Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3454/2022 14.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbi” nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması tələbi” nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 175,02 manat məbləğində maddi zərərin və 30 manat məbləğində dövlət rüsumunun “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X1 Azərbaycan” QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx/xx/2012-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetrməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2020-tarixli e-2(001)-4388/2020-saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx"MMC -yə sifariş etmişdir. “Azcollect MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-tarixindəki 291.81 manat xx.xx.2021tarixindəki 296.47 manat xx.xx.2021-tarixindəki 300 manat xx.xx.2021-tarixindəki 300 manat və xx.xx.2021-tarixindəki 38.29 manat məbləğindəki vəsait "xxxx" MMC -nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 183.97 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 183.97 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış xx/xx/2012 -cü il tarixli müqavilənin 4.19-cu bəndində qeyd edilmişdir ki «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqixidmət ilə bağlıxərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4388/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh əsas borc 922,95 manat, faiz borcu 103,43 manat, cərimə borcu 160,22 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 6,57 manat, bildirişlərin(pretenziyaların) göndərilməsi üzrə poçt xərci olan 3,40 manat olmaqla, ümumilikdə 1196,57 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi və s. qət edilmişdir. “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanan 18 yanvar 2021-ci il tarixli hüquqi xidmət haqqında müqavilədən görünür ki, bu müqavilə istehlak kreditləri, kredit kartları və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması(qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələni tənzimləyir. Müqavilənin 5.1.1-ci bəndinə əsasən Bank müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar büro tərəfindən icra nəzarəti başlandıqdan sonra pul yığılması halında büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc yığılmasında cəmi 15 % nisbətində hüquqi xidmət haqqı ödəyəcəkdir. "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx/xx/2012-ci il tarixli bank hesabı, kredit kartı, debet kartı və zaminlik haqqında qarışıq müqavilənin 4.19-cu bəndinə əsasən bu müqavilədən yaranan borcların “kart/əlavə kart sahibi” tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə “Bank” kart/əlavə kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, “kart/əlavə kart sahibi” bununla bağlı”bankın” çəkəcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) “Banka” ödənilməsini qəbul, bəyan, təsdiq edir. "xxxx" MMC tərəfindən tərtib edilən, 2021-ci ilin aprel ayı üzrə Worldcart ödənişlərinin hesabatından görünür ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixində 291,81 manat ödəniş edilmişdir ki, həmin məbləğdən 15 % yəni 43,77 manat xitmət haqqı üçün hesablanmışdır. "xxxx" MMC tərəfindən tərtib edilən, 2021-ci ilin may ayı üzrə Worldcart ödənişlərinin hesabatından görünür ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixində 296,47 manat ödəniş edilmişdir ki, həmin məbləğdən 15 % yəni 44,47 manat xitmət haqqı üçün hesablanmışdır. "xxxx" MMC tərəfindən tərtib edilən, 2021-ci ilin iyun ayı üzrə Worldcart ödənişlərinin hesabatından görünür ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixində 300 manat ödəniş edilmişdir ki, həmin məbləğdən 15 % yəni 45 manat xitmət haqqı üçün hesablanmışdır. "xxxx" MMC tərəfindən tərtib edilən, 2021-ci ilin iyul ayı üzrə Worldcart ödənişlərinin hesabatından görünür ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixində 300 manat ödəniş edilmişdir ki, həmin məbləğdən 15 % yəni 45 manat xitmət haqqı üçün hesablanmışdır. "xxxx" MMC tərəfindən tərtib edilən, 2021-ci ilin avqust ayı üzrə Worldcart ödənişlərinin hesabatından görünür ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixində 38,29 manat ödəniş edilmişdir ki, həmin məbləğdən 15 % yəni 5,74 manat xitmət haqqı üçün hesablanmışdır. 04 aprel 2022-ci il tarixli Bildiriş-Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə ödənilmiş 183,97 manat xidmət haqqı borcunu 5 iş günü müddətində icra etməməsi təqdirdə kredit borcunun ödənilməsi məqsədi ilə aidiyyatı orqanlara müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir; İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir:
1. İddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilmədiyindən bank sadələşdirilmiş icraat qaydasından iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehdən əsas borc 922,95 manat, faiz borcu 103,43 manat, cərimə borcu 160,22 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 6,57 manat, bildirişlərin(pretenziyaların) göndərilməsi üzrə poçt xərci olan 3,40 manat olmaqla, ümumilikdə 1196,57 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-29001)-4388/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi ilə Cavabdeh əsas borc 922,95 manat, faiz borcu 103,43 manat, cərimə borcu 160,22 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 6,57 manat, bildirişlərin(pretenziyaların) göndərilməsi üzrə poçt xərci olan 3,40 manat olmaqla, ümumilikdə 1196,57 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi və s. qət edilmişdir.
3. “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanan 18 yanvar 2021-ci il tarixli hüquqi xidmət haqqında müqavilə bağlanmışdır. Müqavilənin 5.1.1-ci bəndinə əsasən Bank müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar büro tərəfindən icra nəzarəti başlandıqdan sonra pul yığılması halında büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc yığılmasında cəmi 15 % nisbətində hüquqi xidmət haqqı ödəyəcəkdir.
3. Cavabdeh tərəfindən borcun ödənilməsi “Azcollect“ MMC tərəfindən təmin edilmiş və nəticədə banka xx.xx.2021-tarixində 291.81 manat xx.xx.2021-tarixində 296.47 manat xx.xx.2021-tarixində 300 manat xx.xx.2021-tarixində 300 manat və xx.xx.2021-tarixində 38.29 manat məbləğində vəsait ödənilmişdir. Bunun müqabilində bank tərəfindən MMC-yə 183,97 manat xidmət haqqı ödənilmişdir.
4. Hazırda iddiaçı cavabdehlə arasında bağlanmış xx/xx/2012-ci il tarixli bank hesabı, kredit kartı, debet kartı və zaminlik haqqında qarışıq müqavilənin 4.19-cu bəndinə istinad etməklə cavabdehdən həmin xidmət haqqının tutularaq banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Göründüyü kimi cavabdehlə iddiaçının hüquqi xidmət haqqında müqavilə bağladığı "xxxx" MMC arasında hər hansı müqavilə münasibətləri yoxdur və sonuncunun icra orqanı olmadığı aşkardır. Halbuki məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır və Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Buna baxmayaraq iddiaçının "xxxx" MMC ilə bağladığı müqaviləyə əsasən cavabdehdən vəsait tələb etməsi anlaşılan deyildir. Əvvəla göstərilən tərəflər arasında tələbin güzəşt edilməsi barədə müqavilə bağlanması müəyyən edilmir. Bundan əlavə iddiaçının müqavilənin standart şərti kimi müqaviləyə daxil etdiyi ““Bankın” çəkəcək hər cür xərclərinin(vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla “Banka” ödənilməsini qəbul, bəyan və təsdiq edir” müddəa etibarsızdır. Belə ki, Mülki Məcəllənin 420.1.5-ci maddəsinə əsasən təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən müddəalar etibarsızdır. Həmin Məcəllənin 420.2-ci maddəsində isə qeyd edilmişdir ki, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Müqavilənin yuxarıda göstərilən bəndinə nəzər yetirdikdə aydın olur ki, orada qeyd olunan müddəa iddiaçıya istənilən şəxslə, istədiyi şərtlərlə, istədiyi qaydada cavabdehin üzərinə vəzifə qoyan müqavilə bağlamağa ixtiyar verir. Lakin belə qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilməlidir. Əks halda iddiaçı zərurət olmadan və ya zəruriliyi əsaslandırılmadan istənilən şəxslə, istənilən haqq müqabilində hüquqi xidmət müqaviləsi bağlamaqla hüquqdan sui-istifadə edə bilər. O ki qaldı iddiaçının bunu öhdəliyin icra edilməməsinə və ya borclunun icranı gecikdirməsinə görə vurulan zərər kimi tələb etməsinə, bu halda belə aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir. 1)zərərin mövcud olması, 2)zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3)zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və 4)zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Lakin işin hallarından da müəyyən edildiyi kimi iddiaçı icra məmurunun səlahiyyətlərini yerinə yetirmək üçün hər-hansı zərurət olmadan hüquqi xidmət haqqında müqavilə bağlamışdır və bu amil zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olmasını istisna edir. Yuxarıda göstərilənlərə əsasən iddiaçının tələbi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı “X1 Azərbaycan” qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbi” nə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbi” nə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev