Məhkəmə qərarları › İş №e-2(001)-3406/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3406/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3406/2025 28.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı – İddiaçı cavabdeh – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli, 07/9295 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmış və həmin müqavilə əsasında İddiaçı abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir.

2. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş abonentin saldosuna əsasən Cavabdeh 2021-ci ilin noyabr ayı üzrə 58,92 manat sərfiyyat borcu, 2022-ci ilin yanvardekabr ayları üzrə 553,71 manat sərfiyyat borcu və limitdən əlavə 18,04 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfin 29,90 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 468,20 manat sərfiyyat borcu və limitdən əlavə 40,55 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-dekabr ayları üzrə 220,16 manat sərfiyyat borcu və limitdən əlavə 9,84 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar-fevral ayları üzrə 120,92 manat sərfiyyat borcu, cəmi 1520,24 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, İddiaçı əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman sayğacın mexaniki göstəricisində 18480 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi aşkar edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktla İddiaçı nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Sayğacın mexaniki göstəricisinə əsasən, iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 655,25 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir (1520,24 + 655,25=2175,49).

3. İddiaçı debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 2125,49 manat pulun və 41,26 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 2166,75 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçınə (Azərbaycan Beynəlxalq Bankı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

İddiaçının əsaslandırması:

1. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 07/9295 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən İddiaçı abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. İddiaçının ünvanına İddiaçı Bakı X4 departamenti tərəfindən **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda qeyd edilən müqavilənin 2.3.2-ci yarımbəndinin tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Bildirirlər ki, 2021-ci ilin noyabr ayı üzrə 58,92 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 553,71 manat sərfiyyat borcu və limitdən əlavə 18,04 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfin 29,90 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 468,20 manat sərfiyyat borcu və limitdən əlavə 40,55 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-dekabr ayları üzrə 220,16 manat sərfiyyat borcu və limitdən əlavə 9,84 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar-fevral ayları üzrə 120,92 manat sərfiyyat borcu, cəmi 1520,24 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, İddiaçı əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman sayğacın mexaniki göstəricisində 18480 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi aşkar edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktla İddiaçı nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən, iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 655,25 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir (1520,24 + 655,25=2175,49). 2021-ci ilin noyabr ayından 2025-ci ilin fevral ayına qədər cavabdeh cəmi 50 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin “Azirqaz” İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu üzrə ümumi 2125,49 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması və cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

Cavabdehin etirazları:

2. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.

Tərəflərin izahatları:

3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə prosesində iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən, yəni 2021-ci ilin noyabr ayından 2025-ci ilin fevral ayınadək olan dövr üçün 1470,24 manat sərfiyyat borcuna münasibətdə, eləcə də sayğacın mexaniki göstəricisinə əsasən aşkar edilmiş təbii qaz sərfiyyatına münasibətdə 312,50 manat məbləğində olan hissədə qəbul etdiyini, qalan hissədə isə qəbul etmədiyini bildirdi.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

5. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 07/9295 saylı müqavilədən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmışdır.

6. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 07/9295 saylı müqavilənin “müqavilənin predmeti” bəndindən müəyyən edilir ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı da aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir.

7. İş materiallarında olan Abonentin saldosundan müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Mədən ərazisi, Aşkar olunmuş abonentlər, 134 saylı fərdi yaşayış evində Abonent kodu **********0000 olan Cavabdeh 2021-ci ilin noyabr ayı üzrə 58,92 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 553,71 manat sərfiyyat borcu və limitdən əlavə 18,04 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfin 29,90 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 468,20 manat sərfiyyat borcu və limitdən əlavə 40,55 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-dekabr ayları üzrə 220,16 manat sərfiyyat borcu və limitdən əlavə 9,84 manat sərfiyyat borcu, 2025-ci ilin yanvarfevral ayları üzrə 120,92 manat sərfiyyat borcu qalmışdır və o, həmin məbləğdən cəmi 50 manat ödəniş etmişdir.

8. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli AKT-dan müəyyən edilir ki, cavabdehə məxsus qaz sayğacı onun iştirakı ilə çıxarılmış və bu zaman qaz sayğacının mexaniki göstəricisi 18480 m3 olmuşdur.

9. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli, MSK – 29/1710-04659-1 nömrəli AKT-a əsasən müəyyən edilir ki, cavabdehə məxsus sayğaca baxış keçirilmiş, sayğacın klapanının işlək olmaması, yivli birləşmələrin korroziyaya uğramasİ. Sayğacın elementinin bitməsi, müvəqqəti elementin quraşdırılması və xx.xx.2020-ci il tarixə elektron göstəricisinin 15328 m3 olması qeyd edilmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialı tərəfindən məhkəmə qərardadı əsasında verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, mütəxəssis rəyində “smart tipli qaz sayğaclarının element daşının (batareya) istifadə müddəti bitən hallarda sayğacın elektron hissəsinin fəaliyyəti dayanır. Lakin, sayğacdan keçən qaz həcmi sayğacın mexaniki hissəsində qeydə alınır. Sözügedən abonentin qaz sayğacının xx.xx.2021-ci il tarixli ******* nömrəli çıxarılma aktında sayğacın mexaniki göstəricisinin 18480 m3 olduğu göstərilmişdir. Abonent saldosunun təhlili abonent tərəfindən 2013-cü ilin aprelindən 2020-ci ilin avqustuna qədər 15365 m3 qazın dəyərinin ödənildiyi müəyyən edilmişdir. Beləliklə, abonent tərəfindən 2020-ci ilin avqustundan 2021-ci ilin mayına qədər 18480-15365=3125 m3 qaz həcmi dəyəri ödənilmədən istifadə edilmişdir. Daxil olmuş sənədlərdə göstərilən qaz həcminin konkret hansı aylarda nə qədər istifadə edildiyini müəyyən etmək mümkün olmadığından, həmin dövrdə qüvvədə olan əhali istehlakçıları üçün ən aşağı tariflə (1m3 10 qəpik) götürsək 3125 m3 qaz həcminin dəyəri 312,50 manat təşkil edər” qeyd edilmişdir. Öncəki məhkəmə prosesində iştirak etmiş, mütəxəssis rəyini verən Agentliyinin mütəxəssisi X1 da mütəxəssis qarşısında qoyulmuş suallara xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilən formada cavablar vermişdir.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 11. (6.) Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: - Maddə 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. - Maddə 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. - Maddə 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. - Maddə 64.2. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır.

16. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi Cavabdeh iddiaçı qarşısında öhdəlik (istehlak etdiyi təbii qazın dəyərinin ödənilməsi) götürmüş, lakin öhdəliyi lazımınca icra etməmiş və nəticədə onun iddiaçıya 1470,24 manat məbləğində ödənilməmiş debitor borcu qalmışdır. İşin bu halı cavabdehin özü tərəfindən də məhkəmə iclaslarında etiraf edilmiş və iddia tələbi bu hissədə qəbul edilmişdir.

17. İddiaçı tərəfindən qaz sayğacının mexaniki göstəricisinə əsasən hesablanmış 655,25 manat məbləğində sərfiyyat borcuna cavabdeh tərəfindən etiraz edilmiş və ona görə də məhkəmə tərəfindən mütəxəssis rəyinin alınması üçün ekspertiza təyin edilmişdir. xx.xx.2025-ci il tarixli Mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş və orada qaz sayğacının mexaniki göstəricisinə əsasən cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmiş qaz sərfiyyatına görə cavabdehin borcunun 312,50 manat olduğu qeyd edilmişdir. Öncəki məhkəmə iclasında iştirak etmiş cavabdeh qaz sayğacının mexaniki göstəricisi əsasında qeydə alınmış qaz sərfiyyatına görə mütəxəssis tərəfindən hesablanmış 312,50 manat məbləğində borcu qəbul etdiyini bildirmiş və iddia tələbini həmin məbləğə münasibətdə təmin edilməsini məhkəmədən xahiş etmişdir.

18. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehdən debitor borc olaraq 1470,24 manat, sayğacın mexaniki göstəricisinə əsasən istifadə edilmiş, lakin dəyəri ödənilməmiş qaz sərfiyyatına görə isə 312,50 manat, ümumilikdə 1782,74 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

19. Məhkəmə həmçinin, iddianın 41,26 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla da dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi).

20. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

21. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh debitor borc olaraq 1470,24 manat, sayğacın mexaniki göstəricisinə əsasən istifadə edilmiş, lakin dəyəri ödənilməmiş qaz sərfiyyatına görə isə 312,50 manat, ümumilikdə 1782,74 manat məbləğində borc və iddia qaldırmaq üçün ödənilmiş 41,26 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

22. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh 1470,24 manat məbləğində debitor borc, sayğacın mexaniki göstəricisinə əsasən istifadə edilmiş, lakin dəyəri ödənilməmiş qaz sərfiyyatına görə 312,50 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 41,26 manat məbləğində pul vəsaiti, ümumilikdə 1824 manat məbləğində vəsait tutularaq İddiaçı hesabına (Azərbaycan Beynəlxalq Bankı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) ödənilsin.

3. İddia qalan hissədə təmin edilməsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar