götürəcəksən. Bundan sonra o, razılaşmış və 120 hektar arpa, 40 hektardan artıq isə buğda səpərək əkini başa çatdırmışdır. Onun torpaq sahəsinin əkilməsinə çəkdiyi xərc cəmiyyətin maliyyə hesabatında öz əksini tapmışdır. Bir müddət keçdikdən sonra o, işdən kənarlaşdırılmış və xəstəliyi ilə əlaqədar xəstəxanada yatmalı olmuşdur. O, xəstəxanada olarkən cəmiyyətin bütün sənədləri, o cümlədən maliyyə sənədləri 28 mart 2019-cu il və 29 mart 2019-cu il tarixli aktlar əsasında nazirliyin əməkdaşlarına təhvil verilmişdir. Onu da bildirirlər ki, sonradan həmin əkin sahəsi onlar tərəfindən biçilərək məhsulu götürmüşlər. Bundan sonra o, əkinə çəkdiyi xərclərin və cəmiyyətin keçmiş işçiləri onlara ödənilməmiş əmək haqlarının hesabına yaranmış borcların verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişlər. Cavabdeh MMCnin 30 dekabr 2021-ci il tarixli 21M/29 saylı məktubu ilə müraciətlərinə cavab olaraq bildirilmişdir ki, ləğv edilmiş “X6 İstehsalat Müəssisəsi” MMC-nin sabiq işçilərinə olan 6312,65 (altı min üç yüz on iki 65 qəpik) manat əmək haqqı borcu yaxın müddətdə ödəniləcək və digər məsələlər barədə konkret faktlarla və təsdiqedici sənədləri cəmiyyətə təqdim edəcəkləri təqdirdə əlavə araşdırma aparılaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görüləcəkdir. Bundan sonra o, əkinə çəkdiyi xərclərin sənədlərini Cavabdeh MMC-yə təqdim edərək təkrar müaciət etmişdir. Cəmiyyətin 16 iyun 2022-ci il tarixli MİHO/1.2.6-2022-92 saylı məktubu ilə müraciətinə cavab olaraq bildirmişdir ki, “Mühasibat uçotu haqqında” Qanuna uyğun olaraq maliyyə hesabatları, ödəniş qəbzləri və s. əlavə edilməklə ödənişlərin əsaslığını müəyyən etmək mümkündür, lakin həmin ödənişlərin əsaslılığı ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir və iddia etdiyi 12312 maat 99 qəpik pul tələbinə dair məhkəməyə müraciət etmək hüququ vardır. Cavabdan da göründüyü kimi cavabdeh orqan onun əkinə çəkdiyi xərci qəbul edir, lakin onun ödənilməsindən dolayısı ilə imtina edir. Məhkəmənin diqqətinə çatdırır ki, o, işlədiyi dövrdə dövlət tərəfindən cəmiyyətə heç bir vəsait ayrılmamışdır və o, heç bir dövlət əmlakını mənimsəməmiş və israf etməmişdir. O, cəmiyyətin balansında olan xırdabuynuzlu heyvanların qorunub saxlanılmasında, onların yem bazasının yaradılmasında öz vəsaiti hesabına 160 hektardan artıq torpaq sahəsinin əkilməsində çəkdiyi xərci tələb edir. Təbii ki, kənd təsərrüfatı sahəsi rentabelli olmadığına görə xərclənən pulların gələcəkdə qaytarılması üçün rəsmiləşdirilməsi məqsədi ilə cəmiyyətin rəhbərliyi ilə mühasib arasında belə bir müqavilə bağlanması zərurətdən yaranmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Cavabdeh MMC-nin vəzifəli şəxsi tərəfindən iddiaya qarşı etirazın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 01 aprel 2018-ci il tarixli Etibarnamədən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “X6 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı tərəfindən Cəmiyyətin baş mühasibi X1 öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən “Borc Müqaviləsi” bağlamağı, imza etməyi, bu əqdlər üzrə haqq-hesab aparmağı, lazım olan mühasibat sənədlərinə (əmrlərə və sair) imza etmək, pulu qəbul etmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətlərin edilməsi səlahiyyətlərini həvalə etmişdir. Həmin etibarnamə üzrə səlahiyyətlər başqasına verilə bilməz. Etibarnamə 01 aprel 2019-cu il tarixə 1 il müddətinə qüvvədədir. 05 aprel 2018-ci il tarixli 01 №-li Borc Müqaviləsindən görünür ki, İddiaçı Cömərd oğlu “borc verən” “X6 İstehsalat Müəssisəsi” (etibarnamə əsasında nümayəndəsi X4) “borc alan” olmaqla aralarında bağlanmış müqaviləyə əsasən, borc verən İddiaçı 25600 (iyirmi beş min altı yüz) manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu (bundan sonra “Borc” adlandırılacaq) müəssisəsinin kassasına nəzarət olmadığına görə müəssisənin ehtiyacı olanda hissə-hissə “Borc alan”a verməyi, “Borc alan” isə borcu müqavilənin şərtlərinə uyğun olara “Borc verən”ə geri qaytarmağı öhdəsinə götürür. Həmin müqaviləni borc verən qismində İddiaçı Cömərd oğlu, borc alanın əvəzinə isə 01 aprel 2018-ci il tarixli etibarnaməyə əsasən baş mühasib X4 imzalamışdır. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, borc məbləğinin verilməsi “Borc verən” tərəfindən “Borc alanın” kassasına köçürülmə yolu ilə həyata keçirilir və borc məbləğinin verildiyi an həmin məbləğin “Borc alanın” hesabına köçürüldüyü an hesab olunur. Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən, “borc” məbləğini 5(beş) il müddətinə, yəni 01 aprel 2023-cü il tarixə kimi tam həcmdə qaytarmaq borc alanın öhdəliyidir. “X6 İstehsalat Müəssisəsi” MMC-nin 09 aprel 2018-ci il tarixli ƏXZ seriyalı 427421 №-li kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı öz şəxsi vəsaitindən 2.618,10 (iki min altı yüz on səkkiz manat 10 qəpik) manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. “X6 İstehsalat Müəssisəsi” MMC-nin 16 aprel 2018-ci il tarixli ƏXZ seriyalı 427422 №-li kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı öz şəxsi vəsaitindən 1.450 (min dörd yüz əlli) manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. “X6 İstehsalat Müəssisəsi” MMC-nin 26 aprel 2018-ci il tarixli ƏXZ seriyalı 427423 №-li kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı öz şəxsi vəsaitindən 2.550 (iki min beş yüz əlli) manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. “X6 İstehsalat Müəssisəsi” MMC-nin 19 may 2018-ci il tarixli ƏXZ seriyalı 427427 №-li kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı öz şəxsi vəsaitindən 4119 (dörd min yüz on doqquz) manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. “X6 İstehsalat Müəssisəsi” MMC-nin 04 iyun 2018-ci il tarixli ƏXZ seriyalı 427430 №-li kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı öz şəxsi vəsaitindən 1520 (min beş yüz iyirmi) manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. “X6 İstehsalat Müəssisəsi” MMC-nin 14 iyun 2018-ci il tarixli ƏXZ seriyalı 427431 №-li kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı öz şəxsi vəsaitindən 4310 (dörd min üç yüz on) manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. “X6 İstehsalat Müəssisəsi” MMC-nin 28 iyun 2018-ci il tarixli ƏXZ seriyalı 427432 №-li kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı öz şəxsi vəsaitindən 585 (beş yüz səksən beş) manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. “X6 İstehsalat Müəssisəsi” MMC-nin 28 sentyabr 2018-ci il tarixli ƏXZ seriyalı 427445 №-li kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı öz şəxsi vəsaitindən 4380 (dörd min üç yüz səksən) manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. “X6 İstehsalat Müəssisəsi” MMC-nin 10 dekabr 2018-ci il tarixli ƏXZ seriyalı 427462 №-li kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı öz şəxsi vəsaitindən 4062 (dörd min altmış iki) manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. “X6 İstehsalat Müəssisəsi” MMC-nin direktoru Sadıqov.A.C və baş mühasib Məmmədova Z.H tərəfindən tərtib edilmiş “...“X6 İstehsalat Müəssisəsi” MMC-nin balansında olan debitor və kreditor borclarının 28 mart 2019-cu il tarixə olan Siyahısı”nın surətindən görünür ki, direktorun öz şəxsi vəsaitindən xərclənən pul vəsaitinin qalığı 12.312,99 manat təşkil edir. “X6 İstehsalat Müəssisəsi” MMC-nin direktoru Sadıqov.A.C və baş mühasib Məmmədova Z.H tərəfindən tərtib edilmiş “...“X6 İstehsalat Müəssisəsi” MMC-nin 2018-ci il ərzində məxaric olunmuş pul vəsaitlərinin hərəkəti barədə cədvəlin” surətindən görünür ki, 2018-ci ilin 10-cu ayında 4034 manat, 2018-ci ilin 11-ci ayında 6752,98 manat, 2018-ci ilin 12-ci ayında 2494,13 manat olmaqla, cəmi 13281,11 manat məbləğində pul vəsaiti təsisçi payından (direktorun şəxsi vəsaitindən) geri qaytarılmışdır. xx.xx.2019-cu il tarixə pul vəsaiti qalığı yoxdur. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh MMC-nin İddiaçı ünvanlanmış 16 iyun 2022-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə daxil olmuş 2022-ci il 16 may tarixli MİHO/1.2.6-S-1-2022-2 nömrəli müraciətinə cavab olaraq bildirilmişdir ki, ərizənin əsaslandırılması üçün bütün sübutlar, o cümlədən “Mühasibat uçotu haqqında” Qanuna uyğun olaraq maliyyə hesabatları, ödəniş qəbləri və s.əlavə edilməklə ödənişlərin əsaslılığını müəyyən etmək mümkündür. 2018-ci ildə “X6 İstehsalat Müəssisəsi” MMC-nin rəhbəri işlədikləri dövrdə şəxsi vəsaitlərindən müəsssisəyə ödənilmiş pul məbləğinin ərizəyə uyğun olaraq geri qaytarılması ilə bağlı araşdırma aparılmış, lakin həmin ödənişlərin əsaslılığı ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. İddia etdiyi 12312 manat 99 qəpik pul tələbi ilə əlaqədar olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh MMC-nin İddiaçı ünvanladığı 26 avqust 2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ünvanlanmış 28 fevral 2022-ci il tarixli müraciətinə X3 və Emal Birliyi” MMC-də baxılmış və iddia etdiyi 12312 manat 99 qəpik pul tələbi ilə əlaqədar olaraq Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh MMC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlamış olduğu 06 iyul 2023-cü il tarixli 3-22- 15/2-66/2023 №-li ərizəsindən görünür ki, payız əkin-səpin işləri sentyabr-noyabr aylarında aparılır. Yaz aylarında əkin işləri barədə müəssisədə hər hansı məlumat aşkar edilməmişdir. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 7 aprel tarixli 111 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 sentyabr tarixli 414 nömrəli qərarı ilə “X6 İstehsalat Müəssisəsi” MMC və adları Qərarda qeyd olunan digər müəssisələr birləşdirilərək, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh yaradılmışdır. Sözügedən “X6 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yuxarıda qeyd edilən həmin Qərara əsasən 2018-ci ilin 25 sentyabr tarixindən səlahiyyətsiz olduğu üçün iddiaçı tərəfin bu dövrdən sonraya təqdim etdiyi qəbzlərin də hüquqi əsası yoxdur. Eyni zamanda 2018-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan bu müəssisəsinin borc götürməsinə heç bir əsas olmamış və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsərrüfathesablı belə müəssisələrlə borc müqaviləsi bağlanması barədə hər hansı bir göstəriş və ya razılıq verilməmişdir. 30 mart 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 189 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı “X6 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olduğu zaman cəmiyyətin baş mühasibi Zenfirə Məmmədovaya Cəmiyyətin adından 01 aprel 2018-ci il tarixli etibarnamə vermiş, 05 aprel 2018-ci tarixdə isə həmin etibarnamə əsasında hərəkət edən Zenfirə Məmmədova Cəmiyyətin adından borc verən qismində çıxış edən İddiaçı ilə Cəmiyyətə hissə-hissə 25600 (iyirmi beş min altı yüz) manat məbləğində borc pulun verilməsini nəzərdə tutan borc müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 sentyabr tarixli 414 nömrəli qərarı ilə “X6 İstehsalat Müəssisəsi” MMC Qərarda qeyd olunan digər müəssisələr ilə birləşdirilərək, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh yaradılmışdır. İddiaçı cavabdeh cəmiyyətin sələfi olan cəmiyyətə 05 aprel 2018-ci tarixli borc müqaviləsi əsasında hissə-hissə 25600 (iyirmi beş min altı yüz) manat məbləğində borc verdiyini, həmin borcdan 12312,99 manat məbləğin hələ də qaytarılmadığını iddia edərək hazırkı iddia tələbini irəli sürmüş, bu iddiasını başlıca olaraq cavabdehin sələfinə aid olan və 2018-ci ilin aprel-dekabr aylarını əhatə edən kassa mədaxil orderinin qəbzləri ilə sübut etməyə çalışmış, cavabdeh isə iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu mənada məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbinin hüququ əsası kimi Mülki Məcəlləsinin 739-cu maddəsi nəzərdən keçirilə bilər. Normanın dispozisiya şərtlərindən görünür ki, borc müqaviləsi üzrə iştirakçı (borc verən) pula dair mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldığı pulu həmin miqdarda borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Göründüyü kimi, borc müqaviləsinə görə bir tərəf pulu verməli, qarşı tərəf isə həmin pulu qəbul edərək borc verənə qaytarmağı öhdəsinə götürməlidir. Qeyd edildiyi kimi, iddiaçı 05 aprel 2018-ci tarixli borc müqaviləsi üzrə cavabdehin sələfinə borc pul verdiyinin sübutu kimi başlıca olaraq həmin cəmiyyətə aid olan və 2018ci ilin aprel-dekabr aylarını əhatə edən kassa mədaxil orderinin qəbzlərini, o cümlədən digər sənədləri (debitor və kreditor borclarının siyahısı və məxaric olunmuş pul vəsaitlərinin hərəkəti barədə cədvəl) təqdim etmişdir. İddianın sübutu qismində məhkəməyə təqdim edilən həmin qəbzlərin və digər sənədlərin iddiaçının özü və 05 aprel 2018-ci tarixli borc müqaviləsi bağlanarkən iddiaçının verdiyi etibarnamə əsasında onun adından hərəkət edən cəmiyyətin baş mühasibi tərəfindən imzalandığını nəzərə alan məhkəmə həmin sübutlara tənqidi yanaşır və hesab edir ki, sadəcə qeyd edilən sənədlər və xüsusilə də kassa mədaxil orderinin qəbzləri əsasında iddia edilən borc məbləğinin cavabdehin sələfi olan cəmiyyətə verildiyi qənaətinə gəlmək mümkün deyildir. Bunun üçün həmin məbləğin həqiqətən də cəmiyyətin bank hesabına və ya xəzinəsinə ödənilmiş olduğu sübut edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçı həmin vəsaitlərin rəhbəri olduğu cəmiyyətə əkinlərin həyata keçirilməsi üçün xərcləndiyini bildirsə də, hansı əkinlərin aparılmasına və aparıldığı iddia edilən əkin işlərinin həqiqətən də onun tərəfindən cəmiyyətə verilən borc vəsaiti hesabına həyata keçirilməsinə dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə, cəmiyyətin borc olaraq verildiyi iddia edilən pul vəsaitinə ehtiyacının olması və ya həmin pul məbləğinin cəmiyyətinin ehtiyacları üçün sərf edilməsi müəyyən edilmir. Digər tərəfdən işin hallarından göründüyü kimi, həmin cəmiyyət Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuşdur və əgər cəmiyyətin həmin dövrdə həqiqətən maliyyə çətinlikləri olmuşsa, buna dair həmin nazirliyə məlumatın verilməsi, xüsusilə də borcun alınması məsələsinə dair nazirliyin fikrinin alınması daha məntiqli olardı. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, İddiaçı irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "xxxx" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdehnə qarşı "xxxx" tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar