Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3102/2023 31.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus ünvan 4 saylı mənzildən cavabdehlər Cavabdeh2 və onun oğlu Cavabdeh1 istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini, qəbul ediləcək qətnamənin cavabdehlərin ünvan 4 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olmasının qətnamədə göstərilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, birinci Cavabdeh2 onun qardaşının keçmiş arvadıdır. O, iddiaçının qardaşı (X25) ilə xx.xx.2001-ci il tarixində nikaha daxil olmuş, həmin nikahdan onların ümumi övladı – xx.xx.2002-ci il təvəllüdlü ikinci Cavabdeh1 doğulmuşdur. Daha sonra onların münasibətləri pisləşmiş və aralarındakı nikah xx.xx.2004-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur və uşağın anasının yanında qalması qət edilmişdir. Birinci cavabdeh mənzildən istifadə hüququnu tələb etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2-992/04 saylı xx.xx.2004-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Əliyeva (hazırda Məmmədova) Aygün Kamil qızının iddiası təmin edilərək, onunla mərhum Olqa Nikolayevna arasında mənzildən istifadə hüququna dair razılaşmanın bağlanmış hesab olunması və Cavabdeh1 ilə (Cavabdeh 2) birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 3, 33 saylı mənzilə (bundan sonra “Mübahisəli Mənzil”) köçürülməsi və həmin mənzildə qeydiyyata alınması qət edilmişdir. Məhkəmə qətnaməsi öz qanuni qüvvəsini almışdır. O, həmin mənzildə böyümüş, daha sonra həmin mənzili vərəsəlik üzrə əldə etmişdir. Mənzilin ilkin mülkiyyətçisi onun mərhum anası - X11muşdur. Olqa Nikolayevna xx.xx.2018-ci il tarixdə vəfat etmiş və ondan miras qalan mübahisəli mənzil ona qanun üzrə vərəsəlik və daha sonra miras payının bağışlanması haqda xx.xx.2019-cu il tarixli müqavilənin bağlanması yolu ilə keçmişdir. Nəticədə, ona mübahisəli mənzilin tam mülkiyyətçisi kimi AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Cavabdehlər 2018-ci ildən həmin mənzilə gəlməyiblər. Birinci cavabdeh onun qardaşı ilə 2004-cü ildə boşandıqdan mübahisəli mənzildən istifadə hüququnu məhkəmə yolu ilə tələb etmişdir. Lakin iddia tələbinin təmin edilməsi, yəni ona həmin mənzildə istifadə hüququnun verilməsinə baxmayaraq, o, oğlu ilə, yəni ikinci cavabdeh ilə birlikdə həmin mənzildə daim yaşamamış, yalnız ara-sıra gəlib getmişdir. 2018-ci ildən sonra isə, cavabdehlər həmin mənzilə heç gəlməmişlər. Onda olan məlumata əsasən, cavabdehlər uzun müddətdir ki, Bakı şəhərində başqa yerdə yaşayırlar. Göründüyü kimi, cavabdehlər 5 ildən çoxdur ki, bir dəfə də olsun mübahisəli mənzilə gəlməmiş və onlara məhkəmə ilə verilmiş istifadə hüququnu reallaşdırmamışlar, lakin bu günədək mənzildə formal olaraq qeydiyyatda qalmaqda davam edirlər. Cavabdehlərin qeydiyyatda qalması onun hüquqlarını pozur. Cavabdehlərin 2004-ci ildə istifadə hüququ tanınsa belə, o, istifadə hüququnu həyata keçirməmiş, yalnız bəzi vaxtlarda mənzilə gəlib-getmişlər. 2018-ci ildən sonra isə cavabdehlər mənzilə bir dəfə də olsun gəlməyiblər, maraqlanmayıblar. Lakin bu günədək onun mənzildən rəsmi pasport qeydiyyatında qalmaqda davam edirlər. Bu isə onun mülkiyyət hüququnu əsassız şəkildə məhdudlaşdırır. Belə ki, o, ailəlidir, üç qız övladı var, mənzilindən istədiyi kimi istifadə edə bilmir: mənzil ilə bağlı hər-hansı notariat əməliyyatlar aparılarkən, cavabdehlərin razılığı tələb olunur, cavabdehlərin razılığını isə əldə etmək mümkün deyil, onlarla ünsiyyət yoxdur. Digər tərəfdən, cavabdehin mənzildə qeydiyyatı formal xarakter daşımasına baxmayaraq, cavabdehə aid bütün bildirişlər, məktublar həmin ünvana gəlir. Göründüyü kimi, cavabdehlərin mənzildə qeydiyyatda qalması mülkiyyətçinin öz hüquqlarını reallaşdırılmasına ciddi şəkildə maneə yaradır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehlərin iddiaçının mənzilində yaşamağa ehtiyacları da yoxdur. Belə ki, hal-hazırda ünvan 1 ünvanının 1/8 hissəsi, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, “Coğrafiyaçı” b/y-nın 6-cı Şimal 279 saylı bağ sahəsində yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaq təyinatlı torpaq sahəsinin 1/8 hissəsi və Xaçmaz rayonu, Alcqışlaq kəndində yerləşən torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. Eləcə də məhkəməyə təqdim edilmiş aktla və digər sənədlərlə də müəyyən olunur ki, cavabdehlər hal-hazırda ünvan 1 ünvanında yaşayırlar. Həmçinin cavabdehlərin iddiaçının mənzilində hər hansı bir şəxsi əşyaları qalmamış, yalnız mebeller vardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiyini bildirərək, öz izahatında göstərdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddia ərizəsinin irəli sürülməsinin əsasları kimi cavabdehlərin 2018-ci ildən mübahisəli mənzildə yaşamamaları və həmin mənzildən yaşayış sahəsi qismində ehtiyaclarının olmaması kimi göstərilmişdir. Həmin hallar tamamilə həqiqətə uyğun deyil. Cavabdehlər 2018-ci ilə kimi yox, 2020-ci ilə qədər həmin mənzildən istifadə etmişdirlər. 2020-ci ildə məlum pandemiya vəziyyəti yaranarkən Cavabdeh2 qərara gəlmişdir ki, qoca yaşda olan, ağır xəstəlikdən əziyyət çəkən və tək yaşayan anası 1947-ci il təvəllüdlü və 2ci qrup əlil olan X4 qulluq etmək üçün müvəqqəti olaraq onun yanında qalsın və zəruri qulluq göstərsin. Cavabdeh2 ilə yanaşı Cavabdeh1 da nənəsinə kömək etmiş, çünki Cavabdeh2 işlədiyindən, tam sutka ərzində anasına nəzarət edə bilmirdi. Ona görə də cavabdehlər mümkün qədər müəyyən növbəçiliklə Zümrüd Sadıqovaya qulluq etmişdirlər. Binəqədi Rayon Məhkəməsinin 04 may 2004-cü il tarixli qətnaməsi ilə cavabdehlər mübahisəli mənzilə köçürüləndən sonra tərəflər arasında mübahisələr yenə də bitməmiş, iddiaçının qardaşı və yaxın qohumları bu vəziyyətlə barışmaq istəmirdilər və cavabdehlərin həmin mənzildə yaşamalarına ciddi maneəçiliklər yaradırdılar. Nəticədə Cavabdeh2 məcbur olub Binəqədi Rayon Məhkəməsinə mübahisəli mənzildən istifadə hüquqlarının müəyyən olunmasına dair iddia ərizəsi ilə müraciət etmiş və 2005-ci ildə həmin iddia təmin edilmişdir. Daha sonra tərəflər arasında mübahisələr yenə də bitməmiş, Cavabdeh2 qarşı hətta zorakılıq göstərilmiş və bu barədə ərazi üzrə polis şöbələrinə şikayətlər də edilmişdir. Cavabdehlərə məxsus şəxsi əşyalar, geyimlər və mebellər bu günə qədər mübahisəli mənzildədir.Cavabdehin pandemiya dövründə anasının yanında qalmasından sui-istifadə edən iddiaçı və onun yaxın qohumları cavabdehi ümumiyyətlə mənzilə buraxmamaq qərarına gələrək bu niyyətlərini bu günə qədər aktiv və aqressiv şəkildə həyata keçirirlər. Cavabdeh2 mübahisəli mənzilə qayıtması üçün etdiyi real cəhdlərin də qarşısı qətiyyətlə alınır. Həmçinin iddiaçı tərəf Cavabdeh2 mülkiyyətində daşınmaz əmlakların olduğunu qeyd etmişdir. Bununla əlaqədar isə qeyd edir ki, vərəsəlik qaydasında ünvan 1 ünvanının 1/8 hissəsi, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, “Coğrafiyaçı” b/y-nın 6-cı Şimal 279 saylı bağ sahəsində yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaq təyinatlı torpaq sahəsinin 1/8 hissəsi Cavabdeh2 mülkiyyətinə keçmiş olsa da, ünvan 1 ünvanının 1/8 hissəsi mənzilin cuzi hissəsini təşkil etdiyindən, orada yaşamaq üçün yeterli deyil və torpaq sahəsində isə fərdi yaşayış evi tikdirməyə Cavabdeh2 maddi imkanı yoxdur. Eləcə də iddiaçı tərəfin sorğusuna əsasən, müvafiq dövlət orqanında cavabdehin mülkiyyətində Xaçmaz rayonu, Alcqışlaq kəndində yerləşən torpaq sahəsi olduğu göstərilmiş olsa da, həmin torpaq sahəsi sonuncunun mülkiyyətində deyil. Ona görə də iddia tələbi əsassız olduğundan, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 3-də yerləşən 63kv.m. olan 33 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və həmin mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 120 nömrəli reyestr kitabının 10223 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri 26 saylı notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli “Miras payının bağışlanması müqaviləsi”ndən görünür ki, X20 və X25 22 aprel 2019-cu il tarixdə 2V-38 və 2V-39 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 13 sentyabr 2018-ci il il tarixdə vəfat etmiş X14 irs qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş MH seriyalı ******* nömrəli, reyestr nömrəsi **********87, qeydiyyat nömrəsi **********0 olan Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m. olan 3 (üç) otaqlı mənzildən hər birinə çatan miras paylarını qardaşları İddiaçı bağışlamışlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-992/04 saylı, 04 may 2004-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Əliyeva (Məmmədova) Aygün Kamil qızının X5rşı “yaşayış evindən istifadəyə dair əqdin bağlanmış hesab edilməsi” barədə iddiası təmin edilərək Əliyeva (Məmmədova) Aygün Kamil qızı ilə X22 arasında mənzildən istifadə hüququna dair razılaşmanın bağlanmış hesab olunması, X12 azyaşlı uşağı Muradla birlikdə Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 3 saylı evin, 33 saylı mənzilinə köçürülməsi və həmin mənzildə qeydiyyata alınması qət olunmuşdur. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 1MK-3533/2004 saylı, 27 iyul 2004-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin olunmayaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2- 992/04 saylı, 04 may 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 6k-2007/2004 saylı, 18 noyabr 2004-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 1MK-3533/2004 saylı, 27 iyul 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İH nəzdində “Qeoloq” mənzil inşaat kooperativinin 29 mart 2023-cü il tarixli 9/35 nömrəli arayışında göstərilmişdir ki, Cavabdeh2 və Cavabdeh1 H.Zərdabi prospekti ev 43, mənzil 35-də yaşayır. ÖM seriyalı 247795 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, H.Zərdabi prospekti 43 saylı evin 17 kv.m. yaşayış sahəsindən ibarət 35 saylı mənzili X3 (Cavabdeh2 anası / Cavabdeh1 nənəsi) xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 43, 35 saylı mənzil xx.xx.1993-cü il tarixdə X1 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 26 saylı DNK-nın xx.xx.1993-cü il tarixli 1“Kn”-D-3/504 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 26 saylı DNK-nın xx.xx.1993-cü il tarixli 1“Kn“-D-7/1166 reyestr nömrəli dəyişmə müqaviləsinə əsasən X9 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 12 saylı DNK-nın xx.xx.1993-cü il tarixli 1“Kn”-D-9973 reyestr nömrəli dəyişmə müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 12 saylı DNK-nın xx.xx.1996-cı il tarixli 2V-1№209 reyestr nömrəli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 19 saylı DNK-nın xx.xx.2005-ci il tarixli 4-Ə/677 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 145 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı mülkiyyət hüququ ilə ona məxsus ünvan 4 ünvanında yerləşən mənzildə qeydiyyatdadır və həmin mənzildə də hazırda ailəsi ilə birlikdə yaşayır. Ailə tərkibi arvadı X7 və 3 azyaşlı qızından ibarətdir. Cavabdeh2 və onun oğlu Cavabdeh1 həmin mənzildə uzun illərdir yaşamamışlar və hazırda da həmin mənzildə yaşamırlar. Mənzilin kommunal ödənişlərini hər zaman İddiaçı ödəyir. Hazırda mənzilin heç bir kommunal borcu yoxdur. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 3 ünvanında qeydiyyatda olan X16 (AZE № 17370534, mənzil 39), X17 (AZE № 171352272, mənzil 31), X23 (AZE № 07004613, mənzil 39), X26 (AA № 0635756, mənzil 1) və X31 (AA № 0113818, mənzil 8) tərəfindən imzlanmış 25 mart 2023-cü il tarixli Aktdan görünür ki, qonşuları İddiaçı məxsus olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 3 ünvanında yerləşən 33 saylı mənzildə (bundan sonra - “mənzil”) qonşuları İddiaçı həyat yoldaşı və üç qızı ilə birlikdə hər zaman yaşayıblar və hazırda da yaşamaqda davam edirlər. Cavabdeh2 və onun oğlu Cavabdeh1 həmin mənzildə yaşamasını heç bir zaman görməmişlər. Hazırda da Cavabdeh2 və onun oğlu həmin mənzildə yaşamır. Qonşular tərəfindən imzalanmış və 46 saylı MKİS-nin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X13 Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospektində yerləşən 2 A saylı evin 103 saylı mənzilinin mülkiyyətçisi və faktiki sahibidir. O, həmin mənzildə daimi, onun qızı Cavabdeh2 və nəvəsi Cavabdeh1 isə “Covid-19” pandemiyası başladığı dövrdən – 2020-ci ildən yaşayırlar. Mənzilin sahibi X13 ağır xəstəlikdən əziyyət çəkdiyindən qızı Cavabdeh2 və Cavabdeh1 ona qulluq edib bütün qayğılarını çəkirlər. Qonşular tərəfindən imzalanmış və “Qeoloq” mənzil inşaat kooperativinin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən 43 saylı evin 35 saylı mənzili mülkiyyətçi X13 tərəfindən uzun müddət ərzində kirayə verilmişdir. Təxminən son altı-yeddi il ərzində həmin mənzildə mülkiyyətçinin qızı Cavabdeh2 nəzarəti altında hissə-hissə təmir işləri aparılır və bu müddət ərzində sözügedən mənzildə ara-sıra yalnız bir nəfər usta qalır. X3 nəvəsi Cavabdeh1 isə 35 saylı mənzilə cəmi iki-üç dəfə gəlmiş və onu anası Cavabdeh2 öz oğlu kimi onlara (qonşulara) təqdim etmişdir. Cavabdeh2 və övladı Cavabdeh1 35 saylı mənzildə yaşamayıblar. X18 qalmış miras əmlaklara dair notariat vərəsəlik işlərinin təsdiqli surətlərindən görünür ki, xx.xx.1993-cü il tarixdə vəfat etmiş X18 vərəsələri arvadı X13 və qızları – X21, X19 və Cavabdeh2dır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 57.21 kv.m. sahəsi olan 103 saylı mənzil 5/8 hissədə X3, 1/8 hissədə X10, 1/8 hissədə X6 və 1/8 hissədə Cavabdeh2 adlarına paylı mülkiyyət hüququ üzrə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, “Coğrafiyaçı” b/y-nın 6-cı Şimal 279 saylı bağ sahəsi 5/8 hissədə X3, 1/8 hissədə X10, 1/8 hissədə X6 və 1/8 hissədə Cavabdeh2 adlarına paylı mülkiyyət hüququ üzrə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh2 adına ünvan 1 ünvanının 1/8 hissəsi Bakı şəhəri 1 saylı DNK-nın 2kn “H”-156 reyestr nömrəli xx.xx.1993-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh2 adına Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, “Coğrafiyaçı” b/y-nın 6-cı Şimal 279 saylı bağ sahəsində yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 1/8 hissəsi 1 saylı DNK-nın 2 “V”-1-03 reyestr nömrəli xx.xx.2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh2 (1980-ci il təvəllüdlü) adına Xaçmaz rayonu, Alıcqışlaq kəndində xx.xx.1999-cu il tarixli, ümumi birgə 3.0 ha torpaq sahəsinə verilmiş JN-0002 KOD 30206068 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” aşkar edilmişdir. Cavabdeh2 adına (arxiv əsaslarında vətəndaşın təvəllüdü barədə məlumat aşkar edilməmişdir) Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 6 ünvanı Bakı şəhəri 12 saylı DNK-nın 2B-2 393 reyestr nömrəli xx.xx.1996-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən qeydiyyata alınmışdır, lakin həmin ünvan Bakı şəhəri 19 saylı DNK-nın xx.xx.2005-ci il tarixli 4-3/677 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. X3 adına ünvan 1 ünvanın 5/8 hissəsi Bakı şəhəri 1 saylı DNK-nın 2kn “H”-156 reyestr nömrəli xx.xx.1993cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. X3 adına Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, “Coğrafiyaçı” b/y-nın 6-cı Şimal 279 saylı bağ sahəsində yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 5/8 hissəsi 1 saylı DNK-nın 2 “V”-1-03 reyestr nömrəli xx.xx.2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. X3 adına Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 6 ünvanı Bakı şəhəri 19 saylı DNK-nın xx.xx.2005-ci il tarixli 4-3/677 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. X3 adına Bakı şəhəri, ünvan 10 ünvanı Bakı şəhəri 27 saylı DNK-nın 2V-70 reyestr nömrəli xx.xx.2003-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 27 saylı DNK-nın 4ə03/481-ci il tarixli xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Yuxarıda sadalanan daşınmaz əmlaklar xx.xx.2023-cü il tarixinə olan məlumatlara əsasən yüklü deyildir. Cavabdeh1 adına isə ölkə ərazisi üzrə qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 3-də yerləşən 33 saylı mənzil iddiaçının mülkiyyətindədir, Cavabdeh2 iddiaçının qardaşının keçmiş arvadı, digər cavabdeh isə iddiaçının qardaşı ilə Cavabdeh2 birgə nikahından doğulmuş oğludur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-992/04 saylı, 04 may 2004-cü il tarixli qətnaməsi ilə mübahisəli mənzilin keçmiş mülkiyyətçisi X22 (iddiaçının anası) ilə Cavabdeh2 arasında mənzildən istifadə hüququna dair razılaşmanın bağlanmış hesab olunması, X12 azyaşlı uşağı ilə (Cavabdeh1) birlikdə mübahisəli mənzilinə köçürülməsi və həmin mənzildə qeydiyyata alınması qət olunmuşdur. Hazırda cavabdehlərin hər ikisi həmin mənzildə pasport qeydiyyatındadırlar. Cavabdehlər 2020-ci ildən bəri Cavabdeh2 1/8 hissədə paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospektində yerləşən 2 A saylı evin 103 saylı mənzilində yaşayırlar. Həmçinin Cavabdeh2 mülkiyyətində daşınmaz əmlakların da olduğu müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehlərdən Cavabdeh2 və onun övladı Cavabdeh1 isə sözügedən mənzildən istifadə hüququnun mövcud olub-olmaması məsələsinin ayrıca araşdırılmasına zərurət yoxdur. Belə ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun yaranmış olduğu mübahisə mövzusu deyildir. Çünki buna dair qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Cavabdehlər Cavabdeh2 və onun oğlu Cavabdeh1 istifadə hüququnun itirilmiş hesab olunmasına dair iddia tələbi ilə bağlı isə aşağıdakılar qeyd edilməlidir: Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmiş, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququ olduğunu vurğulamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında isə həmin məhkəmə, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar”. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, Cavabdeh2 mülkiyyətində mənzil və kifayət qədər dəyərli olan digər daşınmaz əmlak vardır. Eyni zamanda iddiaçı ilə onun arasında etibarlı ailə əlaqələri yoxdur. Cavabdeh2 yaşayış sahəsinə olan ehtiyacını İddiaçı mülkiyyətindəki mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olması da sübuta yetirilmir. Əksinə, onun Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospektində yerləşən 2 A saylı evin 103 saylı mənzilinin paylı mülkiyyətçisi olduğu və özünün (həmçinin nümayəndəsinin) etirafı ilə də 2020-ci ildən orada oğlu olan digər Cavabdeh1 ilə yaşadığı müəyyən edilmişdir. Bu hal özü-özlüyündə Cavabdeh2 və övladı digər Cavabdeh1 sözügedən yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığına dəlalət edir. Bu baxımdan məhkəmənin qənaətinə görə, cavabdehl\rin mübahisəsi gedən mənzildən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsi ona kompensasiya ödənilmədən mümkündür. Məhkəmə o nüansı da diqqətdə saxlayır ki, cavabdehlər bu günə qədər iddiaçının mülkiyyətində olan mənzilə köçürülmə ilə bağlı hərəkətsizlik nümayiş etdirmişdir. Belə ki, onların məhkəmə qətnaməsi ilə istifadə hüquqlarının tanınmalarına baxmayaraq, həmin mənzilə köçüb yaşamaq üçün İcra Şöbəsinə müraciət etməmişdir. Ona görə də məhkəmə cavabdeh tərəfin etirazının “iddiaçının maneə yaratması” kimi dəlillərini inandırıcı və ağlaban hesab etmir. Məhkəmə onu da qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalmaları da onların həmin ünvana istifadə hüququnun olması mənasına gəlmir; Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması, yaxud belə hüququn saxlanılması məqsədini daşımır. Əksinə, cavabdehlər artıq uzun müddətdir yaşadıqları yeni ünvan (ünvan 12lı idilər. Belə ki, qeyd edilən Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 4 ünvanından istifadə hüquqlarına xitam verilmiş hesab olunsun. Qətnamə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılmaları üçün əsasdır. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-3102/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3102/2023
31.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver