Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3109/2025 14.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 26 saylı Notariat ofisinin cəlb edilməsi ilə xüsusi icraat qaydasında ərizəsinin mümkünlüyünə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 26 saylı Notariat ofisinin cəlb edilməsi ilə xüsusi icraat qaydasında ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Daxil olmuş ərizəni və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, ərizənin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarılır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmənin mövqeyi Hazırki ərizədə ərizəçi bir-biri ilə əlaqədar olmayan, ayrı-ayrı tələbləri birləşdirmişdir. Belə ki, irəli sürülmüş tələblərə nəzər salsaq, bir tələbdə mülki prosessual qanunvericiliyin tələbinə görə özü-özlüyündə fərqli prosessual yanaşma tələb edən bir icraatda baxılması istisna edilən, qohumluq faktının müəyyən edilməsi (İİİ şəxslərin) digər tələbdə isə mirası faktiki qəbul edilmə kimi müxtəlif mülki hüquqi institut və bünövrəyə malik tələblərdən ibarətdir. Qeyd edilən nöqsanlar ərizə və ona əlavə edilmiş sənədlərlərin müraciət edənə qaytarılması üçün əsas sayıldığından ərizəçiyə geri qaytarılmalı, ona qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 26 saylı Notariat ofisinin cəlb edilməsi ilə xüsusi icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin verilməsi zamanı ödənilmiş 100 AZN (qəbz **********, ödənilmə tarixi xx.xx.2025-ci il) dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Ərizəçiyə izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən qarardadda sadalanan hallar nəzərə alınmaqla məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsinə şikayət (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(001)-3109/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3109/2025
14.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver