Məhkəmə qərarları › İş №e-2(001)-3950/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3950/2022

26.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3950/2022 26.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı hasar və tikililərin sökülməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdim: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı hasar və tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi Zəngəzurun arxasında yerləşən 2007-ci ildən onlara məxsus olmaqla, sahibliklərində və istifadələrində olan torpaq sahəsində cavabdeh və başqa şəxslər tərəfindən inşa edilən hasar və digər tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahənin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, X1 14 iyul 2017-ci il tarixli qərarı ilə 01 ha torpaq sahəsinin 5.000 kv.m sahəsi İddiaçı2 adına, həmin Bələdiyyənin 12 sentyabr 2007 və 14 iyul 2007-ci il tarixli qərarları ilə isə X2 məxsus 1.500 kv.m torpaq sahəsinin 1.000 kv.m sahəsi İddiaçı1, qalan 5.000 kv.m sahəsi isə İddiaçı3 ayrılmışdır. Hazırda cavabdeh onlara məxsus torpaq sahələrinin bir hissəsini hasarlamaqla həmin sahələri özgəninkiləşdirir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6-cı madəsinə əsasən fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə100 manat məbləğində dövlət rüsumu tutulur; İddia ərizəsindən görünür ki, iddia üç iddiaçı tərəfindən qaldırılmış, onların hər birinə ayrı-ayrılıqda torpaq sahələri ayrılmışdır, yəni iddiaçıların tələbləri hər birinin istifadəsində və sahibliyində olan torpaq sahələri ilə bağlıdır, həmin torpaq sahələri iddiaçıların paylı və ya birgə mülkiyyətində deyil. Buna baxmayaraq hazırki iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçılardan yalnız İddiaçı2 tərəfindən dövlət rüsumu ödənilmiş, digər iddiaçılar tərəfindən isə onların istifadəsində olan torpaq sahələri ilə bağlı ərizənin verilməsinə görə dövlət rüsumu ödənilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı hasar və tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilir ki, onlar, ayrı-ayrılıqda dövlət rüsumunun qanunvericiliyə uyğun olaraq məbləğdə ödənilməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar