Məhkəmə qərarları › İş №e-2(001)-3906/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3906/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3906/2024 17.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “pul və.s” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 1) xx.xx.2022-ci il tarixli 75,76,77 saylı müqavilələr üzrə ödənilməyən və tikinti başa çatanadək onlara hər aya ödənilməli olan İddiaçı2 1000 manat, İddiaçı1 500 manat ümumilikdə 1500 maddi, hər birinə 600 manatdan olmaqla cəmi 1200 manat mənəvi ziyanın cavabdehdən tutulması 2) müqavilədə göstərilən Xan Şuşinski ilə A.Səhhət küçəsinin kəsişməsində 18 kv.metr sahədə sökülərək qeyri-yaşayış kimi təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, 3) tərəfindən ödənilmiş “120” manat dövlət rüsumuna görə pulun alınıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Belə ki, iddia ərizəsi iddiaçıların nümayəndəsi qismində vəkil Nümayəndə tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsinə iddiaçılar tərəfindən sonuncuya verilən etibarnamə əlavə edilsə də, vəkilin səlahiyyətlərini təsdiq edən order əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 73.5-ci maddəsində göstərilmişdir ki, vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. “Vəkillər və vəkillik fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsində göstərilmişdir ki, vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir. Vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bundan əlavə “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamədə qeyd edilmişdir ki, Vəkil orderi– müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə səlahiyyətlərin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Göstərilənlər baxımından hesab edirəm ki, iddiaçılar tərəfindən Binəqədi Rayon Məhkəməsində hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsi üçün iddia ərizəsini imzalayan vəkilə tapşırıq verilməsi müəyyən edilmədiyindən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması halı yoxdur və bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Eyni zamanda qeyd etməliyəm ki, iddiaçılar tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3594/2024 saylı, xx.xx.2024-cü il tarixində qərardadında sadalanan nöqsanlar tam olaraq aradan qaldırmamışdır. Belə ki, həmin qərardadda həmçinin göstərilmişdir ki, iddia bir neçə iddiaçı tərəfindən verilsə də, cavabdehə yönəldilən qeyri-yaşayış sahəsinin təhvil verilməsi barədə tələbin də kimin xeyrinə icra edilməli olması qeyri-müəyyəndir. Hazırki iddia tələbində həmin nöqsan aradan qaldırılmamışdır. Beləliklə hesab edirəm ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “pul və.s” tələbinə iddia ərizəsi geri qaytarılmalı və iddiaçı tərəfə nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “pul və.s” tələbinə iddia ərizəsi geri qaytarılsın. İddiaçılara izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar