Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4091/2025 04.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X12 Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə və 3-cü şəxslər Binəqədi rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirməklə məhkəmədən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən xx.xx.2017ci il tarixli, 19 nömrəli Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi hərəkətlərinin qanunsuz hesab ediməsi, xx.xx.2017-ci il tarixli, 19 nömrəli Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində iddiaçıya dəymiş maddi ziyana görə 129981 manat kompensasiyanın ödənilməsi, 13000 manat mənəvi zərərin ödənilməsi, məhkəmə məsrəfləri olan 521,06 manat dövlət rüsumunun, sənədlərin surətlərinin notariat qaydada təsdiqinə və poçt xidmətinə görə ödənilmiş 80 manatın, 380 manat hüquqi xidmət haqqının Cavabdeh Mənzil Tikinti Kooperativindən tutulması barədə qətnamə, cavabdehin bu işlə bağlı sənədləşdirmə işlərinin aparılmasına bilavasitə məsul olan vəzifəli şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci, 308-ci və 313-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr yarandığı üçün onlar barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə (bundan sonra “payçı”adlandırılacaq) Cavabdeh Mənzil Tikinti Kooperativi (bundan sonra “MTK” adlandırılacaq) arasında xx.xx.2017-ci il tarixli, 19 nömrəli Müqavilə (bundan sonra "xxxx" adlandırılacaq) bağlanmışdır. Müqaviləni, həmin dövrdə MTK-nın qanuni təmsilçisi olan X6 imzalamış və MTK-nın möhürü ilə təsdiqləmişdir. 1. Müqavilənin şərtlərinə əsasən hüquqlar və öhdəliklər aşağıdakı qaydada razılaşdırılmışdır: 1.1. Payçı- Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Texniki Pasporta və Bakı şəhəri 32 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 6 ünvanında yerləşən ümumi sahəsi 36,5 kv.m.dən ibarət olan qeyri-yaşayış sahəsini (qarajı) Binəqədi rayon İHB-nın 174 saylı, xx.xx.2017-ci il tarixli Sərəncamı əsasında Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi 1 ünvanında nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün MTK-nın mülkiyyətinə verir. MTK isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının altında yerləşən 2 mərtəbəli qaraj sahəsinin 1-ci mərtəbəsində, ümumi sahəsi 40 kv.m. təşkil edən qaraj sahəsini payçının istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. (müqavilənin mahiyyətini müəyyən edən 1.1-ci bəndi) 1.2. Müqavilənin 3.1.4-cü bəndinə əsasən “Tikinti işləri tam başa çatdıqdan sonra müqavilədə nəzərdə tutulmuş qaydada ümumi sahəsi 40 kv.m. təşkil edən qaraj sahəsini payçıya təhvil-təslim edilməsini təmin etmək.” MTK-nın vəzifəsi olaraq müəyyən edilmişdir. 1.3. Müqavilənin 3.4-cü bəndinə əsasən Payçının vəzifələri: Əvəzləşdirdiyi sahəni MTK-nın sərəncamına vermək; Əvəzləşləşdirilən sahənin bütün sənədlərini MTK-ya təhvil vermək və boşaldılmasını təmin etmək və s. 2. Payçı ilə MTK arasında yaranmış mübahisənin səbəbləri. 2.1. Məlumat üçün qeyd edilir ki, müqavilə əsasında Payçının üzərinə düşən vəzifə və öhdəliklər tam və bütünlükdə yerinə yetirilsə də MTK üzərinə düşən vəzifə və öhdəliklərini hal-hazıradək yerinə yetirməmiş və ümumi sahəsi 40 kv.m. təşkil edən qaraj sahəsini payçıya təhvil-təslim edilməsini təmin etməmişdir. 2.2. Belə ki, ümumi sahəsi 40 kv.m. təşkil edən qaraj sahəsinin Payçıya təhvil-təslim edilməsi ilə əlaqədar dəfələrlə MTK-ya edilmiş müraciətlər heç bir nəticə verməmiş, hər dəfə bir bəhanə gətirməklə, yaxın vaxtlarda qarajların bölgüsünün aparılacağı və Müqavilə üzrə hər bir payçıya təhvil verilməli olan qarajın Daşınmaz Əmlakın Dövlət Peyestrində aparılmış bölgü sxemi əsasında müvafiq olaraq təhvil veriləcəyi barədə yalançı vədlər verilmişdir. 2.3. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, MTK tərəfindən ünvan 1 ünvanında inşa olunmuş 1 ədəd 4 girişli 17 (+mansard) mərtəbəli yaşayış binası ilə bağlı, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 06 nömrəli, xx.xx.2018-ci il tarixli İcazə verilmiş və Tikintilərin Dövlət Reyestri tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş kodun nömrəsi 00100003-1-1101-001785/0219-dur. Qeyd. Həmin məlumat, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında Olan tikintilərin Dövlət Reyestrinin İnternet Səhifəsindən Çixariş, Tikintiyə və İstismara İcazə verilməsi ilə İnformativ və X2 götürülmüşdür. 2.4. Artıq şərhə ehtiyac yoxdur ki, Müqavilə üzrə MTK-nın üzərinə düşən yuxarıda göstərilən vəzifə və öhdəliyin yerinə yetirilməməsi hərəkəti, Payçıya qarşı törədilmiş delikt kimi qiymətləndirilməlidir. Açıq-aşkardır ki, MTK tərəfindən Payçıya məxsus ümumi sahəsi 36,5 kv.m.dən ibarət olan qeyri-yaşayış sahəsi sökülmüş və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 43,7 kv.m. torpaq sahəsi ərazisində hündürmərtəbəli bina inşa edilmiş, lakin müqavilədə nəzərdə tutulmuş 40 kv.m. qeyriyaşayış sahəsi payçıya təhvil verilməyərək, üzərinə düşən öhdəlik icra edilməmiş və bununla da Payçının əmlak hüquqları kobud şəklində pozulmuşdur. 2.5. Bir faktı da xüsusi olaraq qeyd edtməyi zəruri hesab edir ki, bir neçə ay bundan öncə MTK-nın hazırda qanuni təmsilçisi oaln X7 tərəfindən və adını bilmədiyi özünü MTK-nın komendantı kimi təqdim edən şəxs tərəfindən Payçıya bildirilmişdir ki, onun müqavilədə nəzərdə tutulan, yəni yuxarıda qeyd etdiyi 40 kv.m. qeyri-yaşayış sahəsi başqa şəxsə satılmışdır və həmin sahəyə baxış keçirilməsi, eləcə də ona təhvil verilməsi artıq mümkün deyildir. 2.6. Payçı tərəfindən həmin şəxslərə izah edilmişdir ki, payçı ilə MTK arasında bağlanmış Müqavilə, MTK-nın həmin dövrdə qanuni təmsilçisi tərəfindən və MTK-nın möhrü ilə təsdiq olunması, həmin müqavilənin etibarlı olmasını müəyyən edir və bu cür müqavilənin bir tərəfli qaydada dəyişdirilməsi və ya ləğv edilməsi ümumuyyətlə qanunvericilikdə nəzərdə tutulmamışdır. 2.7. Digər tərəfdən, həmin şəxslərə Payçı tərəfindən əlavə olaraq bildirilmişdir ki, həmin müqaviləyə əsasən payçı olaraq tanındığından və hazırkı müqavilə podrat müqaviləsindən irəli gələn hüquq münasibətlərinə müvafiq qiymətləndirildiyindən, müqavilənin obyeki olan və artıq mülkiyyətçisi hesab edildiyindən göstərilən qeyri-yaşayış sahəsi, onun icazəsi olmadan, yəni gizli şəkildə başqa şəxslərə satılması cinayət qanunvericiliyində nəzərdə tutulan məsuliyyətə səbəb olur. 2.8. X7 və adını bilmədiyi özünü MTK-nın komendantı kimi təqdim edən əməkdaş Payçının dediklərinin heç birinə məhəl qoymadan, yenidən bildirmişdir ki, ona verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi MTK-nın əsas sahibkarının göstərişi ilə başqa şəxsə satılmışdır, gedib şikayət edə bilər. 2.9. Həmin şəxslərin Payçıya qarşı yuxarıda göstərilən rəftarı və cavabları, onun səhhətində ciddi problemlərin yaranmasına, qan təzyiqinin artmasına səbəb olmuş və hal-hazıradək əsəb və strest halındadır. 3. MTK-nın yuxarıda göstərilən əməkdaşları ilə aparılan danışıqlar heç bir nəticə vermədiyi üçün, Payçı, MTK arasında bağlanmış müqavilənin şətlərində MTK-nın üzərinə düşən öhdəliklərini, həmin şəxslərin ona dedikləri ilə müqayisəli təhlil etdikdən sonra, MTK-nın bu işə məsul və cavabdeh olan bəzi vəzifəli şəxsləri tərəfindən, qrup halında birləşərək ona qarşı törətdikləri bilə-bilə qanunsuz hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci, 308-ci və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əlamətlərinin olmasına əsaslı və inandırıcı şübhələr yaratdına görə, yazılı ərizə ilə MTK-ya müraciət etmişdir. 3.1. Həmin ərizədə xahiş edilmişdir ki, yaranmış mübahisə ilə bağlı yuxarıda qeyd olunan məsələlərə təxirə salınmadan aydınlıq gətirməklə, müqavilə üzrə MTK-nın üzərinə düşən öhdəlilklər 10 gün ərzində icra edilməli və qeyri-yaşayış sahəsi Payçıya təhvil verilməli, bu mümkün olmadığı halda ədalətli kompensasiya ödənilməlidir. 3.2. Eyni zamanda, ərizədə aşağıdakılar göstərilmişdir: “Açıq-aşkardır ki, MTK-nın hərəkətləri, maddi hüququn imperativ normasının tələblərinə zidd olmaqla yanaşı, qanunvericiliyin tələblərinin bilə-bilə və kobud surətdə pozulmasını sübut edir. MTK-nın bu cür hərəkətləri həm daxili qanunvericilikdə, həm də beynəlxalq hüquq normalarnda müəyyən edilmiş tələblərə görə açıq-aşkar əsassızdır. Eyni zamanda MTK-nın bu cür mövqeyi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun və İnsan Hüquqarı üzrə Avropa Məhkəməsinin bir sıra Qərarlarında artıq formalaşmış hüquqi mövqeyə görə qəbul edilən deyil... İşin hallarından göründüyü kimi, MTK-nın bəzi vəzifəli şəxsləri tərəfindən Payçının hüquqlarına qarşı bilə-bilə qanunsuz hərəkətlərə yol verilmiş və bununla yanaşı həmin şəxslər hüquqdan sui-istifadə etməklə Payçıya təhvil verməli olduqları qeyri-yaşayış səhəsini başqa şəxsə satmaqla və nəticə etibarı ilə Payçının mülkiyyət hüququna qarşı bilə-bilə qəsd etməklə, ona xüsusilə külli miqdarda ziyan vurmuşlar... Hesab edir ki, MTK tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyi halda, payçıya məxsus 36,5 kv.m.dən ibarət olan qeyri-yaşayış sahəsi söküldüyünə və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 43,7 kv.m. torpaq sahəsi ərazisində hündürmərtəbəli bina inşa edildiyinə görə həm 36,5 kv.m.dən ibarət qeyri-yaşayış sahəsi üzərindəki, həm də onun yerləşdiyi 43,7 kv.m. torpaq sahəsi üzərindəki Payçının əmlak hüquqları açıq-aşkar itirildiyi üçün, hər 2 əmlaka görə ədalətli kompensasiya məbləği qeyri-yaşayış sahəsinin söküldüyü 2017-ci il tarixə olan bazar qiymətləri müəyyən edilməli və MTK tərəfindən Payçıya ödənilməlidir. Odur ki, 2017-ci il tarixə Binəqədi rayon ərazisində yerləşən 36,5 kv.m. qeyriyaşayış sahəsinin bazar qiymətinin 109500 (36,5x3000) manat, həmin məbləğə 20 faiz miqdarında əlavə də nəzərə alınmaqla cəmi: 131400 (109500x20%+109500) manat; 43,7 kv.m. torpaq sahəsinin bazar qiymətinin isə 65550 (43,7x1500) manat, həmin məbləğə 20 faiz miqdarında əlavə də nəzərə alınmaqla cəmi: 78660 (65550x20%+65550) manat; ümumilikdə 210060 (131400+65550) manat kompensasiyanın hesablanması və ödənilməsinin təmin edilməsi tam ədalətli olar. Eyni zamanda, MTK-nın bu işlə bağlı əməkdaşlarının açıq-aşkar qanunsuz və qərəzli hərəkətlərinə görə, Payçıya həm də mənəvi zərər vurulmuşdur ki, həmin mənəvi zərərin 21006 (210060x10%) manat dəyərində müəyyən edilməsinin qəbul edilməsini və ödənilməsinin təmin edilməsini xahiş edir... Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 19 nömrəli Müqavilə üzrə MTK-nın üzərinə düşən öhdəlilklərin icra edilməsini, 10 gün ərzində 40 kv.m. qeyri-yaşayış sahəsini Payçı İddiaçı təhvil verməsini və bu mümkün olmadığı halda, 10 gün müddətində İddiaçı 210060 manat kompensasiyanın və 21006 manat mənəvi zərərin ödənilməsi xahiş edilir.” Lakin, hal-hazıradək ərizəyə cavab verilməmişdir. Odur ki, yuxarıda qeyd olunan tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. 4. Açıqaşkardır ki, Payçıya xəbərdarlıq edilmədən, eləcə də qabaqcadan qeyri-yaşayış sahəsinin başqa şəxsə satılması ilə razılıq əldə edilmədən, o cümlədən dəyərinin ədalətli ödənişi həyata keçirilmədən, MTK tərəfindən törədilmiş hərəkətlər, Payçıya həm maddi, həm də mənəvi zərərin vurulmasını müəyyən edir. Deməli, MTK müqavilədə nəzərdə tutulmuş qaraj sahəsinin payçıya təhvil verməyərək üzərinə düşən öhdəliyi icra etməmiş və bununla da mülkiyyətçinin hüquqlarının kobud şəklində pozulması Faktı aşıq-aşkardır. İddia tələbi azaldıldıqdan sonra iddianın əsaslandırılması Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4091/2025 nömrəli, xx.xx.2025-ci il tarixli “Sübutların təmin edilməsi barədə” Qərardadi ilə iş üçün zəruri əhəmiyyət kəsb edən sübutların Cavabdeh MTK-dən məhkəməyə təqdim edilməsi tələb edilsə də, Cavabdeh MTK tərəfindən həmin Qərardad icra olunmamış və buna görə də Binəqədi Rayon Məhkəməsinin 2(001)-4091/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərardadi ilə "xxxx" MTK tələb olunan sübutları təqdim etmək vəzifəsini yerinə yetirmədiyinə görə 1000 (bir min) manat məbləğində cərimə edilmiş və həmin sübutlar yenidən tələb edilmişdir. 1.3. Eyni zamanda, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4091/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərardadi ilə iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş və Qiymətləndirmə ekspertizasının aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 0307 №-li xx.xx.2025-ci il tarixli X13 olunan 0307 X8 edilmişdir ki,: “..... toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində, ünvan 2 ünvanında yerləşən 43,7 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 36,5 kv.m qarajın 2017-ci il üçün bazar qiyməti ayrı-ayrılıqda 61175 AZN və 35510 AZN; ümumilikdə isə 96685 AZN (35 510 +61175) və 2024-cü ilə bazar qiyməti isə ayrıayrılıqda 86306 AZN 61175 AZN və 43675 AZN; ümumilikdə isə 129981 AZN (43675 +86306) təşkil edir. 2.) Odur ki, cavabdeh tərəfindən iş üçün zəruri əhəmiyyət kəsb edən sübutlar gizlədilərək məhkəmə iş materiallarina təqdim edilmədiyindən və "xxxx" MMC-nin 0307№-li, xx.xx.2025-ci il tarixli X13 Olunan 0307 sayli hesabatindaki nəticəyə əsasən iddia tələbinin azaldilmasi zəruriyyəti yaranmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbinin azaldılması barədə ərizə nəzərə alınmaqla, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər hər hansı üzürlü səbəb göstərmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. Bakı şəhəri 32 saylı notariat kontoru tərəfindən verilən qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2017-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017ci il tarixdə ölmüş X3 vərəsəsi arvadı İddiaçı miras əməlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2017-ci il tarixdə X4 verilmiş 11/4001 inventar nömrəli texniki pasporta əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 6 ünvanında yerləşən sahəsi 36.5 kv.m olan qarajdan ibarətdir.
7. Cavabdeh MTK-nın nümayəndəsi X6 şəxsində (kooperativ) İddiaçı (payçı) arasında bağlanan xx.xx.2017-ci il tarixli, 19 nömrəli müqavilənin surətindən görünür: 1.1-ci bəndinə əsasən vətəndaş (gələcəkdə payçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 6 ünvanında yerləşən ümumi sahəsi 36,5 kv.m ibarət olan qeyri-yaşayış sahəsini (qaraj) Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 174 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında ünvan 3 ünvanında nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün Kooperativin mülkiyyətinə verir, Kooperativ isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının altında yerləşən 2 mərtəbəli qaraj sahəsini vətəndaşın (gələcəkdə payçı) istifadəsinə verməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər təmir və tikinti işlərinin aparılması üçün nəzərdə tutulmuş müddəti binanın özül işlərinə başlanmasından hesablanmaqla, 36 ay olmasını qəbul edirlər. Müqavilənin 3.1.4-cü bəndinə əsasən “Tikinti işləri tam başa çatdıqdan sonra müqavilədə nəzərdə tutulmuş qaydada ümumi sahəsi 40 kv.m. təşkil edən qaraj sahəsini payçıya təhvil-təslim edilməsini təmin etmək.” MTKnın vəzifəsi olaraq müəyyən edilmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 4091/2025 saylı qərardadı ilə mülki işin tam və hərtərəfli araşdırılması üçün Cavabdeh MTK tərəfindən Bakı şəhəri Binəqədi Rayon İHB-nın 174 saylı, xx.xx.2017-ci il tarixli Sərəncamın; Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 06 nömrəli, xx.xx.2018-i il tarixli İcazənin və MTK tərəfindən inşa olunmuş ünvan 1 ünvanında 4 girişli 17 mərtəbəli (+mansard) yaşayış binasının altında yerləşən 2 mərtəbəli qaraj sahəsinin 1-ci mərtəbəsindəki qarajların ölçüləri qeyd olunmaqla yerləşmə sxeminin (cizgisinin); iddiaçıya verilməli olan qaraj sahəsinin digər şəxsə verilməsi barədə müqavilənin, maliyyə arayışının və təsisçilərin ümumi yığıncağının qərarından çıxarışın təsdiq olunmuş surətləri kimi zəruri sübutların Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilməsi qərara alınmışdır. Sözügedən qərardad icra edilmədiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-4091/2025 saylı qərardadı ilə "xxxx" MTK 1000 (bir min) manat məbləğində cərimə edilmişdir.
9. Məhkəmə qərardadına əsasən "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-cı il tarixli, 0307 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 4 ünvanda yerləşən 43,7 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 36,5 kv.m qarajın ayrı-ayrılıqda və ümumilikdə 217-ci və 2024-cü iə olan bazar qiyməti 2017-ci ildə qaraj 35510 manat, torpaq sahəsi 61175 manat, 2024-cü ildə qaraj 43675 manat, torpaq sahəsi 86306 manat, 2017-ci ildə qaraj və torpaq sahəsi birlikdə 96685 manat, 2024-cü il tarixinə qaraj və torpaq sahəsi ilə birlikdə 129981 manat müəyyən edilmişdir. Görünür ki, mütəxəssis rəyinə görə 2024-cü il üçün 36,5 kv.m sahəsi olan qarajın 1 kv.m sahəsinin dəyəri 1196,57 manatdır.
10. İddiaçı tərəfindən iddianın qaldırılması üçün 521,06 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
11. İddiaçı ilə 13 saylı Vəkil Bürosu arasında bağlanan “Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli müqaviləyə görə İddiaçı hüquqi yardım üçün ödənilməli olan məbləğ 380 manat müəyyən edilmişdir. Pulpal.az ödəniş portalından olan qəbzə görə 380 mant vəsait ********** saylı VÖEN sahibinin hesabına ödənilmişdir. Tədqiq edilmiş sübutlar və tərəflərin izahatları ilə müəyyən edilən işin faktiki halları:
12. xx.xx.2017-ci il tarixdə ölmüş X3 vərəsəsi arvadı İddiaçıdır. AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2017-ci il tarixdə X4 verilmiş 11/4001 inventar nömrəli texniki pasporta əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 6 ünvanında yerləşən sahəsi 36.5 kv.m olan qaraj mərhumdan İddiaçı miras qalmışdır.
13. Cavabdeh MTK-nın nümayəndəsi X6 şəxsində (kooperativ) İddiaçı ( payçı) arasında bağlanan xx.xx.2017-ci il tarixli, 19 nömrəli müqavilə ilə MTK Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 6 ünvanında yerləşən ümumi sahəsi 36,5 kv.m.dən ibarət olan qeyri-yaşayış sahəsini (qarajı) Binəqədi rayon İHB-nın 174 saylı, xx.xx.2017-ci il tarixli Sərəncamı əsasında Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi 1 ünvanında nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün MTK-nın mülkiyyətinə verir. MTK isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının altında yerləşən 2 mərtəbəli qaraj sahəsinin 1-ci mərtəbəsində, ümumi sahəsi 40 kv.m. təşkil edən qaraj sahəsini payçının istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür
14. Hazırda iddiaçı iddia edir ki, MTK üzərinə götürdüyü öhdəliyi icra etməmiş, sözügedən sahənin isə artıq başqa şəxsə satılması ehtimalı var. Çünki MTK nümayəndəsi tərəfindən ona belə bir məlumat verilməmişdir.
15. Cavabdeh isə keçirilən məhkəmə iclaslarında iştirak etməyərək, iddiaya münasibət bildirməmişdir.
Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
16. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür - 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. - 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. - 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. - 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. - 385.1-ci maddəsinə görə ohdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
17. Mülki Məcəllə nəzərdə tutur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2).
18. Müəyyən edilmişdir ki, Cavabdeh MTK İddiaçı ilə arasında bağlanan xx.xx.2017-ci il tarixli, 19 nömrəli müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməməklə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 6 ünvanında yerləşən ümumi sahəsi 36,5 kv.m.dən ibarət olan qeyri-yaşayış sahəsi (qarajı) əvəzinə layihə üzrə yaşayış binasının altında yerləşən 2 mərtəbəli qaraj sahəsinin 1-ci mərtəbəsində, ümumi sahəsi 40 kv.m təşkil edən qaraj sahəsini payçının istifadəsinə verməmişdir. Hazırda cavabdehin qanunsuz hərəkətləri nəticəsində daşınmaz əmlakından məhrum olan iddiaçı ona vurulan zərərin əvəzini tələb etməkdə haqlıdır.
19. İddiaçı ona vurulmuş maddi ziyanın əvəzi qismində cavabdehdən 129981 manat məbləğində vəsait tələb edir. Məhkəmə tərəfindən iddiaçıya dəymiş maddi ziyanın məbləğinin hesablanması üçün mütəxəssisdən yazılı rəy alınmışdır. Hüquqçu” MMC tərəfindən verilən xx.xx.2025-cı il tarixli, 0307 saylı mütəxəssis rəyi ilə ünvan 4 ünvanda yerləşən 36,5 kv.m sahəsi olan qarajın 2024-cü ildə qiyməti qaraj üçün 43675 manat, hesablanmışdır. Bu isə 2024-cü il üçün 36,5 kv.m sahəsi olan qarajın 1 kv.m sahəsinin dəyərinin 1196,57 olduğunu göstərir.
20. MTK tərəfindən verilməli olan sahənin 40 kv.m olduğu nəzərə alınarsa, iddia tələbi qismən təmin edilməklə, müqavilə öhdəliyinin icra edilməməsinə görə MTK tərəfindən iddiaçıya (43675/36,5= (1 kv metrin qiyməti) 1196,57 manat) 40 kv.m sahə üçün (1196,57 x 40) 47863 manat məbləğində pul vəsaiti ödənilməlidir.
21. Belə ki, iddiaçı qaraj sahəsinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə vurulmuş maddi ziyan üçün 129981 manat məbləğində vəsait tələb edir. Halbuki, irəli sürülən tələb müqavilə üzrə tərəflərin razılaşma şərtləri ilə uyğun gəlmir. Belə ki, tərəflər arasında olan müqavilənin şərtindən aydın görünür ki, MTK iddiaçıya məxsus olan 36,5 kv.m sahə əvəzinə 40 kv.m sahənin veriləcəyi barədə öhdəlik götürmüşdür.
22. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
23. Mənəvi zərərərin tutulmasına münasibətdə məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mənəvi zərərin müəyyən edilməsinə dair bir sıra qərarlarında mövqeyini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi həmçinin “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.
24. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərər çəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldığı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Şəxsin çəkdiyi əzabın, ağrıların, iztirabın ona kompensasiya verilməsilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni təsəlli edən bir vasitədir.
25. Məhkəmə yuxarıda qeyd olunan hüquqi mövqeləri və mövcud şəraitdə pul kompensasiyasının təsəlli vasitəsi kimi çıxış etməsini nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi labüddür və bu səbəbdən ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 1000 (min) manat məbləğində pul tutulması məqsədəmüvafiqdir.
26. İddiaçının bir digər tələbi iş üzrə xüsusi qərardad çıxarılması ilə bağlı olmuşdur. Lkain, məhkəmə mübahisənin həlli zamanı tədqiq olunan iş materialları ilə Cavabdeh MTK-nın və ya onun adından çıxış edən hər hansı şəxsin (proses iştirakçılarının və ya digər şəxslərin) əməllərində cinayətin əlamətlərini aşkar etmədiyindən iş üzrə xüsusi qərardad çıxarılmasına əsas müəyyən etməmişdir.
27. Bundan başqa poçt göndərişləri və notariat hərəkətləri üçün çəkilmiş xərclərə münasibətdə tələb edilən vəsaitə münasibətdə məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 17,25 manat məbləğində (AR-İİİ, 578565 saylı etibarnamənin alınması üçün çəkilən xərc) pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, 80 manat məbləğində olduğu iddia ediən xərcə münasibətdə göstərilən etibarnamədən başqa məhkəmə hər hansı dəlil təqdim edilməmiş, iş materiallarının isə notarial qaydada təsdiqi halı müəyyən edilməmişdir.
28. Həmçinin iddiaçı məhkəmədən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən xx.xx.2017-ci il tarixli, 19 nömrəli Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi hərəkətlərinin qanunsuz hesab ediməsinə dair qətnamə çıxarılmasını xahiş etsə də nəzərə alınmalıdır ki, məhz MTK-nın müqavilə üzrə öhdəliyinin icrasını təmin etməməsi səbəbindən iddiaçıya vurulmuş olan zərərin ödənilməsi qət edilmişdir.
Tətbiq edilən prosessual normalar:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
29. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
33. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə:
34. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə və 3-cü şəxslər Binəqədi rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və s.” tələbinə dair iddiası qismən təmin edilməli, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən maddi zərərin əvəzi qismində 47863 manat, mənəvi ziyanın əvəzi qismində 1000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun əvəzi qismində 521,06 manat, hüquqi yardım üçün çəkilmiş xərcin əvəzində 380 manat, etibarnamənin alınması üçün çəkilmiş xərcin əvəzində 17,25 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutulmaqla İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi:
İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə və 3-cü şəxslər Binəqədi rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və s.” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən maddi zərərin əvəzi qismində 47863 (qırx yeddi min səkkiz yüz altmış üç) manat, mənəvi ziyanın əvəzi qismində 1000 (bir min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi qismində 521,06 (beş yüz iyirmi bir manat, altı qəpik) manat, hüquqi yardım üçün çəkilmiş xərcin əvəzində 380 manat, etibarnamənin alınması üçün çəkilmiş xərcin əvəzində 17,25 (on yeddi manat, iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutulmaqla İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova