Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4054/2025 28.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun və övladları xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2024-cü il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə 15 dekabr 2015-ci ildə Oğuz Rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar və birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X5 doğulmuşlar. Hazırda ailədə ciddi münaqişələr yarandığından, nikah münasibətlərinin pozulması ilə bağlı məhkəməyə müraciət edilmiş və iddia üzrə məhkəmə icraatı başlanmışdır. Cavabdehlə nikaha daxil olduqdan sonra və o, hərbi qulluqçu olduğundan dövlət tərəfindən ona və ailə üzvlərinə daimi yaşayış üçün istifadəyə verilmiş ünvan 1 ünvanında yerləşən mənzildə birlikdə yaşamağa başlamışlar. Lakin münasibətləri pozulduqdan sonra iddiaçı cavabdeh tərəfindən həmin mənzildən çıxarılmışdır. Cavabdehlə birgə nikahdan olan övladı xx.xx.2021-ci il təvəllüdlü Allahverdiyev Məhəmməddə nitq və əqli inkişafında gerilik müşahidə olunur. Hər iki övladı azyaşlıdır və onların gündəlik baxımı və təminatı hal-hazırda iddiaçı tərəfindən həyata keçirilir. Bundan başqa iddiaçı hazırda heç bir yerdə işləmir və daimi gəliri yoxdur. Yaşayış sahəsi kimi istifadə edə biləcəyi başqa bir mənzil də mövcud deyildir. Belə vəziyyətdə övladları ilə birlikdə normal həyat şəraitində yaşamaqları mümkün deyildir və bu həm onun, həm də azyaşlı övladlarının sosial rifahına mənfi təsir göstərir. Mənzil şəraitinin mövcud olmaması səbəbindən çox çətinliklərlə üzləşdiklərindən iddiaçının övladları ilə birlikdə əslində dövlət tərəfindən həm də onlara verilmiş mənzilə köçürülməyinə zərurət vardır. Bu səbəbdən də iddiaçı qeyd edilənlərə əsasən mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclaslarnda iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, cavabdeh hərbiçi olduğundan, mənzil ailə olaraq istifadələrinə verilib. İddiaçı iddia qaldırılan vaxtdan sonra mənzildən çıxsa da, əşyaları həmin evdədir.
5. Məhkəmə iclası barədə cavabdehə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh nə özü iştirak etmiş, nə də nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə irəli sürülmüş tələb üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
6. Tərəflər 2015-ci il tarixində nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2021ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X5 doğulmuşdur. Tərəflərin nikahları pozulmamışdır.
7. Cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətində 5 noyabr 2021-ci il tarixində mənzil növbəsinə dayanmış olması və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2449 saylı Sərəncamının icrası çərçivəsində xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvan 2 ünvanında yerləşən 3 otaqlı 13 nömrəli mənzillə təmin olunması işin mübahisəsiz halıdır (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən).
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər X12 Şəxsi tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni Yaşayış kompleksində 3 otaqdan ibarət mənzil Cavabdeh təhvil verilmişdir. Mənzil verilən zaman ailə tərkibinin 4 nəfərdən ibarət olduğu göstərilmişdir: Cavabdeh, İddiaçı, X8, X6. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
9. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
10. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
11. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “12” mart 2024-cü il tarixli № 1/2024 saylı qərarında göstərilir:
12. 4.8. Birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və/və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da (məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri) ümumi birgə mülkiyyət hesab edilə bilər. Belə ki, həmin əmlak ərə (arvada) pul vəsaiti qarşılığında verilməsə də, birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilir. Odur ki, müəyyən nailiyyətlərinə, o cümlədən uzun illər qüsursuz fəaliyyətinə görə işçilərə (dövlət qulluqçularına, hərbi qulluqçulara və sair) verilən əmlak (əşya, hüquq, vəsait) bağışlama kimi qəbul oluna bilməz. Çünki Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirdiyi əqd hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməlidir. Lakin sözügedən halda əmlak ərə (arvada) əsasən onların uzun müddətli səmərəli xidməti qarşılığında verilir. Başqa sözlə, bu vəziyyətdə söhbət bağışlamadan deyil, əmək (qulluq) fəaliyyəti qarşılığında verilən əmlakla bağlı olduğundan Ailə Məcəlləsinin 32-ci maddəsinin təsir dairəsinə düşür. Bununla yanaşı, hər bir işin hallarından, o cümlədən ərə (arvada) müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikaha düşdüyü, əmlakın verilməsinin məqsədləri və təyinatı, əmlak verilərkən ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıbalınmamasından asılı olaraq, belə əmlak ər-arvadın ümumi mülkiyyəti hesab edilsə də, tərəflərin həmin əmlak üzərində payları bərabər müəyyən olunmaya bilər. Məhkəmənin mövqeyi:
13. Məhkəmə əvvəla qeyd edilməsini zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
14. İlk olaraq, iddiaçı iddia tələbinin faktiki əsası kimi yaşayış sahəsinin ehtiyacının təmin edilməsini göstərsə də, iddia tələbinin qanuni ər-arvadın əmlakının qanuni rejiminin müdafiəsindən qaynaqlanır.
15. Köçürülmə tələb olunan mənzilin Cavabdeh xx.xx.2021-ci il tarixində (birgə nikah dövründə) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respubli Prezidentinin yanvar xx.xx.2021-ci il tarixli 2449 nömrəli Sərəncamının icrası çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə Çernobıl AES-рe qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərdən sırasından verilmiş olması işin mübahisəsiz halı kimi müəyyən edildiyindən, mənzil artıq ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilir. Eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər X12 Şəxsi tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni Yaşayış kompleksində 3 otaqdan ibarət mənzil Cavabdeh 4 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə, o cümlədən iddiaçı və övladı daxil olmaqla verilmişdir.
16. Bundan başqa Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
17. 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
18. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
20. Belə olan halda da məhkəmə hesab edir ki, iddiaçı uşaqları ilə birlikdə birgə nikah dövründə əldə edilmiş və ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilən mənzilə köçürülmə tələb etməkdə haqlıdır. Tətbiq edilən prosessual normalar:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
22. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
23. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
24. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
25. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır;
26. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
27. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı övladları xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xochəsən yeni yaşayış massivi, ev 14 ünvanında yerləşən, 13 saylı mənzilə köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
28. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilsin. İddiaçı övladları xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xochəsən yeni yaşayış massivi, ev 14 ünvanında yerləşən, 13 saylı mənzilə köçürülsin Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova