Məhkəmə qərarları › İş №e-2(001)-4068/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4068/2022

03.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4068/2022 03.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İş № 2(001)-4068/2022 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi QƏRARDAD 03 iyun 2022-ci il Bakı şəhəri Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 Ağa qızının, İddiaçı5 Axunulla qızının, İddiaçı6, İddiaçı2 cavabdeh Binəqədi Rayon İcra Şöbəsinə qarşı əmlakın siyahıdan çıxarılması, həbsdən azad olunması və qanuni sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdim: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 Ağa qızı, İddiaçı5 Axunulla qızı, İddiaçı6, İddiaçı2 cavabdeh Binəqədi Rayon İcra Şöbəsinə qarşı əmlakın siyahıdan çıxarılması, həbsdən azad olunması və qanuni sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6-cı madəsinə əsasən fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur; İddia ərizəsindən görünür ki, iddia altı iddiaçı tərəfindən qaldırılmış və hər iddiaçı yalnız ona məxsus əmlakın həbsdən azad olunması və onun qanuni sahibliyə qaytarılmasını xahiş edir, yəni əmlak bütün iddiaçıların ümumi mülkiyyətində deyil. Buna baxmayaraq hazırki iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçılardan yalnız biri tərəfindən dövlət rüsumu ödənilmiş, digər iddiaçılar tərəfindən isə rüsum ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 Ağa qızının, İddiaçı5 Axunulla qızının, İddiaçı6, İddiaçı2 cavabdeh Binəqədi Rayon İcra Şöbəsinə qarşı əmlakın siyahıdan çıxarılması, həbsdən azad olunması və qanuni sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilir ki, onlar, ayrı-ayrılıqda dövlət rüsumunun qanunvericiliyə uyğun olaraq məbləğdə ödənilməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməklə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilərlər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar