Məhkəmə qərarları › İş №e-2(001)-4034/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4034/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4034/2024 10.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: X1, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MMC Cavabdeh Cavabdeh Öhdəliyə əsas olan müqavilənin 512809026 / xx.xx.2023 nömrəsi və tarixi: Borc barədə məlumat Ödənilməmiş əsas borc: 65,80 Ödənilməmiş faiz borcu: 0 Tələb olunan dəbbə pulu məbləği: 0 Tutulmalı olan cəm məbləğ: 65,80 Valyuta növü: AZN Hüquqi əsaslandırma Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələri Prosessual Məcəlləsinin maddələri 385,1, 427.3, 442, 443.1, 448, 567, 600, 119, 284.1, 284-5, 284-5.3 və 284-6.1, 601,1 və 462.1 Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan ********* saylı, xx.xx.2023-ci il tarixli abunə müqaviləsindən görünür ki, cavabdehin ********** nömrəli mobil telefonla kreditorun rabitə xidmətlərindən istifadə etməsi və xidmət növündən istifadəyə görə Azercell tərəfindən müəyyənləşdirilmiş abunə haqqının ödənilməsi müqavilənin predmetini təşkil etmişdir. İş materiallarında olan xx.xx.2024-cw il tarixli cari hesab arayışından görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-nə ödəniləcək ümumi məbləğ 65,80 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı təşkilat ********* saylı, xx.xx.2023-ci il tarixli abunə müqaviləsi üzrə 65,80 manat borcu tələb edir. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “abunə müqaviləsi”nə əsasən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyi icra etməmişdir. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Abunə müqaviləsinin 4.1-ci bəndinə əsasən abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğinin hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tartixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh istifadəsinə verilmiş ********** saylı nömrəsini və mobil internet xidməti ilə əlaqədar cihazı güzəştli şərtlərlə əldə etmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən cihazın istifadəsindən yaranmış borcu ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh göstərilən nömrədən istifadə etməsinə və cihazı güzəştli şərtlərlə əldə etməsinə dair hüququndan istifadə etmiş, lakin həmin cihazdan istifadə nəticəsində yaranan borcu ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 65,80 manat və 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 65,80 (altmış beş manat səksən qəpik) manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar