Məhkəmə qərarları › İş №e-2(001)-3139/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3139/2023

17.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3139/2023 17.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “mülkiyyətdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və qadağan edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “mülkiyyətdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixdə bağlanmış müqavilədə göstərilən ona məxsus olan Binəqədi rayonu, 7-ci mikrorayon 3123-cü məhəllədə 3-cü mərtəbədə yerləşən, 2 otaqlı 76 kv.m, 17 nömrəli, hal-hazırda şəhid Fərman Məlikov küç, ev G2, mən 129 ünvanına çıxarış alınması ilə əlaqədar cavabdeh tərəfindən yaradılan süni maneələr, yəni onunla müqavilə bağlanmadığı halda ondan kommunal və ya hər hansı digər xərclərin tələb edilməsinə son qoyulması və həmçinin qeyd edilən mənzilə dair çıxarışın alınması üçün MTK tərəfindən zəruri olan bütün sənədlərin təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ödənilmiş 100 (yüz) manat pulun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixdə cavabdeh MTK ilə ünvan 1 ünvanında yerləşən 3-cü mərtəbədə yerləşən 2 otaqlı, 76 kv.m, 17 nömrəli mənzil üçün 45000 manat ödəməklə müqavilə bağlanmışdır. 45000 manat müqavilə bağlanarkən tam şəkildə birdəfəlik ödənilmişdir. Bina artıq tikilib istifadəyə verilməsinə baxmayaraq, o, hələ də mənzil üçün çıxarış ala bilməmişdir. Səbəb isə ondan ibarətdir ki, MTK onunla müqavilə bağlamadığı halda kommunal üçün əlavə pul istəyir. Bu pulu verməyəcəyi halda o, mənzil dair çıxarışın verilməsi üçün lazım olan sənədləri verməyəcəyini bildirir. Cavabdeh MTK-ya bununla bağlı pretenziya məktubu göndərsə də o, buna da cavab verməmişdir. Qonşulardan çoxu artıq mənzillərinə çıxarış almışdır. Hətta atası belə mənzilə dair çıxarış almışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixdə bağlanmış müqavilədə göstərilən ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonn 3123-cü məhəllədə 3-cü mərtəbədə yerləşən 2 otaqlı 76 kv.m 17 nömrəli, hal-hazırda şəhid Fərman Məlikov küçəsi, ev G2, mənzil 129 ünvanına çıxarış alınması ilə əlaqədar MTK tərəfindən zəruri olan bütün sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ödənilmiş 100 (yüz) manat pulun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı indiyə kimi kommunal borclarını ödəməmişdir. Onun 2014-2023-cü illər üçün ödənilməyən kommunal xərci 2033 manat, sayğaca görə borcu isə 1200 manat təşkil etmişdir. Kommunal xərclərin ödənilməməsi binanın saxlanılmasını mümkünsüz edir. Hər bir sakin kommunal borclarını vaxtında ödəməlidir. Binanın əksər sakinləri kommunal borclarını vaxtında ödəyib, heç bir problem yaratmamışdırlar. Lakin iddiaçı kommunal xərcləri ödəməkdən qəti olaraq, imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verib, iddia tələbinin əsassız olduğunu bildirərək, onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Cavabdeh ilə payçı İddiaçı arasında bağlanmış 20 dekabr 2012-ci il tarixli Müqavilədən görünür ki, payçı bu müqaviləni əsas tutaraq sifariş edir, kooperativ Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında tikilməkdə olan yaşayış binasının İ blokunda 3-cü mərtəbədə, 2 otaqlı, 76 kv.m olan 17 №-li mənzilin tikintisini öhdəsinə götürür. Müqavilə imzalanarkən “Payçı” müqavilənin ümumi dəyərinin 100 %-ni ödəməyi öhdəsinə götürür. Mənzilin dəyəri tam ödənilib borc olmadıqdan sonra kooperativ sənəd toplusunu hazırlayıb payçıya verir, payçı isə həmin sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının MTKİ-nə order almaq üçün təqdim edib orderini alır. Cavabdeh tərəfindən 20 dekabr 2012-ci il tarixdə tərtib edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikr., 3123-cü məhəllə, İ blokunda 3 mərtəbə 2 otaqlı 17 mənzilin müqavilə üzrə dəyəri 45.000 manat ödənilib və qalıq borc yoxdur. İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, xx.xx.2012-ci il tarixdə mənzil alqı-satqısı ilə bağlı aralarında müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında o, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə, 1-ci blok, 3-cü mərtəbədə sahəsi 76 kvadratmetr olan 2 otaqlı mənzil almışdır. Hal-hazırda ünvan ünvan 3il 0129 olaraq qeyd olunub. Lakin bu günə kimi o, mənzilə dair çıxarış ala bilməmişdir. Çıxarış ala bilməməsinin səbəbi isə İnterekonomservis” MTK tərəfdən kommunal xidmətə dair borcunun olduğu göstərilmişdir. Lakin aralarında kommunal xidmətə dair hər hansı bir öhdəlik yoxdur. Buna görə də 10 gün ərzində bu günə kimi hesablanılan borcun silinməsi, çıxarışın verilməsi ilə bağlı hər hansı bir əngəlin yaradılmaması və müvafiq sənədlərin verilməsi xahiş edilmişdir. Əks halda pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməli olacaqdır. xx.xx.2023-cü il tarixli ********** №-li qəbzdən görünür ki, iddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 20 dekabr 2012-ci il tarixli Müqaviləyə əsasən Bakı şəhəri Binəqədi rayonu, 7ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən yaşayış binasının İ blokunda 3-cü mərtəbədə, 2 otaqlı, 76 kv.m olan 17 №-li mənzil tikilərək, İddiaçı təhvil verilmiş və İddiaçı isə bunun müqabilində Cavabdeh MTK-ya 45.000 manat məbləğində pul ödəmişdir. Halhazırda iddiaçı həmin mənzilə olan mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reysetrində qeydiyyata alınması üçün müvafiq orqana müraciət etmək istəyir, lakin cavabdeh həmin sənədləri iddiaçıya təqdim etmədiyindən iddiaçı əmlak hüquqlarını rəsmiləşdirə bilmir. Cavabdeh müvafiq sənədlərin verilməsindən imtinanı iddiaçının kommunal borclarının olmaası ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1 və 139-1.1.6-cı maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsaslardan biri mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) hesab olunur. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 113.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2-ci maddəsinə əsasən, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3-cü maddəsinə əsasən, mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.6-cı maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri dəmənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanunidir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon 3123-cü məhəllədə 3-cü mərtəbədə yerləşən, 2 otaqlı 76 kv.m, 17 nömrəli mənzilin tikilib təhvil verilməsi ilə əlaqədar (yeni ünvan ünvan 4 mənzil 129) iddiaçı tərəfindən 20 dekabr 2012-ci il tarixli Müqavilə ilə müəyyənləşdirilmiş pay haqqı tam ödənildiyindən və həmin mənzil iddiaçıya təhvil verildiyindən, onun həmin mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması hüququ yaranmışdır. Lakin qanunvericiliyin tələblərinə uyğun olaraq həmin mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) və eləcə də digər müvafiq sənədlər cavabdeh tərəfindən iddiaçıya təqdim edilməli olduğu halda, cavabdeh tərəfindən həmin sənədlərin verilməsindən iddiaçının kommunal borcunun ödənilməməsi səbəbi ilə imtina edilmişdir. Halbuki, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin səbəbin cavabdeh tərəfindən mülkiyyət hüququnun qeydə alınması üçün lazım olan müvafiq sənədlərin iddiaçıya verilməsindən imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə, 3-cü mərtəbədə yerləşən, 2 otaqlı 76 kv.m, 17 nömrəli mənzil(yeni ünvan ünvan 4 mənzil 129) üzrə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün zəruri olan sənədlərin təqdim edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməsi nəzərə alınaraq, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə, 3-cü mərtəbədə yerləşən, 2 otaqlı 76 kv.m, 17 nömrəli mənzil (yeni ünvan ünvan 4 mənzil 129) üzrə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün zəruri olan sənədlərin təqdim edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Cavabdehndən 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar