Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3762/2022 26.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mənzillərin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı mənzillərin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh direktoru X18 arasında xx.xx.2017-ci il tarixdə ünvan 1 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasının A bloku, İ giriş, 7-ci mərtəbədə, ümumi sahəsi 60.77 kv.m. olan 1 otaqlı 21 saylı mənzil, eyni ünvanda yerləşən ümumi sahəsi 97 kv.m. və 99.6 kv.m olan olan müvafiq olaraq 2 otaqlı 23 saylı və 22 saylı mənzillər barəsində müqavilələr bağlanmışdır. Həmin müqavilələr üzrə İddiaçı qeyd olunan hər üç mənzil üzrə pul məbləğini ödəmişdir. Bu barədə MMC-nin direktoru tərəfindən İddiaçı maliyyə arayışı verilmişdir. Hal-hazırda Cavabdeh vəzifəli şəxsləri müxtəlif yollarla, qanunsuz və əsassız olaraq maneələr yaradır, iddiaçının mənzillərə sahiblik və istifadə hüquqlarının həyata keçirlməsinə imkan vermir. Hətta iddiaçıya qeyd olunan mənzillərə baxış keçirilməsinə belə icazə verilmir. İddiaçı tərəfindən alqı-satqı müqavilələri, həmçinin maliyyə arayışları təqdim edilərək mənzilin təhvil verilməsi barədə şifahi tələb irəli sürülsə də, Möhlət Yolçuyev həmin sənədlərə əhəmiyyət verməmiş və mənzillərin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra İddiaçı tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edilmişdir. İdarədən mənzillərin İddiaçı satılması ilə bağlı cinayət hadisəsinin baş verməməsi bildirilmiş və mənzil sahələrinin təhvil verilməsi və mənzil sahələrindən istifadə olunmasına maneələrin aradan qaldırılmasına dair tələblə məhkəməyə mülki iddia ilə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrə əsasən icraçı olan Cavabdeh mənzillərə olan bütün hüquqları bina tikildikdən və ümumi müqavilə qiyməti tam ödənildikdən sonra “Sifarişçi”yə, yəni İddiaçı verməyi, İddiaçı isə ümumi müqavilə qiymətini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilə üzrə İcraçı olan Cavabdeh müqavilələrin Əlavə №1-nə əsasən, aşağıdakı vəzifələri üzərinə götürmüşdür: binanın tikintisi; dəmir-beton karkas, xarici divarlar və arakəsmələrdə hörgü (daş və kərpicdən); mənzillərdə pəncərələrin qoyulması; binanın giriş qapısının qayulması; su və kanalizasiya xətlərinin çəkilməsi; qaz kəmərinin çəkilməsi; işıq xətlərinin çəkilməsi, transformator və generatorun quraşdırılması; sərnişin və yük liftlərinin quraşdırılması; pilləkanların və meydançaların döşənməsi; televizor və telefon kabellərinin çəkilməsi; yanğından mühafizə sisteminin qoşulması; binanın ərazisinin abadlaşdırılması; mərkəzləşdirilmiş mühafizə sistemi. Lakin İddiaçı müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetrisə də, yəni hər üç mənzilin pulunu tam şəkildə ödəsə də, cavabdeh üzərinə düşən öhdəliyi bu günə qədər yerinə yetirməmişdir. Bununla da, İddiaçı mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə predmetini təşkil edən müqavilələri və eyni zamanda bundan əlavə bir neçə müqaviləni saxtalaşdırmaqla bağlı X19 və X18 tərəfindən cinayət əməllərinin törədilməsi faktlarına əsasən xx.xx.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.3, 178.3.2, 179.2.3, 179.3.2, 308.1 -ci maddələri ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi başlanılmışdır. Bundan öncə də hazırkı mübahisə predmetini təşkil edən müqavilələr də daxil olmaqla bir neçə müqaviləni saxtalaşdırmaqla bağlı X19 və X9 əməllərinə görə xx.xx.2019-cu il tarixdə fakta görə Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri ilə Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanmışdır. Həmin cinayət işi də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində aparılan cinayət işinə birləşdirilmişdir. Həmin iş üzrə ittiham aktı təsdiq edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə X19 və X18 308.2 və 313-cü maddələr üzrə təqsirli bilinmişlər. Həmin hökmlə müəyyən edilmişdir ki, X1 Valeh Mövsüm oğlu ilə birlikdə müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə borc pul istəməklə alıb, həmin pul vəsaitini Cavabdeh MMC-nin xəzinəsinə mədaxil etmədən, həmin şəxslərin borcu qaytarmayacağı təqdirdə Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında inşası nəzərdə tutulan, lakin hələ inşasına başlanılmamış binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 558-566cı məhəllə ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə özünün təsisçisi, Valeh Əliyevin isə direktoru olduğu Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında inşası nəzərdə tutulan, lakin, hələ inşasına başlanılmamış binadan həmin şəxslərə satılması görüntüsü yaratmaq məqsədi ilə Valeh Əliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri və həmin yaşayış sahələrinin dəyərinin ödənilməsinə dair maliyyə arayışlarını, eləcə də müqavilələrə 1 nömrəli əlavələri hazırlayıb həmin sənədlərin mətnində olan “direktor: Əliyev V.M” yazılarının qarşısında Valeh Əliyev tərəfindən imzalanıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri təqdim etməklə X18 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə Cavabdeh MMC-nin təsərrüfat fəaliyyəti və işgüzar nüfuzu ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə Valeh Əliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Nağıyev Azad tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli Aktda cəmi 36 mənzil satıldığını göstərirmiş, xx.xx.2019-cu il tarixdə həmin dövrdə direktor olmuş Əliyev Valeh tərəfindən imzalanmış Aktda 37 mənzil satıldığını göstərmiş, lakin İddiaçı həmin siyahıların heç birində yoxdur. Nağıyev Azad və Əliyev Valeh cinayətkar əməlləri üzrə həbs edildikdən sonra xx.xx.2019-cu ildə İddiaçı da daxil olmaqla və müxtəlif şəxslərlə Nağıyev Azad arasında bağlanılan saxta müqavilələrin və maliyyə arayışlarının surətləri Cavabdeh MMC-nin ünvanına poçt vasitəsilə daxil olmuşdur. Azad Nağıyevin sonradan rəsmiləşdirdiyi bu müqavilələr barədə şirkətin yalnız o həbs olunduqdan sonra Faiq, Azadın oğlu və digər şəxslər tərəfindən bu sənədlər göstərildikdən sonra xəbəri olmuşdur. Həmin müqavilələrdə satış kimi göstərilən mənzillərin dəyəri Cavabdeh MMC-yə mədaxil edilməmiş və yaxud hər hansı bir formada binanın tikintisinə xərclənməmişdir. Göründüyü kimi X19 öz şəxsi borcuna görə şirkətin əmlaklarını (mənzil və qeyri yaşayış sahəsi) saxta yollarla hazırkı iddiaçıya və digərlərinin adına sənədləşdirmişdir. X10, yəni təsisçilərdən birinin şəxsi borcuna görə, Cavabdeh MMC məsuliyyət daşımamalıdır. Mülki Məcəllənin 52.2-ci maddəsinin tələbinə əsasən isə, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Burada söhbət Azad Nağıyevlə həmin üçüncü şəxslər arasında olan borc münasibətindən gedir. Cavabdeh MMC ilə həmin üçüncü şəxslər arasında olan borc münasibətindən söhbət getmir. Yuxarıdakı hallar müəyyən etməyə əsas verir ki, bu müqavilələr üzrə iradə ifadəsi Cavabdeh MMC-nin yox, bu cür cinayətkar əməllər törətmiş və hazırda X18 ilə birgə həbsdə olan X10 iradə ifadəsidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 etiraza yazılı münasibətini məhkəməyə təqdim etmişdir. O, qeyd etmişdir ki, cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, şirkətin təsisçiləri öz şəxsi borclarına görə sənədləri saxta yollarla hazırkı iddiaçıya və digərlərinin adına sənədləşdirmişdir. Bu məzmunda etiraz daxil olsa da, hazırkı işin faktiki hallarına uyğun deyildir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 1(004)-190/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmün məzmunundan da göründüyü kimi İddiaçı məxsus mənzillərlə bağlı ödənişlərin təqsirləndirilən şəxslər tərəfindən mənimsənilməsi ilə əlaqədar onlara ittiham elan edilməmişdir. Eyni zamanda iddaçı İddiaçı məxsus mənzillərin alqı-satqı sənədlərinin və maliyyə arayışlarının saxtalaşdırılıb digər şəxslərə də satılaraq dələduzluq edilməsi faktı da hökmdə öz əksini tapmamışdır. Cavabdehin qeyd etdiyi kimi, direktor X18 tərəfindən iddiaçının tam şəkildə ödədiyi pul məbləği mənimsənilmiş olsa belə, bu, iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıra bilməz. Bu halda, direktor X18 ona etibar edilmiş əmlakı mənimsəməklə bağlı məsuliyyətə cəlb edilməlidir. Əlavə olaraq, şirkətə vurduğu zərərin əvəzini ödəməlidir. Qeyd edilən situasiyada İddiaçı vicdanlı əldə edəndir. Həmçinin 1(004)-190/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmün 18-ci səhifəsində də qeyd edildiyi kimi, təqsirləndirilən şəxs və eyni zamanda Cavabdeh MMC-nin təsisçisi X19 dindirilmişdir. Onun ifadələri hökmün 20-ci səhifəsində öz əksini tapmışdır. İfadələrdən də aydın olur ki, İddiaçı digərlərinə satdıqları evin borca aidiyyatı yoxdur və həmin şəxslərin adlarına mənzil sahələri real olaraq rəsmiləşdirilib və satılıb. İfadənin də məzmunundan görünür ki, onlar arasında real alqı-satqı münasibətləri mövcuddur. Cavabdehin təqdim etdiyi 1(004)-190/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmdə də qeyd edildiyi kimi, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cavadehlə bağlı cinayət işinin istintaqı aparılmış və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən verilmiş məktuba əsasən, İddiaçı məxsus mənzillərlə bağlı cinayət faktı yoxdur. Göründüyü kimi, cavabdeh tərəfindən təqdim edilmiş 1(004)- 190/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmün iddiaçıya heç bir aiddiyyəti yoxdur. Belə ki, hökmün şəxsə ittiham elan edilməsi ilə bağlı olan hissəsində iddiaçının adı, ona məxsus mənzillərlə bağlı sənədlərin saxtalaşdırılması və ödənişlərin mənimsənilməsi öz əksini tapmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, mənzilləri ailəsi üçün almış, orada X4 iştirakçısı, baş leytenant hərbi rütbəsində olan oğlu yaşamalı idi. Hal-hazırda oğlu kirayədə yaşamaq məcburiyyətindədir. Mənzillər alınanda binanın xx.xx.2020-ci il tarixdə təhvil verilməsi nəzərdə tutulmuşdur. Mənzillərin dəyərini ödədiyi gündən o, şəxsən hər həftə gedib tikintinin fotoşəkillərini çəkirdi. Həmin fotoşəkillər iş materiallarında mövcuddur. Hər şəkilin üzərində çəkildiyi tarix göstərilib. Hal-hazırda binada artıq yaşayış var, camaat evinə kombi qoyur, köçüb yaşayır, lakin onun mənzilləri ona təhvil verilmir. Onun binanı tikənlərlə heç bir münasibəti yox idi ki, hələ onlara borc da versin. Pulunu ödəyib, mənzillər alıb. İndi də mülkiyyətçi olaraq hüquqlarının bərpa olunmasını xahiş edir. Cavabdeh iddiaya etirazda göstərir ki, onun adı hansısa siyahıda yoxdur, halbuki həmin siyahıları elə onların özü tərtib edir, istədiklərini yazıb-silmək əllərindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli üç müqavilədən və maliyyə arayışlarından görünür ki, müqavilələr Cavabdeh ilə İddiaçı arasında bağlanmış və müqavilələrə əsasən, ünvan 4 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasının A bloku, İ giriş, 7-ci mərtəbədə, 60,7 kv.m. sahəsi olan 1 otaqlı 21 saylı; 97 kv.m. sahəsi olan 2 otaqlı 23 saylı və 99,6 kv.m. sahəsi olan 2 otaqlı 22 saylı mənzillər İddiaçı satılmış və İddiaçı tərəfindən mənzillərin dəyəri tam həcmdə ödənilmişdir. İş materiallarında olan müqavilələrə 1 saylı Əlavələrdən görünür ki, Aqana Servis» Məhdud Məsuliyyətli Cəmiyyəti aşağıdakı vəzifələri üzərinə götürmüşdür: binanın tikintisi; dəmir-beton karkas, xarici divarlar və arakəsmələrdə hörgü (daş və kərpicdən); mənzillərdə pəncərələrin qoyulması; binanın giriş qapısının qayulması; su və kanalizasiya xətlərinin çəkilməsi; qaz kəmərinin çəkilməsi; işıq xətlərinin çəkilməsi, transformator və generatorun quraşdırılması; sərnişin və yük liftlərinin quraşdırılması; pilləkanların və meydançaların döşənməsi; televizor və telefon kabellərinin çəkilməsi; yanğından mühafizə sisteminin qoşulması; binanın ərazisinin abadlaşdırılması; mərkəzləşdirilmiş mühafizə sistemi. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, ********* saylı cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... Müəyyən edilmişdir ki, X10 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunmuş cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 13 mart 2021-ci il tarixli qərarla Cavabdeh MMC tərəfindən ünvan 5 ünvanında inşa edilən yaşayış binasında sizə mənzil sahələrinin satılması ilə bağlı cinayət hadisəsi baş verməməsi əsasına görə həmin xüsusatla bağlı cinayət işinin başlanması rədd edilmişdir. Əlavə olaraq, mənzil sahəsinin təhvil verilməsi və mənzil sahəsindən istifadə olunmasına maneələrin aradan qaldırılması tələbi ilə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnuzun olduğu sizə izah olunur”. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-190/2021 saylı hökmündən görünür ki, həmin hökmdə hazırkı iş üzrə iddiaçının adı cəmi bir dəfə - X10 aşağıdakı məzmunlu ifadəsində hallanmışdır: “ ... X15, X16, İddiaçı, X5, X12, X11, X17, X13, X14, X6 adlarına qeyd edilən binadan yaşayış sahələrinin rəsmiləşdirilməsi ilə bağlı müqavilələr üzrə izahatları düzgün qeyd edilməmişdir. Həmin şəxslərin borc almamışdır. Həmin şəxslərin adlarına mənzil sahələri real olaraq rəsmiləşdirilib və satılıb. Bir daha təkrar etmişdir ki, yalnız Faiq Qasımov və onun Eldar Piriyev və Əli Tağıyev adlı qohumlarından, həmçinin Aləm Əkbərovdan borc pul alıb adlarına binadan yaşayış və qeyri yaşayış sahələrinin rəsmiləşdirilməsi barədə müqavilə yazdırdığını, digər şəxslərin, o cümlədən X3, X2, X7, X8 və digərlərinin adlarına isə real alqı-satqı olunmaqla yaşayış və qeyriyaşayış sahələrinin rəsmiləşdirildiyini, Rahim İskəndərovun adına olan müqaviləni isə həmin anda Valeh Əliyev ofisdə olmadığına görə bilavasitə özünün imzasıyla təsdiq etdiyini göstərmişdir”. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə müvafiq olaraq, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında “mülkiyyət” anlayışı ilə bağlı qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, tərəflər arasında üç mənzil barədə müqavilələr bağlanmış, alıcı tərəfindən mənzillərin dəyəri ödənilmiş və ona bu barədə müvafiq maliyyə arayışları verilmiş, hal-hazırda isə cavabdeh mənzillərin real olaraq satılmamasını və təsisçilərdən birinin şəxsi borcuna görə iddiaçıya verilməsi qeyd edilir, bu əsasla mənzillər iddiaçıya təhvil verilmir, lakin buna dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, cavabdeh mübahisəli mənzillərin X19 tərəfindən öz şəxsi borcuna görə saxta yollarla hazırkı iddiaçının adına sənədləşdirilməsini göstərsə və bununla əlaqədar olan halların sübutedilməsi vəzifəsi onun üzərinə düşsə də, o, bu vəzifəni icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, ünvan 6 ünvanında tikilmiş yüksək mərtəbəli yasayıs binasının A bloku, İ giriş, 7-ci mərtəbə, ümumi sahəsi 60,7 kv.m. olan 1 otaqlı 21 saylı; A bloku, İ giriş, 7-ci mərtəbə, ümumi sahəsi 99,6 kv.m. olan 2 otaqlı 22 saylı; A bloku, İ giriş, 7-ci mərtəbə, ümumi sahəsi 97 kv.m. olan 2 otaqlı 23 saylı mənzillərin İddiaçı təhvil verilməsi, tərəflər arasında bağlanmış “Mənzil tikintisi və satışına dair” müqavilələrə Əlavə №1-də qeyd olunan öhdəliklərin yerinə yetirilməsi və İddiaçı mənzillərə münasibətdə istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. ünvan 6 ünvanında tikilmiş yüksək mərtəbəli yasayıs binasının A bloku, İ giriş, 7-ci mərtəbə, ümumi sahəsi 60,7 kv.m. olan 1 otaqlı 21 saylı; A bloku, İ giriş, 7-ci mərtəbə, ümumi sahəsi 99,6 kv.m. olan 2 otaqlı 22 saylı; A bloku, İ giriş, 7-ci mərtəbə, ümumi sahəsi 97 kv.m. olan 2 otaqlı 23 saylı mənzillərin İddiaçı təhvil verilməsi, tərəflər arasında bağlanmış “Mənzil tikintisi və satışına dair” müqavilələrə Əlavə №1-də qeyd olunan öhdəliklərin yerinə yetirilməsi və İddiaçı mənzillərə münasibətdə istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-3762/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3762/2022
26.07.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver