Məhkəmə qərarları › İş №e-2(001)-3540/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3540/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3540/2023 20.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Cavabdeh1 MMC-nin nümayəndəsi X1, Cavabdeh2 oğlunun nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMMC-nin Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “kommunal xidmətə görə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMMC Cavabdeh1 MMC-yə qarşı “kommunal xidmətə görə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMCdən onların istifadəsinə verilmiş qeyri-yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsinə görə 2018-ci ilin yanvar ayından 2023-cü ilin aprel ayı da daxil olmaqla hər ay üçün 30 manat olan ümumi məbləği 1560 manat təşkil edən borcun və ödənilmiş 36 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMMC ilə Cavabdeh1 MMC arasında icarə müqaviləsi bağlanmışdır. İddiaçı MMMC tərəfindən ümumi qəbul edilmiş qərarla MMMC ilə müvafiq müqavilə əsasında kommunal xidmətlər üçün müəyyən edilmiş məbləğ ödənilməlidir. İddiaçı MMMC tərəfindən xx.xx.2023-cü il tarixində xəbərdarlıq məktubu ilə qarşı tərəfə müraciət olunmuş və İddiaçı MMMC-yə ödənilməli olan ümumi məbləği 1560 manat təşkil edən borcun 3 gün ərzində ödənilməli olması xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən borc ödənilməmiş və bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı MMMC-nin nümayəndəsi-vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ünvanlayaraq, ünvan 1yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsinə görə 2018-ci ilin yanvar ayından 2023-cü ilin aprel ayı da daxil olmaqla hər ay üçün 30 manat olan ümumi məbləği 1560 manat təşkil edən borcun və 36 manat dövlət rüsumunun, ümumilikdə 1596 manat pulun Cavabdeh2 tutularaq İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi T.Rzayev iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri Kommersiya Qurumlarının Dövlət Reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMMC xx.xx.2018-ci il tarixdə hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir. - xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, bu müqavilə Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanılmış, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 37E ünvanında yerləşən 89 kv.m. qeyri-yaşayış sahəni icarə verməyi, Cavabdeh1 MMC isə əvəzində qarşı tərəfə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. - Müqavilə üzrə ödənişin tələb edilməsinə dair xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh2 yaranmış borcun ödənilməsinə dair müraciət edilmişdir. - İddiaçı MMMC iştirakçılarının ümumi yığıncağında İddiaçı MMMC-yə ödəniləcək üzvlük haqqının məbləği haqqında qəbul edilmiş qərarlar üzrə xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, üzvlük haqqının məbləğinin 30 AZN olması haqqında qərar qəbul edilmişdir. - Liftlərə texniki xidmət aparılması haqqında xidmətin təhvili-qəbuluna dair 376 nömrəli aktdan və ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, aylıq xidmətin müqavilə qiyməti 560 AZN təşkil etmiş və Azərişıq ASC-yə mütəmadi olaraq ödənişlər edilmişdir . - xx.xx.2018-ci il tarixli xidmələrə qoşulma təklifindən (oferta müqaviləsindən) görünür ki, müqavilə iştirakçılarından biri İddiaçı MMMC, digəri isə bu razılaşmanı aksept edən Bakı şəhəri, N.Nərimanov rayonu, Heydər Əliyev prospekti 87/89 mənzil mülkiyyətçiləridir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (maddə 390.1.). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (maddə 390.3.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar (maddə 135.). “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmaqla MMMMC-nin xidmətlərindən istifadə etdiyindən, kommunal, məişət və göstərilən digər xidmətlərə görə haqqı ödməlidir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, hazırda Cavabdeh2 həmin qeyri-yaşayış sahəsini icarə müqaviləsi əsasında Cavabdeh1 MMC-yə icarəyə versə də, yəni hazırda qeyri-yaşayış sahəsi faktiki olaraq Cavabdeh1 MMC-nin sahiblik və istifadəsində olsa da, Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış icarə müqaviləsinin 3.2-ci bəndində yalnız “İcarə obyektinin” daxilində olan kommunal xidmətlərin(eletrik, su, qaz, telefon və s.) Cavabdeh1 MMC tərəfindən ayrıca olaraq ödənilməsi nəzərdə tutulmuşdur. Lakin İddiaçı MMMC-yə qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin ödəniləcək üzvlük haqqının məbləğinin ödənilməsi barədə isə icarə müqaviləsində heç bir razılıq qeyd olunmamışdır. Odur ki, qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, iddiaçı MMMC tərəfindən göstərilmiş kommunal xidmətlərə görə Cavabdeh2 MMMC-nin xeyrinə 2018-ci ilin sentyabr ayından 2023-cü ilin aprel ayına qədər hesablanmış borc məbləği tutula bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin: -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi İddiaçı MMMC iştirakçılarının ümumi yığıncağında İddiaçı MMMC-yə ödəniləcək üzvlük haqqının məbləği haqqında qəbul edilmiş qərarlar üzrə protokolu təqdim etmiş, burada qeyri-yaşayış sahələri üçün ödənilməli olan üzvlük haqqı 30 (otuz) manat müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən aylıq ödəməninin 30 (otuz) manatdan hesablanmasını ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMMC-nin Cavabdeh2 qarşı “kommunal xidmətə görə borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh2 1560 (bir min beş yüz altmış) manat məbləğində borc tutularaq İddiaçı MMMC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, 2018-ci ilin sentyabr ayından (xx.xx.2018-ci il tarixli Protokol tərtib edildiyi vaxtdan) 2023-cü ilin aprel ayı da daxil olmaqla 1680 manat təşkil edir (56x30=1680). Lakin iddia ərizəsində 1560 manat pul məbləği tələb olunduğundan, məhkəmə bu məbləğin tutulmasını məqsədəuyğun hesab edir. Belə ki, MPM-nin 218.3-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 1560 (bir min beş yüz altmış) manat məbləğində borc və ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar