Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3960/2024 23.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Haqverdı̇ yev Nı̇ cat Fərhad oğluna qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair (Açar sözlər: borc müqaviləsi, pul tələbi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızı sədrliyi Məhkəmə iclas katibi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi İddiaçı İddiaçı nümayəndəsi, Vəkil Cavabdeh Haqverdı̇ yev Nı̇ cat Fərhad oğlunun iştirakları ilə İddiaçı cavabdeh Haqverdı̇ yev Nı̇ cat Fərhad oğluna qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı cavabdeh Haqverdı̇ yev Nı̇ cat Fərhad oğluna qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 16.749 (on altı min yeddi yüz qırx doqquz) manat, iki il doqquz ay müddəti üçün əldən çıxmış faydaya görə ödənilməli olan pul müqabilində illik 5% olmaqla 16.749x5:100=837.49x üç il=2512,47 manat və 60 manat mediasiya xərci, 88 manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3960/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Haqverdı̇ yev Nı̇ cat Fərhad oğluna qarşı “tam maddi məsuliyyət müqaviləsi və borc müqaviləsi üzrə pul” tələbinə dair “tam maddi məsuliyyət müqaviləsi üzrə pul” tələbi ayrıca icraata ayrılmışdır. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən cavabdeh İddiaçındə satış təmsilçi (satıcı) kimi işə götürülmüşdür. 16 mart 2021-ci il tarixində isə iddiaçı ilə cavabdeh arasında tam maddi məsluliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdeh olan Cavabdeh vəzifəsi və öhdəliyi bazarlarda satış məntəqələrindən qəbul edilmiş sifarişlər əsasında iddiaçıya məxsus anbardan malları götürüb yerlərdə satış məntəqələrinə çatdırmaq və müqabilində ödənilmiş pul vasitələrini isə iddiaçının (şirkətin) xəzinəsinə mədaxil etməkdən ibarət olmuşdur. Əlavə olaraq cavabdeh iddiaçının etibarından istifadə edərək özünə avtomobil alınması üçün 3000 (üç min) manat məbləğində borc almışdır və bununla bağlı xx.xx.2021-ci il tarixində “Borc müqaviləsi” bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə uyğun olaraq götürülmüş borc xx.xx.2021-ci il tarixədək ödənilməli idi. Cavabdeh bugünədək borca götürdüyü 3000 (üç min) manat pul vəsaitini iddiaçıya ödəməmişdir. Bununla da, iddiaçıya maddi ziyan vurmuşdur. Vurulmuş maddi ziyanın və borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı nümayəndəsi nümayəndəsi, Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Haqverdı̇ yev Nı̇ cat Fərhad oğlu iddia tələbini 3000 manat məbləğində borc hissəsində qəbul edərək izahatında bildirmişdir ki, cəmiyyətdə işə düzələn zaman iş yerində səlahiyyətli olan Mehman adlı şəxsin təklifi ilə 3000 manat məbləğində pul götürmüş, işi ilə əlaqədar avtomobil almışdır. Aralarında olan razılığa əsasən həmin məbləğ hər ay 300 manat olmaqla əmək haqqından tutulmalı idi. Cəmiyyətdə bir ay işləməsinə baxmayaraq daha sonra işdən çıxmışdır. 3000 manatı avtomobilin ilkin ödənişi kimi vermiş, işdən çıxdıqdan sonra avtomobili sahibinə geri qaytarmışdır. Avtomobil qaytarılmasına baxmayaraq 3000 manat məbləğində ödənilmiş pul satıcı tərəfindən geri qaytarılmamışdır. Borclu olduğunu inkar etmir, dəfələrlə bu barədə şçirkət rəhbərliyi ilə görüşməyə çalışsa da, şərait yaradılmamışdır. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - xx.xx.2021-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, Haqverdı̇ yev Nı̇ cat Fərhad oğlu İddiaçınə xx.xx.2021-ci il tarixə kimi hər ayın son günü 300 manatdan az olmayaraq hissə-hissə ödəmək şərtilə 3000 manat borc götürmüşdür. - xx.xx.2021-ci il tarixli borcun alınması və ödənilməsi barədə cədvəlin surətindən görünür ki, Cavabdeh tərəfindən 3000 manat məbləğində pul imza edilməklə şirkətdən təhvil alınmışdır. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Müki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müki Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 741-ci maddəsinə görə, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Müki Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Müki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə borc müqaviləsi bağlanmış və müqavilə əsasında kreditor üzərinə düşən öhdəliyi yerinə yetirməklə 3000 manat məbləğində pulu borclu Cavabdeh təhvil vermiş, borclu müqavilə üzrə razılaşdırılmış məbləği təhvil almasına baxmayaraq bu günədək öhdəliyini icra etməmiş, nəticədə iddiaçının müqavilə üzrə borc tələbi, müqavilə müddətindən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə hüququ yaranmışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, 3000 manat borc məbləği olmaqla əldən çıxmış faydaya görə 450 manat Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3000 (üç min) manat məbləğində pul, əldə çıxmış faydaya görə 450 (dörd yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-3960/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3960/2024
23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver