Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3194/2025 30.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli X1rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqlarının və onun tərkib hissəsi olan ödənişlərin tələb edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi, sonradan isə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin 11 fevral 2025-ci il tarixli 3-17- 6/3-4-24/2025 saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” Əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamentinin Monitorinq şöbəsində aparıcı mütəxəssis vəzifəsinə işə bərpa olunması, İddiaçı qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq ödənilməsi, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi yardımın göstərilməsi ilə bağlı İddiaçı tərəfindən çəkilmiş xərclər qismində 400 (dörd yüz) manat vəkilə ödənilmiş xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 7 (yeddi) ilə yaxın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışmış, 2020-ci ilin martın 30-da Nazirliyin sistemində və struktrunda aparılmış optimallaşdırma ilə əlaqədar işlədiyi müəssisə - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi ləğv edilərək onun bazasında həmin Nazirliyin tabeliyində olan cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya yaradılmış, Mərkəzin 29 işçisi ilə yanaşı iddiaçı da Mərkəzdən Milli Observatoriyaya transfer edilmiş, bu zaman eyni gündə onun Mərkəzlə əmək müqaviləsinə xitam verilmiş və Milli Observatoriya ilə əmək müqaviləsi bağlanmışdır. Mərkəzdə uzun müddət və müddətsiz əsaslarla işləməsinə, 7 ilə yaxın əmək stajının olmasına və eyni əmək funksiyaları daşımasına baxmayaraq Milli Observatoriya ilə onun arasında müddətli əmək müqaviləsi bağlanmış və daha sonra müddətin başa çatması əsası ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, hər iki müəssisənin təsisçisi, fəaliyyət istiqamətləri, vəzifələri, sosial müdafiə sistemində yeri və rolu eyni olmuş, o da yeni qurumda demək olar ki, eyni əmək funksiyalarını icra etmişdir. Bu zaman işçinin əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı ona qabaqcadan hər hansı xəbərdarlıq edilməmiş, 29 işçinin əmək şəraiti şərtləri müvafiq qurumlarla razılaşdırılmadan kütləvi surətdə aparılmış, həmin işçilərdən 12 nəfərinin əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmiş, onlar məhkəmələrdə iddia qaldırması, müxtəlif dövlət qurumlarına şikayətləri nəticəsində bu proses qismən dayanmış, onlardan 6 nəfərin qaldırdığı iddia təmin edilmiş, daha sonra isə işəgötürən keçmiş Mərkəzin işçilərini yenidən müddətin bitməsi əsası ilə müxtəlif vaxtlarda işdən çıxarmağa başlamışdır. Qeyd olunan faktlar və hallar eyni cavabdeh barəsində eyni əsasla digər iddiaçıların iddia tələblərinin təmin edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş və cavabdeh üçün preyudisial xarakter daşımaqdadır. Həmçinin, bununla belə qurumda bütün işçilərin əmək müqaviləsinin qanunsuz olaraq və işəgötürənin təzyiqi ilə müddətli əsaslarla bağlanmasına baxmayaraq ayrı-seçkiliyə yol verilərək məhz onun əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir. Başqa sözlə, ona ümumilikdə 11 (on bir) ilə yaxın demək olar ki, eyni əmək funksiyaları ilə çalışdığı Nazirliyin sistemindən əmək müqaviləsi müddətinin başa çatması əsası ilə qanunazidd olaraq işdən çıxarılmışdır. O, hal-hazırda işləmir, maddi cəhətdən çıxılmaz vəziyyətdədir. Belə ki, o, ali təhsilli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat ixtisasını bitirmiş onunla cavabdehin sələfi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi (bundan sonra - Mərkəz) arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsi (kontraktı) ilə o, Mərkəzdə Sosial sahənin proqram təminatı şöbəsinə baş mütəxəssis vəzifəsinə müddətsiz əsaslarla işə qəbul edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xxxxxxx000100 saylı xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, bununla bağlı ƏMBAS sisteminə müvafiq bildiriş daxil edilmiş və həmin bildirişdə də İddiaçı əmək müqaviləsinin müddətsiz əsasla bağlanması müəyyən edilmişdir. Mərkəzdə işlədiyi dövrdə bir çox dövlət əhəmiyyətli proqramların icrasında iştirak etmiş, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədi ilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda (SPPS və s.) emalı, təhlili və təkliflərin hazırlanması, elmi broşurların və tezislərin çap olunması, zəruri analitik informasiyanın toplanması, təhlili, saxlanması və yayımlanması işləri və bunun üçün SPSS və STATİKA proqram təminatından istifadə, tematik mövzunun müəyyən hissələrini işlər, analitik, texniki və digər istiqamətlər üzrə məlumatların, xüsusi mənbələrin, normativ hüquqi aktların toplanması, mövzu üzrə xarici ölkələrin analoji müəssisə və təşkilatlarından aidiyyəti materialların əldə edilməsi, seminar, konfrans və yığıncaqların keçirilməsi üçün təşkilati işlərin yerinə yetirilməsi və s. funksiyaları icra etmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli, 479 saylı Fərmanı ilə bir sıra dövlət orqanlarının, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədilə həmin Fərmanın 2.2-ci bəndinə müvafiq olaraq Nazirliyə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görülməsi tapşırılmışdır. Nazirliyin strukturunun təkmilləşdirilməsi istiqamətində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 4 iyul tarixli 775 nömrəli Fərmanın 1.1-ci bəndinə əsasən əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması məqsədilə əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın iki ay müddətində yaradılması və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi qərara alınmışdır. Fərmanın 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu Fərmanın 2.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində X9 təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarına əsasən istinad olunan Fərmanın 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılması, onun Nizamnaməsinin, strukturunun, işçilərinin say həddinin (70 ştat vahidi), nizamnamə fondunun təsdiq edilməsi qərara alınmışdır. Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır ki, “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X9 dövlət qeydiyyatına alınmasını “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təmin etsin. Azərbaycan Respublikası Prezidentinin ETTM, Observatoriya və digər müvafiq təşkilatlar ilə əlaqədar Fərmanlarından və Nazirlər Kabinetinin müvafiq qərarlarından da göründüyü kimi, məsələnin əsas mahiyyəti əvvəlki təşkilatlarda elmi-tədqiqat sahəsində uzun müddətə formalaşmış və təcrübə toplamış mütəxəssisləri ixtisar etmək yox, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun “Məşğulluq sahəsində dövlətin vəzifələri” barədə 8ci maddəsinin 8.03-cü bəndinə uyğun olaraq “işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırlanmasından” ibarətdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinə 22 fevral 2019-cu il tarixdə məktub hazırlanmış və həmin məktubda ləğv ediləcək mərkəzin ixtisar olunan işçilərinin məşğulluğunun diqqət mərkəzində saxlanılması və sərbəstləşən işçilərin yeni yaradılacaq Milli Observatoriyada işlə təmin olunmasının həyata keçiriləcəyi bildirilmişdir. Beləliklə, Nazirlikdə aparılmış struktur islahatları nəticəsində həmin Mərkəz ləğv edilərək onun bazası əsasında eyni funksiyaları icra edən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya yaradılmış, Mərkəzin işçiləri ləğv edilmiş Mərkəzdən cavabdeh quruma transfer olunmuşdur. “Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin 18 yanvar 2019-cu il tarixli, 480 nömrəli Fərmanı ilə həmin Mərkəz ləğv edilmiş və ölkə başçısının 04 iyul 2019cu il tarixli, 775 nömrəli Fərmanından irəli gələn tapşırığa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli Qərarı ilə ləğv edilmiş və eyni funksiyaları yerinə yetirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsi yaradılmışdır. AR Prezidentinin ETTM-in ləğvi ilə bağlı yuxarıda istinad olunan Fərmanın icrasının ƏƏSMN tərəfindən guya “gerçəkləşdirildiyi” vaxt iddiaçını və Mərkəzin bütün işçilərini 29 mart 2020-ci il tarixdə iş yerinə dəvət edərək (pandemiya şəraiti ilə əlaqədar onlara evdə oturmağa icazə vermişdilər) kütləvi surətdə ərizə yazmağa məcbur etdilər ki, öz xahişi ilə həmin tarixdən işdən azad olunsun. Elə həmin tarixdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində ”Əmək Bazan və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da işlə təmin olunmasına dair ərizə yazdırdılar (Eyni gündə ləğv edilməkdə olan mərkəzdən işdənçıxma ərizəsi və onun bazasında əsasında yaradılan Observatoriyada işlə təmin olunmaq barədə işçilərə, o cümlədən ona ərizə yazdırılmışdır). Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair xx.xx.2020-ci il tarixli məlumatdan görünür ki, həmin bildiriş xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Eyni tarixdə isə, yəni 30 mart 2020- ci il tarixli (xxxxxxx000200 saylı 31 mart 2020-ci il tarixdə qüvvəyə minmiş) əmək müqaviləsi bildirişindən görünür ki, o, Mərkəzin bazası əsasında yaradılmış cavabdeh Milli Observatoriyada Əmək bazarının təhlili və proqnozlaşdırma departamentinin Əmək bazarının monitorinqi və təhlili şöbəsinə qanunsuz olaraq müddətli əsaslarla, yəni 3 ay müddətinə aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. O, yeni yaradılmış qurumda ləğv edilmiş Mərkəzdə yerinə yetirdiyi əmək funksiyaları ilə eyni əmək funksiyalarını yerinə yetirmişdir. Belə ki, tərəflər arasında bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən işçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür: “Müəssisə və təşkilatın struktur bölməsində (şöbəsində, sektorunda və s.) nəzərdə tutulmuş işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini həyata keçirir, bu tədqiqatlarla məşğul mütəxəssislərə başçılıq edir, yaxud elmi-analitik işlərin, ayrı-ayrı tapşırıqların məsul icraçısı olur. Struktur bölmənin fəaliyyəti üzrə aidiyyəti işləri, analitik tədqiqat işlərinin aparılmasında, layihələrin və proqramların işləməsində iştirak edir. Struktur bölmənin kiçik mütəxəssislərinə metodiki köməklik göstərir. Struktur bölmənin fəaliyyət istiqamətlərinə uyğun həyata keçirilən elmi-analitik tədqiqat və layihə işləmələrində konkret tapşırıqları yerinə yetirir. Zəruri analitik informasiyanın toplanması, təhlili, saxlanması və yayımlanması işlərini yerinə yetirir və bunun üçün SPSS və STATİKA proqram təminatından istifadə edir. Tematik mövzunun müəyyən hissələrini işlər, analitik, texniki və digər istiqamətlər üzrə məlumatların, xüsusi mənbələrin, normativ hüquqi aktların toplanması, mövzu üzrə xarici ölkələrin analoji müəssisə və təşkilatlarından aidiyyəti materialların əldə edilməsi işlərini aparır. Seminar, konfrans və yığıncaqların keçirilməsi üçün təşkilati işləri yerinə yetirir.” Göründüyü kimi onun həm Mərkəzdə, həm də cavabdeh Milli Observatoriyada əmək funksiyaları eyni olmuş, daimi xarakter daşımış, lakin bütün bunlara baxmayaraq onun əmək funksiyalarının xarakteri və əvvəlki 7 ilə yaxın əmək stajı nəzərə alınmadan onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Məhkəmənin nəzərinə çatdırmağı vacib hesab edirlər ki, ləğv edilmiş Mərkəzin və Milli Observatoriyanın fəaliyyət istiqamətləri, vəzifələri və funksiyaları demək olar ki, eyni olmuş, Milli Observatoriya məhz Mərkəzin bazası əsasında yaradılmış, ləğv edilmiş Mərkəzin işçiləri yuxarıda göstərilmiş üsulla Milli Observatoriyaya transfer edilmiş, hətta hüquqi ünvanı belə eyni olmuş, hətta Milli Observatoriya məhz ETTM-in avadanlıq və inventarı ilə fəaliyyətini həyata keçirmişdir. Aşağıda istinad olunmuş, eyni cavabdehə qarşı, eyni predmet və əsas üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının qüvvədə olan qərarları ilə preyudisial xarakterli fakt kimi müəyyən olunmuşdur ki, mərkəzin işçisi olmuş 29 nəfər şəxslə sonradan cavabdeh tərəfindən müddətli əmək müqaviləsinin bağlanmasına baxmayaraq, həmin müddət qurtardıqdan sonra onların yalnız 17 nəfəri ilə yeni müddətli əmək müqaviləsinin bağlanması məqsədmüvafiq hesab edilmiş, digər 12 əməkdaşla əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmiş, onlardan 6 nəfəri qeyd olunan pozuntunu məhkəmə qaydasında mübahisələndirmiş və Ali Məhkəmənin Mülki Kollegiyasının müvafiq qərarları ilə işə bərpa olunmuşdur. Qalan 17 nəfər, o cümlədən o, növbəti mərhələlərdə müddətin bitməsi və ya qeyri əsaslarla işdən çıxarılmışdır. Bu baxımdan aşağıdakılara əsasən onunka cavabdeh qurum arasında 30 mart 2020-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinin müddətlə bağlı şərtləri qanunsuz, əsassız və uydurma əqd olmuşdur: Belə ki, eyni cavabdeh barəsində digər iddiaçıların eyni əsasla qaldırdıqları iddia tələbləri üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Mərkəzin bazası əsasında yaradılan Milli Observatoriya (cavabdeh) iddiaçının əvvəl işlədiyi mərkəzin hüquqi varisi olmasa da, eyni istiqamətlər üzrə fəaliyyət göstərmişdir. Hüquqi nəticə etibarı ilə mərkəz ləğv edildikdən sonra eyni fəaliyyətlə məşğul olan cavabdeh yaradılmış və uzun illər həmin mərkəzdə işləmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı 3 ay müddətinə işə qəbul edilməklə yeni iş yeri üzrə də əvvəlki (eyni) əmək funksiyalarını həyata keçirmişdir. Eyni zamanda, o, 7 ilə yaxın müddətsiz əsaslarla davam edən əmək fəaliyyətində eyni Nazirliyin sistemində eyni xarakterli vəzifələrdə işləmişdir. Bu cür vəziyyətdə, yəni onun gördüyü işin daimi xarakterə malik olduğu onunla əmək müqaviləsini müddətli bağlamağı istisna etmişdir. Ona görə də xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlanmamalı idi. Yeni yaradılan publik hüquqi şəxs onun əvvəl işlədiyi Mərkəzin hüquqi varisi olmasa da, fəaliyyət sferası və işçinin əmək funksiyası baxımından faktiki olaraq onların fəaliyyəti eynilik təşkil edir. Mərkəzin ləğv edilməsi və yeni X9 yaradılması isə Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən Fərmanları əsasında həyata keçirilmiş və iki halın bir-birinin davamı olması isə aşıq aşkardır. İddiaçı isə Mərkəzdə 5 ildən artıq işləmiş və onunla yeni bağlanılan əmək müqaviləsi isə bu baxımdan da müddətsiz olmalı idi. Müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Başqa sözlə, onun əmək funksiyası çərçivəsində yerinə yetirdiyi iş, göstərdiyi xidmət daimi xarakterə malik olmaqla, bu hal qabaqcadan işəgötürənə məlum olub, nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib, lakin həmin hallar hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir, əksinə, onlara belə bir imkan verir ki, sözügedən maddədə göstərilən hallar olduqda əmək müqaviləsi müəyyən müddətə də bağlanıla bilər” Tərəflər arasında bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsinə, həmin müqavilənin bağlanma şəraitinə, işçinin işlədiyi təsisçiyə, yəni eyni Nazirliyə məxsus əvvəlki müəssisənin ləğvi, ondan ləğv edilən müəssisənin bütün digər işçiləri ilə birlikdə işdənçıxma ərizəsinin alınması, daha sonra yenə eyni təsisçiyə, yəni Nazirliyə məxsus, əvvəlki müəssisənin bazası əsasında yaradılmış yeni quruma transfer olunması, onun əvvəlki 7 illik stajının və əmək müqaviləsinin müddətsiz olması nəzərə alınmadan onunla müddətli əmək müqaviləsi bağlanması əmək qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Məlumat üçün məhkəmənin nəzərinə çatdırırlar ki, cavabdeh qurum barədə eyni predmetli və eyni əsaslar üzrə 7 sayda qanuni qüvvəyə minmiş “işə bərpa və s.” tələblər üzrə iddia tələbinin təmin olunduğu məhkəmə qərarları mövcuddur. Həmin qərarların fabulasını da hazırki dəlillərlə analoji dəlillər təşkil edir. Belə ki, cavahdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın rəhbərliyi bütün işçilərlə onların əmək funksiyaları daimi xarakter daşımasına baxmayaraq inzibati və iqtisadi təsir imkanlarından və işçilərin təşkilati-iqtisadi asılılıq vəziyyətindən istifadə etməklə müddətli əmək müqavilələri bağlayır, daha sonra “arzuolunmaz” hesab etdiyi işçiləri həmin müqavilələrə müddətin bitməsi əsası ilə xitam verməklə işdən kənarlaşdırır. Qeyd olunan hal artıq xroniki xarakter daşımaqdadır. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, 7 ilə yaxın eyni təsisçiyə (Nazirliyə) aid müəssisədə müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmır. Həmin Məcəllənin 56-cı maddəsinin 1-2-ci hissələrinə görə, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-nin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Həmçinin, 2020-ci ilin martın 30-da 7 il müddətsiz əmək müqaviləsi ilə işləmiş, daimi əmək funksiyaları daşıyan və müddətsiz əmək müqaviləsi bağlamaq hüququ olan işçinin “hüquq bərabərliyinə əsaslanan” “qarşılıqlı” razılıq əsasında, könüllü surətdə bu hüquqdan imtina edərək müddətli əmək müqaviləsi bağlamağa “razılaşması” ağlabatan görünmür və heç bir məntiqə sığmır. Onun müddətsiz işlə təmin olunmaq hüququndan imtina etmək niyyəti, motivi və məqsədi olmamış, işlədiyi iş yerindən aldığı məvacib onun yeganə qazanc, gəlir və dolanışıq mənbəyi olmuşdur. İşçinin nə marağı və motivi var idi ki, işəgötürənə onu 3 ay sonra işdən çıxarmaq hüququ verən müqaviləni imzalasın. Eyni zamanda, kütləvi surətdə 29 nəfər işçidən işdənçıxma ərizəsinin alınması, onlardan 17 nəfərin eyni anda müddətli əmək müqaviləsinə “razılaşması” ağlabatan mülahizə ilə izah olunmur. Aydın məsələdir ki, işəgötürən təşkilati-inzibati, sərəncamverici və s. resurslarından istifadə edərək iddiaçının və onun həmkarlarının həqiqi iradəsi əleyhinə buna nail olmuşdur. Daha sonra isə 30 mart 2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə aparılmış dəyişiklik nəticəsində o, Hüquq, kadr və daxili nəzarət şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə keçirilmiş, bu gözlənilməz dəyişiklik yeni strukturun təsdiqi və yaranmış tələbatla izah olunmuş, bundan sonra isə xx.xx.2024-cü il tarixdə Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamentinin Monitorinq şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə keçirilmişdir. Lakin bununla belə qeyd olunan dəyişikliklər də Əmək Məcəlləsinin 56-cı maddəsində müəyyən edilmiş tələblərə zidd olaraq aparılmış, belə ki, cavabdeh qurum - işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməmişdir. Cavabdeh qurumun İdarə Heyətinin sədri Elnur Səfərlinin 11 fevral 2025-ci il tarixli 3-17-6/3-4-24/2025 saylı əmri ilə onunla bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xitam verilmiş və işdən azad olunmuşdur. Bununla da, qurumun bütün işçilərinin əmək müqaviləsi müddətli şərtlərlə bağlandığı halda digər işçilərdən fərqli olaraq ona qarşı işəgötürən tərəfindən ayrı-seçkiliyə yol verilərək məhz onun əmək müqaviləsinin müddəti uzadılmamışdır. Təbii ki, əmək funksiyalarının daimi xarakterə malik olduğu qabaqcadan açıq-aşkar məlum olan işçi ilə müddətli əmək müqaviləsinin bağlanması əmək qanunvericiliyinin tələblərinə zidd olmuş, lakin bununla belə həmin əmək müqaviləsinin qanunazidd və etibarsız olan həmin şərtini şərti olaraq fakt kimi qəbul etdikdə belə, bütün digər işçilərin belə əmək müqavilələrinin müddəti uzadıldığı halda, məhz onun əmək müqaviləsinin müddətinin uzadılmaması ayrı-seçkilik və qərəzə əsaslanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında görstərdi ki, qeyd edilən məsələlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin bir neçə qərarları mövcuddur. Lakin buna baxmayaraq cavabdeh təşkilat əmək şəraitinin şərtlərini dəyişdirmişdir. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə3 elektron kabinet vasitəsi ilə vermiş olduğu etirazı müdafiə edərək göstərmişdir ki, aşağıdakı səbəblərə görə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində onunla bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanmalı olduğunu, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X9 ETTM-lə eyni funkisiyaları yerinə yetirdiyini qeyd edir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədilə həmin Fərmanın 2.2-ci bəndinə müvafiq olaraq Nazirliyə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görülməsi tapşırılmışdır. Nazirliyin strukturunun təkmilləşdirilməsi istiqamətində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 4 iyul tarixli 775 nömrəli Fərmanın 1.1-ci bəndinə əsasən əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması məqsədilə əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın iki ay müddətində yaradılması və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarına əsasən istinad olunan Fərmanın 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılması, onun Nizamnaməsinin, strukturunun, işçilərinin say həddinin nizamnamə fondunun təsdiq edilməsi qərara alınmışdır. Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır ki, “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X9 dövlət qeydiyyatına alınmasını “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təmin etsin. İddiaçı ilə Observatoriya arasında ilk dəfə xx.xx.2020-ci il tarixində müddətli əmək müqaviləsi bağlanaraq, iddiaçı Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamentinin Monitorinq şöbəsində aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən bağlanmaqla iddiaçı 5 ildən az müddətdə əmək fünksiyasını yerinə yetirmişdir. Hesab edir ki, işçi ilə işəgötürən arasında digər işçilərlə oxşar müqavilələr bağlanmış, tərəflər arasında bağlanan müqavilədə müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədi daşımamış, tərəflər müqavilələrə dair əvvəlcədən razılaşdırma bağlamaqla və sonuncu müqavilələr iddiaçı tərəfindən elektron imzadan istifadə etməklə imzalanmaqla həqiqi iradə ifadəsini nümayiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 47-ci maddəsinin f bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. Həmin qərarda qeyd olunmuşdur ki, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Qeyd edilən Qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddiaçının işdən çıxma barədə əmrin ləğv edilməsi barədə tələbi əsassız olduğundan rədd edilməlidir. Hesab edir ki, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələblərinə ayrıca hüquqi qiymət verilməsinə ehtiyac duyulmur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə təqdim edilmiş etiraz ərizəsini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Əmək müqaviləsinin bağlanması ilə bağlı (sistemə daxil edilmə tarixi) xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat Mərkəzi arasında müddətsiz əmək müqaviləsi bağlanaraq, İddiaçı xx.xx.2014-cü il tarixdən baş mütəxəssis vəzifəsinə təyin edilmiş və onun aylıq əmək haqqının məbləği 340 manat müəyyən edilmişdir. 0342720 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı Zakir qızı 94 nömrəli əmrlə, xx.xx.2014-cü il tarixdən Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat Mərkəzində mütəxəssis vəzifəsinə təyin edilmişdir. İş materiallarından aydın olur ki, İddiaçı Zakir qızı 42 nömrəli əmrlə, xx.xx.2015-ci il tarixdən Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat Mərkəzində aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı (sistemə daxil edilmə tarixi) xx.xx.2015-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat Mərkəzi arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsi dəyişiklik edilərək, İddiaçı aparıcı mütəxəssis vəzifəsinə təyin edilmiş və onun aylıq əmək haqqının məbləği 320 manat müəyyən edilmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı (sistemə daxil edilmə tarixi) xx.xx.2016-cı il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat Mərkəzi arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsi dəyişiklik edilərək, İddiaçı aparıcı mütəxəssis vəzifəsinə təyin edilmiş və onun aylıq əmək haqqının məbləği 355 manat müəyyən edilmişdir. İş materiallarından aydın olur ki, İddiaçı Zakir qızı 20 nömrəli əmrlə, xx.xx.2020-ci il tarixdən öz ərizəsinə əsasən Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat Mərkəzində aparıcı mütəxəssis vəzifəsindən azad edilmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı (sistemə daxil edilmə tarixi) xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi arasında müddətli əmək müqaviləsi bağlanaraq, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (1 il) aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir və onun aylıq əmək haqqının məbləği 1200 manat müəyyən edilmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı (sistemə daxil edilmə tarixi) xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi arasında müddətli əmək müqaviləsi bağlanaraq, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (1 il) aparıcı mütəxəssis vəzifəsinə təyin edilmiş və onun aylıq əmək haqqının məbləği 1200 manat müəyyən edilmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı (sistemə daxil edilmə tarixi) xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsi üzrə işçinin əmək haqqı 1400 manat təşkil edir. Əmək müqaviləsinin müddətinin qurtardığı tarix isə xx.xx.2023-cü ildir. xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi arasında 3 ay müddətinə əmək müqaviləsi bağlanaraq işçi “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.2-ci bəndində işçinin xx.xx.2020-ci il tarixdən işə başlaması nəzərdə tutulmuşdur. 4.1-ci və 4.2-ci bəndlərinə görə, işçiyə aylıq vəzifə maaşı ştat cədvəlinə uyğun təyin edilir və ayda bir dəfə ödənilir. 4.12-ci bəndində işçinin iş ilinin xx.xx.2022-xx.xx.2021 ibarət dövrü əhatə etdiyi göstərilmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı (sistemə daxil edilmə tarixi) xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsi üzrə işçinin əmək haqqı 1900 manat təşkil edir. Əmək müqaviləsinin müddətinin qurtardığı tarix isə xx.xx.2022-ci ildir. xx.xx.2020-ci il tarixli əmək müqaviləsi və ona edilmiş xx.xx.2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla yenidən tərtib edilmiş xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi arasında xx.xx.2020-ci il tarixdə 3 ay müddətinə əmək müqaviləsi bağlanmış və işçi xx.xx.2020-ci il tarixdən işə başlamışdır. 4.1-ci bəndinə görə, işçiyə hər ay 1400 manat məbləğində əmək haqqı ödənilir. 4.13-cü bəndində işçinin iş ilinin xx.xx.2022-xx.xx.2021 ibarət dövrü əhatə etdiyi göstərilmişdir. 8.2-ci bəndində müqavilənin müəyyən bəndlərinə dəyişiklər edilməsi və yeni bəndlərin əlavə edilməsi səbəbindən müqavilənin xx.xx.2022-ci il tarixdə yenidən tərtib olunduğu qeyd edilmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı (sistemə daxil edilmə tarixi) xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsi üzrə işçinin əmək haqqı 1400 manat təşkil edir. Əmək müqaviləsinin müddətinin qurtardığı tarix isə xx.xx.2021-ci ildir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən (kontrakt) görünür ki, İddiaçı ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi arasında xx.xx.2020-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək 2 il 10 ay 15 gün müddətinə bağlanmışdır. Müqavilənin 2.4-cü bəndində işçinin xx.xx.2020-ci il tarixdən işə başlaması nəzərdə tutulmuşdur. 4.1-ci bəndinə görə, işçiyə hər ay 1900 manat məbləğində əmək haqqı ödənilir. 4.26-cı bəndində işçinin iş ilinin xx.xx.2022-xx.xx.2023 ibarət dövrü əhatə etdiyi göstərilmişdir. 8.2-ci bəndində dəyişikliyin qüvvəyə minmə tarixi isə xx.xx.2023 olaraq qeyd edilmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı (sistemə daxil edilmə tarixi) xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsi üzrə işçinin əmək haqqı 1400 manat təşkil edir. Əmək müqaviləsinin müddətinin qurtardığı tarix isə xx.xx.2022-ci ildir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı (sistemə daxil edilmə tarixi) xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsi üzrə işçinin əmək haqqı 1200 manat təşkil edir. Əmək müqaviləsinin müddətinin qurtardığı tarix isə xx.xx.2020-ci ildir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən (kontrakt) görünür ki, İddiaçı ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi arasında bağlanmış xx.xx.2020-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək 2 il 10 ay 15 gün müddətinə bağlanmışdır. Müqavilənin 2.4-cü bəndində işçinin xx.xx.2020-ci il tarixdən işə başlaması nəzərdə tutulmuşdur. 4.1-ci bəndinə görə, işçiyə hər ay 2000 manat məbləğində əmək haqqı ödənilir. 4.26-cı bəndində işçinin iş ilinin xx.xx.2024-xx.xx.2025 ibarət dövrü əhatə etdiyi göstərilmişdir. 8.2-ci bəndində işçinin aylıq əmək haqqı 2000 manat, dəyişikliyin qüvvəyə minmə tarixi xx.xx.2024, dəyişiklik edilmiş müqavilə bildirişlərinin sayı isə 10 olaraq qeyd edilmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı (sistemə daxil edilmə tarixi) xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Əmək və Sosial Problemlər üzrə X2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsi üzrə işçinin əmək haqqı 391 manat təşkil edir. Əmək müqaviləsi müddətsiz bağlanılmışdır. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı (sistemə daxil edilmə tarixi) xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsi üzrə işçinin əmək haqqı 1400 manat təşkil edir. Əmək müqaviləsinin müddətinin qurtardığı tarix isə xx.xx.2022-ci ildir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən (kontrakt) görünür ki, İddiaçı ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi arasında xx.xx.2020-ci il tarixdən, xx.xx.2024-cü il tarixədək 2 il 10 ay 15 gün müddətinə bağlanmışdır. Müqavilənin 2.4-cü bəndində işçinin xx.xx.2020-ci il tarixdən işə başlaması nəzərdə tutulmuşdur. 4.1-ci bəndinə görə, işçiyə hər ay 1900 manat məbləğində əmək haqqı ödənilir. 4.26-cı bəndində işçinin iş ilinin xx.xx.2023-xx.xx.2024 ibarət dövrü əhatə etdiyi göstərilmişdir. 8.2-ci bəndində vəzifənin adı ********** - Aparıcı mütəxəssis/Aparıcı mütəxəssis, dəyişikliyin qüvvəyə minmə tarixi isə xx.xx.2024 olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə milli Observatoriya” X7 idarə heyətinin sədri Elnur Səfərlinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3-17-6/3-4-24/2025 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə milli Observatoriyanın əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamentinin Monitorinq şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışan İddiaçı müqavilə müddətinin bitməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmiş və onunla 30 mart 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 11 fevral 2025-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzinin 26 fevral 2025-ci il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron İnformasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkün olmaması müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə İddiaçı Zakir qızı xx.xx.2014-cü il tarixdən Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat Mərkəzində mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci il tarixdən isə o, Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat Mərkəzində aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədilə həmin Fərmanın 2.2-ci bəndinə müvafiq olaraq Nazirliyə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görülməsi tapşırılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarına əsasən istinad olunan Fərmanın 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılması, onun Nizamnaməsinin, strukturunun, işçilərinin say həddinin (70 ştat vahidi), nizamnamə fondunun təsdiq edilməsi qərara alınmışdır. Bundan sonra, İddiaçı Zakir qızı 20 nömrəli əmrlə, xx.xx.2020-ci il tarixdən öz ərizəsinə əsasən Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat Mərkəzində müddətsiz əmək müqaviləsi əsasında çalışdığı aparıcı mütəxəssis vəzifəsindən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə isə onunla “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi arasında əmək müqaviləsi bağlanaraq o, “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə 3 ay müddətinə işə qəbul edilmişdir. Həmçinin işin mübahisəsiz halıdır ki, onun əmək müqaviləsində müxtəlif tarixdə müxtəlif dəyişiklər və əlavə edilərək əmək müqavilənin müddəti hər dəfə uzadılmışdır. Cavabdeh X9 xx.xx.2025-ci il tarixli əmrinə əsasən isə iddiaçının əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir. Məhkəmə iddia tələbinin “əmrin ləğvi və işə bərpa olunması hissəsinə dair məhkəmə aşağıdakıları qeyd edir; Əmək münasibətləri dedikdə - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Nəzərə alınmalıdır ki, əmək hüququ - işçi ilə işəgötürən arasında heç bir ayrıseçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk növbədə hazırkı mübahisə üzrə bu sahəni tənzimləyən Əmək Məcəlləsinin yuxarıda sadalanan normaları əlaqəli şəkildə təhlil edilməlidir. Əvvəla, işin müəyyən edilmiş hallarına görə yeni yaradılan publik hüquqi şəxs – Observatoriya iddiaçının əvvəl işlədiyi ETTM-in hüquqi varisi olmasa da, hər iki hüquqi şəxs eyni istiqamətlər üzrə fəaliyyət göstərib, yəni ETTM ləğv edildikdən sonra onun bazasında eyni fəaliyyətlə məşğul olan cavabdeh yaradılıb. Digər tərəfdən, iddiaçının ləğv edilmiş ETTM-də, həmçinin yeni yaradılmış Observatoriyada vəzifəsi – “proqram təminatçısı şöbəsində baş mütəxəssis; “proqram təminatçısı şöbəsində aparıcı mütəxəssis” olub, əmək funksiyası isə səlahiyyətləri daxilində Observatoriyanın fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, təşkilat-sərəncamverici və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək, icrası şöbəyə tapşırılan observatoriyaya ünvanlanmış və ya aidiyyəti üzrə daxil olmuş müraciətlərə və sorğulara səlahiyyətləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılması istiqamətində müvafiq tədbirlər görmək və sairdən ibarət olub. Başqa sözlə, iddiaçının əmək funksiyası çərçivəsində yerinə yetirdiyi iş, göstərdiyi xidmət daimi xarakterə malik olmaqla, bu hal qabaqcadan işəgötürənə məlum olub. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib, lakin həmin hallar hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir, əksinə, onlara belə bir imkan verir ki, sözügedən maddədə göstərilən hallar olduqda əmək müqaviləsi müəyyən müddətə də bağlanıla bilər. Qeyd edilməlidir ki, müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır. Hazırda məhkəmə, cavabdehin Əmək Məcəlləsinin 45, 47-ci maddələrinin tələblərini pozaraq, iddiaçının xx.xx.2020-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək (4 il, 10 ay, 12 gün) fasiləsiz və etirazsız olaraq cavabdehdə müxtəlif vəzifələrdə işləməsinə və onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olmasına və bir sözlə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47ci maddəsində sadalanan har hansı halların müəyyən edilməməsinə, lakin buna baxmayaraq işəgötürən, iddiaçı ilə qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamasına diqqət yetirmədən, sonuncu ilə müddətli əmək müqaviləsinin bağlanması üçün əsasların olub-olmadağını araşdırmadan, yalnız əmək müqaviləsinin müddətinin qurtarmasını əsas tutması ilə razılaşa bilməz. Halbuki, qeyd olunan maddələrin tələblərinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəlli olduğu halda, işçi ilə müddətli əmək müqaviləsi bağlanıla bilməz və əmək müqaviləsi o halda müəyyən müddətə bağlanıla bilər ki, Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmuş olsun. Belə olan halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmir və bu hal əvvəldən işəgötürənə bəlli olub. Başqa sözlə, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmayıb. Lakin, bütün bunlara baxmayaraq işəgötürən, son 4 il 10 ay 12 gün müddət ərzində onunla əmək münasibətində olan iddiaçı ilə müddətli əmək müqaviləsi bağlayıb və sonradan isə müddətin qurtarmasını əsas tutub onunla bağlanmış əmək müqaviləsinə xitam verib. Məhkəmə, həmçinin cavabdehin nümayəndəsinin (vəkili) öz etirazında müqavilələrin iddiaçı tərəfindən elektron imzadan istifadə etməklə imzalanmaqla həqiqi iradə ifadəsini nümayiş etdirdiyi dəlilinə münasibət bildirərək qeyd edir ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. Məhkəmə, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin qanuniliyinə qiymət verilərkən, ilk növbədə iddiaçının xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixdən olan müddətdə 5 il 5 ay 28 gün müddət ərzində əvvəl Mərkəzdə, sonradan isə yeni yaranmış publik hüquqi şəxsdə fasiləsiz və etirazsız işləməsini, habelə onun gördüyü işin, xidmətin daimi xarakterə malik olması nəzərə alınmaqla, tərəflərin hər bir dəlilinə, o cümlədən mübahisənin diqqətəlayiq bütün digər hallarına hüquqi qiymət verməyi zəruri hesab edir. Bundan əlavə qeyd edilməlidir ki, hazırki əmək mübahisəsinin xarakteri baxımından iddiaçıya münasibətdə işəgötürənin daha üstün statusda olması nəzərə alındıqda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq iddiaçının üzərinə qoyulması qanuni və əsaslı sayıla bilməz. Belə ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin b)bəndinin tələblərinə görə Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində məhz işəgötürənin əsas vəzifəsi sayılır; - qeyd edilməlidir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi hamıya məlum olan haldır. İşəgötürən, işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür. Məhkəmə xüsusilə qeyd edir ki, 5 il 5 ay 28 gün ərzində fasiləsiz və etirazsız olaraq ləğv edilmiş Mərkəzdə işləmiş iddiaçının öz ərizəsi ilə işdən azad edildikdən sonra yeni yaradılmış və nəticə etibarı ilə eyni istiqamətlər üzrə fəaliyyət göstərən X9 onunla 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlaması əmək qanunvericiliyinin tələblərinə uyğun hesab edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə milli Observatoriya” X7 idarə heyətinin sədri Elnur Səfərlinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3-17-6/3-4- 24/2025 nömrəli əmri ləğv edilməli və İddiaçı Əmək və Sosial Problemlər üzrə Elmi- Tədqiqat Departamentinin monitorinq şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 45.4-cü hissə. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Maddə 68. 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. “b” Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76- cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə, həmçinin iddia tələbinin iddiaçının qanunsuz işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutulması hissəsini də əsaslı hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməli, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Bununla yanaşı “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, “......Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur”. İddia tələbi əmrin ləğv edilməsi və işə bərpa hissəsində əsaslı sayıldığından, iddia tələbi iddiaçının qanunsuz işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutulması hissəsi də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 110cu, 144-cü, 172-ci və 300-cü maddələrinin tələbləri baxımından əsaslıdır. Məhkəmə iddiaçının “hüquqi yardıma görə 400 manat xərcin tutulması” tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulsa da, bunun konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla müəyyənləşdirildiyi göstərilmişdir. İşə əlavə edilmiş hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli, EM-2713VK-20944/25 saylı müqavilədən görünür ki, İddiaçı tərəfindən EM-2713VK-20944/25 saylı müqavilə üzrə Ruslan Vəliyev və onun partnyorları Vəkil Bürosunun hesabına 400 manat məbləğində ödəniş edilmişdir. Bu baxımdan məhkəmə qeyd edilən hissədə iddianı əsaslı hesab edərək cəmi 400 manat pul məbləğinin cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X6 tutulub İddiaçı verilməli olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə milli Observatoriya” X7 idarə heyətinin sədri Elnur Səfərlinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3-17-6/3-4- 24/2025 nömrəli əmri ləğv edilməli, İddiaçı Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat Departamentinin monitorinq şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə bərpa edilməli və iddiaçının qanunsuz işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və onun tərkib hissəsi olan bütün ödənişlər, o cümlədən hüquqi yardıma görə 400 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə milli Observatoriya” X7 idarə heyətinin sədri Elnur Səfərlinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3-17-6/3-4-24/2025 nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə milli Observatoriya” X9 Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat Departamentinin monitorinq şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə bərpa edilsin. İddiaçının qanunsuz işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və onun tərkib hissəsi olan bütün ödənişləri cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə milli Observatoriya” X6 tutularaq İddiaçı ödənilsin. Hüquqi xidmətin göstərilməsi ilə bağlı EM-2713VK-20944/25 saylı müqavilə üzrə Ruslan Vəliyev və onun partnyorları Vəkil Bürosunun hesabına iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində pul vəsaiti cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X6 tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-3194/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3194/2025
30.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver