Məhkəmə qərarları › İş №e-2(001)-4083/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4083/2025

28.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4083/2025 28.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarxili, "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqavilələrinə xitam verilməsi, aralarında bağlanmış əmək müqavilələrinə məhkəmə qərarı ilə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsi ilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla cavabdehlər "xxxx" MMC arasında xx.xx.2022-ci il tarxili, "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixili əmək müqaviləsi bağlanmışdır. Cavabdehlərin hər ikisinin rəhbəri X1 ona fəaliyyətini dayandırdığını bildirmişdir. Həmin vaxtdan onun cavabdehlə əlaqəsi kəsilmişdir. Artıq 2 ildir ki, onun cavabdehlə heç bir əlaqəsi yoxdur və cavabdeh şirkətlərdən heç bir gəlir əldə etmir. Lakin buna baxmayaraq, onun adı hələ də elektron sistemdə qalmaqda davam edir. O, bununla əlaqədar dəfələrlə müvafiq səlahiyyətli orqanlara müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəİişliyi Xidmətinin Bakı İdarəsi xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi səlahiyyətinin yalnız işəgötürənə aid olduğunu, həmçinin əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və bununla əlaqədar olan əmək müqaviləsi bildirşinin "xxxx" altsisteminə daxil edilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməlidir.

3. İşin baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia əizəsində işin faktiki halları hissəsində “cavabdehlərin hər ikisinin rəhbəri X1 ona fəaliyyətini dayandırdığını bildirməsi, həmin vaxtdan onun həmin şəxslə əlaqəsinin kəsilməsi, 2 ildir ki, heç bir əlaqəsinin olmadığı və cavabdeh şirkətlərdən heç bir gəlir əldə etməməsi” qeyd olunmuşdur. Həmin hissə texniki səhv olaraq düzgün ifadə edilməmişdir. Əslində ümumiyyətlə idiaçı həmin şirkətlərdə heç vaxt işləməmiş, işə qəbul edilməsi üçün "xxxx" MMC-yə və "xxxx" MMC-yə müraciə etməmişdir. Ona görə də iddia ərizəinin mətninə düzəliş edərək bu düzəlişin qəbul edilməsini xahiş etmişdir.

4. Həmçinin işin baxılması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdehlər arasında əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərinin etibarsız hesab edilməsi və bu barədə qeydiyyatın aparılmasının Əmək Müfəttişliyi Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, "xxxx" MMC və "xxxx" MMC adlı hüquqi şəxsləri tanımır və onların fəaliyyəti ilə bağlı məlumatı yoxdur. Bu hüquqi şəxslərlə heç vaxt işləməmişdir. Bir müddət əvvəl ona məlum olmuşdur. Bu şirkətlərdə işləməsi barədə əmək müqaviləsi bildirişi qeydiyyata aparılmışdır. Həmçinin bildirmişdir ki, o, VÖEN aşdıraraq 2022-2023-cü illərdə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hər hansı bir yerə işə qəbulla bağlı müraciət etməmişdir. Şirkətlərin qeydiyyatda olduqları binanı tapmış, lakin həmin binada bu şirkətlər fəaliyyət göstərməmişdir. Şirkətlərin rəhbəri barədə vergi idarəsində Bərdə şəhəri qeydiyyatda olması barədə məlumatdan başqa digər məlumatların verilməsindən imtina etmişlər.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan sübutlar:

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş: - xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh2 MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşçinin vəzifəsi əmək müqaviləsi üzrə “xadimə”, əmək haqqı 300 manat. - xx.xx.2022-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh2 MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş, işçinin vəzifəsi əmək müqaviləsi üzrə “fəhlə”, aylıq əmək haqqı 300 manat kimi qeyd olunmuşdur. -xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh2 MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş, işçinin aylıq əmək haqqı 350 manat kimi qeyd olunmuşdur. -xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşçinin vəzifəsi əmək müqaviləsi üzrə “anbardar”, əmək haqqı 300 manatdır. -xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş, işçinin aylıq əmək haqqı 350 manat kimi qeyd olunmuşdur.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, bu məktubda iddiaçının aktiv əmək müqavilələrinin olması barədə müraciətinə baxılaraq bildirilmişdir ki, "xxxx" MMC-nin ünvanına (AZ1116, ünvan 2 nömrəli xx.xx.2024-cü il tarixli, "xxxx" MMC-nin ünvanına (AZ1034. ünvan 3li xx.xx.2024-cü il tarixli, "Lerontent” MMC-nin ünvanına (AZ1133. ünvan 4 m. 9) 3-17-5/2- 38858/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktublar göndərilmiş və iddiaçıya aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında“ Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin məktublar poçt xidmətinə məxsus F-20 formasında “bu ünvanda yoxdur“ qeyd edilərək geri qaytarılmışdır. Tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "xxxx" altsisteminə baxış keçirilərkən onunla Cavabdeh2 MMC aasında xx.xx.2022-ci il tarixində, Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixində , "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişlərin qüvvədə olduğu məlum olmuşdur. Məlumat üçün bildirilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerinə araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Bildirmişlər ki, əmək müqaviləsinə xitam veilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron infomasiya sisteminə daxil edilməsi X3 Xidmətinin səlahiyyətləri xaricindədir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "xxxx" altsisteminə daxil edilməsi üçün işəgöürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barəə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək , əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış heb edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların "xxxx" altsisteminə daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməlidir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

9. İddiaçı Cavabdeh2 MMC-də və "xxxx" MMC-də işçi kimi rəsmiləşdirilsə də, onunla MMC-lər arasında qarşılıqlı razılıq əsasında əmək müqaviləsinin bağlanması müəyyən edilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "xxxx" altsisteminə əmək müqaviləsi isə işəgötürən hər iki MMC-nin səlahiyyətli nümayəndəsi X2 tərəfindən daxil edilmişdir. Cavabdeh MMC-lər məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etməmişlər, həmin MMC-lərin faktiki mövcudluğu isə şübhə yaratmışdır. Tətbiq edilən maddi hüquq normaları:

10. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:

11. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.( maddə 3.5)

12. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır.(maddə 3.5-1).

13. Fərdi əmək mübahisəsi — əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır.(maddə 3.16)

14. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir.(maddə 15.2)

15. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.(maddə 43.1)

16. Əmək müqaviləsi yazılı formada bağlanır.(maddə 44.1)

17. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.(maddə 46.1)

18. Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur.(maddə 46.5)

19. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.(maddə 49.1)

20. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.(maddə 69.1)

21. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.(maddə 69.2)

22. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.(maddə 69.5)

23. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 183 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 8.1-ci maddəsində göstərilmişdir ki, bilavasitə işəgötürənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilən məlumatlar həqiqi və düzgün olmalıdır.. Tətbiq edilən prosessual normalar və qaydalar:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

27. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

28. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

29. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi).

30. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir.

31. Əmək Məcəlləsinin yuxarıda sadalanan normalarından aydın olur ki, əmək münasibətlərinin yaranması üçün işəgötürənlə işçi arasında yazılı qaydada əmək müqaviləsi bağlanmalı və bunun davamı olaraq əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə işəgötürən tərəfindən daxil edilməlidir. Bununla belə qanunverici bağlanmış əmək müqaviləsinin etibarsız sayılmasını da mümkün hesab edir. Lakin tədqiq edilmiş sübutlarla qarşılıqlı razılıq əsasında əmək müqaviləsinin bağlanmış olması müəyyən edilmir, sadəcə işəgötürənin səlahiyyətli nümayəndəsinin elektron imzaladığı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi və əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "xxxx" altsisteminə daxil edilmişdir.

32. Məhkəmə, iddianı əsaslı hesab edərək qeyd edir ki, birtərəfli iradə ifadəsi əsasında tərtib edilən sənəd müqavilə anlayışına uyğun olmasa da, hüquq və vəzifələrin dövlət qeydiyyatı baxımından nəticə doğurmuşdur. Hansı ki, hüquq nəzəriyyəsində etibarsızlıq ümumi mənada hər hansı hüquqi nəticə doğurmayan fəaliyyət kimi də qəbul edilir. Kökündə duran və ya durmalı olan faktların mövcudluğunun istisna edilməsi həmin fakta əsaslanan hərəkətlərin etibarsızlığı hüquqi nəticəsini doğurur. Yəni hüquqi əsası olmadan edilən hərəkət də hər hansı hüquqi nəticə yaratmadığından özlüyündə etibarsız fəaliyyət kimi qəbul edilir. Bu səbəbdən də özlüyündə hər hansı hüquqi nəticə doğurmayan əmək müqaviləsinin mövcudluğuna əsaslanan hərəkət də etibarsız sayılmalıdır.

33. Bu səbəbdən məhkəmə hesab edir ki, iş üzrə cavabdehlərin səlahiyyətli nümayəndəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "xxxx" altsisteminə daxil edilmiş əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişləri və əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri etibarsız hesab edilməli və bu barədə qeydiyyatın aparılması X3 Xidmətinə həvalə edilməlidir. Nəticə: Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh2 arasında əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi (xx.xx.2022-ci ildə sistemə daxil edilmiş) və əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri (xx.xx.2022 və xx.xx.2023-cü ildə sistemə daxil edilmiş) etibarsız hesab edilməli və bu barədə qeydiyyatın aparılması X3 Xidmətinə həvalə edilməlidir. Həmçinin İddiaçı ilə Cavabdeh1 arasında əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi (xx.xx.2022-ci ildə sistemə daxil edilmiş) və əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (xx.xx.2023-cü ildə sistemə daxil edilmiş) etibarsız hesab edilməli və bu barədə qeydiyyatın aparılması X3 Xidmətinə həvalə edilməlidir.

34. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi (xx.xx.2022-ci ildə sistemə daxil edilmiş) və əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri (xx.xx.2022 və xx.xx.2023-cü ildə sistemə daxil edilmiş) etibarsız hesab edilsin və bu barədə qeydiyyatın aparılması X3 Xidmətinə həvalə edilsin. İddiaçı ilə Cavabdeh1 arasında əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi (xx.xx.2022-ci ildə sistemə daxil edilmiş) və əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (xx.xx.2023-cü ildə sistemə daxil edilmiş) etibarsız hesab edilsin və bu barədə qeydiyyatın aparılması X3 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar