Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3289/2025 12.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair mülki iş (Açar sözlər: əmrin ləğv edilməsi, intizam tənbeh tədbiri) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Qasımova Gültəkin Bilal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi” ələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" X1 “Əmək və icra intizamının pozulmasına görə inzibati tənbehin verilməsi barədə” 18 noyabr 2024-cü il tarixli, 277/K saylı əmrin ləğv edilməsi, ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli, 91/K nömrəli əmrlə cavabdeh "xxxx" X2 sürücü olaraq işə götürülmüşdür. Ona 2024-2025-ci illər üçün **-JO- *** nömrəli “UAZ PİKAP” markalı avtomobil təhkim edilmiş və avtomobili idarə etmək üçün xx.xx.2024-cü il tarixli, bir il müddətinə etibarnamə verilmişdir. Cavabdeh "xxxx" Məhdud Məsluliyyətli Cəmiyyətinin 18 noyabr 2024-cü il tarixli, 277/K nömrəli əmri ilə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, əmr əsassızdır və bu səbəbdən də ləğv edilməlidir. Belə ki, əmrin məzmunundan görünür ki, "xxxx" Məhdud Məsluliyyətli Cəmiyyətinin Nəqliyyat və Texniki Təmir Deportamentinin müdirinin xx.xx.2024-cü il tarixli xidməti məlumatına və Akta əsasən sürücü İddiaçı Laçın rayonunda olarkan avtomobilə aid etibarnamənin vaxtının bitdiyini yanlış söyləmişdir və bununla bağlı avtomobilin idarə ediməsini dayandırmış, işlərin gecikməsinə səbəb olmuşdur. İddiaçı əmək funksyasını pozaraq və vəzifə borcunu keyfiyyətsiz yerinə yetirdiyi nəzərə alınmışdır. Bununla bağlı qeyd edir ki, o, bir saatda olsun əmək funksiyasını və işçi olaraq öhdəliklərini pozmamış, işləri keyfiyyətsiz icra etməmişdir. Belə bir hal olsa bu töhmət verilməsi barədə əmrdə öz əksini tapmalı idi. Bundan başqa, əmr “Əmək və icra intizamının pozulmasına görə inzibati tənbehin verilməsi” adlandırılması da doğru deyildir. Belə ki, işçiyə əmək məcəlləsinə əsasən tənbeh verilməsi “İnzibati tənbeh tədbiri” hesab edilə bilməz. İnzibati tənbeh tədbiri İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənən münasibətlərin pozulması nəticəsində verilən tənbeh tədbiridir. Əslində bu bir anlaşılmazlıq kimi də qiymətləndirilə bilər. Belə ki, ona təhkim edilmiş avtomobili idarə etmək üçün MMC-tərəfindən verilmiş etibarnamənin “E-polis” elektron səhifəsinə girərək orada olub-olmadığına baxıb görmüşdür ki, etibarnamə elektron səhifədə görünmür. Bu səbəbdən 02 noyabr 2024-cü il tarixdə gün ərzində ona tapşırılmış işləri yerinə yetirib evə gələndən sonra saat 21.17-də qarajın mexaniki İntiqam müəllimə votsap əlaqə vasitəsilə məlumat vermişdir. Yəni soruşmuşdur ki, “etibarnaməsi var xx.xx.2025-ci il tarixədək, ancaq e-polisdə çıxmır (adətən MMC tərəfindən verilmiş sürücülüklə bağlı etibarnamələr elektron e-polis səhifəsində görünür). Bilmək istəyir sabah işə çıxa bilər? 02 noyabr 2024cü il saat 21.18-də İntiqam müəllim cavab yazıb ki, “əgər belədirsə hə sürə bilərsən”. O da 03 noyabr 2024-cü il tarixdə verilən tapşırıqlar üzrə vaxtında hərəkət etmişdir. Əgər onun işi ləngitməyi ilə bağlı hər hansı bir qüsur olsa belə olan halda hansısa əməkdaş bu haqda raport təqdim edərdi ki, ona təhkim olunmuş avtomobil vaxtında işləri icra etməmişdir. Belə bir hal mövcud deyil. Əmrdə göstərilən Akt onun iştirakı ilə tərtib edilməyib, məzmunu nədən ibarət olması ona bəlli deyil. Onu da qeyd edir ki, əgər o, bir saat belə işdə ləngiməyə yol vermiş olsa, MMC onun aylıq əmək haqqından saat hesabı ilə həmin pulu çıxardı. Belə bir hal da yoxdur. O, etibarnamənin e-polis elektron səhifəsində görünməməsilə əlaqədar iş yerindən verilmiş tapşırıqların icrasını 10 dəqiqə belə ləngitməmişdir. Etibarnamənin elektron səhifədə əks edilməməsi səbəbindən yol polisi teztez avtomobili saxlayaraq sənədləri tələb edir. Bu da vaxt itkisinə səbəb olur. O, elektron səhifədə etibarnamənin görünməməsini etibarnamənin olmaması kimi yox, sadəcə dəqiqləşdirmə üçün demişdir. Votsap yazışmasında da etibarnamənin olmasını yazmışdır. Ona görə də hesab edir ki, ona əmək funksyalarını keyfiyyətsiz icra etməklə bağlı töhmət verilməsi haqqında əmr tam olaraq əsassız olduğundan ləğv edilməlidir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, 06 dekabr 2023-cü il tarixində cavabdeh təşkilat onu əsassız yerə işdən azad etmişdir. Daha sonra o, mediasiayaya müraciət etmişdir. Lakin qarşı tərəf Mediasiyaya gəlib iştirak etməmiş, nəticədə onun tərəfindən məhkəməyə müraciət olunmuşdur. İşəgötürən tərəfindən qərəzli olaraq onn öz idarə etdiyi avtomobil ona verilməmiş, idarə etməkdə çətinlik çəkdiyi “UAZ PİKAP” avtomobil verilmişdir. Lakin vəzifə maaşı dəyişdirilmədən saxlanılmışdır. Onun tərəfindən "Töhmət verilməsi haqda əmrin ləğv edilməsi və məhkəmə xərclərinin ödənilməsi" tələbinə dair ilk olaraq 25 dekabr 2024cü ildə Binəqədi rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(001)-1783/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsinə verilməsi səbəbi ilə geri qaytarılmışdır. Bundan sonra vaxt itirməmək üçün yenidən Nəsimi rayon məhkəməsinə iddia ilə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsi isə Binəqədi rayon məhkəməsinə müraciət etmək əsası ilə iddianı geri qaytarmış və aidiyyət məsələsinin dəqiqiləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsi işin Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə aidiyyəti bildirildikdən sonra yenidən Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, onun tərəfindən müddət ötürülməmişdir. Əgər müddət ötürülmüşdürsə bu onun təqsirindən deyil, məhkəmənin yanlış qərarından baş vermişdir. Odur ki, məhkəmə bu halı nəzərə almalıdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, barəsində yazılan Aktdan görünür ki, guya o, xx.xx.2024-cüi il tarixdə SƏTƏM tərəfindən iş öncəsi təlimat zamanı, yəni xx.xx.2024-cü il tarixdə nahar fasiləsindən sonra təlimatlandırma zamanı ondan etibarnamə olub-olmaması soruşulmuş, o isə etibarnamənin olmaması barədə yalan məlumat vermişdir. O, bu haqda soruşulanda etibarnamənin olmasını, ancaq e-polis elektron səhifəsində görünmədiyini, bu səbəbdən həmin gün işdən kənarlaşdırılmamışdır. xx.xx.2024-cü il tarix daxil olmaqla, səhərisi gün və daha sonrakı günlərə ona təhkim edilmiş avtomaşınla işlərini icra etmiş, dayanma halı olmamışdır. Bu onun məhkəməyə təqdim etdiyi sürücü iş yoldaşları və baş mexanik daxil olan votsap qrupunda gündəlik hesabatlardan da görünür. Odur ki, bu haqda yazılanlar həqiqəti əks etdirmir. Bundan başqa istifadəsində olan PİKAP ** JO *** qeydiyyat nişanlı avtomobilin tyaqasının açılması ilə bağlı tərtib edilmiş aktda da göstərilənlərə həqiqəti əks etdirmir. Belə ki, həmin hissə təqribən tiyaqa açılması hadisəsindən bir ay əvvəl nasaz olduğu üçün dəyişdirilmişdir. Bu haqda təmir olunan avtomobilin Təmir kitabında qeydiyyat vardır. Bu səbəbdən Aktda göstərilən kimi, yəni mexaniklərin rəyinə görə ehtiyyat hissəsinin sıradan çıxaması, bu zaman sürücünün sükanda lüt olması və ya digər səs-küyə səbəb olması haqda dedikləri tam olaraq əsassızdır. Çünki, həmin detal əslində nasaz olmamışdır. Tyaqanın aşılmasına səbəb nasazlıq deyil, tyaqanı bərkidən vintin (qaykanın) açılıb düşməsi olmuşdur. Bu isə onu deməyə əsas verir ki, tyaqa mexanik çilingər tərəfindən dəyişdirilərkən tyaqanı saxlayan vintin normal şəkildə bərkidilməməsi səbəb olmuşdur. Tyqanın açılması hadisəsi isə Aktda göstərilən kimi xx.xx.2024-cü il tarixdə deyil. xx.xx.2024-cü il tarixdə, saat 21.02 də baş vermiş, bu da cavabdehin bildirdiyi kimi "8 saatlıq iş günündən sonra" baş vermişdir. Ancaq reallıqda o, həmin saatda da iş başında olmuşdur. xx.xx.2024-cü il tarixdə ona digər L200 markalı ** HS *** qeydiyyat nişanlı maşın təhkim edilmiş və o, yenə də işləri icra etmişdir. Həmin gün saat 23 radələrində sıradan çıxan tyaqa onun tərəfindən sahə mühəndisi Məhəmmədəlinin iştirakı ilə dəyişdirilmiş və həmin vaxtdan da səhəri gün işinə davam etmiş, boş qalma halı olmamışdır. Bu haqda telefonda olan qeydlərdən də həm tarix, həmdə saat fiksasiya edilmişdir. Əgər o, işləri icra etməmiş olduğu halda hətta bir gün olsa belə bu gün üçün ona əmək haqqı verilməzdi. Ancaq əmək haqqı cədvəlindən belə bir halın olması müəyyən edilmir. Bundan başqa guya onun tərəfindən imzalanmış, sürücünün məsuliyyəti barədə iltizam məhkəməyə təqdim edilmişdir. Həmin sənədə o imza etməmiş, məhkəməyə təqdim olunmuş sənəddə onun imzası qəsdən saxtalaşdırılmışdır. Belə olan halda həmin təqdim edilmiş sənəd üzrə onun heç bir məsuliyyəti yoxdur. Ona yazılmış inzibati tənbeh haqqında əmr qanunsuz və əsassızdır. Ona görə həmin əmr ləğv edilməlidir. Barəsində verilmiş əmr xx.xx.2024-cü il tarixli əmr barədə dekabr ayında məlumatı olmuşdur. Belə ki, onu dəvət etmişlər və tanış olmuşdur. Əmri aldıqdan bir gün sonra mediasiya barəsində müraciəti olmuşdur. Vəzifə təlimatında olan imza ona məxsus deyil. 45ildən artıq müddətdir ki, sürücü işləyir, nəqliyyat vasitəsində nasazlıq olduğu halda onu əvəvlcədən biləcək təcrübəyə malikdir. Cavabdeh tərəf məhkəməyə ərizə ünvanlayaraq, hazırkı iş üzrə iddia müddəti tətbiq edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçı iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia müddəti tətbiq edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı Mayilov Şahİn Camal oğlu xx.xx.2024-cü il tarixində mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. Həmin mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Bu tarixdən müddətin axımı başlamışdır. İddia ərizəsi Binəqədi Rayon məhkəməsinə xx.xx.2025-ci il tarixində (3 ay sonra) verilmişdir. İş materiallarından görünür ki, iddiaçı ötürülmüş müddətin üzrlü hesab edilməsi (müddətin bərpası) barədə ərizə təqdim etməmişdir. Müddətin ötürülməsini üzrlü hesab edən hal mövcüd deyildir. Bundan başqa, ilk dəfə iddiaçı Nəsimi Rayon Məhkəməsinə iddia qaldırması, məhkəmənin iddianı ərazi aidiyyəti qaydalarına görə geri qaytarması barədə qərardad qəbul etməsi, bu qərardaddan apellyasiya şikayəti verilməsi halları da üzrlü hesab edilə bilməz. Üzrlü hesab edilsə belə, bu halda da müddət ötürülmüşdür. Belə ki, xx.xx.2024-cü il tarixində mediasiyanın arayışı verilmişdir. İddia ərizəsi Nəsimi rayon Məhkməsinə xx.xx.2025-ci il tarixində daxil olmuşdur. İddia ərizəsində imza tarixi xx.xx.2025-ci il göstərilsə də, həmin tarixdə poçta verilməsi inandırıcı deyil. Çünki idda ərizəsi xx.xx.2025-ci il tarixində poçtda verilsə ən geci bir həftəyə məhkəməyə daxil olardı. Görünür iddia ərizəsi xx.xx.2025-ci il tarixində deyil, daha gec tarixdə poçta verilmişdir (məhkəmə bu hissəni araşdırmalıdır). Müddətin axımı xx.xx.2024-cü il tarixindən başlanıldığından iddia ərizəinin Nəsimi rayon Məhkəməsinə daxil olan tarixə (xx.xx.2025) keçən müddət 1 ay 12 gün, iddia ərizəsinin imzalandığı tarixə (24 gün) keçmişdir. Nəsimi rayon məhkəməsinin qərardaddından iddiaçı tərəfindən verilmiş şiakyətə Bakı apellyasiya Məhkəməsi tərəfindən baxılmış və nəticə xx.xx.2025-ci il tarixində sistemə vurulmuş və iddiaçıya bildiriş göndərilmişdir. Bu tarixdən 15 gün sonra Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi elektron qaydada göndərilmişdir. “1 ay 12 gün +15 gün” və “24 gün + 15 gün” hər iki halda iddia müddəti ötmüşdür.. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin Elektron informasiya sistemində yaradilan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandirildiği (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 24/17 saylı əmək müqaviləsindən görünür ki, tərəflər əmək müqaviləsi bağlamışlar və həmin müqaviləyə əsasən işçi razılaşır ki, onun əsas iş yeri Bakı şəhəri, Atatürk prospekti 33 Azərbaycan Respublikası ünvanında və ya vaxtaşırı olaraq İşəgötürən tərəfindən təyin olunduğu yerlərdə yerləşəcəkdir. Əmək müqaviləsinin 2.2-ci bəndində qeyd edilmişdir ki, bu Müqavilə 16 oktyabr 2017-ci il tarixdə qüvvəyə minir və aşağıda verilmiş 2.2-ci bənddə təsvir edilmiş sınaq müddətini müvəffəqiyyətlə başa vurulmasına yaxud bu Müqavilənin qüvvəsinə onun özünün yaxud Məcəllənin müddəalarına müvafiq olaraq xitam verilməsi hallarına müvafiq olaraq qeyrimüəyyən (xx.xx.2017-xx.xx.2017) bağlanır. Müqavilədə göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri Müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin Müqavilə əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. - "xxxx" Məhdud Məsluliyyətli Cəmiyyətinin 18 noyabr 2024-cü il tarixli, 277/K nömrəli əmri ilə "xxxx" MMC-nin Nəqliyyat və Texniki Təmir Departamentinin müdirinin xx.xx.2024ci il tarixli xidməti məlumatına və akta əsasən Sürücü İddiaçı Laçın rayonunda olarkən avtomobilə aid etibarnamənin vaxtının bitdiyini yalnış söyləmişdir və bununla bağlı avtomobilin idarə edilməsini dayandırmış, işlərin gecikməsinə səbəb olmuşdur. İddiaçı əmək funksiyasını pozaraq və vəzifə borcunu keyfiyyətsiz yerinə yetirdiyini nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2899/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı 23 dekabr 2024-cü il tarixli, 313/K saylı əmr və bu əmr əsasında cavabdeh "xxxx" MMC tərəfindən verilmiş 47/X nömrəli, 24 fevral 2025-ci il tarixli” “Əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrin də ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. - təqdim edilmiş yazışmadan görünür ki, sürücü İddiaçı tyaqanın çıxması barədə ümumi sosial şəbəkədə yaradılmış qrupda məlumat vermişdir. - təqdim edilmiş xidməti məlumatdan və xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Texniki və işlər üzrə direktor müavini Əfqan İmamlı və Nəqliyyat və Texniki Təçir Departamentinin müdiri Bəhruz Allahverdiyev tərəfindən sürücü peşəsində işləyən İddiaçı xx.xx.2024-cü il tarixdə Laçın sahəsində olarkən SƏTƏMM şöbəsi tərəfindən yoxlanış keçirilən zaman idarəsində olan nəqliyyat vasitəsinin etibarnaməsinin müddətinin bitdiyini və üzərində olmadığını yalnış məlumat vermiş, avtomobilin bir günlük idarə edilməsində məhdudiyyət qoyulmuş, istehsalat şöbəsinin işinin gecikməsinə səbəb olduğundan tədbir görülməsi xahiş edilmişdir. - təqdim edilmiş xidməti məlumatdan və xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Texniki və işlər üzrə direktor müavini Əfqan İmamlı və Nəqliyyat və Texniki Təçir Departamentinin müdiri Bəhruz Allahverdiyev tərəfindən sürücü peşəsində işləyən İddiaçı xx.xx.2024-cü il tarixdə Laçın sahəsində olarkən işçi heyətinin daşınmazı zamanı avtomobilin üzərindən tyaqanın çıxması səbəbi ilə avtomobil təmirə dayandırılmışdır. Mexaniklərin rəyinə əsasən yaranan nasazlıq sürücü tərəfindən öncədən hər hansı bir səsin eşidilməsi və sükanda liftin yaranması ilə müşahidə edilir. Lakin adı qeyd edilən sürücü bununla bağlı heç bir müraciət etməmişdir. Bu səbəbdən tədbir görülməsi xahiş edilmişdir. -xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş və işçiyə tanış olması üçün təqdim edilmiş sürücünün vəzifə təlimatında qeyd edilir ki, sürücücün vəzifələri: -şöbənin təqdim etdiyi sifarişlərə əsasən avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini həyata keçirmək -avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyaa keçirmək, nasazlıqlarının vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları ilə bağlı məlumat vermək İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə görə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Əmək Məcəlləsinin 189-cu maddəsinin 4-cü hissəsinə əsasən isə, intizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə müvafiq olaraq, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə iclası zamanı iddiaçının verdiyi izahatından da aydın olur ki, iddiaçı məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət etməməsini onunla əsaslandırmışdır ki, müddəti ötürməmiş, gecikmə səbəbi məhkəmələr arasında aidiyyət mübahisəsi olmuşdur. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir”. Məhkəmə iddiaçının və cavabdehin müddətlə bağlı ərizələrində göstərilənlərlə bağlı qeyd edir ki, iddiaçınnı fərdi əmək mübahisələri ilə bağlı xx.xx.2024-cü il tarixli əmri mübahisələndirməsi üçün iddia müddətinin axımı xx.xx.2024-cü il tarixdə yaranmış, xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etsə də, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmış, qərardad xəbərnaməli poçt ximədi vasitəsi ilə iddiaçının ünvanına göndərilmiş və xx.xx.2025-ci il tarixdə rəsmi qaydada qəbul edildikdən sonra xx.xx.2025-ci il tarixdə digər məhkəmyə müraciət edilmişdir. Bununla da, iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyi öz əksini tapır. Beləliklə, iş materiallarından göründüyü kimi, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini buraxmamışdır. Mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Halbuki, sübutetmə yükü baxımından mübahisəli əmlakın hansı hissəsinin cavabdehin qanunsuz sahibliyində olması və s. bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından iddiaçının üzərinə düşür. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən istifadəsində olan nəqliyyat vasitəsinə dair etibarnamə olduğu halda elektron sistemdə etibarnaməni görməməsi əsası ilə xx.xx.2024-cü il tarixdə avtomobilin bir günlük idarə edilməsində məhdudiyyət qoyulmuş, nəticədə işin gecikməsinə səbəb olmuşdur. Bundan başqa məhkəmə iclasında iddiaçı vəzifə təlimatı ilə tanış edilmədiyini, təlimatda olan imzanın ona məxsus olmadığını bildirsə də, izahatında 45 ildir sürücü kimi işlədiyini, tyaqa daxil nəqliyyat vasitəsində olan nasazlığı əvvəlcədən görmək təcrübəsində olduğunu etiraf etməklə əslində sürücü kimi vəzifə təlimatı ilə tanış olmasa da, təcrübəlıi olduğunu dolayısı ilə etiraf etmişdir. Məhkəmə iclasında xx.xx.2024-cü il tarixdə işdə olmasını, fəaliyyətin dayandırmasını bildirsə də məhkəməyə təqdim edilmiş sosial şəbəkə hesabında olan hesabatdan görünür ki, sürücü xx.xx.2024-cü il tarixdə ümumiyyətlə yanacaq sərf etməmiş, ondan əvvəl və sonrakı günlərdə fəaliyyəti ilə əlaqədar yanacaq sərfiyyatı olmuşdur. Beləliklə, məhkəmə iddiaçının iddia tələbi ilə bağlı qeyd edir ki, məhkəməyə müraciət etmiş şəxs özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən sübutetmə vəzifəsi yerinə yetirilmədiyindən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia rədd edilməli, çəkilmiş mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-3289/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3289/2025
12.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver