Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4141/2023 13.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 və Bakı şəhəri 44 saylı Notariat Ofisinə qarşı, Maraqlı şəxs2 İsmayil oğlu və Maraqlı şəxs1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 13 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı 16 may 1982-ci ildə İsmayılov İsmayıl Bəhmən oğlu ilə rəsmi nikaha girərək ailə qurmuş, həmin nikahdan xx.xx.1984-cü il təvəllüdlü Maraqlı şəxs2 anadan olmuşdur. Eyni zamanda İ.İsmayılovun (nikahda olmasına baxmayaraq) Sahibə adlı şəxslə xx.xx.1991-ci ildə Xocalı şəhərində nikaha daxil olduğu aşkar edilmiş, bu nikaha qədər doğulmuş 1981-ci il təvəllüdlü Yeganənin, 1983-cü il təvəllüdlü Amilin və 1987-ci il təvəllüdlü Günelin doğum haqqında şəhadətnamələrində ataları kimi İsmayılov İsmayıl Bəhmən oğlu yazılmışdır. İsmayılov İsmayıl Bəhmən oğlu 26 fevral 1992-ci il tarixdə Xocalı soyqırımı zamanı həlak olmuş, bu barədə xx.xx.1995-ci il tarixli İV-JQ N 332495 saylı ölüm haqqında şəhadətnamə verilmiş, həmçinin Xocalı faciəsində şəhid olmuş şəxslərin Azərbaycan dövləti tərəfindən rəsmən təsdiqlənmiş siyahısında 208-ci sırada adı, soyadı, ata adı və təvəllüdü qeyd edilmişdir. İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən sözügedən Fərmanla müəyyənləşdirilmiş 11000 manat məbləğində birdəfəlik ödəməni almaqla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Xocalı rayonu İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və 44 saylı notariat ofisində müxtəlif vaxtlarda müraciətlər etmiş və nəticədə Bakı şəhəri 44 saylı Notariat Ofisi tərəfindən 02 fevral 2019-cu il tarixli 2V-19 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə yalnız Cavabdeh1 İsmayılov İsmayıl Bəhmən oğlunun qanun üzrə vərəsəsi kimi təsdiq edildiyi müəyyən edilmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 44 saylı Notariat Ofisi tərəfindən mərhum İsmayılov İsmayıl Bəhmən oğlunun qanun üzrə vərəsəsi olması barədə Cavabdeh1 verilmiş 02 fevral 2019-cu il tarixli, 2V-18 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun və oğlu Maraqlı şəxs2 mərhum İsmayılov İsmayıl Bəhmən oğlunun qanun üzrə vərəsələri hesab olunmaları və miras qalmış 11000 manat məbləği üzrə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia, ona etirazın əsasları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Tərtər rayon İrəvanlı kənd sakini olan, xx.xx.1955-ci il təvəllüdlü İsmayılov İsmayıl Bəhmən oğlu ilə nikahı Tərtər rayonu Söylən kənd i.ə.d üzrə nümayəndəliyində (keçmiş Mirbəşir rayonu Söylən kənd soveti) 16 may 1982-ci ildə 4 nömrə ilə qeyd edilməklə evlənib ailə qurmuş, həmin nikahdan xx.xx.1984-cü ildə oğulları Maraqlı şəxs2 anadan olmuşdur. İsmayılov İsmayıl Bəhmən oğlu 26 fevral 1992-ci il tarixdə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı faciəsi zamanı həlak olmuşdur. Bu barədə onun xx.xx.1995-ci il tarixli İV-JQ N° 332495 saylı Ölüm haqqında Şəhadətnaməsində qeydlər vardır, həmçinin də Xocalı faciəsində şəhid olmuş şəxslərin Azərbaycan dövləti tərəfindən rəsmən təsdiqlənmiş siyahısında 208-ci sırada adı, soyadı, ata adı və təvəllüdü qeyd edilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Formanın 4-cü hissəsinə əsasən, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışında) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. Odur ki, iddiaçı da sözügedən Fərmanla müəyyənləşdirilmiş 11000 manat məbləğində birdəfəlik ödəməni almaq üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etmiş, sonuncu 14 sentyabr 2022-ci il tarixli müraciətimə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli **********3 saylı cavabda bildirilir ki: “İsmayılov İsmayıl Bəhmən oğlunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müəyyən edilən vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququ vardır. Vərəsəlik hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a uyğun olaraq notariat ofisi tərəfindən müəyyən edilir. Xocalı rayonu İcra Hakimiyyətindən İsmayılov İsmayıl Bəhmən oğlunun vərəsələri ilə bağlı məsələlərdə mübahisəli məqamlar olduğu üçün 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin verilməsini müvəqqəti dayandırılması ilə bağlı 5 aprel 2019-cu il tarixli müraciət daxil olmuşdur. Qeyd olunan müraciətdə sizin İsmayılov İsmayıl Bəhmən oğlu ilə 16 may 1982-ci il tarixində nikaha daxil olduğunuz və bu nikahdan bir övladınızın dünyaya gəldiyi qeyd edilmişdir. Bundan əlavə İ.İsmayılov birinci nikahı ləğv edilmədən, 20 sentyabr 1991-ci il tarixində X7 ilə növbəti nikaha daxil olması bildirilmişdir. Xocalı rayonu İcra Hakimiyyətinin müvafiq məktubunun araşdırılması məqsədilə Nazirlik tərəfindən yoxlamalar aparılmış və müəyyən olunmuşdur ki, Bakı şəhəri 44 saylı notariat kontoru tərəfindən 02 fevral 2019-cu il tarixli 2V-19 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə yalnız Cavabdeh1 İsmayılov İsmayıl Bəhmən oğlunun qanun üzrə vərəsəsi kimi təsdiq edilmişdir. Mən Cavabdeh1 tanımıram. İ.İsmayılovun vərəsələrinin yenidən dəqiq müəyyənləşdirilməsi məqsədilə məsələnin araşdırılması üçün Nazirlik tərəfindən AzərbaycanRespublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə 7 may 2019-cu il tarixində məktub göndərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən qeyd olunan məsələ ilə bağlı daxil olan 14 iyun 2019-cu il tarixli 05/İ-39-15 nömrəli məktuba müvafiq sənədlər əsasında Bakı şəhəri 44 saylı notariat ofisində verilmiş vərəsəlik şəhadətnaməsinin məhkəmə qaydasında mübahisələndirilməsi hüququnuzun olması ilə bağlı sizə cavab verildiyi bildirilmişdir (əlavə olunur). Ərizənizdə qaldırılan məsələyə məhkəməyə müraciətiniz əsasında baxıldıqdan sonra qəbul ediləcək qətnamənin nəticəsindən asılı olaraq baxılacaqdır” Sözügedən cavaba əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 05/İ-39-15 saylı məktubunda bildirilir ki: “Xocalı şəhərində həlak olunmuş İsmayılov İsmayıl Bəhmən oğlunun vərəsələrinin dəqiq müəyyən edilməsi ilə bağlı müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, mərhum İ.İsmayılov ilə Tamilə Dərimova (İsmayılova) xx.xx.1982-ci il tarixdə Tərtər rayonunun Söylən icra nümayəndəliyində nikaha daxil olmuş və xx.xx.1984-cü ildə Tural adlı övladları doğulmuşdur. Bununla yanaşı müraciətə əlavə edilmiş V-JQ seriyalı 333723 nömrəli şəhadətnamənin kserosurətinə baxış keçirilərkən İ.İsmayılovun (nikahda olmasına baxmayaraq) Sahibə adlı şəxslə xx.xx.1991-ci ildə Xocalı şəhərində nikaha daxil olduğu aşkar edilmişdir. Bu nikaha qədər doğulmuş 1981-ci il təvəllüdlü Yeganənin, 1983-cü il təvəllüdlü Amilin və 1987-ci il təvəllüdlü Günelin doğum haqqında şəhadətnamələrin ataları kimi İsmayılov İsmayıl Bəhmən oğlu yazılmışdır. Həmin şəhadətnamələr üzrə Günel və Yeganə sığorta məbləğindən imtina etmiş, Amilə isə Bakı şəhəri 44 saylı notariat ofisində vərəsəlik şəhadətnaməsi verilmişdir. Sahibə İsmayılova xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Bildirilir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İ.İsmayılovun Tamilə ilə nikahının pozulmasına, habelə Sahibə nikahına dair məlumat aşkar olunmamışdır. Qeyd olunur ki, İ.İsmayılovun birinci nikahının qüvvədə olmasına rəğmən ikinci dəfə 1991 -ci ildə nikaha daxil olması, bu nikaha qədər doğulmuş Yeganə, Günel və Amilin doğum haqqında şəhadətnamələrində ata kimi İ.İsmayılovun yazılması, habelə bu sənədlər əsasında Bakı şəhəri 44 saylı notariat ofisində verilmiş vərəsəlik şəhadətnaməsi məhkəmə qaydasında mübahisələndirilə bilər. Göstərilənlərə əsasən İddiaçı ərinin ikinci nikahının etibarsız hesab edilməsi və Cavabdeh1 verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması barədə cavab verilmişdir.” Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuş və bu müraciətinin əsaslı, həm də Azərbaycan Respublikasının qanunvericilik aktları baxımından qanuni hesab edir. Belə ki: həyat yoldaşı İsmayılov İsmayıl Bəhmən oğlunun X7 ilə ər-arvad münasibətlərindən 1981-ci il təvəllüdlü Məmmədova (İsmayılova) Yeganə İsmayıl qızı, 1983-cü il təvəllüdlü Cavabdeh1 1987-ci il təvəllüdlü X4 anadan ola bilməzdilər. Çünki, o, 1982-ci ildə İsmayıl İsmayılovla rəsmi nikaha daxil olub evlənmiş, onunla nigaha girməmişdən əvvəl onu tanıyırdı, uzun müddət nişanlı olmuşlar və bilirdi ki, subaydır, hər hansı bir qadından övladı yoxdur. 1982-ci ildə onunla evləndikdən sonra isə daimi olaraq Tərtər rayonunda yaşamışlar, ancaq 1990-cı ildən başlayaraq Xocalı şəhəri işi ilə bağlı gedib gəldiyini bilirdi. Bundan başqa İsmayılov İsmayıl Bəhmən oğlunun iddiaçı ilə rəsmi nikahda olduğu halda və onunla nikah qeydini pozdurmadan X7 ilə 20 sentyabr 1991-ci il tarixdə rəsmi nikaha daxil olmasının qeydiyyatının aparılması da qanuni cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 83 və 84-cü bəndlərinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görməlidir. Odur ki, cavabdeh Bakı şəhəri 44 saylı notariat ofisi Cavabdeh1 qanun üzrə vərəsə kimi tanıyıb ona vərəsəlik şəhadətnaməsi verməmişdən əvvəl digər vərəsələrin də olub-olmadığını müəyyən etmək üçün tədbirlər görməli idi. Bu zaman məlum olmuş olardı ki, Cavabdeh1 özü əslində İsmayılov İsmayıl Bəhmən oğlunun qanun üzrə vərəsəsi deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə əsasən. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikah bağlana bilməz, belə nikahlar bağlandığı andan etibarsız sayılırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təsbit edilmişdir ki, Dövlət vərəsəlil hüququna təminat verir. Ali qanunumuz olan Konstitusiyanın həmin müddəasına əsasən də mərhum həyat yoldaşım İsmayılov İsmayıl Bəhmən oğlunun qanun üzrə vərəsələri iddiaçı və oğulları Maraqlı şəxs2ov oğlu olduğundan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklərini qanuni hesab edir. İddiaçının əri İsmayılov İsmayıl Bəhmən oğlu 26 fevral 1992-ci il tarixdə Xocalı faciəsi zamanı şəhid olmuşdur. Yuxarıda göstərilənlərə əsasən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz verilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsində göstərilənləri təsdiq etdiklərini, iddianı müdafiə etdiklərini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirmişdir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xocalı rayonu İcra Hakimiyyətinin nümayəndəsi X9 izahatında göstərmişdir ki, iddiaçı ilə İsmayılov İsmayıl Bəhmən oğlu 1982-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İsmayıl İsmayılovun ikinci nikahından məlumatları yoxdur. Tədqiq edilən sübutlar: - İİ-ЖГ seriyalı, 489283 nömrəli “nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, İsmayılov İsmayıl Bəhmən oğlu ilə Dəmirova (İsmayılova) Tamilə Musa qızı 16 may 1982-ci il tarixdə Mirbəşir rayonunun (indiki Tərtər rayonu) Söylən kənd sovetində rəsmi nikaha daxil olmuşlar. - Doğum haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs2 xx xxxxx 1984cü il tarixdə doğulmuş, atası İsmayılov İsmayıl Bəhmən oğlu, anası İddiaçıdır. - Ölüm haqqında şəhadətnamədən görünür ki, İsmayılov İsmayıl Bəhmən oğlu 26 fevral 1992-ci il tarixdə Xocalı faciəsi nəticəsində həlak olmuşdur. - Doğum haqqında şəhadətnamədən görünür ki, X3 28 avqust 1981-ci il tarixdə doğulmuş, atası İsmayılov İsmayıl Bəhmən oğlu, anası X5r. Şəhadətnamə 16 dekabr 1994-cü il tarixdə verilmişdir. - Doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx xxxxxx 1983cü il tarixdə doğulmuş, atası İsmayılov İsmayıl Bəhmən oğlu, anası X5r. Şəhadətnamə 16 dekabr 1994-cü il tarixdə verilmişdir. - Doğum haqqında şəhadətnamədən görünür ki, X4 06 may 1987-ci il tarixdə doğulmuş, atası İsmayılov İsmayıl Bəhmən oğlu, anası X5r. Şəhadətnamə 16 dekabr 1994-cü il tarixdə verilmişdir. - Xocalı rayon İcra Hakimiyyəti Başçısının Xocalı şəhər İnzibati ərazi dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 29 yanvar 2019-cu il tarixli, 230 nömrəli arayışda göstərilmişdir ki, İsmayılov İsmayıl Bəhmən oğlu həqiqətən ölən günə kimi Xocalı şəhərində qeydiyyatda olmuş və orada yaşamışdır. Vəfat edən zaman onun aşağıda adları göstərilən ailə üzvləri olmuşdur:
1. Həyat yoldaşı X7 – xx.xx.2018-ci ildə vəfat edib.
2. Qızı (İsmayılova) X6 – xx.xx.1981-ci il
3. Oğlu Cavabdeh1 – xx.xx.1983-cü il
4. X1 – xx.xx.1987-ci il - 02 fevral 2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, 26 fevral 1992-ci il tarixdə vəfat etmiş İsmayılov İsmayıl Bəhmən oğlunun vərəsəsi kimi Cavabdeh1 tanınmışdır. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 17 sentyabr 2018-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin iddiaçıya ünvanlanmış xx.xx.2019cu il tarixli məktubunda qeyd olunmuşdur ki, “Xocalı soyqırımı zamanı həlak olmuş həyat yoldaşınız İsmayılov İsmayıl Bəhmən oğlunun sığorta məbləğinə vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz mərhum İ.İsmayılovla xx.xx.1982-ci il tarixdə Tərtər rayonunun Söylən icra nümayəndəliyində nikaha daxil olmuş və xx.xx.1984-cü ildə Tural adlı övladınız doğulmuşdur. Bununla yanaşı İ.İsmayılovun (nikahda olmasına baxmayaraq) Sahibə adlı şəxslə xx.xx.1991 -ci ildə Xocalı şəhərində nikaha daxil olduğu aşkar edilmişdir. Bu nikaha qədər doğulmuş 1981 -ci il təvəllüdlü Yeganənin, 1983-cü il təvəllüdlü Amilin və 1987-ci il təvəllüdlü Günelin doğum haqqında şəhadətnamələrində ataları kimi İsmayıl İsmayılov Bəhmən oğlu yazılmışdır. Həmin şəhadətnamələr üzrə Günel və Yeganə sığorta məbləğindən imtina etmiş, Amilə isə Bakı şəhəri 44 saylı notariat ofisində vərəsəlik şəhadətnaməsi verilmişdir. Sahibə İsmayılova xx.xx.2018-ci il tarixdə “vəfat etmişdir. Qeyd olunur ki, İ.İsmayılovun Sizinlə nikahının qüvvədə olmasına rəğmən ikinci dəfə 1991 -ci ildə nikaha daxil olması, bu nikaha qədər doğulmuş Yeganə, Günel və Amilin doğum haqqında şəhadətnamələrirdə ata kimi İ.İsmayılovun yazılması, habelə bu sənədlər əsasında Bakı şəhəri 44 saylı notariat ofisində verilmiş vərəsəlik şəhadətnaməsi məhkəmə qaydasında mübahisələndirilə bilər. Göstərilənlərə əsasən ərinizin ikinci nikahının etibarsız hesab edilməsi və Cavabdeh1 verilmiş vərəsəlik şəhadətnan əsinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnuz vardır.”. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, “( Xocalı şəhərində həlak olmuş İsmayılov İsmayıl Bəhmən oğlunun vərəsələrinin dəqiq müəyyən edilməsi ilə bağlı müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, mərhum İ.İsmayılov ilə Tamilə Dəmirova (İsmayılova) xx.xx.1982-ci il tarixdə Tərtər rayonunun Söylən icra nümayəndəliyində nikaha daxil olmuş və xx.xx.1984-cü ildə Tural adlı övladları doğulmuşdur. Bununla yanaşı müraciətə əlavə edilmiş V-JQ seriyalı 333723 nömrəli şəhadətnamənin kserosurətinə baxıs keçirilərkən İ.İsmayılovun (nikahda olmasına baxmayaraq) Sahibə adlı şəxslə xx.xx.1991-ci ildə Xocalı şəhərində nikaha daxil olduğu aşkar edilmişdir. Bu nikaha qədər doğulmuş 1981-ci il təvəllüdlü Yeganənin, 1983-cü il təvəllüdlü Amilin və 1987-ci il təvəllüdlü Günelin doğum haqqında şəhadətnamələrində ataları kimi İsmayıl İsmayılov Bəhmən oğlu yazılmışdır. Həmin şəhadətnamələr üzrə Günel və Yeganə sığorta məbləğindən imtina etmiş, Amilə isə Bakı şəhəri 44 saylı notariat ofisində vərəsəlik şəhadətnaməsi verilmişdir. Sahibə İsmayılova xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Bildirilir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İ.İsmayılovun Tamilə ilə nikahının pozulmasına, habelə Sahibə ilə nikahına dair məlumat aşkar olunmamışdır. Qeyd olunur ki, İ.İsmayılovun birinci nikahının qüvvədə olmasına rəğmən, ikinci dəfə 1991-ci ildə nikaha daxil olması, bu nikaha qədər doğulmuş Yeganə, Günel və Amilin doğum haqqında şəhadətnamələrində ata kimi (.İsmayılovun yazılması, habelə bu sənədlər əsasında Bakı şəhəri 44 saylı notariat ofisində verilmiş vərəsəlik şəhadətnaməsi məhkəmə qaydasında mübahisələndirilə bilər. Göstərilənlərə əsasən İddiaçı ərinin ikinci nikahının etibarsız hesab edilməsi və Cavabdeh1 verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması barədə cavab verilmişdir.”. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Birdəfəlik ödəmənin verilməsi ilə bağlı 14 sentyabr 2022-ci il tarixli müraciətinizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (bundan sonra - Nazirlik) baxılmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. Bildiririk ki, İsmayılov İsmayıl Bəhmən oğlunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müəyyən edilən vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququ vardır. Vərəsəlik hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata uyğun olaraq notariat ofisi tərəfindən müəyyən edilir. Xocalı rayonu İcra Hakimiyyətindən İsmayılov İsmayıl Bəhmən oğlunun vərəsələri ilə bağlı məsələlərdə mübahisəli məqamlar olduğu üçün 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin verilməsini müvəqqəti dayandırılması ilə bağlı 5 aprel 2019-cu il tarixli müraciət daxil olmuşdur. Qeyd olunan müraciətdə sizin İsmayılov İsmayıl Bəhmən oğlu ilə 6 may 1982-ci il tarixində nikaha daxil olduğunuz və bu nikahdan bir övladınızın dünyaya gəldiyi qeyd edilmişdir. Bundan əlavə İ.İsmayılov birinci nikahı ləğv edilmədən, 20 sentyabr 1991ci il tarixində X7 ilə növbəti nikaha daxil olması bildirilmişdir. Xocalı rayonu İcra hakimiyyətinin müvafiq məktubunun araşdırılması məqsədilə Nazirlik tərəfindən yoxlamalar aparılmış və müəyyən olunmuşdur ki, Bakı şəhəri 44 saylı notariat kontoru tərəfindən 2 fevral 2019-cu il tarixli 2V-18 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə yalnız Cavabdeh1 İsmayılov İsmayıl Bəhmən oğlunun qanun üzrə vərəsəsi kimi təsdiq edilmişdir. İ.İsmayılovun vərəsələrinin yenidən dəqiq müəyyənləşdirilməsi məqsədilə məsələnin araşdırılması üçün Nazirlik tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə 7 may 2019-cu il tarixində məktub göndərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən qeyd olunan məsələ ilə bağlı daxil olan 14 iyun 2019-cu il tarixli 05/İ-39-15 nömrəli məktubda müvafiq sənədlər əsasında Bakı şəhəri 44 saylı notariat ofisində verilmiş vərəsəlik şəhadətnaməsinin məhkəmə qaydasında mübahisələndirilməsi hüququnuzun olması ilə bağlı sizə cavab verildiyi bildirilmişdir (əlavə olunur). Ərizənizdə qaldırılan məsələyə məhkəməyə müraciətiniz əsasında baxıldıqdan sonra qəbul ediləcək qətnamənin nəticəsindən asılı olaraq baxılacaqdır.”. ünvan ünvanlanmış 01.05.202-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, “Sizin xx.xx.2023-cü il tarixli ərizəniz xx.xx.2023-cü il tarixdə bizim ofisə daxil olmuşdur. Eləcə də, Vəkil (1788-VK) tərəfindən aşağıdakı məktublar e-mail ünvanımıza daxil olmuşdur: 1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, xx.xx.2019-il tarixli, 05/1-39-15 nömrəli; 2.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, xx.xx.2019-il tarixli, 05/İ-39-13 nömrəli; 3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, xx.xx.2022-il tarixli, **********3 nömrəli məktub. Araşadırmalara əsasən bildiririk ki, tərəfimizdən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 2V-18 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə məhkəmə qaydasında mübahisələndirilə bilər. Xahiş olunur nəzərə alasınız.”. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: - Maddə 1133.1. ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. -Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. -Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. -Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsində, göstərilənləri nəzərdən keçirib, tərəflərin mövqeyini müəyyənləşdirib, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını rəbhər tutmaqla, hesab edir ki, iddianın təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Məhkəmə ilk öncə qeyd edir ki, mülki qanunvericilikdə mülki hüquqların müdafiəsi üçün iddia müddəti nəzərdə tutulmuşdur. Həmin müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «... iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı». İşin müəyyən edilən hallarından görünür ki, iddiaçı ən azından 2019-cu ildə cavabdehin adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin olduğunu bilmiş lakin bunu həmin vaxtda mübahisələndirməmişdir. Bu halları iddiaçı iddia ərizəsində də vurğulamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, “....Amilə isə Bakı şəhəri 44 saylı notariat ofisində vərəsəlik şəhadətnaməsi verilmişdir. Sahibə İsmayılova xx.xx.2018-ci il tarixdə “vəfat etmişdir. Qeyd olunur ki, İ.İsmayılovun Sizinlə nikahının qüvvədə olmasına rəğmən ikinci dəfə 1991 -ci ildə nikaha daxil olması, bu nikaha qədər doğulmuş Yeganə, Günel və Amilin doğum haqqında şəhadətnamələrirdə ata kimi İ.İsmayılovun yazılması, habelə bu sənədlər əsasında Bakı şəhəri 44 saylı notariat ofisində verilmiş vərəsəlik şəhadətnaməsi məhkəmə qaydasında mübahisələndirilə bilər. Göstərilənlərə əsasən ərinizin ikinci nikahının etibarsız hesab edilməsi və Cavabdeh1 verilmiş vərəsəlik şəhadətnan əsinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnuz vardır.”. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “.....Xocalı rayonu İcra Hakimiyyətindən İsmayılov İsmayıl Bəhmən oğlunun vərəsələri ilə bağlı məsələlərdə mübahisəli məqamlar olduğu üçün 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin verilməsini müvəqqəti dayandırılması ilə bağlı 5 aprel 2019-cu il tarixli müraciət daxil olmuşdur.”. Yenə də həmin məktubda “.....İ.İsmayılovun vərəsələrinin yenidən dəqiq müəyyənləşdirilməsi məqsədilə məsələnin araşdırılması üçün Nazirlik tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə 7 may 2019-cu il tarixində məktub göndərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən qeyd olunan məsələ ilə bağlı daxil olan 14 iyun 2019-cu il tarixli 05/İ-39-15 nömrəli məktubda müvafiq sənədlər əsasında Bakı şəhəri 44 saylı notariat ofisində verilmiş vərəsəlik şəhadətnaməsinin məhkəmə qaydasında mübahisələndirilməsi hüququnuzun olması ilə bağlı sizə cavab verildiyi bildirilmişdir (əlavə olunur).”. Yuxarıda qeyd olunan bu xüsusatlar onu deməyə əsas verir ki, iddiaçı ən azından 2019-cu ildən etibarən İsmayılov İsmayıl Bəhmən oğlunun vərəsələri ilə bağlı araşdırmanın aparılması üçün müxtəlif dövlət qurumlarına müraciət etmiş və nəticədə cavabdehə xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyini müəyyən etmiş, lakin şəhadətnaməni 2023-cü ildə mübahisələndirməklə Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən olunmuş müddəti ötürmüşdür. Bununla bağlı məhkəmə “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarını xüsusi ilə qeyd etməyi zəruri sayır. Həmin Qərarda göstərilmişdir ki, “.......Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar).”. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mərhum İsmayılov İsmayıl Bəhmən oğlunun qanun üzrə vərəsəsi olması barədə Cavabdeh1 verilmiş 02 fevral 2019-cu il tarixli, 2V-18 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı Mülki Məcəllənin 1272-ci maddəsi ilə kəsici müddət kimi müəyyən olunan iki aylıq müddəti ötürüldüyündən onun mübahisə açmaq hüququ itmişdir. Buna görə də iddia təmin oluna bilməz. İddiaçının vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərə alaraq məhkəmə iddia tələbi üzrə əlavə araşdırmanın aparılması zərurətinin olmadığını hesab edir. Beləliklə, yuxarıda göstərilənlərə əsaslanaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 və Bakı şəhəri 44 saylı Notariat Ofisinə qarşı, Maraqlı şəxs2 İsmayil oğlu və Maraqlı şəxs1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız edilməsi və onun və oğlu Maraqlı şəxs2 mərhum İsmayılov İsmayıl Bəhmən oğlunun qanun üzrə vərəsələri hesab olunmaları və miras qalmış 11000 manat pul məbləği üzrə paylarının müəyyən edilməsi tələbinə dair iddiası yuxarıda qeyd olunan əsaslara görə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev