Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-329/2023 18.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakının çıxarılması” tələbinə dair ilkin, Cavabdeh X5 və qeyrilərinə qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cehiz əmlakının – 1) divan kreslo dəstinin; 2) jurnal masasının; 3) televizorun; 4) televizor altlığının; 5) stolun; 6) 6 ədəd stulun; 7) kamodun; 8) divar saatının; 9) 3 ədəd pərdənin; 10) pəncərə üstlüyünün; 11) 1 ədəd böyük, 2 ədəd kiçik xalçaların; 12) 2 dəst servisin; 13) 1 ədəd dolabın; 14) 1 ədəd taxtın; 15) 2 ədəd tumbanın; 16) 1 ədəd taxt yataq örtüyünün; 17) 1 ədəd döşəyin; 18) 1 ədəd yorğanın; 19) 2 ədəd yastığın; 20) 1 ədəd termonun; 21) pərdə üstünün, sadə tülün; 22) tozsoranın; 23) tosterin; 24) tefal çaydanın; 25) ütünün; 26) blenderin; 27) 2 ədəd qazan dəstinin; 28) bardaq dəstinin və s.-nin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsi 31q saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu T.Nəzərov ilə Cavabdeh xx.xx.2020-ci ildə rəsmi nikah bağlamışdır. O tarixdən cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsi 31q saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Bir müddət sonra ailə faktiki olaraq dağılmış, oğlu T.Nəzərov nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8209/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Cavabdeh gəlin gələrkən özü ilə cehiz əşyaları gətirmiş, lakin ailə faktiki dağıldıqdan sonra evdən çıxmış və dəfələrlə ona cehiz əşyalarını da aparması bildirilsə də, o, cehiz əşyalarını aparmaqdan imtina etmişdir. Həmçinin, bu məsələ ilə bağlı mediasiya sessiyası təşkil olunsa da, Cavabdeh mediasiya prosesində iştirak etmədiyinə görə İddiaçı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Bu səbəbdən İddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh X5, X7 və İddiaçı qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək aşağıdakı cehiz və qızıl-zinət əşyalarının: Mebel: 1. Yataq otağı dəsti- taxt + bitişik tumbalar, ayaq ucu sandıq pufik, termo + pufik, şfaner, qonaq otağı (stol + 6 ədəd stul, kamot, tv stend, divan, 2 ədəd kreslo, jurnalnı pufik- 15.000 manat; 2. Karaca yemək dəsti kahvaltı, kofe, yemək, qaşıq, bakallar, armudu stəkan-nəlbəki dəsti, 12 dəst olmaqla)- 2.000 manat; 3. Karaca yataq üstü dəsti- 800 manat; 4. Karaca hamam dəsmalı 2 ədəd - 55 manat; 5. Karaca əl dasmalı, 2 ədəd - 40 manat; 6. Süfrə (gümüşü) - 30 manat; 7. Mətbəx dəsmalı- 8 ədəd- 40 manat; 8. Karaca güldan-dekor- 48 manat; 9. Karaca ağ rəngli vaza dekor - 27 manat; 10. Karaca çərçivə dekor- 29 manat; 11. Karaca ləbləbi qabı 2 ədəd - 70 manat; 12. Karaca konfet qabı 2 ədəd - 60 manat; 13. Mürəbbə qabı 2 ədəd - 60 manat; 14. Merinos xalça zal üçün- 800 manat; 15. Merinos xalça 2 ədəd, yataq otağı - 60 manat; 16. Pərdə /yataq + qonaq otağı + uşaq otağı - 960 manat; 17. Lüstur 2 ədəd - 100 manat;
18. Karaca tək nəfərlik yataq dəsti odeyal - 65 manat; 19. Karaca süfrə çəhrayı rəng - 50 manat;
20. Karaca 2 ədəd çay dəsmalı - 23 manat; 21. Karaca tefal çaynik - 50 manat; 22. Karaca qranit qazan dəsti 4 ədəd -180 manat; 23. Karaca 6 nəfərlik göy boşqab dəsti - 70 manat; 24. Çemodan - 100 manat; 25. Karaca 2 örtüklü yataq dəsti - 150 manat; 26. Karaca güllü yataq dəsti - 80 manat; 27. Karaca (balıqqulağı) yataq dəsti - 80 manat; 28. Karaca mis qazan dəsti - 180 manat; 29. Tökmə qazan dəsti 2 ədəd - 83 manat; 30. Çaynik - 30 manat; 31. Dəm çayniki - 9 manat; 32. Nəlbəki 12 dəst - 30 manat; 33. Xrüstal mürəbbə üçün razetkalar 12 dəst - 24 manat; 34. Göbələk duzqabı 2 ədəd - 4 manat; 35. Göbələk ədviyyat 2 ədəd - 6 manat; 36. Çörək qabı 2 ədəd - 8 manat; 37. Tozsoran - 125 manat; 38. Paltar asan 42 ədəd - 55 manat; 39. Televizor LG - 1120 manat; 40. Sintifon yastıq 2 ədəd- 8 manat; 41. Blender- Bosch - 30 manat;
42. Toster - 30 manat; 43. Gümüşü rəngli süfrə - 40 manat; 44. Şvabra, süpürgə - 30 manat; 45. Paltar səbəti - 18 manat; 46. Padnos 3 ədəd - 40 manat; 47. Divar saatı - 65 manat; 48. 2 nəfərlik yataq dəsti - 70 manat: 49. Tək nəfərlik yataq dəsti - 40 manat; 50. Çay dəsmalı qutuda - 20 manat; 51. Əl-üz dəsmalı 4 ədəd- 55 manat; 52. Taxt örtüyü yumşaq - 50 manat; 53. Xrustal vazalar - güldanlar – qənd/konfet qabılar – ləbləbi qabları cəmi dəyəri - 350 manat; cəmi 23.547 manat. İİ.Qızıl-zinət əşyaları: 1.Komplekt- sep,klon,üzük,sırğa,qolbaq- 17,7 qram çəkidə, 750 əyyar- 6800 manat; 2. Nişan üzüyü- 5,1 qram 750 əyyar- 1750 manat; 3.Ad günündə verilən sırğa (2020-ci il oktyabr) - 4.25 qram 585 əyyar - 350 manat; 4. 8 martda verilən sep+ A hərfli klon (2020-ci il mart)- 3.8 qram 585 əyyar-160 manat; 5. qaynananın hədiyyəsi olan üzük- 9 qramlıq, 750 əyyar- 930 manat; İİİ. Geyim əşyaları, kosmetika və sənədlər: 1. İphone Air pods- 300 manat; 2. 10 dəst şalvarlar-200 manat; 3. 30 dəst köynəklər 250 manat; 4. 15 dəst ayaqqabılar-450 manat; 5. Çantalar 6 ədəd- 230 manat; 6. 3 dəst çimərlik geyimləri-50 manat; 7. 5 dəst qış geyimləri- 250 manat; 8. Pencəklər 10 dəst- 300 manat; 9. Donlar 5 dəst-170 manat; 10.Fen 1 ədəd- 40 manat; 11.Saç ütüsü- 40 manat; 12. Kosmetikalar- 100 manat; 13. Psixoloji dərs vəsaitləri-300 manat; 14.Xarici pasport, qaçqınlıq haqqında vəsiqə: - ümumilikdə cəmi- 35.807 (otuz beş min səkkiz yüz yeddi) manat dəyərində əşyaların alınaraq qaytarılması, həmin əşyalar olmadıqda, yaxud istifadəyə yararsız vəziyyətdə olduqda onların dəyərinin pulla ödənilməsi, Cavabdeh mediasiya xərcləri üçün ödədiyi 50 (əlli) manat və 150 (bir yüz əlli) manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayənəsi-vəkili Vəkil1 ilkin iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi və qarşılıqlı iddia tələbini də qəbul etdiklərini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 ilkin iddia tələbinə etiraz etmədi və qarşılıqlı iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia və qarşılıqlı iddia tələbləri təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci ildə X8 ilə X6 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar, X6 Nəzərova soyadını götürmüşdür. - Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu rayon sektorunun Vəkil1 ünvanlanan məktubundan görünür ki, Füzuli rayonundan məcburi köçkün olan İddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə məcburi köçkün kimi ünvan 3 ünvanında müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi isə İddiaçı, X2, X1 ibarətdir. - Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binəqədi rayon sektorunun xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Nəzərova X9 rayonundan məcburi köçkün kimi S.Bəhlulzadə 29 A. ADPU 1s/y ünvanında qeydiyyatdadır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4380/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, X1 04 mart 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla, həy ay onun əmək haqqının (gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin və 04 mart 2022-ci il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, cavabdeh X1 hamiləlik dövründə çəkilmiş xərclərin əvəzi qismində 1015 (bir min on beş) manatın alınaraq Cavabdeh ödənilməsi, həmçinin ilkin mediasiya prosesinə dair ödənilmiş 50 (əlli) manat pulun X1 alınaraq Cavabdeh ödənilməsi, 96 (doxsan altı) manat 15 (on beş) qəpik dövlət rüsumunun X1 alınaraq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. -Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3223 nömrəli ekspert rəyindən görünür ki, ekspert baxışına təqdim olunmuş istifadədə olmuş əşyaların hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 11901,0 manat müəyyən edilmiş, geyim əşyaları ilə bağlı kifayət qədər məlumat olmadığından tədqiqat aparmaq mümkün olmamış, qızıl-zinət əşyalarının isə nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4182,25 manat müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixdə tədqiqat obyektinə baxışın nəticələrinə dair akt tərtib edilmişdir. - iş materiallarına əlavə edilmiş flaş (flash) kartdan müəyyən edilir ki, qızıl-zinət əşyaları hazırda cavabdehdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. - 225.1-ci maddəsinə əsasən ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. -225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. AR Ailə Məcəlləsinin: -32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. -34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). -37.1-ci ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan cehiz əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsi 31q saylı fərdi yaşayış evinə Cavabdeh gəlin köçərkən gətirilmiş və mübahisə predmeti olan əşyalar Cavabdeh əmlakıdır. Ailə faktiki olaraq dağıldığından, Cavabdeh artıq həmin mənzildə yaşamadığından və Cavabdeh göstərilən cehiz əşyalarının mülkiyyətçisi olduğundan İddiaçı həmin əşyaların ona məxsus yaşayış evindən çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, İddiaçı ilkin iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmçinin məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları Cavabdeh gəlin köçərkən hədiyyə şəklində verildiyindən, mübahisə predmeti olan əşyalar yalnız Cavabdeh əmlakıdır. Buna görə də Cavabdeh göstərilən qızıl-zinət əşyalarının mülkiyyətçisi olduğundan həmin əşyaları tələb etməkdə haqlıdır. Bundan əlavə, cehiz əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsi 31q saylı fərdi yaşayış evinə Cavabdeh gəlin köçərkən gətirildiyindən bu əşyalar da Cavabdeh əmlakı hesab olunur və Cavabdeh cehiz əmlakını tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh qarşılıqlı iddia tələbi də təmin edilməlidir. Qətnamə icra olunan vaxt qızıl-zinət əşyaları mövcud olmadığı halda 17,7 qram çəkili, 750 əyyarlı komplekt-boyunbağı,klon,üzük,sırğa,qolbaq üçün 1947 manat, 750 əyyarlı nişan üzüyü üçün 561 manat, 585 əyyarlı sırğa üçün 361,25 manat, 585 əyyarlı sep və “A” hərfli klon üçün 323 manat, 750 əyyarlı üzük üçün 990 manat olmaqla, ümumi dəyəri 4182,25 manat olan pul vəsaiti qarşılıqlı tələb üzrə cavabdehlərdən tutularaq Cavabdeh ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “cehiz əmlakının çıxarılması” tələbinə dair ilkin iddia tələbi təmin edilsin. Cavabdeh məxsus cehiz əmlakı – 1) divan kreslo dəsti; 2) jurnal masası; 3) televizor; 4) televizor altlığı; 5) stol; 6) 6 ədəd stul; 7) kamod; 8) divar saatı; 9) 3 ədəd pərdə; 10) pəncərə üstlüyü; 11) 1 ədəd böyük, 2 ədəd kiçik xalçalar; 12) 2 dəst servis; 13) 1 ədəd dolab; 14) 1 ədəd taxt; 15) 2 ədəd tumba; 16) 1 ədəd taxt yataq örtüyü; 17) 1 ədəd döşək; 18) 1 ədəd yorğan; 19) 2 ədəd yastıq; 20) 1 ədəd termo; 21) pərdə üstü, sadə tül; 22) tozsoran; 23) toster; 24) tefal çaydan; 25) ütü; 26) blender; 27) 2 ədəd qazan dəsti; 28) bardaq dəsti Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsi 31q saylı fərdi yaşayış evindən çıxarılsın. Cavabdeh X5, X7 və İddiaçı qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh məxsus cehiz və qızıl-zinət əşyaları – Mebel: 1. Yataq otağı dəsti- taxt + bitişik tumbalar, ayaq ucu sandıq pufik, termo + pufik, şfaner, qonaq otağı (stol + 6 ədəd stul, kamod, tv stend, divan, 2 ədəd kreslo, jurnalnı pufik- 7000 manat; 2. Karaca yemək dəsti kahvaltı, kofe, yemək, qaşıq, bakallar, armudu stəkan-nəlbəki dəsti, 12 dəst olmaqla)- 900 manat; 3. Karaca yataq üstü dəsti- 550 manat; 4. Karaca hamam dəsmalı 2 ədəd - 30 manat; 5. Karaca əl dasmalı, 2 ədəd - 20 manat; 6. Süfrə (gümüşü) - 25 manat; 7. Mətbəx dəsmalı- 8 ədəd- 40 manat; 8. Karaca güldan-dekor- 30 manat; 9. Karaca ağ rəngli vaza dekor - 2 manat; 10. Karaca çərçivə dekor- 20 manat; 11. Karaca ləbləbi qabı 2 ədəd - 40 manat; 12. Karaca konfet qabı 2 ədəd - 30 manat; 13. Mürəbbə qabı 2 ədəd - 40 manat; 14. Merinos xalça zal üçün- 600 manat;
15. Merinos xalça 2 ədəd, yataq otağı - 40 manat; 16. Pərdə /yataq + qonaq otağı + uşaq otağı - 500 manat; 17. Çilçıraq 2 ədəd - 40 manat; 18. Karaca tək nəfərlik yataq dəsti örtük - 30 manat;
19. Karaca süfrə çəhrayı rəng - 20 manat; 20. Karaca 2 ədəd çay dəsmalı - 10 manat; 21. Karaca tefal çaynik - 20 manat; 22. Karaca qranit qazan dəsti 4 ədəd - 100 manat; 23. Karaca 6 nəfərlik göy boşqab dəsti - 60 manat; 24. Çemodan - 30 manat; 25. Karaca 2 örtüklü yataq dəsti - 80 manat; 26. Karaca güllü yataq dəsti - 30 manat; 27. Karaca (balıqqulağı) yataq dəsti - 30 manat; 28. Karaca mis qazan dəsti - 100 manat; 29. Tökmə qazan dəsti 2 ədəd - 40 manat; 30. Çaynik - 10 manat; 31. Dəm çayniki - 5 manat; 32. Nəlbəki 12 dəst - 15 manat; 33. Xrüstal mürəbbə üçün razetkalar 12 dəst - 12 manat; 34. Göbələk duzqabı 2 ədəd - 2 manat; 35. Göbələk ədviyyat 2 ədəd - 2 manat; 36. Çörək qabı 2 ədəd - 4 manat; 37. Tozsoran - 40 manat;
38. Paltar asılqanı 42 ədəd - 21 manat; 39. Televizor LG - 700 manat; 40. Sintefon yastıq 2 ədəd- 4 manat; 41. Blender- Bosch - 10 manat; 42. Toster - 15 manat; 43. Gümüşü rəngli süfrə - 30 manat; 44. Döşəmə taxtası (şvabra), süpürgə - 10 manat; 45. Paltar səbəti - 10 manat; 46. Məcməyi (padnos) 3 ədəd - 15 manat; 47. Divar saatı - 20 manat; 48. 2 nəfərlik yataq dəsti - 40 manat: 49. Tək nəfərlik yataq dəsti - 15 manat; 50. Çay dəsmalı qutuda - 10 manat; 51. Əl-üz dəsmalı 4 ədəd- 4 manat; 52. Taxt örtüyü yumşaq - 20 manat; 53. Xrustal vazalar - güldanlar – qənd/konfet qabılar – ləbləbi qabları cəmi dəyəri - 300 manat; 54. İphone airpods – 100 manat;
55. Fen – 15 manat; 56. Saç ütüsü – 15 manat, cəmi 11901 manat. İİ.Qızıl-zinət əşyaları: 1.Komplekt- sep,klon,üzük,sırğa,qolbaq- 17,7 qram çəkidə - 750 əyyar- 1947 manat; 2. Nişan üzüyü- 5,1 qram 750 əyyar- 561 manat; 3.Ad günündə verilən sırğa (2020-ci il oktyabr) - 4.25 qram 585 əyyar – 361,25 manat; 4. 8 martda verilən sep+ A hərfli klon (2020-ci il mart)- 3.8 qram 585 əyyar- 323 manat; 5. Qaynananın hədiyyəsi olan üzük- 9 qramlıq, 750 əyyar- 990 manat; cəmi 4182,25 manat. İİİ. Geyim əşyaları, kosmetik vasitələr və sənədlər (xarici pasport, qaçqınlıq haqqında vəsiqə) qarşılıqlı tələb üzrə cavabdehlərdən (X8, X10 və İddiaçı) alınaraq Cavabdeh qaytarılsın. Qətnamə icra olunan vaxt Cavabdeh məxsus cehiz əşyaları mövcud olmadığı təqdirdə ümumi dəyəri 11901 manat və qızıl-zinət əşyaları mövcud olmadığı təqdirdə ümumi dəyəri 4182,25 manat olan pul vəsaiti qarşılıqlı tələb üzrə cavabdehlərdən (X8, X10 və İddiaçı) tutularaq Cavabdeh verilsin. Mediasiya xərcləri üçün ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 150 (bir yüz əlli) manat, ümumilikdə 200 (iki yüz) manat qarşılıqlı tələb üzrə cavabdehlərdən (X8, X10 və İddiaçı) tutularaq Cavabdeh ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyərini təşkil 50 (əlli) manat ekspertiza xərci müştərək qaydada İddiaçı 25 (iyirmi beş) manat, Cavabdeh 25 (iyirmi beş) manat tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X4, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova