Məhkəmə qərarları › İş №e-2(001)-342/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(001)-342/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-342/2023 28.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş yaşayış binasının qaraj mərtəbəsindən xx.xx.2007-ci il tarixli 01-Q saylı müqaviləyə əsasən qeyri-yaşayış sahəsi olan iki ədəd qarajın ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının qaraj mərtəbəsindən xx.xx.2007-ci il tarixli 01-Q saylı müqaviləyə əsasən qeyri-yaşayış sahəsi olan iki ədəd qaraj almışdır. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən “Payçı” qeyri-yaşayış sahəsini qəbul etməyi və qeyri-yaşayış sahəsinin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürür. O, müqavilə üzrə üzərimə düşən öhdəliyi yerinə yetirərək təklif olunan qarajların dəyərini Cavabdeh MTK-ya tam şəkildə ödəmiş və ona bu barədə MTK tərəfindən 1- 2709/10 saylı xx.xx.2007-ci il tarixli arayış verilmişdir. Qeyd edir ki, həmin ünvanda yerləşən binanın tikintisi başa çatmış və sakinlər həmin binada köçərək yaşayırlar. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq həmin 2 ədəd qarajı (qeyri-yaşayış sahəsini) bu günədək ona təhvil verməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, həmin qarajlar məhkəmə qaydasında cavabdeh tərəfindən ona təhvil verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını və cavabdehin nümayəndəsinin məhkəməyə gəlməməsi səbəbindən qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin işə qiyabi icraat qaydasında baxılmasına dair razılıq ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh Mənzil Tikinti Kooperativi (payçı) ilə İddiaçı (müştəri) arasında bağlanmış xx.xx.2007-ci il tarixli 01-Q nömrəli “kooperativ mənzil tikinti haqqında” müqavilənin təsdiq edilmiş surətindən görünür ki, müqavilənin əsası kpoperativə ayrılmış ünvan 1 ünvanında payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının qeyri-yaşayış sahəsi təklif edilir. Müqavilənin 2.2-ci bəndinə əsasən kooperativ inşa ediləcək binanın qarajında oxlar arası qeyri-yaşayış sahəsini payçıya təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinə əsasən qeyri-yaşayış sahəsinin ümumi sahəsi kimi “Qaraj 2 ədəd”, qeyri-yaşayış sahəsinin hesablaşma sahəsi “Qaraj 2 ədəd” kimi göstərilmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən payçı qeyri-yaşayış sahəsini qəbul etməyi və qeyri-yaşayış sahəsinin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürür. Cavabdeh Mənzil Tikinti Kooperativinin xx.xx.2007-ci il tarixli arayışının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müqavilə əsasında ünvan 1 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasında qaraja üzv olub və qarajın dəyərini tam ödəmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər arasında xx.xx.2007-ci il tarixdə “Kooperativ mənzil tikinti haqqında” müqavilə bağlanmış və Kooperativ ünvan 3 ünvanda yerləşən binanın qaraj mərtəbəsində qeyri-yaşayış sahəsində olan oxlar arasında “2 ədəd qaraj” sahəsinin iddiaçıya təhvil verməyi, iddiaçı isə qarajların dəyərini Kooperativə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilmiş, yəni qarajların dəyəri iddiaçı tərəfindən ödənilmiş, cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməyərək qarajları iddiaçıya təhvil verməmişdir. Hazırda iddiaçı qeyd edilən yaşayış binasından ona təhvil verilməyən 2 ədəd qarajın ona təhvil verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli 01-Q nömrəli “kooperativ mənzil tikinti haqqında” müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş, bununla da həmin müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, iddiaçı ilə arasında bağladığı xx.xx.2007-ci il tarixli 01-Q nömrəli “kooperativ mənzil tikinti haqqında” müqavilədə göstərilən 2 (iki) ədəd qarajı iddiaçıya təhvil verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2007-ci il tarixli 01-Q nömrəli “kooperativ mənzil tikinti haqqında” müqavilə üzrə ünvan 1 ünvanında yerləşən binanın qaraj mərtəbəsində qeyri-yaşayış sahəsindən oxlar arasında 2 (iki) ədəd qarajın İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdlr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2007-ci il tarixli 01-Q nömrəli “kooperativ mənzil tikinti haqqında” müqavilə üzrə ünvan 1 ünvanında yerləşən binanın qaraj mərtəbəsində qeyri-yaşayış sahəsindən oxlar arasında 2 (iki) ədəd qarajın İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qiyabi qətnamənin rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar