Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4148/2023 20.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcla əlaqədar pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcla əlaqədar pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 540.63 manat borc və ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00074 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 540,63 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 540,63 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. Qeyd etmək istərdik ki, tələb olunan 540,63 manat elektrik enerjisinin sərfiyyatına görə hesablanmış borc məbləğidir. "xxxx" ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, xx.xx.2023-ci il saat 11:30-a təyin edilmiş məhkəmə baxışı apellyasiya instansiyası məhkəməsində təyin edilmiş digər iclasla eyni tarixə təsadüf etdiyindən "xxxx" ASC nümayəndəsinin iştirakı qeyri-mümkündür. Bu səbəbdən məhkəmə baxışını keçirmələrini, eləcə də iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədləri (saldo və maliyyə arayışı), eləcə də xx.xx.2023-cü il tarixində Elektron Məhkəmə Sisteminə yüklənmiş "arayış"ı mötəbər sübut kimi qəbul edərək, iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdir kİ, hal-hazırda iddiaçının ondan tələb etdiyi 540,63 manat borc 2015-ci ildə hesablanmış 603,08 manat borc məbləği ilə əlaqədardır. Həmin borc ona aid olmamışdır. O, elektrik enerjisindən istifadəylə əlaqədar yaranmış borcunu mütəmadi olaraq ödəmiş və etdiyi ödənişlər də həmin dövrdə istifadə etdiyi elektrik enerjisi ilə bağlı olmuşdur. İddiaçı tərəfindən bu günə qədər ondan 2015-ci ildə hesablanmış borcu tələb edilməmişdir. Odur ki, iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Abşeron RETSİ ilə Cavabdeh arasında bağlanmış 591026 №-li “enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli” müqaviləsinin surətindən görünür ki, Şirkət istehlakçının elektrik enerjisi ilə təmin etmək, istehlakçı isə, Şirkət tərəfindən ona ötürülən elektrik enerjisini dəyərini ödəməyi öhdələrinə götürmüşdür; Abunə kodu **********0074 olan Abunə haqqında sənəddən və abonentin hərəkət cədvəlindən görünür ki, Cavabdeh yaşadığı Xırdalan şəhəri, At yalı, ev (bina) 0110, mənzil 0074 ünvanına 19. elektrik enerjisindən istifadəyə görə 2015-ci il üzrə sərfiyyat+akt 10051.33 kvth, dəyər 603,08 manat, ödəniş 0 manat və borc məbləği 603,08 manat, 2016cı il üzrə sərfiyyat+akt 1440.95 kvth, dəyər 93,6, ödəniş 40 manat, borc məbləği 656,68 manat, 2017-ci il üzrə sərfiyyat+akt 1604 kvth, dəyər 112,28 manat, ödəniş 10 manat, borcdan ödəniş 10 manat, borc məbləği 758,96 manat, 2018-ci il üzrə sərfiyyat+akt 1741 kvth, dəyər 121,87 manat, ödəniş 75 manat, borcdan ödəniş 75 manat, borc məbləği 805,83 manat, 2019-cu il üzrə sərfiyyat+akt 2143 kvth, dəyər 150,01 manat, ödəniş 130 manat, borcdan ödəniş 130 manat, borc məbləği 825,84 manat, 2020-ci üzrə sərfiyyat+akt 297 kvth, dəyər 20,79 manat, ödəniş 20 manat, borcdan ödəniş 20 manat, borc məbləği 826,63 manat, 2021-ci il üzrə sərfiyyat+akt 0 kvth, dəyər 0 manat, ödəniş 60 manat, borcdan ödəniş 60 manat, borc məbləği 766,63 manat, 2022-ci il üzrə sərfiyyat+akt 0 kvth, dəyər 0 manat, ödəniş 76 manat, borcdan ödəniş 76 manat, borc məbləği 690,63 manat və 2023-cü il üzrə sərfiyyat+akt 0 kvth, dəyər 0 manat, ödəniş 150 manat, borcdan ödəniş 150 manat, borc məbləği 540,63 manat təşkil edir. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tərtib edilmiş Arayışdan görünür ki, Cavabdeh iddia ərizəsi verilən cari günə iddiaçı "xxxx" ASC qarşısında 540,63 manat debitor borcu yaranmışdır. Belə ki, həmin borc məbləğinin yaranma səbəbi 2015-ci il tarixinə qədər mövcud olmuş 603,03 manat debitor borc və 2015-ci il tarixindən sonra elektrik enerjisindən istifadəyə görə hesablanmış 498,6 manat borc(debitor) məbləğidir. Yaranmış borc məbləğindən Cavabdeh 551 manat ödəniş etmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”-nın 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehə iddiaçı tərəfindən elektrik enerjisindən istifadəyə görə 2015-ci il tarixdə 603,08 manat borc hesablanmışdır. Məhz iddiaçının cavabdehdən tutulmasını tələb etdiyi 540,68 manat borc məbləği də həmin dövrdə elektrik enerjisindən istifadəyə görə hesablanmış borc məbləği ilə əlaqədardır. Belə olan halda isə məhkəmə bu nəticəyə gəlir ki, 2015-ci ildə yaranmış 603,08 manat məbləğində borcun ötən beş ildən artıq müddət ərzində "xxxx" ASC tərəfindən tələb edilmədiyindən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən iddia müddəti tətbiq edilməli, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 540,63 manat borcun tutulması barədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcla əlaqədar pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-4148/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4148/2023
20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver