Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3110/2025 15.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Şıхıyеva Vüsalə Sеyit qızı, Cavabdeh1 və xx.xx.2009-cu il təvəllüdlü X1 Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospеktiеv 28/188 mənzil 194 (yеni qaydalarla: ünvan 1 ünvanından istifadə hüquqlarına хitam vеrilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 (yеni qaydalarla: ünvan 1 хüsusi mülkiyyət hüququ üzrə ona məхsusdur. Cavabdеhlərdən Şıхıyеva Vüsalə Sеyit qızı kеçmiş gəlini, Cavabdeh1 isə nəvəsidir. Belə ki, cavabdеhlərdən Şıхıyеva Vüsalə Sеyit qızı xx.xx.2005-ci ildə oğlum X7 ilə rəsmi nikah münasibətinə daхil olmaqla ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh1 xx.xx.2009-cu il təvəllüdlü X5 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Şıхıyеva Vüsalə Sеyit qızı ilə oğlu X7 arasındakı nikah pozulmuşdur. Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospеktiеv 28/188 mənzil 194(yеni qaydalarla: ünvan 1 əvvəllər oğlunun mülkiyyətində olsa da, sonradan tərəfindən ona bağışlanmış və hazırda хüsusi mülkiyyət hüququ üzrə özünə məхsusdur. Bеlə ki, o, 2016-cı ildə ünvan 2 ünvanında yеrləşən yaşayış sahəsini ailə üzvləri ilə birgə yaşaması üçün oğlu - X6 almışdır, oğlu da ünvan 3 ünvanında yеrləşən yaşayış sahəsini ona bağışlamışdır. ünvan 4 ünvanında yеrləşən yaşayış sahəsi alındığı 2016-cı ildən cavabdеhlər Şıхıyеva Vüsalə Sеyit qızı, Cavabdeh1 və xx.xx.2009-cu il təvəllüdlü X5, X7 ilə birgə özlərinə məхsus əmlaklarını da apararaq həmin ünvana köçüb gеtmişlər və həmin vaxtdan orada yaşayırlar, ünvan 3 (yеni qaydalarla: ünvan 1 ünvanında onlara məхsus hər hansı əmlak qalmamışdır Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, tərəflər mübahisəni məhkəmədən kənar həll edəcək xarakterdə insanlardır, hansı ki, Cavabdeh2 məhkəmə iclasından dərhal sonra mənzildən qeydiyyatdan çıxmaqla bunu təsdiq etmişdir. Uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri hesab edilir. Nəzərə alınmalıdır ki, ailə həmin mənzildən 2016-cı ildən çıxmış, başqa bir mənzildə yaşamışlar. Hazırda cavabdehin mülkiyyətində mənzil belə var. Odur ki, cavabdehlərin yaşayış sahəsinə olan ehtiyacı artıq aradan qalxmışdır. Hesab edir ki, mediasiya mərhələsində uşaqlardan birinin atada, birinin anada qalması da, uşaqların mənafeyinə uyğun deyil.
4. İddiaçının nümayəndəsi, vəkil əvvəlki məhkəmə iclasında isə bildirmişdir ki, Azadlıq prospektində yerləşən mənzil əvvəllər iddiaçının oğlunun mülkiyyətində olsa da, sonradan onun tərəfindən iddiaçıya bağışlanmış və hazırda xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bundan əlavə Yasamal rayonu ərazisində ev alınmış və 2016-cı ildən cavabdehlər ailəlikcə həmin evə köçmüş və o vaxtdan orada yaşamışlar.Azadlıq prospektində yerləşən mənzildə onlara məxsus hər hansı əmlak qalmamışdır.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, mübahisəli mənzil iddiaçının oğlu ilə birgə nikah dövründə alınmışdır. Belə ki, onlar xx.xx.2005-ci il tarixində rəsmi nikaha daxil olmuşlar və Azadlıqdakı evi birgə nikah dövründə 2007-ci ildə almışlar. Həmin evin alınmasında onun atası tərəfindən 26 min manat vəsait qoyulmuşdur. 2016-cı ildə onlara Yasamal rayonu ərazisində 4 otaqlı ev alınmış və həmin vaxtdan ailəlikcə ora köçmüşlər. Azadlıqda yerləşən ev isə kirayəyə verilmiş və kirayə məsələləri ilə iddiaçının adından onun keçmiş əri məşğul olmuşdur. 2021-ci ildə Azadlıqdakı mənzil onun razılığı ilə iddiaçıya bağışlanmışdır. Yasamal rayonundakı ev birgə nikahda olan ev kimi nikahın pozulması ilə bağlı iddia verilən zaman mediasiya mərhələsində bölünmüşdür. Daha sonra o, öz payını satmış və özünə başqa ev almışdır. Hazırda da uşaqları ilə birlikdə həmin evdə yaşayır. Mediasiya mərhələsində qızı atası ilə qalmaq istəyib. Lakin 2024-cü ilin noyabr ayından onun yanındadır. İddiaçının kifayət qədər evi var. Qızı atasının yanında saxlanılıbsa, atası da, onu evinin birinə qeydiyyata ala bilər.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Atası Azadlıq prospektində yerləşən evin alınması üçün 26000 manat məbləğində pul vəsaiti vermişdir. Bununla yanaşı, barışıq sazişinin surətini məhkəməyə təqdim edir. Onlar hazırda Yasamal rayonunda yerləşən mənzildə yaşayırlar, evi qayınanası almışdır. Digər övladlarına 3 otaqlı ev almış, onun atası 26000 manat məbləğində pul vəsaiti verdiyi üçün onlara 4 otaqlı mənzil almışdır. Azadlığ prospektində yerləşən evi 2021-ci ildə bağışlamışlar. Aramızda mübahisə düşmüş, sonra barışıq olmuş, bağışlama da, barışıqdan sonra olmuşdur. Hazırda ev almış, lakin rəsmi qaydada adına keçirməmişdir. Nikah pozulan zaman qızı atasının himayəsinə verilmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh izahatında bildirmişdir ki, atası və anasının nikahları pozulan zaman dərin böhran keçirmiş və orada qala bilməmişdir. Hazırda iddianı qəbul etmir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2880/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, X7 ilə Cavabdeh2 arasında xx.xx.2005ci il tarixində Mehdiabad qəsəbə İcra Nümayəndəliyində akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmiş nikahın pozulmuşdur. Qətnamədə sadalanan iş materiallarındakı doğum haqqında şəhadətnamələrə istinaddan görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006cı il təvəllüdlü Cavabdeh1 və xx.xx.2009-cu il təvəllüdlü X5 doğulmuşlar.
10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqəsi şossesi, ev 186, mənzil 194 xüsusi mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixindən İddiaçı məxsusdur.
11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr-ti, ev 28/188, 194 saylı mənzildə xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.1984-cu il təvəllüdlü Cavabdeh2 qeydiyyatdadır.
12. "xxxx" MTK tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 483 №-li arayışdan görünür ki, vətəndaş X7, Cavabdeh2, Cavabdeh1 və X5 ünvan 5 ünvanındakı yüksəkmərtəbəli yaşayış binasının 8-ci giriş, 921 saylı mənzildə xx.xx.2016-cı il tarixdən yaşayırlar.
13. Birinci tərəf X7 ilə ikinci tərəf Cavabdeh2 arasında bağlanan xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-00440 saylı barışıq sazişinə görə tərəflər nikahın pozulmasına razıdırlar, birgə nikahdan anadan olan övladları X2 atası X3 himayəsində saxlanılması ilə bağlı razılığa gəlirlər və s.
14. 26.12.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
15. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr-ti, ev 28/188, 194 saylı mənzil əvvəlcə ərin (Cavabdeh2 keçmiş əri X4) xüsusi mülkiyyətində olsa da, bağışlama müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixindən iddiaçının mülkiyyətinə keçmişdir. 2016-cı ildən cavabdehlər və digər ailə üzvləri həmin mənzildən daimi olaraq başqa yaşayış sahəsinə (Yasamal rayonu ərazisində aldıqları mənzilə) köçmüşlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2880/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə X7 ilə Cavabdeh2 nikahları pozulmuş, tərəflər arasında mediasiya prosesində gəlinən razılığa görə Yasamal rayonu ərazisində yerləşən mənzil ər-arvad arasında paylarına uyğun bölünmüş və xx.xx.2009-cu il təvəllüdlü X1 atasının yanında saxlanılmışdır. Bundan əlavə həmin sazişlə Cavabdeh2 Yasamal rayonu ərazisində yerləşən mənzil satıldıqdan sonra mübahisəli mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Məhkəmə icraatı dövründə Cavabdeh2 mübahisəli mənzildən qeydiyyatdan çıxmışdır. Sazişlə xx.xx.2009cu il təvəllüdlü X1 atasının yanında saxlanması razılaşdırılsa da, 2024-cü ildən Q.Dadaşova anası ilə birlikdə qalır. Bundan əlavə Yasamal rayonu ərazisində yerləşən mənzil satıldıqdan sonra Cavabdeh2 başqa ev almış və hazırda uşaqları Cavabdeh1 və Q.Dadaşova ilə birlikdə həmin evdə yaşayırlar. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
16. Azərbaycan Respublikası Konstitusiyasının:
17. 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
18. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur;
19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur;
22. 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır;
23. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
24. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
25. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
26. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
27. Məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmadığı, mövcud olub-olmadığı məsələsi araşdırılmalıdır.
28. İşin müəyyən edilmiş faktiki halları baxımından məhkəmə o qənaətə gəlir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları yaranmış olsa da, 2016-cı ildən başqa yaşayış sahəsi əldə etməklə daimi əsaslarla köçdükləri vaxtdan istifadə hüquqları itirilmişdir. Bu səbəbdən də məhkəmə aşağıda qeyd edilən Plenum qərarlarında göstərilən hüquqi mövqe baxımından iddianı əsaslı hesab edir.
29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur.Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər.Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir.Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı.
30. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur:
31. - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır
32. - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.
33. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir.
34. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir.
35. Odur ki, Cavabdeh2 həm mülkiyyətçi kimi əşyadan istifadə etmək hüququnu, həm də məhdud əşya hüququ kimi istifadə hüququnu itirmişdir. Digər cavabdeh də eyni ilə məhdud əşya hüququ kimi istifadə hüququnu daimi əsaslarla köçdüyü vaxtdan itirmişdir.
36. Bundan əlavə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. İddiaçının nəvəsi xx.xx.2009-cu il təvəllüdlü X5 atası və anası arasında nikah pozulan zaman mediasiya mərhələsində tərəflərin razılığı ilə atasının yanında saxlanılsa da, hazırda 2024-cü ilin noyabr ayından anasının himayəsində yaşayır. Bununla belə, o da 2016-cı ildən atası və anası ilə birlikdə mübahisəli mənzildən daimi əsaslarla köçmüşdür.
37. Göründüyü kimi istifadə hüququnun hansı əsasla yaranmasından asılı olmayaraq, şəxsin uzun müddət mənzildə yaşamaması, yaşayış sahəsinə ehtiyacını digər formada təmin etməsi onun müvafiq əsaslarla həmin mənzilə istifadə hüququnun aradan qalxmasına əsas olur. Tətbiq edilən prosessual normalar:
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
39. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
40. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
41. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
42. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
43. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2n himayəsində olan yetkinilik yaşına çatmayan uşağı xx.xx.2009-cu il təvəllüdlü X5 ilə birlikdə və Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospеkti, еv 28/188 194 saylı mənzilə (yеni qaydalarla: ünvan 1 istifadə hüquqları itirilmiş hesab edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
44. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin Cavabdeh2 himayəsində olan yetkinilik yaşına çatmayan uşağı xx.xx.2009-cu il təvəllüdlü X5 ilə birlikdə və Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospеkti, еv 28/188, 194 saylı mənzilə (yеni qaydalarla: ünvan 1 istifadə hüquqları itirilmiş(xitam olunmuş) hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev