Məhkəmə qərarları › İş №e-2(001)-3142/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3142/2025

02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3142/2025 02.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə İddiaçı İB-nin Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçınə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 5119,59 (beş min bir yüz on doqquz manat 59 qəpik) manat pulun və 71,20 (yetmiş bir manat 20 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 5190,79 (bir min bir yüz doxsan manat 79 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonentCavabdeharasında xx.xx.2017-ci il tarixində 15/6521 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Bildiririk ki, cavabdehin ödənilməmiş 2020-ci ilin fevral-dekabr ayları üzrə 755,50 manat sərfiyyat borcu və limitdən əlavə 15,90 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1333,75 manat sərfiyyat borcu və limitdən əlavə 54,90 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 1073,03 manat sərfiyyat borcu və limitdən əlavə 78,22 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 837,60 manat sərfiyyat borcu və limitdən əlavə 79,90 manat sərfiyyat borcu, 2024-cü ilin yanvardekabr ayları üzrə 1055,64 manat sərfiyyat borcu və limitdən əlavə 63,11 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar ayı üzrə 108,24 manat sərfiyyat borcu, cəmi 5455,79 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, Azəriqaz İB-nın əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 29757 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 763,80 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir (5455,79+763,80=6219,59). 2020-ci ilin fevral ayından 2025-ci ilin yanvar ayına qədər cavabdeh cəmi 1100 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İByə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu üzrə ümumi 5119,59 (beş min bir yüz on doqquz manat 59 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması və cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirak olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatlarında bildirmişdir ki, cavabdeh hal-hazırda qazdan istifadə edir. İldə 1-2 dəfə 100- 200 manat ödəniş edirlər.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etməyi, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Abonentin ünvanında PQ4, kombi qurğusunun olduğu haqqında məlumat qeyd edilmişdir.

7. **********00000 nömrəli abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh ünvan 2 ünvanında yeləşən evinə xx.xx.2024-cü il tarixində GCZ- G-4 Diafraqma sayğac quraşdırılmışdır. Abonentin bir ədəd 4 gözlü qaz piltəsinin, qızdırıcı radiator peçinin olduğu qeyd edilmişdir. Abonentə 2025-ci ilin yanvar ayına 5119,59 manat debitor borc hesablanmışdır.

8. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktdan görünür ki, Cavabdeh məxsus ünvanda xx.xx.2020-ci il tarixində İtron tipli, G-4 markalı mexaniki sayğac 29757 kub.m göstərici ilə dəyişdirilmişdir.

9. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı filialının aparıcı müfəttişi tərəfindən verilən xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, cavabdeh tərəfindən 2020-ci ilin fevral ayından 2025-ci ilin fevralına qədər dəyəri 5455 manat olan, 28526 kub.m təbii qazdan (mexaniki tipli qaz sayğacından keçən qazın həcmi) istifadə edilmişdir. Bundan əlavə abonentin əvvəllər istifadə etdiyi GPG11091408 nömrəli qaz sayğacı xx.xx.2020-ci il tarixdə dəyişdirilərkən sayğacın elektron göstəricisinin işləmədiyi, mexaniki göstəricinin 29757 kub.m olduğu müəyyən edilmişdir. 29757 kub.m qaz həcminin 25938 kub.m hissəsinin dəyəri abonent tərəfindən sayğac çıxarılan müddətə qədər ödənilmiş, dəyri 543,80 manat təşkil edən 3819 kub.m qazın dəyəri isə ödənilməmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixinə qədər cavabdeh tərəfindən 1100 manat ödəniş edildiyini nəzərə alsalar, xx.xx.2025-ci il tarixə olan borc məbləi 5455+ 543,80-1100=4898,80 manat təşkil edir.

10. İddiaçı tərəfindən iddia ərizəsi ilə müraciət edilməsi üçün 71,20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

11. Tərəflər arasında qazın alqı-satqısı ilə bağlı müqavilə münasibətləri vardır. Belə ki, abonent 2011-ci ildən Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2-də yerləşən 8 saylı evə sayğac quraşdırılmaqla qazdan istifadə edir.xx.xx.2018-ci il tarixdə sayğaca texniki baxış keçirilmiş, yeni plomb vurulmuşdur və həmin vaxt sayğac göstəricisi 21709 kub.m olmuşdur. Daha sonra xx.xx.2020-ci ildə həmin sayğac dəyişdirilmiş yerinə sıfır göstərici ilə mexaniki sayğac quraşdırılmışdır. İddiaçı bu zaman abonentin 763.8 manat borcunun yarandığını bildirir. Mütəxəssis rəyinə əsasən isə həmin vaxta yaranan borc 543.8 manat olmalıdır. Bundan əlavə 2020-ci ilin fevral ayından 2025-ci ilin yanvar ayına qədər abonent 5455.79 manat dəyərində qazdan istifadə etsə də, yalnız 1100 manat ödəniş etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

12. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək, iddiaçının tələbinin qismən əsaslı olduğu qənaətinə gəlir.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

15. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

16. 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;

17. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

18. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır;

19. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

20. Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin Qərarının 5.2-ci bəndində( xx.xx.2023-cü il tarixli dəyişikliyədək) qeyd edilmişdir ki, Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

21. Həmin bəndin yeni redaksiyasına əsasən, Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

22. 5.5-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

23. İşin halları ilə müəyyən edildiyi kimi tərəflər arasında təbii qazın alqısatqısı ilə bağlı müqavilə münasibətləri vardır və cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh öz hərəkətlərinə görə məsuliyyət daşıyaraq yaranmış borc məbləğini ödəməlidir.

24. İş materiallarında olan sübutlarla da cavabdehin həqiqətən borcu olduğu təsdiq olunur. Lakin məhkəmə tələb edilən borc məbləğinin dəqiqləşdirilməsi üçün mütəxəssisdən almış olduğu yazılı rəyi mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, cavabdehdən 2020-ci ilin fevral ayınadək ödənilməmiş 543.8 manatın, 2020-ci ilin fevral ayından 2025-ci ilin yanvar ayı da daxil olmaqla ödənilməyən 4355.79(54xx.xx- 1100) manatın, cəmi 4899.59(4355.79+543.8) manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Tətbiq edilən prosessual normalar:

25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

26. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

27. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

28. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

29. Beləlilkə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh(**********00000 abonent kodu) yaranmış debitor borcuna görə 4899.59 manat məbləğində pul vəsaiti, iddianın təmin edilmiş hissəsinə münasibətdə 68 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh(**********00000 abonent kodu) yaranmış debitor borcuna görə 4899.59 (dörd min səkkiz yüz doxsan doqquz manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi qismində 68 (altmış səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar