Məhkəmə qərarları › İş №e-2(001)-3556/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3556/2024

24.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3556/2024 24.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı və onun vəkil və nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 iştirakları ilə İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 cəlb edilməklə) “evə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “evə köçürmə” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, o və oğlu X1 Bakı şəhəri, ünvan 3 nömrəli evə köçürülməsi barədə və yaşayış evindən istifadə ilə bağlı cavabdeh tərəfindən onlara yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2007-ci il tarixdə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Nikahları Xətai rayon VVADQ şöbəsində qeydə alınaraq xx.xx.2007-ci il tarixdə rəsmiləşdirilmişdir. Bildirir ki, ailəli olduqları dövrdə (2007- 2024) o, cavabdehlə birlikdə tikdikləri evdə yaşamaqla birgə təsərrüfat aparmışdır. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə X7 adlı övladları dünyaya gəlmişdir. Bildirir ki, cavabdehlə toyları Sumqayıt şəhərində olmuş və onlar evliliklərinin birinci ilini valideynlərinə məxsus Sumqayıtdakı evdə yaşamışlar. Daha sonra, övladlarının 1 yaşı olduqdan sonra Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qeydiyyatsız köçkünlər, Yeni Yaşayış massivində 1 otaqlı ev tikərək ora köçmüşlər və evlilik dövründə evin əlavə 3 otağını da hazır etmişlər. 2014-cü ildə həmin evdə eyvan, hamam-tualet tikilmişdir. Qeyd edir ki, həmin ev özbaşına tikili olmaqla cavabdehin mülkiyyətində deyildir. Cavabdehlə ailə qurduqları vaxtlardan daim stress və əsəb içində olmuşdur. Buna səbəb isə cavabdehin ona qarşı işlətdiyi fiziki şiddət olmuşdur. Bildirir ki, keçmiş həyat yoldaşı dənizdə işləyir və aylarla evdə olmurdu. Bu da onların münasibətlərinin kəskinləşməsinə gətirib çıxartmış və nəticədə Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikah Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarxli qətnaməsi ilə pozulmuşdur. Mülki hüquq subyektlərinin bərabərliyi prinsipi vardır. Lakin cavabdeh mübahisəli evə münasibətdə iddiaçı olaraq ona və oğluna bərabər hüquqlu şəxs olmalarına baxmayaraq onları faktiki olaraq evə buraxmır. Qeyd edir ki, cavabdeh övladı ilə onu birgə nikah dövründə əldə edilən yaşadıqları 4 otaqlı sözügedən evdən çıxartdığından oradan müvəqqəti getməyə məcbur olmuşlar. Hazırda o, övladı ilə birlikdə Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi yataqxana 8, ev 57 ünvanında anası ilə birgə yaşamağa məcbur olmuşdur. Onun başqa yaşayış ünvanı yoxdur, dəfələrlə övladı ilə birlikdə evli olduqları müddətdə tikilərək hazır olan özbaşına tikiliyə qayıtmaq istəsə də, cavabdeh onu və övladını evə buraxmaqdan imtina etmişdir. Göründüyü kimi, o, cavabdehin qanunsuz müdaxiləsi, maneələri nəticəsində anası ilə yataqxanada yaşamağa məcbur olmuşdur, istifadə hüquqları olan evdə yaşamaq, ondan istifadə hüququ kimi haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Həmçinin, onu da qeyd edir ki, Bakı Regional Qaz Satışı Departamentinin işdə olan xx.xx.2024-cü il tarixli sorğuya cavabından da göründüyü kimi xx.xx.2021-ci il tarixində Cavabdeh ilə “Azəriqaz” İB arasında qazın alqı-satqı müqaviləsi bağlanılmışdır. Abonent kodu **********0000. Sözügedən müqaviləyə əsasən qaz sayğacının qeydə alındığı ünvan: ünvan 1ünvanıdır. Bundan əlavə, Azərbaycan Republikası Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavabına əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixdən 300 kv.metr torpaq sahəsində olan 90 kv.metr yaşayış əmlakı üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Sözügedən yaşayış əmlakı hazırda evə köçürmə tələbi ilə müraciət etdikləri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qeydiyyatsız köçkünlər, Yeni Yaşayış massivi ev 125 nömrəli evdir. Bu sübutlardan da görünür ki, sözügedən evin tikintisi birgə nikah dövrlərində başa çatmışdır. Belə ki, az inandırıcıdır ki, yarımçıq tikiliyə qaz, su sayğacı qoyula, həmçinin şəxs yaşayış əmlakı üzrə vergi ödəyicisi kimi qeydiyyata alına. Deməli cavabdeh vergi ödəyicisi kimi xx.xx.2021-ci il tarixdən qeydiyyata alınırsa və “Azəriqaz” İB ilə qaz sayğacının qeydə alınması ilə bağlı müqavilə bağlayırsa deməli evin tam şəkildə hazır olması birgə nikah dövrünə aiddir. O isə hazırda yaşamağa başqa yaşayış yeri olmadığından yataqxanada anası ilə yaşayır. Yataqxanada yaşadığı mənzildə yaşamaq üçün şərait yoxdur. Onun maddi ehtiyacları artdığından, eyni zamanda heç bir yerdə işləmədiyindən kirayədə yaşamağa belə maddi imkanı yoxdur və məcburiyyətdən övladı ilə birlikdə anasının yanında, yataqxanada yaşayır. Ona görə də, onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qeydiyyatsız köçkünlər, Yeni Yaşayış massivi ev 125 yaşayış evinə köçmək zərurəti meydana gəlmişdir. Onun övladı X7 cavabdehin vərəsəsidir və onun övladının həmin evdə məcburi payı vardır, gözlənti hüququ ilə əmlakın birgə mülkiyyətçisi, miras şərikidir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək, evin ona məxsus olmadığı üçün, iddiaçının həmin evə köçürülməsinə etiraz etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs iddianı qəbul etməyərək, evi öz pulu ilə tikdiyini, həmin evin cavabdehə ümumiyyətlə heç bir aidiyyatı olmadığı üçün, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X11 ifadəsində göstərdi ki, cavabdehin qohumudur. Həmin mübahisəli evi cavabdehin qardaşı tikib. Uzun müddət Donetsk şəhərində işləyib, pulu yığıb həmin evi tikmişdir. Həmin ev 2000-ci ildə tikilib. Həmin ev tikiləndə onun xəbəri olsa da, cavabdehin ora nə vaxt köməsi barədə xəbəri yoxdur. İddiaçı toyu olandan sonra, həmin evdə yaşayıb. Məhkəmədə şahid X4 ifadəsində göstərdi ki, cavabdeh qonşumdur. Həmin yerdə 2000-ci ildən yaşayıram. Cavabdehin qardaşı Fazil həmin evi 2001-2002-ci ildə tikmişdir. İddiaçı ora gəlin gəlməyib, toydan bir müddət sonra ora gəlib. Məhkəmədə şahid X2 ifadəsində göstərdi ki, cavabdehin və 3-cü şəxsin bacısıyam. Evi Fazil tikdiyi üçün, ev ona məxsusdur. İddiaçı toydan sonra həmin evdə yaşayıb. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı 334109 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah Bakı şəhəri Xətai rayon VVADQ şöbəsində xx.xx.2007-ci il tarixdə bağlanmış və 937 nömrə ilə qeyd olunmaqla, sonuncuya “İbrahimova” soyadı verilmişdir. AZ-İİ seriyalı 088517 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. “Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, “Azəriqaz” X5 qəsəbəsi, Qeydiyyatsız köçkünlər, Yeni yaşayış massivi, ev 125 ünvanını təbii qazla təmin etmək, istehlakçı isə, həmin ünvana ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü vətəndaş Cavabdeh xx.xx.2021-ci il tarixdən 300 kvadrat metr torpaq sahəsində olan 90 kvadrat metr yaşayış əmlakı üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Bakı Şəhəri Binəqəd Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-523/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2007-ci il tarixində Bakı şəhəri Xətai rayon VVADQ şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 937 № ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X1 anası İddiaçı qalmasının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Biləcəri qəsəbəsi, Qeydiyyatsız köçkünlər, Yeni yaşayış massivinin sakinlərinin imza etdiyi Biləcəri bələdiyyəsinin aktı əsasında, Biləcəri qəsəbəsi, Qeydiyyatsız köçkünlər, Yeni yaşayış massivi, ev 125 ünvanında həmin tikili mövcuddur və həmin evi İddiaçı həyat yoldaşı Cavabdeh 2007-ci ildə inşa etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan Bakı 3 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin heç bir razılığa gəlməmişlər. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları və şahidlərin ifadəli, eləcə də tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Tərəflər birgə nikah dövründə Bakı şəhəri, ünvan 3 ünvanında yaşamağa başlamış, birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X7 doğulmuşdur. Bundan sonra, tərəflər 2007-ci ildən 2024-cü ilə qədər həmin evdə yaşamışlar, daha sonra tərəflərin münasibətləri pozulmuş və aralarında olan nikaha Bakı Şəhəri Binəqəd Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 523/2024 saylı qətnaməsi ilə xitam verilmişdir. Cavabdeh nikah pozulduqdan sonra iddiaçı və övladını sözügedən evdən çıxartmış və həmin vaxtdan iddiaçı övladı ilə bilikdə başqa ünvanda, anası ilə yaşamağa məcbur qalmışdır. Bu səbəbdən də, iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Bundan əlavə, cavabdehin yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqla bağlı mübahisə vardır. İşdə olan sübutlardan göründüyü kimi, mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, habelə tərəflərdən hər hansı biri həmin evə dair istifadə, sərəncam, sahibliklə bağlı qanunla müəyyən edilən hər hansı hüquq müəyyənedici sənədə malik deyildirlər. Bununla belə, mülki işdə olan sənədlərdən müəyyən olunur ki, mübahisə predmeti təşkil edən fərdi yaşayış evi təbii qazla, su ilə təmin edilmiş, həmin müqavilələr də Cavabdeh adına bağlanılmışdır. Həmçinin, Cavabdeh həmin fərdi yaşayış evinə görə vergi ödəyicisidir. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin "Önəryıldız Türkiyəyə qarşı" işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, "Xəzinədarlığa məxsus olan torpağın ərizəçi tərəfindən təxminən beş il ərzində zəbt edilməsi faktı 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından "mülkiyyət" hesab oluna bilməz (bax: Marks Belçikaya qarşı, b. 50; Zverjinskinin işi, b. 61). Lakin etiraf etmək lazımdır ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı. Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından "mülkiyyətə" bərabərdir (bax: İatridisin işi üzrə qərara, b. 55) " Tre Traktöreer AB İsveçə qarşı (xx.xx.1989, A seriyası, c59, s21, .59) və Van Marle və başqaları Niderlanda qarşı (xx.xx.1986, A seriyası,c.101, s13,b.40) işlər üzrə Avropa Məhkəməsinin qərarlarında vurğulanır ki, bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsi ilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüququn sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın "hüquq" kimi tanınması, istərsə də bu qanunlar tərəfindən həmin "mülkiyyət hüququ" hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda "mülkiyyət" hesab edilməsinin qarşısını almır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Göründüyü kimi tərəflər arasında hüquq münasibəti 2007-ci il tarixdə, yəni hazırda qüvvədə olan Mülki Məcəlləsinin qüvvəyə mindiyi 01 sentyabr 2000-ci il tarixdən sonra yarandığından, eləcə də Azərbaycan Respublikası qanunvericiliyində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evlərinə istifadə hüququnun tanınması və həmin evlərə köçürülməsi ilə bağlı hüquq normaları mövcud olmadığından, məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri baxımından araşdırılmaqla hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinin tələbinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsinə baxmayaraq Mülki Məcəllənin 11.1-ci maddəsi, yəni mülki qanunvericiliyin analogiya üzrə tətbiqi Mülki Məcəllənin aşağıda qeyd edilən normalarının hazırki iddia tələbinə tətbiq olunmasına əsas verir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi hazırkı iş üzrə hüquq münasibətləri 2000-ci ilin sentyabrın 1-dən sonra yarandığından, mübahisə Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Bu Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin mübahisəli yaşayış sahəsindən öz iradəsindən asılı olmayan səbəbdən çıxması onun həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. İddiaçının normal yaşayış yeri və onun layiqli həyat şəraiti təmin edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Belə ki, bu fakt tərəflərin izahatı, eləcə də mülki iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapır. Cavabdeh mübahisəli yaşayış sahəsində normal şərtlər daxilində yaşadığından, iddiaçının da həmin şərtlər daxilində tikilidə yaşamaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı övladı xx.xx.2008-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli və həmin yaşayış sahəsindən istifadə ilə bağlı Cavabdeh tərəfindən İddiaçı yaradan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı övladı xx.xx.2008-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən istifadə ilə bağlı Cavabdeh tərəfindən İddiaçı yaradan maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar