Məhkəmə qərarları › İş №e-2(001)-4014/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4014/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4014/2024 26.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, İddiaçıların nümayəndəsi, vəkil Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “pulun ödənilməsi, təhvil vermə və.s” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar tələbini sonradan dəyişməklə, məhkəmədən xx.xx.2022-ci il tarixli 75 sayı müqavilə üzrə ödənilməyən və tikinti başa çatana qədər hər ay üçün ödənilməli olan 1000 manat pulun və mənəvi zərərə görə 600 manat pulun cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi, xx.xx.2022-ci il tarixli 77 saylı müqavilə üzrə ödənilməyən və tikinti başa çatana qədər hər ay üçün ödənilməli olan 500 manat pulun və mənəvi zərərə görə 600 manat pulun cavabdehdən tutularaq İddiaçı2 ödənilməsi, müqavilədə göstərilən Xan Şuşinski ilə A.Səhhət küçəsinin kəsişməsində 18 kv.m sahədə sökülərək qeyri-yaşayış kimi mülkiyyətçi İddiaçı2 təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, tərəfindən ödənilmiş 120 manat dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, mülki iş müstəsna aidiyyət qaydasına uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 mülki işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmiş, cavabdehin nümayəndəsi Nümayəndə2 isə məhkəmənin mövqeyi ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddia ərizəsindən göründüyü kimi tələblərdən biri iddiaçılara təhvil verilməli olan qeyri-yaşayış sahəsində 18 kv.m-lik tikilinin sökülməsi və qeyri-yaşayış sahəsinin tam həcmdə iddiaçılara təhvil verilməsi ilə bağlıdır. Odur ki, həmin tələb mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının aradan qaldırılması ilə bağlı olduğundan işə müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əşyanın olduğu yerdə baxılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul edilən zaman aidiyyət qaydaları pozulmaqla icraata qəbul edildiyindən mülki iş baxılması üçün daşınmaz əşyanın olduğu yerin məhkəməsinə, yəni Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 36.13. Bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 44, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “pulun ödənilməsi, təhvil vermə və.s” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Mülki işin göndərilməsi qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilsin. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar