Məhkəmə qərarları › İş №e-2(001)-3879/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3879/2024

16.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3879/2024 16.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X1, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 20 saylı Dövlət Notariat Kontoru qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 20 saylı Dövlət Notariat Kontoruna qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: - 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı Ərizəçi tərəfindən iş materiallarına onun tərəfindən ödənilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz əlavə olunmuş və ərizə ilə müraciət edərkən 1 (bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki, Elektron Məhkəmə İnformasiya Sistemində əldə olunmuş qəbz haqqında məlumatdan müəyyən olunur ki, Ərizəçi tərəfindən ödənilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli 100 manat dövlət rüsumu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1740/2024 saylı mülki iş üzrə istifadə olunmuşdur. Göründüyü kimi, ərizəçi məhkəməyə ərizə ilə müraciət edərkən ərizəsində göstərilən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair tələb üçün qanunla müəyyən olunmuş məbləğdə (qiymətləndirməyən iddianın verilməsinə görə - 100 manat) ödəməli olduğu halda, 1 (bir) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə hesab edir ki, dövlət rüsumu düzgün ödənilmədiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-cü və 264cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 20 saylı Dövlət Notariat Kontoru qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə geri qaytarılsın. X2 tərəfindən ödənilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli 1 (bir) manat dövlət rüsumu geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar