Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3274/2023 12.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçıin Cavabdeh qarşı “borc” tələbi barədə ilk, Cavabdeh İddiaçıə qarşı «cavabdehin Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında yerləşən binadan çıxarılması, həmin binanın idarəetməsindən kənarlaşdırılması, hüquqi xidmətə görə ödənilmiş 400 manatın əvəzi və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması» tələbi barədə qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə ilk, Cavabdeh İddiaçıə qarşı «cavabdehin Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında yerləşən binadan çıxarılması, həmin binanın idarəetməsindən kənarlaşdırılması, hüquqi xidmətə görə ödənilmiş 400 manatın əvəzi və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması» tələbi barədə qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə hazırlıq iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi(vəkili) və ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə ərizə təqdim edərək, ilk və qarşılıqlı iddia ərizələrinin və onlara əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla bilər və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinin geri qaytarılması xahiş edildiyindən, ilk və qarşılıqlı iddia ərizələri geri qaytarılmalıdır. Habelə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 39,50 (otuz doqquz manat 50 qəpik) manat məbləğində dövlət rüsumu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıə qaytarılmalı, eyni zamanda, ilk iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.3-ci maddəsinə əsasən bu Məcəllənin 170.1-ci maddəsində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlk iddia üzrə İddiaçıin ilk iddia üzrə Cavabdeh qarşı “borc” tələbi barədə ilk iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçıə qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıə qarşı «cavabdehin Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında yerləşən binadan çıxarılması, həmin binanın idarəetməsindən kənarlaşdırılması, hüquqi xidmətə görə ödənilmiş 400 manatın əvəzi və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması» tələbi barədə qarşılıqlı iddia ərizəsi və onlara əlavə edilmiş sənədlər qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qaytarılsın. İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2023cü il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 39,50 (otuz doqquz manat 50 qəpik) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Vəkil2 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2023cü il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-3274/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3274/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver