Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4148/2024 03.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, ərizəçi İddiaçı ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: Ərizəçi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxıb Cavabdeh 787 manat və dövlət rüsumu hesabına ödədiyi 30 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin ərizəni nəzərdən keçirərək, hesab edirəm ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib olunduğundan ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddiaçı ərizəsində cavabdeh kimi Cavabdeh və onun ünvanı kimi ünvan 1, cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları, həmçinin cavabdehin qeydiyyatda olduğu ünvanı təsdiq edən hər-hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı İddiaçı məhkəməyə təqdim etmiş olduğu ərizədə cavabdehə qarşı yönəlmiş tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını ümumiyyətlə göstərməmiş, digər tərəfdən hazırki tələb üzrə ərizəçi müvafiq qaydada dövlət rüsumu ödəməli olduğu halda dövlət rüsmunun ödənilməsini təsdiq edən sənədi də məhkəməyə təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin şəxsiyyətinin dəqiq müəyyən edilməsi, cavabdehin qeydiyyatda olduğu ünvan mübahisənin ərazi aidiyyətinin müəyyən edilməsi, habelə mülki işin baxışı zamanı çəkişmə prinsipinə riayət olunmasını təmin etmək məqsədilə cavabdehə məhkəmə bildirişlərinin çatdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirəm ki, iddiaçı (ərizəçi) İddiaçı eyni məzmunlu ərizə ilə 15 may 2024-cü il tarixdə məhkəməyə müraciət etmiş, ərizə mülki prosesual qanunvericilikdə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildiyi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müvafiq qərardadına əsasən ərizənin geri qaytarılması qərara alınmış, ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət etmək hüququ izah olunsa da, ərizəçi qərardadda göstərilən nöqsanları aradan qaldırmadan təkrarən eyni tələblə bağlı iddia ərizəsi (ərizə) ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilmiş normaları nəzərə alaraq, hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Ərizəçi İddiaçı ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən qüsurları aradan qaldırıldıqdan sonra o, ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-4148/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4148/2024
03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver