Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3996/2022 19.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı BOKT MMC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT MMC -nin Cavabdeh qarşı “evdən çıxarılma, evin boşaldılması və istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72.8 kv.m olan mənzildən çıxarılması, mənzilin iddiaçıya təhvil verilməsi, cavabdehin həmin yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 26 saylı notariat ofisinin 8i-8759 № saylı, 8 oktyabr 2021-ci il tarixli icra qeydi aparılmış, Məmmədov Azər Yusif oğlu ilə bağlanmış kredit müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh məxsus ipoteka predmeti olan ƏMDK yanında DƏDRX-nin Bakı şəhər 1 saylı ərazi İdarəsi tərəfindən xx.xx.2020 tarixdə Cavabdeh verilmiş 00101 1007084-05301-093023 reyester nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72.80 kv.m mənzildən ibarət olan əmlaka (öhdəlik yaradan müqaviləyə əsasən 67170.04 AZN borc üzrə) tutma yönəldilmişdir. “X4 Azerbaijan” MMC-nin xx.xx.2021-ci il tarixli, № A-İ/1118 saylı ekspert rəyinə əsasən ünvan 1 yerləşən ümumi sahəsi 72.8 kv.m olan mənzil 107000 (bir yüz yeddi min ) manat dəyərində qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən keçirilən hərracda xx.xx.2022-ci il tarixli 14№-li “Hərracın yekunları” barədə protokoluna əsasən ipoteka ilə yüklü edilmiş olan ünvan 1-da yerləşən ümumi sahəsi 72.8 kv.m olan mənzil 68212 (altımış səkkiz min iki yüz on iki) manata İddiaçı BOKT MMC-yə satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2022-ci il tarixli **********84-05301- 093023 reyestr nömrəli ********** saylı çıxarışa əsasən Bakı şəhəri,Binəqədi rayonu, Şövkət Məmmədova küç, 5B, m 19 yerləşən ümumi sahəsi 72.8 kv.m olan mənzil İddiaçı BOKT-un mülkiyyətindədir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil 29 avqust 2022-ci il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin “evdən çıxarılma, evin boşaldılması və istifadə hüququnun itirilməsi tələbləri barədə” iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Bank olmayan kredit X2 Cəmiyyətinin iddia ərizəsi tamamilə qanunsuz və əsassızdır. Nəzərə alınmalıdır ki, İddiaçı BOKT və iddiaçı Məmmədov Azər Yusif oğlu arasında 17 mart 2020-ci il tarixində 2262 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə Məmmədov Azər Yusif oğluna illik 25 faizlə 36 ay müddətinə 55.000 manat kredit verilmişdir. Həmçinin kredit müqaviləsindən irəli gələrək iddiaçının anası X1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 5B, mənzil 19-un (yeni qaydalarla AZİ 124, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 59, M6, m3) ipotekaya qoyulması barədə ipoteka müqaviləsi bağlanmışdır. 17 mart 2020-ci il tarixli ipoteka müqaviləsi Bakı şəhəri, 6 saylı notariat ofisində 3M-695 nömrə ilə qeydə alınmışdır. Məmmədov Azər Yusif oğlu kredit müqaviləsi üzrə müvafiq ödənişləri vaxtlı-vaxtında etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh ona qanunsuz və əsassız olaraq, 53959 manat əsas borc, 13211 manat faiz borcu hesablanmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı cavabdehə olan borcunu tam ödəmişdir. Məmmədov Azər Yusif oğlu iddia ərizəsi ilə Bakı şəhəri, Xətai rayon məhkəməsinə müraciət edərək cavabdeh İddiaçı BOKT və iddiaçı Məmmədov Azər Yusif oğlu arasında 17 mart 2020-ci il tarixində bağlanmış 2262 saylı kredit müqaviləsinin və Bakı şəhəri, 6 saylı notariat ofisində 3M-695 nömrə ilə qeydə alınmış 17 mart 2020-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda həmin işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılır. Göründüyü kimi, iddiaçı “PSG Finans" Bank olmayan kredit X2 Cəmiyyətinin iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X3 08 oktyabr 2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan-"xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin tələbi ilə ipoteka qoyan- Məmmədov Azər Yusif oğlu və Cavabdeh məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir.(Öhdəliyi müəyyən edən 2262 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 53959,04 manat əsas borc, 13211 manat faiz borcu olmaqla, cəmi tutulmalı məbləğ 67170,04 manat təşkil edir.) İş materiallarında olan 17 yanvar 2022-ci il tarixli “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına” dair müqavilədən görünür ki, Cavabdeh məxsus Bakı şəhər, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 5B ünvanında yerləşən 19 saylı mənzil hərrac vasitəsi ilə İddiaçı BOKT MMC-yə satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, İddiaçı BOKT MMC Bakı şəhər, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 5B ünvanında yerləşən 19 saylı mənzil üzərindəki hüquqları xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına müvafiq çıxarış verilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş 28 aprel 2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzil üzərindəki hüquqları mülkiyyət hüquqlarının müdafiəsi kontekstindən qorunmalıdır. Mənzilin İddiaçı BOKT MMC-nin mülkiyyətinə keçməsi, keçmiş mülkiyyətçinin iddiaçı qarşısındakı öhdəliyini vaxtında yerinə yetirməməsi ilə bağlıdır. İddiaçı qanuni əsaslarla ipoteka ilə yüklü əmlak üzərində hüquqlar əldə etmişdir. Belə olan halda İddiaçı BOKT MMC mübahisəli mənzilin mülkiyyətçisidir və onun mənafeyi üstünlük təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 (bir) ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən isə bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafıq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 9-cü maddəsinin 5ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən çıxarılması və yaxud yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi məhkəmənin qərarı əsasında həyata keçirilir. Məhkəmə yuxarıda sadalanan hallara qanunvericiliyin tələbləri baxımıqdan qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Əmlakın kreditor qarşısında yüklü edilməsi, ipoteka saxlayanın həmin əmlakın kreditin ödənilməsi məqsədilə satılmasına və ya hərrac vasitəsilə mülkiyyətinə keçməsinə xidmət edir. Əmlak üzərində tam mülkiyyət hüququnun iddiaçıya məxsus olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən 19 saylı mənzildən çıxarılmalı, mənzil iddiaçıya təhvil verilməli, cavabdehin həmin yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı BOKT MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 5B ünvanında yerləşən 19 saylı mənzildən çıxarılsın və mənzil İddiaçı BOKT MMC-yə təhvil verilsin. Cavabdeh İddiaçı BOKT MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 5B ünvanında yerləşən 19 saylı mənzil üzərindəki istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-3996/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3996/2022
19.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver