Məhkəmə qərarları › İş №e-2(001)-3340/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3340/2023

24.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3340/2023 24.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Bəybalayeva Leylafər Natiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil3, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracda satılaraq satış pulunun bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracda satılaraq satış pulunun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, 39 saylı mənzildəki payının naturada ayrılması mümkün olmadığı üçün 1 (bir) otağın dəyəri olan 45.000 (qırx beş min) manat pay hüququnun dəyərinin ona kompensasiya ödənilməsi yolu ilə mülkiyyət hüquqa xitam verilməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq satış pulunun paylara mütənasib şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən proses iştirakçıları məhkəməyə barışıq sazişi həmin sazişin təsdiq edilməsi barədə ərizə təqdim edərək tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və iş iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdilər. Həmçinin bildirdilər ki, barışıq sazişinin nəticələri onlara aydındır. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardır:

1. “Birinci tərəf - İddiaçı bu “Saziş” imzalandıqdan sonra keçirilən məhkəmə baxışında “Sazişin məhkəmə tərəfindən təsdiq edilməsi ilə əlaqədar mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən, ev 196, 39 saylı mənzildəki payının naturada ayrılması mümkün olmadığı üçün 1 (bir) otağın dəyəri olan 45.000 (qırx beş min) manat pay hüququnun dəyərinin ona kompensasiya ödənilməsi yolu ilə mülkiyyət hüququna xitam verilməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq satış pulunun paylara mütənasib şəkildə bölünməsi tələblərinə aid iddiası üzrə mülkin işin icraatına xitam verilməsinə etiraz etməyəcəyinə dair öhdəlik götürür.

2. “Saziş”ə uyğun olaraq “Birinci tərəf - İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, 39 saylı mənzilini “İkinci tərəf-Cavabdeh ona ödəyəcəyi 35000 (otuz beş min) manat məbləğində kompensasiya müqabilində notariat qaydada təsdiq edilmiş alqı satqı müqaviləsi əsasında “İkinci tərəf-Cavabdeh satacağına dair öhdəlik götürür.

3. “Saziş”ə uyğun olaraq “Birinci tərəf’-İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, 39 saylı mənzilinə dair “İkinci tərəf - Cavabdeh ilə alqı-satqı müqaviləsi bağlananadək həmin mənzildə qeydiyyatda olan Bayramzadə (Rəfıyeva) Sənəm Baxış qızı və X2 mənzildən qeydiyyatdan çıxarılmasını, mənzildə qeydiyyatda olan digər şəxslərin isə mənzilə dair alqı-satqı müqaviləsi bağlandıqdan sonra 2 (iki) ay müddətində mənzildən könüllü olaraq qeydiyyatdan çıxacaqları, mənzilin alqı-satqısına etiraz etmədikləri, qeyd olunan mənzilə dair hər hansı bir hüquqla, (yəni mənzildən istifadə, sahiblik və sərəncam hüququ ilə) bağlı hər hansı bir tələblə məhkəməyə və yaxud digər orqanlara hazırda və gələcəkdə müraciət etməyəcəklərinə dair notariat qaydada təsdiq edilmiş ərizələrinin təqdim olunmasını təmin edəcəyi barədə öhdəlik götürür.

4. “İkinci tərəf - Cavabdeh bu “Saziş” imzalandıqdan sonra keçirilən məhkəmə baxışında “Saziş”in məhkəmə tərəfindən təsdiq edilməsi ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, 39 saylı mənzildəki payının naturada ayrılması mümkün olmadığı üçün 1 (bir) otağın dəyəri olan 45.000 (qırx beş min) manat pay hüququnun dəyərinin ona kompensasiya ödənilməsi yolu ilə mülkiyyət hüququna xitam verilməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq satış pulunun paylara mütənasib şəkildə bölünməsi tələblərinə dair “Birinci tərəf iddiaçı X1 iddiası üzrə mülkin işin icraatına xitam verilməsinə etiraz etməyəcəyinə dair öhdəlik götürür.

5. “Saziş”ə uyğun olaraq “İkinci tərəf- Cavabdeh bu “Saziş”in təsdiq edilməsinə dair məhkəmə qərardadı qüvvəyə mindikdən və “Birinci tərəf-İddiaçı hazırkı “Saziş”in 2.3-cü bəndi ilə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təsdiq edən rəsmi sənədləri (Bayramzadə (Rəfiyeva) Sənəm Baxış qızı və X2 mənzildən qeydiyyatdan çıxarılmasına dair “ASAN” xidmət və yaxud MKİS-nin Arayışını və mənzildə qeydiyyatda olan digər şəxslərin isə mənzilə dair alqı- satqı müqaviləsi bağlandıqdan sonra 2 (iki) ay müddətində mənzildən könüllü olaraq qeydiyyatdan çıxacaqları, mənzilin alqı-satqısına etiraz etmədikləri, qeyd olunan mənzilə dair hər hansı bir hüquqla, (yəni mənzildən istifadə, sahiblik və sərəncam hüququ ilə) bağlı hər hansı bir tələblə məhkəməyə və yaxud digər orqanlara hazırda və gələcəkdə müraciət etməyəcəklərinə dair notariat qaydada təsdiq edilmiş ərizələrinin təqdim olunduğu və müvafiq notariat kontorunda mənzilin alqı-satqısı rəsmiləşdirildiyi gün 35000 (otuz beş min) manat məbləğində pulu qanunvericilklə müəyyən olunmuş qaydada “Birinci tərəf-İddiaçı ödəyəcəyinə dair öhdəlik götürür. Bundan əlavə “İkinci tərəf alqı- satqı prosesi üçün bütün notarial xərc və başqa ödənişləri ödəməyi öz üzərinə götürür.

6. “Saziş”in imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız “Saziş”in şərtləri etibarlı olur.

7. “Saziş”də nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri və ya varislərini, vəkillərini və nümayəndələrini bu “Saziş”in bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər.

8. “Saziş” könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə hər iki “Tərərf “Saziş”in məcburi icrası üçün qeyd olunan “Saziş”in təsdiq olunması barədə Qərardad qəbul etmiş məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı “Saziş”in icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir.

9. Əgər “Saziş” məhkəmə, tərəfindən təsdiq edilmişdirsə, “Saziş”in məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər.

10. “Tərəflər” razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.1-ci maddəsinə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə proses iştirakçılarını dinləyib, barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən təsdiq edilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən barışıq sazişi təsdiq edilsin:

1. “Birinci tərəf - İddiaçı bu “Saziş” imzalandıqdan sonra keçirilən məhkəmə baxışında “Sazişin məhkəmə tərəfindən təsdiq edilməsi ilə əlaqədar mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən, ev 196, 39 saylı mənzildəki payının naturada ayrılması mümkün olmadığı üçün 1 (bir) otağın dəyəri olan 45.000 (qırx beş min) manat pay hüququnun dəyərinin ona kompensasiya ödənilməsi yolu ilə mülkiyyət hüququna xitam verilməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq satış pulunun paylara mütənasib şəkildə bölünməsi tələblərinə aid iddiası üzrə mülkin işin icraatına xitam verilməsinə etiraz etməyəcəyinə dair öhdəlik götürür.

2. “Saziş”ə uyğun olaraq “Birinci tərəf - İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, 39 saylı mənzilini “İkinci tərəf-Cavabdeh ona ödəyəcəyi 35000 (otuz beş min) manat məbləğində kompensasiya müqabilində notariat qaydada təsdiq edilmiş alqı satqı müqaviləsi əsasında “İkinci tərəf-Cavabdeh satacağına dair öhdəlik götürür.

3. “Saziş”ə uyğun olaraq “Birinci tərəf’-İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, 39 saylı mənzilinə dair “İkinci tərəf - Cavabdeh ilə alqı-satqı müqaviləsi bağlananadək həmin mənzildə qeydiyyatda olan Bayramzadə (Rəfıyeva) Sənəm Baxış qızı və X2 mənzildən qeydiyyatdan çıxarılmasını, mənzildə qeydiyyatda olan digər şəxslərin isə mənzilə dair alqı-satqı müqaviləsi bağlandıqdan sonra 2 (iki) ay müddətində mənzildən könüllü olaraq qeydiyyatdan çıxacaqları, mənzilin alqı-satqısına etiraz etmədikləri, qeyd olunan mənzilə dair hər hansı bir hüquqla, (yəni mənzildən istifadə, sahiblik və sərəncam hüququ ilə) bağlı hər hansı bir tələblə məhkəməyə və yaxud digər orqanlara hazırda və gələcəkdə müraciət etməyəcəklərinə dair notariat qaydada təsdiq edilmiş ərizələrinin təqdim olunmasını təmin edəcəyi barədə öhdəlik götürür.

4. “İkinci tərəf - Cavabdeh bu “Saziş” imzalandıqdan sonra keçirilən məhkəmə baxışında “Saziş”in məhkəmə tərəfindən təsdiq edilməsi ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, 39 saylı mənzildəki payının naturada ayrılması mümkün olmadığı üçün 1 (bir) otağın dəyəri olan 45.000 (qırx beş min) manat pay hüququnun dəyərinin ona kompensasiya ödənilməsi yolu ilə mülkiyyət hüququna xitam verilməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq satış pulunun paylara mütənasib şəkildə bölünməsi tələblərinə dair “Birinci tərəf iddiaçı X1 iddiası üzrə mülkin işin icraatına xitam verilməsinə etiraz etməyəcəyinə dair öhdəlik götürür.

5. “Saziş”ə uyğun olaraq “İkinci tərəf- Cavabdeh bu “Saziş”in təsdiq edilməsinə dair məhkəmə qərardadı qüvvəyə mindikdən və “Birinci tərəf-İddiaçı hazırkı “Saziş”in 2.3-cü bəndi ilə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təsdiq edən rəsmi sənədləri (Bayramzadə (Rəfiyeva) Sənəm Baxış qızı və X2 mənzildən qeydiyyatdan çıxarılmasına dair “ASAN” xidmət və yaxud MKİS-nin Arayışını və mənzildə qeydiyyatda olan digər şəxslərin isə mənzilə dair alqı- satqı müqaviləsi bağlandıqdan sonra 2 (iki) ay müddətində mənzildən könüllü olaraq qeydiyyatdan çıxacaqları, mənzilin alqı-satqısına etiraz etmədikləri, qeyd olunan mənzilə dair hər hansı bir hüquqla, (yəni mənzildən istifadə, sahiblik və sərəncam hüququ ilə) bağlı hər hansı bir tələblə məhkəməyə və yaxud digər orqanlara hazırda və gələcəkdə müraciət etməyəcəklərinə dair notariat qaydada təsdiq edilmiş ərizələrinin təqdim olunduğu və müvafiq notariat kontorunda mənzilin alqı-satqısı rəsmiləşdirildiyi gün 35000 (otuz beş min) manat məbləğində pulu qanunvericilklə müəyyən olunmuş qaydada “Birinci tərəf-İddiaçı ödəyəcəyinə dair öhdəlik götürür. Bundan əlavə “İkinci tərəf alqı- satqı prosesi üçün bütün notarial xərc və başqa ödənişləri ödəməyi öz üzərinə götürür.

6. “Saziş”in imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız “Saziş”in şərtləri etibarlı olur.

7. “Saziş”də nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri və ya varislərini, vəkillərini və nümayəndələrini bu “Saziş”in bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər.

8. “Saziş” könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə hər iki “Tərərf “Saziş”in məcburi icrası üçün qeyd olunan “Saziş”in təsdiq olunması barədə Qərardad qəbul etmiş məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı “Saziş”in icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir.

9. Əgər “Saziş” məhkəmə, tərəfindən təsdiq edilmişdirsə, “Saziş”in məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər.

10. “Tərəflər” razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracda satılaraq satış pulunun bölünməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar