Məhkəmə qərarları › İş №e-2(001)-3370/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3370/2023

18.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3370/2023 18.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X7 anası X3 ilə xx.xx.1960-cı ildə nikah bağlayaraq ailə qurmuşlar. Həmi nikahdan ərizəçi xx.xx.1961-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olmuşdur. Doğum haqqında akt qeydi Naxçıvan Muxtar Respublikası Ordubad rayon qeydiyyat şöbəsində həyata keçirilmiş və ərizəçiyə bu barədə şəhadətnamə verilmişdir. Doğum haqında şəhadətnamədə xx.xx.1938-ci ildə Bakı şəhərində anadan olmuş ərizəçinin atası X7 milliyətcə yəhudi, xx.xx.1938-ci ildə Bakı şəhərində anadan olmuş anası X3 milliyətcə azərbaycanlı, soyadı Hüseynov, ata adı Lvoviç kimi göstərilmişdir. Anası xx.xx.1993-cü ildə, atası isə xx.xx.2009-cu ildə vəfat etmişdir. Ərizəçi bütün həyatını xx.xx.1961-ci ildə anadan olmuş Ərizəçi kimi yaşamış və bütün sənədlərində həmin anket məlumatları ilə qeyd olunmuşdur. Belə ki, ərizəçininşəxsiyyət vəsiqəsində, ümumvətəndaş pasportunda, sürücülük vəsiqələrində, ali təhsili haqqında diplomunda, əmək kitabçasında, daşınmaz əmlakına dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən “Çıxarış”larda xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi kimi göstərilmişdir. Bu yaxınlarda ərizəçiyə müəyyən ailə məsələlərin həlli üçün doğum haqqında şəhadətnamə lazım olmuş, lakin ərizəçi onu evdə axtarıb tapa bilmədiyi üçün, təkrar alınması üçün yaşadığı yer üzrə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsindən Naxçıvan Muxtar Respublikası Ordubad rayon qeydiyyat şöbəsinə verilmiş sorğuya əsasən 18 aprel 2023-cü il tarixli arayışla bildirildi ki, “xx.xx.1961-ci ildə Ordubad rayonunda anadan olmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir”. Bu səbəbdən Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsindən 27 aprel 2023-cü il tarixli 05/16-5/2-11- 547/23 saylı məktubla itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpasının mümkün olmadığı barədə ərizəçiyə cavab verilmişdir. Bundan sonra ərizəçi, Azərbaycan Respublikası DİNnin BPİ-nin tapıntılar Bürosuna müraciət etmiş, lakin ərizəçiyə verilmiş xx.xx.2023-cü il tarixli 3-xx-xx/1500/2023 saylı arayışdan bəlli olmuşdur ki, doğum haqqında şəhadətnamənin tapılması barədə Bakı şəhəri BPİ-nin Tapıntılar Bürosuna məlumat daxil olmamışdır. Göstərilən səbəblərdən ərizəçi, doğum haqqında təkrar şəhadətnamə almaq üçün sözü gedən vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının məhkəmə qaydası ilə müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcbüriyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin, pasportun, sürücülük vəsiqələrinin, hərbi biletin surətlərindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşı Ərizəçi xx.xx.1961-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində doğulmuşdur. İş materiallarında olan pasportun, ölüm haqqında şəhadətnamələrin, nikah haqqında şəhadətnamənin surətlərindən görünür ki, xx.xx.1960-cı il tarixdə evlənmiş milliyyətcə yəhudi olan X7 xx.xx.2009-cu il tarixdə, milliyətcə azərbaycanlı olan X6 isə xx.xx.1993-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Ordubad rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, xx.xx.1961-ci il tarixdə Ordubad rayonunda anadan olmuş Ərizəçi doğu haqqında məlumatların müəyyən edilməsi üçün xx.xx.2023-cü il tarixədək yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilmədiyindən müvafiq akt qeydiyyat şöbəsində bərpası mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, ərizəçini universitet vaxtlarından tanıyır. Bilir ki, ərizəçi xx.xx.1961-ci il tarixdə Naxçıvanın Ordubad şəhərində doğulmuş, atası milliyəti yəhudi olan X7, anası isə milliyəti azərbaycanlı olan X2muşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, o, ərizəçini universitet vaxtlarından tanıyır. Bilir ki, ərizəçi xx.xx.1961-ci il tarixdə Naxçıvanın Ordubad şəhərində doğulmuş, atası milliyəti yəhudi olan X7, anası isə milliyəti azərbaycanlı olan X2muşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 307.2.3-cü maddəsinə görə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə müvafiq olaraq, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “... Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, doğumun qeyd edilmə faktı müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Doğumun qeyd edilmə faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi Ərizəçi doğum tarixinin xx.xx.1961-ci il, doğum yerinin Naxçıvan Muxtar Respublikası Ordubad şəhəri, ata qrafasında - milliyyəti yəhudi olan X7, ana qrafasında - milliyyəti azərbaycanlı olan X3 qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar