Məhkəmə qərarları › İş №e-2(001)-4134/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4134/2022

21.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4134/2022 21.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil3, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdehnə (MMC) qarşı “sökülmüş evin əvəzinə mənzillə təmin edilmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 21 noyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dərnəgül qəsəbəsi, 19-cu Dağüstü küçəsi, ev 23, mənzil 19 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh tərəfindən sökülməsinə görə həmin yerdə cavabdeh tərəfindən tikilən yeni çoxmərtəbəli binadan ona və ailə üzvlərinə mənzil verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil3 iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, iddiaçının atası X3 1966-cı ildən 4 saylı X4 nəzdində fəaliyyət göstərən 41 saylı İnşaat İdarəsində fəhlə işləmişdir. İşlədiyi dövrdə 1993-cü ildə Dərnəgül qəsəbəsi, 19-cu Dağüstü küçəsi, ev 23, mənzil 19 ünvanında ona mənzil verilmişdir. Lakin, həmin bina yataqxana olduğu üçün ora əsaslı təmir edildikdən sonra sakinlərin istifadəsinə verilməli idi. Həmin təmir işlərində ora köçəcək bütün şəxslərlə bərabər iddiaçının atası da əziyyət çəkmiş, işləmişdir. Bu illər ərzində iddiaçının ailə üzvlərinin sayı 7 nəfər də artmışdır. Evin sahəsi 59,4 kv.metr təşkil edir, iddiaçının həmin ünvanda yaşamaq hüququ Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən tanınmışdır. Bu, 23 iyun 1993-cü il tarixli, 113 nömrəli orderlə öz təsdiqini tapır. İddiaçı və ailə üzvləri artıq uzun illər idi ki, həmin ünvanda yaşayırdılar. Lakin, həmin bina cavabdeh tərəfindən sökülmüş, orada çoxmənzilli yaşayış binası inşa edilməyə başlanmışdır. Əvəzində isə cavabdeh iddiaçıya nə kirayəpulu, nə kompensasiya nə də mənzil verməmiş, ailəni çətin vəziyyətdə qoymuşdur. Buna görə də, cavabdeh tərəfindən inşa edilən çoxmənzilli binadan iddiaçıya və ailə üzvlərinə mənzil verilməsi labüddür. Sonda Vəkil3 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, iddia ərizəsində göstərilən ünvanda yeni çoxmənzilli binanın tikinti işləri həqiqətən də Cavabdeh MMC tərəfindən aparılsa da, həmin ərazidə əvvəllər mövcud olmuş binanı onlar sökməmişlər. Sözügedən binanın yerləşdiyi torpaq sahəsi dövlət tərəfindən onlara tikinti işləri aparılası üçün verilmiş, onlar da bina inşa edib, mənzil satırlar. Söküntü işlərinin onlara heç bir aidiyyəti yoxdur. Sonra Vəkil2 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, məhkəmənin müvafiq sorğusuna cavab olaraq Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlandırılmış 12 avqust 2022-ci il tarixli məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 113 saylı, xx.xx.2001-ci il tarixli Qərarına əsasən Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan ünvan 3 ünvanındakı 3 saylı yataqxana Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin və rayon İcra Hakimiyyətinin birgə iştirakı ilə xx.xx.2018-ci ildə kəskin qəzalı elan edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin xx.xx.2018-ci il tarixli “Texniki vəziyyət haqqında” Aktına əsasən binanın istismarının dayandırılması, sakinlərin köçürülməsi, kommunikasiya xətlərinin kəsilməsi, binanın ətrafının çəpərlənməsi və giriş-çıxışın məhdudlaşdırılması qərara alınmışdır. Akta əsasən 3 saylı yataqxana binasında məskunlaşmış 86 (287 şəxs) qaçqın və məcburi köçkün ailəsinin 2018-2021-ci illər ərzində Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən müvəqqəti yerləşmələri məqsədilə Qobustan rayonunda yerləşən “Qobu Park”a köçürülmüş və tikili istismar müddətinin başa çatması ilə əlaqədar sökülmüşdür. Bakı şəhərinin ümumi memarlıq görüntüsünə xələl gətirdiyini nəzərə alaraq, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Cavabdeh MMC-nin yataqxananın yerində müasir üslubda yeni yaşayış binasının tikinti işlərinin aparılmasını məqsədəuyğun hesab etmişdir. Yataqxana binası söküldündən sonra 23 ailə yataqxanadakı otaqlara dair orderlərinin olmasını bildirmiş və həmin şəxslərin bir qismi cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddia ərizəsində göstərilən, iddiaçının ailə üzvləri ilə birlikdə sökülənədək yaşadıqları binanın cavabdeh tərəfindən sökülməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin yuxarıdakı məktubundan müəyyən edilir ki, sökülmüş binanın yerində tikinti işlərinin aparılması Cavabdeh MMC-yə həvalə edilmişdir. Cavabdeh hüquqi şəxslə iddiaçı arasında sökülmüş binanın yerində tikilən binada iddiaçıya mənzil verilməsi ilə bağlı tərəflər arasında hər hansı bir müqavilənin olması iş üzrə müəyyən edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının yaşadığı mənzilin (binanın) sökülməsi, habelə, cavabdehin iddiaçıya mənzil verməsi ilə bağlı öhdəliyinin olması işin faktiki halları və iş materialları ilə sübuta yetirilmədiyindən, iddia rədd edilməli, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdehnə (MMC) qarşı “sökülmüş evin əvəzinə mənzillə təmin edilmə” tələbinə dair iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar