Məhkəmə qərarları › İş №e-2(001)-3162/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3162/2023

11.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3162/2023 11.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdeh2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi Rayonu X2 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri X6 cəlb edilməklə) “torpaq sahəsindən istifadəsinə və torpaq sahəsinin giriş çıxışına yaradılan süni maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri X6 cəlb edilməklə) “torpaq sahəsindən istifadəsinə və torpaq sahəsinin giriş çıxışına yaradılan süni maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayon Bələdiyyəsinin 30 oktyabr 2006-cı il tarixli 1808 saylı sərəncamına əsasən ona Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən 6 sot torpaq sahəsinə cavabdehlər tərəfindən torpaq sahəsindən istifadə və giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 1808 saylı sərəncamına əsasən Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən 6 sot torpaq sahəsini ev tikmək məqsədi ilə ona ayrılmışdır. Lakin imkansızlıqdan həmin ərazidə ev inşa edə bilməmişdir. Son iki ildə torpaq sahəsinə baş çəkərkən və orada tənzimləmə işləri apararkən ərazidə olan torpaq sahəsinə Oqtay adlı şəxs gələrək torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Ondan həmin torpaq sahəsinə görə sənədlərini təqdim etsə də, heç bir sənəd göstərməmişdir. Torpaq sahəsində heç bir iş görülməsinə imkan vermir və onu torpaq sahəsinə buraxmır. Bununla bağlı şikayət ərizəsi ilə Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinə şikayət etmişdir. Şöbədə araşdırma aparılmış və mübahisəli torpaq sahəsinin ona məxsus olması müəyyən olunmuşdur. Lakin xüsusatlar mülki mübahisə olduğu göstərilmişdir. O hesab edir ki, torpaq sahəsinə yaradılmış maneə aradan qaldırılmalıdır. Belə ki, Binəqədi rayon X2 1808 saylı xx.xx.2006-cı il tarixli sərəncamı əsasında alqı-satqı müqaviləsi əsasında almışdır. Torpaq sahəsinin dəyəri olan 480 manat məbləğində pulu Bələdiyyənin kassasına ödəmişdir. Bundan sonra vəkil sorğusu əsasında Binəqədi Bələdiyyəsinin arxivində sənədlərin olduğu müəyyən edilmiş və arxivdə yoxlanılmış sənədlərin surətləri təqdim edilmişdir. Torpaq sahəsi ilə bağlı Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nə şikayət ərizəsi ilə müraciət etmiş və xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Lakin cinayət işinin başlanması rədd edilsə də mübahisəli torpaq sahəsinin ona məxsus olması öz təsdiqini tapmışdır. Belə olan halda yaradılmış maneə aradan qaldırılmalıdır. Həmin torpaq sahəsinə hər dəfə gedərkən Cavabdeh2 ona maneçilik törədir və torpaq sahəsinə yaxınlaşmağına imkan vermir. Eyni zamanda Cavabdeh2 ona bildirmişdir ki, torpaq sahəsi qardaşı Cavabdeh1 adınadır. Ona artırılmışdır. Cavabdeh2 eyni zamanada qardaşının adından özünə ayrılmış torpaq sahəsini əlində əsas tutaraq ona maneçilik yaradır. Ona görə də hesab edir ki, Cavabdeh1 da ona torpağından istifadəyə mane törədir. O. Həmin torpaq sahəsinin əslində düzgün olmayan sənədlərini qardaşı Cavabdeh2 təqdim edərək onun torpaq sahəsinə göndərir. Onların hər ikisi istər Cavabdeh2 və Cavabdeh1 ona maneçilik törədirlər. Onların yaratdığı maneçilik aradan qaldırılmalıdır. xx.xx.2023-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Vəkil elektron məhkəmə informasiya sisteminə ərizə yükləyərək bildirmişdir ki, iddia tələblərini müdafiə edirlər. Bir daha işdə olan sənədlərlə və X2 təqdim edtiyi məktubla bir daha sübut olundu ki, mübahisəli torpaq sahəsi iddiaçıya aiddir. İşə onlarış iştirakı olmadan baxılmasını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon X2 nümayəndəsi N.Kazımov iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini, həqiqətən də mübahisəli torpaq sahəsinin bələdiyyə sənədləri əsasında iddiaçıya verildiyini, cavabdehə verildiyi torpağın başqa sahədə olduğunu bildirdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi rayonu X6 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də X6 tərəfindən 1808 saylı, xx.xx.2006-cı il tarixli Sərəncamla onun istifadəsinə fərdi yaşayış evinin tikintisi üçün 600 m² torpaq sahəsi ayrılmışdır. xx.xx.2006-cı il tarixli, 1808 saylı Sərəncama və eskiz layihəyə əsasən, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 600 m² torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. xx.xx.2005-ci il tarixli, 1698 saylı qərardan görünür ki, , Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 800 m² torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh1 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2006-cı il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı X2 hesabına 480 manat məbləğində ödəniş etmişdir. Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, İddiaçı tərəfindən Binəqədi rayon bələdiyyə orqanına xx.xx.2006-cı tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Binəqədi qəsəbə bələdiyyə ərazisində 600 m² torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il tarixli, 1808 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Binəqədi rayon Kapital Bankının ********** saylı hesabına əvvəlcədən 480 manat haqq ödənilmişdir. Binəqədi Rayonu X2 xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı və torpaq qonşusu olan X4 təqdim etdikləri X2 uyğun olaraq 1808 saylı xx.xx.2006-cı il və 2051 saylı, xx.xx.2006-cı il tarixli sərəncamlar torpaq sahəsinin ayrılmasına əsas hesab edilən esgiz-sxemlər tamamilə yanaşı olmaqla mübahisəli torpaq sahəsinə daha real uyğunluq təşkil oldunduğunu hesab etmək olar. Qeyd olunan torpaq sahəsinin koordinat nöqtələri olmadığından verilmiş rəy tərərflərindən qəbul edilmiş, ümumi müzakirənin nəticəsi kimi belə deməyə əsas verir. Cavabdeh1 təqdim edtiyi X2 1698 saylı, xx.xx.2005ci il tarixli Qərar və torpaq sahəsinin yerləşmə esgiz-cizgisində qeyd olunan torpaq sahəsi ilə fərqli sahələr olduğu ehtimal olunur. Esgizdə göstərilən ara yolar naturada öz əksini tapmır. Ehtimal olunan yaxınlıq yaxın ərazini əhatə edə bilsə də torpaqların üst-üstə düşmə ehtimalını əks etdirmir. Beləliklə, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisində istifadəsində olan 600 m² torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçının alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı aparılmasa da, həmin torpaq sahəsi məhz Binəqədi rayonu X2 sərəncamı ilə alqı-satqı yolu vasitəsilə iddiaçının mülkiyyətinə verilmişdir ki, həmin akt Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Bununla yanaşı qeyd edilməlidir ki, Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Əmlak hüquqularının siyahısı Mülki Məcəllənin 158.1-ci maddəsi ilə müəyyən edilmiş və mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqlarına aid edilmişdir: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X7 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X7 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar “Uolson İsveçrəyə qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı sözügedən torpaq sahəsini alqı-satqı yolu ilə mülkiyyətinə ayrıldığına görə, torpaq sahəsinə dair hüquqlara da malikdir. Lakin cavabdehlər könüllü olaraq iddiaçıya məxsus torpaq sahəsindən çıxmadıqlarından iddiaçı özünə məxsus torpaq sahəsindən istifadə edə bilmir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus torpaq sahəsindən çıxarılmalı və yaradılmış bütün məhdudiyyətlər aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu X1 xx.xx.2006-cı il tarixli 1808 saylı sərəncamına əsasən Binəqədi rayonu X2 ərazi hüdudları daxilində İddiaçı ayrılmış 600 m² torpaq sahəsindən çıxarılsın və yaradılmış bütün məhdudiyyətlər aradan qaldırılsın. 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar