Məhkəmə qərarları › İş №e-2(001)-3302/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3302/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3302/2023 12.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 valideyni(qanuni nümayəndəsi) Cavabdeh İddiaçı MMC-nin xeyrinə ümumilikdə 661 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə təhsil alan X3 valideyni (qanuni nümayəndəsi) X1 arasında bağlanmış Təhsilin təşkili haqqında 708/2021 (T2019- 2020) saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC X6 təhsil proqramlarının mənimsənilməsi ilə təmin etməli, X1 2021-2022-ci təhsil ili üçün 4500 (dörd min beş yüz) manat məbləğində təhsil haqqını təhsil verənə ödəməlidir. Borclunun övladına təhsil verilsə də, o təhsil haqqının 3939 (üç min doqquz yüz otuz doqquz) manat hissəsini ödəmiş, 561 (beş yüz altmış bir) manat borcu qalmışdır. Bununla bağlı bocluya xx.xx.2022-ci il tarixli pretenziyalar edilsə də, o borcun ödənilməsini təmin etməmişdir. xx.xx.2022-ci il tarixli müqavilələrin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmş borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2% məbləğində dəbbə pulu ödəyir. Sonuncu ödəniş edilməli gündən ödənilməli dəbbə pulu 101 (yüz bir) manat təşkil edir. İddiaçı nümayəndəsi Nümayəndə “iddia tələbinin həcminin azaldılması”na dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 361 manat məbləğində əsas borc və 100 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 461 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizə məhkəməyə müraciət edildikdən sonra, yəni 20 iyun 2023-cü il tarixdə cavabdeh tərəfindən 200 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə əsaslandırılmışdır. Məhkəmə iclasına iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC ilə yuxarı (6-cı sinifdə) təhsil alacaq X3 valideyni(qanuni nümayəndəsi) X2 arasında bağlanmış 13 sentyabr 2021-ci il tarixli 708/2021(T2019-2020) №-li Təhsilin təşkili müqaviləsindən görünür ki, bu müqavilə ilə Zirvə liseyi ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respublikasının ümumi təhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikasə Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və proqramları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tədqiq edərək, təhsilalanın ümumi təhsil almasını həyata keçirir. Təhsilalanın valideyni isə bunun müqabilində Zirvə liseyinə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, İddiaçındə Təhsilalanın tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 4500 (dörd min beş yüz) manat təşkil edir. Gündəlik yeməyin dəyəri təhsil haqqına daxildir. Valideynin xx.xx.2021-ci il tarixinədək İddiaçı nin təqdim etdiyi hesaba 500(beş) yüz manat depozit məbləğini köçürməlidir. Valideyn Təhsilanın İddiaçındə 2021-2022-ci tədris ili üçün təhsil almasından imtina etdikdə ödənilmiş 500 manat depozit məbləği ona geri qaytarılmır. Təhsil haqqının xx.xx.2021-ci il tarixindək depozit məbləğinin ödənilməməsi nəzərə alınmaqla, qalan 4000(dörd min) nabat məbləği cari 2021-2022-ci tədris ilinin mart ayına qədər (mart ayıda daxil olmaqla) 7 ay ərzində aybaay 643 manat olmaqla, hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə “Zirvə Liseyin” nin təqdim etdiyi hesaba köçürülür. Həmin Müqavilənin 3.6-cı bəndinə əsasən, təhsil haqqı bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0.2 % məbləğində dəbbə pulu ödəyəcək. 09 yanvar 2023-cü il tarixli 004 №-li Maliyyə Arayışından görünür ki, İddiaçı MMCdə təhsil alan X3 valideyni Cavabdeh arasında bağlanmış Təhsilin təşkili haqqında xx.xx.2021-ci il tarixli 708/2021(T2019-2020) saylı müqaviləyə əsasən İddiaçı MMC-nin xeyrinə 2021-2022 tədris ili üzrə 561 manat təhsil haqqı borcu və 101 manat dəbbə pulu borcu qalmışdır. Qeyd edilmiş müqavilə üzrə ümumi təhsil haqqı 4500 manat təşkil edir, bu məbləğdən 3939 manat ödənilib. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, cavabdehə 13 sentyabr 2021-ci il tarixli 708/2021(T2019-2020) №-li müqaviləyə əsasən götürülmüş öhdəliklərin icra edilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 783.1-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Göründüyü kimi Cavabdeh 13 sentyabr 2021-ci il tarixli 708/2021(T2019-2020) №-li Təhsilin təşkili müqaviləsi üzrə götürdüyü öhdəlikləri pozmuş, onu lazımınca icra etməmiş və övladı X3 2021-2022-ci tədris ili üçün ödəməli olduğu 4500 manat təhsil haqqının iddiaçı məhkəməyə müraciət edənədək, 3939 manat hissəsini və hal-hazırki iddia ərizəsinə məhkəmədə baxılan zamanı isə 200 manatını ödəmiş və 361 manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, cavabdehdən3 61 manat əsas borcun tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan müqavilə üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 100 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu məbləği azaldılmalı və 50 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 21 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 9 manatı isə iddiaçıya aid edilməlidir. Beləliklə də, məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 361 manat əsas borcu və 50 manat dəbbə pulu borcu alınaraq İddiaçınə verilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 361 (üç yüz altmış bir) manat məbləğində əsas borc, 50 (əlli manat) manat məbləğində dəbbə pulu və 21 (iyirmi bir) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 432 (dörd yüz otuz iki) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Zirvə Liseyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar