Məhkəmə qərarları › İş №e-2(001)-4191/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4191/2023

30.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4191/2023 30.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İlkin iddiaçı üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdehnə qarşı “əmək hüquqlarının bərpası, əmək ödənişlərinin ödənməsi, kompensasiya tələbinə dair” ilkin iddia ərizəsi üzrə və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “pul tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Binəqədi Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin İddiaçı cavabdeh EMSA BAKİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Əmək müqaviləsinə xitam verilməsinə dair 22 fevral 2023-cü il tarixli əmri ləvğ edilərək, Əmək Məcəlləsinin 72-ci maddəsindən “tərəflərdən birinin təşəbbüsü ilə" əsasına dəyişdirilməklə Əmək Müqaviləsinə xitam verilməsi buna dair müvafiq qeydin Əmək Kitabçasında aparılması və müvafiq bildirişin elektron hökumətin alt sisteminə daxil edilməsi, məzuniyyət hüququnun tanınması və məzuniyyət barədə əmrin verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması, məzuniyyətin verilməsi ilə əlaqədar işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, məcburi işdayanmaya görə ödənişlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, işlədildiyi Satış mütəxəssisi vəzifəsinə görə ödənməmiş əmək haqqı, son-haqq hesaba daxil olmalı olan bütün məbləğlərin gecikdirildiyi hər günə görə 2% ödənclə birlikdə ümumilikdə 8600 manat ödənilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması, Əmək Müqaviləsi bağlanmadan işlədildiyi 5 əlavə vəzifə üzrə gördüyü işə görə ödənməmiş əmək haqqının və ona əlavələrin, verilməmiş məzuniyyətlərinə görə ödənməli olan məbləğlərin 2% gecikdirdiyi hər günə görə ödənclə birlikdə ümumilikdə 52000 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutulması, maddi ziyanla bağlı ittiham əsassız olduğu üçün reputasiyasına xələl gətirib iddiaçıya mənəvi zərər vurduğuna görə maddi tələbin həcmi qədər mənəvi ziyana görə kompensasiya ödənməsi; Son haqq-hesab zamanı hüquqi sənədləri və Əmək Kitabçasının verilməməsinə görə işə düzələ bilmədiyi hər gün üçün hesablanmaqla ümumlikdə 1400 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənməsi barədə, bütün digər pozuntularla məcmu şəkildə vurduğu mənəvi ziyana görə əlavə olaraq 12000 manat məbləğdə pul vəsaitinin kompensasiya ödənməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçı-cavabdeh İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, ilkin tələbi hissəsindəki ilk 2 və 7-ci bəndlərində iddiası olduğu kimi saxlanılmaqla təmin edilməsi barədə, qarşılıqlıq iddia rədd edilməli, işlədildiyi satış mütəxəsisi vəzifəsinə görə ödənməmiş əmək haqqı, son-haqq hesaba daxil olmalı olan bütün məbləğlərin gecikdirildiyi hər günə görə 2% ödənclə birlikdə ümumilikdə 5511,3 AZN ödənilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması, Əmək Müqaviləsi bağlanmadan işlədildiyi 5 əlavə vəzifə üzrə gördüyü işə görə ödənməmiş əmək haqqının və ona əlavələrin, verilməmiş məzuniyyətlərinə görə ödənməli olan məbləğlərin 2% gecikdirildiyi hər günə görə ödənclə birlikdə ümumilikdə 111463,5 məbləğdə pul vəsaiti tutulması, maddi ziyanla bağlı ittiham əsassız olduğu üçün reputasiyasına xələl gətirib ona mənəvi zərər vurduğuna görə 10.000 manat, son haqqhesab sənədləri və Əmək Kitabçasının verilməməsinə görə işə düzələ bilmədiyi hər gün üçün xx.xx.2023-cü ilədək 22.2.23-dən 169 gün olmaqla, hesablanmaqla 4106,25 AZN kompensasiya ödənməsi, cavabdeh bütün pozuntularla məcmu səkildə vurduğu mənəvi ziyana görə 12000 kompensasiya ödənməsi, ümumilikdə (əmək kitabçasının verilməməsinə görə ödəniş, maaş, məzuniyyət pulu ilə birgə) 118830,3 manat maddi, 22000 manat mənəvi ziyana görə kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ilkin iddiasının rədd edilməsi, cavabdehdən Şirkətə vurmuş olduğu 5837,96 (beş min səkkiz yüz otuz yeddi manat doxsan altı qəpik) manat məbləğində pulun alınaraq Şirkətin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı (bundan sonra İddiaçı) Cavabdeh (bundan sonra Cavabdeh, Şirkət) ilə aralarındakı razılaşmalarına əsasən 06 Aprel 2021-ci ildən etibarən işə götürülmüşdür. Razılaşmaya əsasən, şirkətdən yenicə ayrılmış tərcüməçilərin iş yükü yığılıb qaldığına görə, tərcüməçi kimi onların işini davam etdirməli idi. Bu məqsədlə də. Şirkətin marka mağazası olan "Decoria”nın rəsmi internet saytı - “decoria.az” saytının data bazasını yenidən işləyib səhmana salmaq, məhsul adlan və xarakteristikasının türkcədən azərbaycancaya tərcüməsini etmək işləri ona həvalə olunmuşdur. O, bu işinə görə aylıq 700 manat maaş almalı idi. Tabeçiliyi isə “X3” vəzifəsini daşıyan Natiq Bəxtiyarlıya həvab edilmişdir. Rus və ingilis dili məsələsini digər əməkdaşlar, o cümlədən “X3” vəzifəsini daşıyan Natiq Bəxtiyarlı qismən həll edirdi. İki aydan sonra, ona tərcümədən tək və yeni işlər həvab olunmuşdur. 2021-ci ilin iyunundan etibarən Şirkətə məxsus olan pərakəndə məişət əşyalarının satışı ilə məşğul olan “Decoria” mağazasının (b.s. mağaza) rəsmi səhifəsi olan “Decoria_Store” İnstagram sosial şəbəkə hesabına, həmçinin şirkətin rəsmi telefon və WhatsApp sosial şəbəkəsindəki rəsmi nömrəsi olan +**********27 nömrəsinə gəbn müraciətlərə baxıb cavab verəcəkdir. Ardınca da, müraciətləri mahiyyəti üzrə icraata götürüb, bu səhifə üzərindən onlayn satışı icra edəcəkdir. Yəni bununla 2021-ci ilin iyunundan iki işi - çağrı mərkəzi operatoru və elektron ticarət/satış təmsilçisi funskiyasını da icraetməyə başlamışdır. Beləliklə, ilk iki aydan sonrakı dövrdə azı 3 iş funskiyası həvab edilməsinə baxmayaraq, əmək müqaviləsi bir ay sonra, 20 May 2021-ci ildə, özü də yalnız bir iş üzrə - “tərcüməçi” adıyla rəsmiləşdirilmişdir. Elektron sistemə də belə işlənmişdir. Bir il(xx.xx.2022-dək, qüvvədən düşmə tarixi xx.xx.2022) belə qüvvədə saxlanıb. Maaşda da heç bir dəyişiklik olmadı. Əsas və rəsmi işi olan tərcümə edilməli məlumatların işləmək və data bazada səhmana salmaq işini şirkətin “Master” adlı excel faylında icra edirdi. O, bir neçə ay ərzində (2021-ci ilin yayında) data bazanı məzmunca səliqəyə salmışdır. Həmin vaxta qədər tərcümə işi də davam edib. 2021-ci ilin yayında Ayxan adlı başqa bir tərcüməçini rus dilindən tərcümə işinə götürdülər, cəmi yarım ildən sonra 2021-ci ilin sonunu rübündə işdən çıxmışdır. Ondan bir neçə ay sonra 2022-ci ilin yanvarında Nərgiz Məmmədova türk- azərbaycan-ingilis dilləri üzrə tərcüməçi kimi işə götürülmüşdür və Mayda işdən çıxmışdır. 2022-ci ilin 30 X4 işdən çıxdıqda onun decoria.az saytı ilə bağlı bütün marketinq menecmenti işi, yəni saytın işinin təşkilinə aid funskiyalar ona verilmişdir. Belə ki, May ayından etibarən “decoria.az” saytının operativ işinin təmin etmək üçün ayrılmış bir neçə funskıya eyni zamanda ona verilmişdir. Bunlarr saytın admin-paneli, yəni baş idarəediciliyi, həmçinin kontent menecerliyi işi, məhsul fotoqraflığı ona verilmişdir. Saytda satış işinin ən mərkəzi funksiyası olan saytın satış operatorluğu və təmsilçisi funksiyaların isə 2021-ci ilin Mayından olduğu kimi tam həcmdə yenə də davam etdi. 2022-ci ilin fevralından isə əlavə +994 12 *** ** ** korporativ sabit telefon xətti də çağrı telefonu kimi əlavə edildi. Bununla sadə, ucuz, limitsiz telefon əlaqəsi imkanı artıldığı üçün zənglərin kəmiyyət göstəriciləri, xüsusən müştərilərin danışıqlarının müddəti əhəmiyyətli dərəcədə artdı, iş yükünü və telefon müraciətlərinin xarakteristikasına uyğun olaraq işdə psixoloji yükü də özü ilə birgə artırdı. Əlavə olunan işlərdən, Admin-panel bütün saytın idarəetməsindən məsul olmaq demək idi. Həmçinin, Satınalma Departamenti və rəhbərliyin müəyyən etdiyi endirim və satış siyasətinə uyğun elanları vermək, yenilənmələri etmək, reklam kampaniyalarını yerləşdirmək işlərini icra etməli idi. Kontent menecerliyi. - məhsulun 4 dil (türk, azərbaycan, rus, ingilis) tərcüməsindən tutmuş, onun təqdimat mətninin, xarakteristikasının işlənməsi, vizual kontentlə möhkəmləndirilməsi kimi işləri əhatə edir. Məhsul fotoqraflığı dedikdə mal tədarükçülərinin təmin etmədiyi, saytda vizual kontenti natamam olan və ya heç olmayan məhsulların satışına bu hal mənfi təsir göstəriyi üçün onların tamamlama işidir. Şəkil olmadığına görə məhsulu barkodlarla axtarmağa vadar edildiyi üçün çox vaxt sərf etdirən işdir. Bu işi 2022-ci il boyunca təkbaşına görmüş, yalnız 2023-cü ilin yanvarından Ruslan adlı əməkdaş Qrafik Dizayner vəzifəsində işəgötürüldükdə ona həvalə edilmişdir. Beləliklə, N.Bəxtiyarlı 2022-ci ilin aprelində işdən çıxdıqdan sonra, üç işinin üstünə daha üç iş funksiyası əlavə edilmiş oldu. Lakin yalnız 2022-ci ilin martından “Marketinq mütəxəssisi” yəni, satış təmsilçisinin işi olan vəzifə rəsmiləşdirilib. Heç bir vəzifə təlimatı ona imzaladılmayıb, bütün bunlar daxili kommunikasiya ilə əmrlər, tapşırıqlar şəklində verilib. Bütün satış və işi barədə əsas məlumatarın “Mikro” proqram təminatında onun adına olan elektron hesabda işləyir, satışı rəsmiləşdirirdi. Adına heç bir məhsul, əmtəə təhkim edilməmişdir, icra etdiyi onlayn satış vəzifəsində satılan məhsullar Decoria Gənclik mail və Bravo Bakıxanov fiallarında yerləşən mağazaya məxsus olmuşdur. Hazırda sistemdə xx.xx.2022-ci ildə müqavilənin bitmə tarixi kimi qeyd olunub. Lakin o, bu tarixdən sonra da elə əvvəlki kimi fərqsiz şəkildə işləməyə davam etmişdir. Müqavilənin necə rəsmiləşdirildiyi, hansı vaxtdan müddətinin bitdiyi və sistemdə niyə və necə belə salındığından tam xəbərsiz olmuşdur. Əvvəldən ta axıra işini lazımınca yerinə yetirmək üçün uyğun şərait yaradılmayıb. Vəzfizə təlimatlarında indiyəcən tanış edilməmişdir. Danışılmış işi əvvəldə ondan ibarət olub ki, elekton satışı icra edəcəkdir. Həmçinin “call center” (zəng mərkəzi), müştəri xidmətləri işini də görmüşdür. Qalan işlərə görə nə ödəniş, nə rəsmiləşdirmə edilməyib. Həmin işindən əlavə, texniki və faktiki olaraq 2022-ci ilin may ayından Digital Marketinq meneceri işini görən Natiq Bəxtiyarlı, daha sonra tərcüməçi Nərgiz Məmmədova işdən çıxdıqdan sonra onların işini də o, görmüşdür. Konkret olaraq, digital marketinq menecerinin gördüyü işlərindən (bunlardan hansının onun rəsmi vəzifə öhdəliyinə daxil olduğunu, hansının kənar əlavə yüklənilmiş işlər olduğunun rəsmi tərəfini bilmir, onu gördüyü işlər hansı idi, onları nəzərdə tutur) reklam işlərindən başqa qalan bütün əsas işləri - internet saytının administratorluğu (adminpanel), yeni məhsullar barədə məlumatların sayta əlavəsi, endirim və digər kampaniyaların yerləşdirilməsi, bannerlərin yerləşdirilməsi, “marketplace” satış platoformalarının şirkətin saytına yerləşdirilməsi (iBox, Umico), multimedia, mətn və digər zəruri rekvizit və kontentin yerləşdirilməsi, nəzarət edilməsi işlərini görmüşdür. Bu işlərə görə nə əlavə iş yeri kimi rəsmiləşdirilməyib, nə də əlavə ödəniş verilməyib. İş yükü eksessiv artıb. Həm sayta administratorluq edir, kontent yerləşdirir, onların promosyonlarını idarə və təşkil edir, həm UMİCO marketpbce platformasını “merchant” vəzifəsində idarə edir. İşdən edən yeganə şəxs olmuş, heç vaxt da nə maddi, nə əlavə işçi qüvvəsi ilə nə əvəz, nə də kömək görməmişdir. Dəfələrlə şirkət adına posterminal və kart verilməsini, işçi qüvvəsi istəmiş, əlavə iş yükünün üzərindən götürülməsini istəmişdir. Bunlar hamısı müxtəlif bəhanələrlə rədd olunub. İki il ərzində intensiv işlədiyi üçün məzuniyyətə ehtiyacı var idi. Ona görə də, 2023-cü ilin yanvarın 18də Şirkətin İnsan Hüquqları mütəxəssi Sədi bəyə zənglə müraciət edərək Fevralın 1-dən məzuniyyətini istəmişdir. Rəhbər şəxs Mehmet bəy Cəfər Türkiyə səfərindən sonra 5 fevral tarixə qədər müzakirəni təxirə salmağı təklif etmişdir. Mehmet bey gəldikdən sonra maraqlandıqda isə, ona nə özü, nə də insan resurslarından cavab verilmədi. Məzuniyyət hüququna saymazyana yanaşmaları, keçən ilin mayından etibarən bir neçə işi gördürmələrinə baxmayaraq istirahət hüququna məhəl qoymamaqları onda işdən çıxmaq barədə qətiyyəti artırdı. 16 Fevral 2023-cü ildə işdən çıxma barədə proseduru başlamaq üçün İnsan Resursları Departamentinə müraciət etmişdir. Lakin ona şərait yaradılmayıb. Buna görə də, o, öz qanuni hüququnu yazılı bildirməyə məcbur olmuşdur. Saymazyana yanaşma onu işdən çıxmaq qərarını qətiləşdirdi. Bu barədə bildirdikdə isə, ona qarşı iqtisadi və psixoloji təzyiq olaraq işdəki texniki məsələlərdə yaranmış fərqlər guya qəsdən yayındırılmış 6748 AZN həcmində məbləğlər kimi təqdim edilib. Şifahi və yazılı izahat vermiş, cədvəl tutub müzakirə etmişlər, qeydlərinin yalnız bir hissəsi qəbul edilib, 4183 AZN-lik hissəsi saxlanılıb. Əsaslandırma və detallı təhlil, mühasibatlıq yoxlanması aparılmayıb. O, bu yoxlamanın aparılmasını təbb etmişdir. Bir daha da bildirir ki, heç bir qəsdli ziyan vurmamışdır. Bu tələbi isə onu əvvəlki razılaşmadıqları şərtlərdə işə davam etdirməyə məcburetmə hərəkəti kimi həmçinin onun işlədildiyi bütün müddətlərdə və işlərdə almalı olduğu məbləğləri verməmək üçün süni bəhanə, maneə kimi eləcə də onun hüquqlarının pozuntusuna görə şirkətdən şikayət etmək iradəsi və müqavimətini qırmaq üçün süni kombinasiya kimi qiymətləndirir. Gördüyüm işin, şirkətə xidmətinin əvəzində, hazırda işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan şəkildə ittiham edilir. 6700 manat və azaldılmış hissəsində 4183 AZN-lik yüksək məbləğdə uyğunsuzluq adı ilə guya şirkətə ziyan vurmaqda ittiham olunmağınıı heç bir halda qəbul etmir. Qəsli şəkildə heç bir yanılma etməmişdir. İstənilən texniki məsələ, anlaşmazlığı və s. aradan qaldırmağa da hazırdır. Mübahisə ilə bağlı Şirkət rəhbərliyi və nümayəndələri ilə ilk iclasları 8 fevral 2023 tarixində, daha sonra 16 fevral 2023 və 20 fevral 2023 tarixlərində olmuşdur. 23 fevral 2023 tarixində isə 4183 AZN məbləğində pul vəsaiti əsassız olaraq ondan “şirkətə vurulan ziyanın əvəzi” olaraq tələb edilmişdir. Özü də, absurd şəkildə bu məbləği cəmi müzakirəsiz, qeyd-şərtsiz dərhal, 4 saatda gətirmək tələb olunub. Daha sonra iş kompüteri geri tələb edilib, 24 fevral 2023 tarixində admin panelinə çıxışına məhdudiyyət qoyulub. Lakin bütün bunlara baxmayaraq, hələ də Şirkətlə son haqq-hesab, hər hansı təhvil-təslim edilməyib və hansısa təhvil təslim aktı da indiyəcən tərtib olunmayıb. Lakin vəkil sorğularına, işdən çıxarılmağında bağlı məsələyə və məzuniyyətə çıxmağı ilə bağlı məsələyə münasibət bildirilməyib. Bütün bunlar onun əmək hüquqlarını pozur. Belə ki işdən çıxarılmağı rəsmiləşdirilmədiyi üçün digər bir iş yerində əmək fəaliyyəti ib məşğul ola bilməmişdir. Bütün bunlar nəzərə alaraq, təqdim etdiyi müraciətlərində məzuniyyətinin verilməsini və məzuniyyət müddəti bitdikdən sonra sonuncu iş gününün müəyyən edilməsini şərtləndirmişdir, bu məzuniyyət müddətin kompensasiya ilə əvəz edilməsini tələb etmişdir. Bütün müraciətləri və tələbləri cavabsız qalmış, ona qarşı irəli sürülən əsassız iddialar öz həllini tapmamış, şirkətdaxili yoxlamaların nəticələri bildirilməmişdir. Təkrar məktublarla bildirmişdir ki, bütün bu məlumatların ona təqdim edilməməsi ayrıca olaraq onun informasiya və əmək hüquqlarının pozuntusudur, buna uyğun olaraq etiraz etmək və tətil etmək hüquqları mövcuddur. Mübahisələrinin başladığı 8 fevral 2023 tarixindən vəkillə birlikdə danışıqlarda iştirak etmiş, müxtəlif cədvəllər müzakirə olunub. Mübahisənin yarandığı vaxtdan (8 fevral 2023) indiyə kimi olan müddət kəsiyini mübahisənin müzakirə edildiyi müddət hesab edir. Qarşı tərəfdən müracətlərinə cavab verilməsini, məzuniyyətin verilməsini və sonuncu iş gününün müəyyən edilməsini qarşı tərəfdən bir daha tələb etmişdir. Şirkətə göndərilən müraciətlərinin xronologiyası aşağıdakı kimidir: Fərdi tətil haqqında ilk ərizə- 21 fevral 2023 {24 fevral 2023 tarixində çatdırılıb) (ona qarşı irəli sürülmüş əsassız maddi ziyana bağlı məbləğlərə, habelə məzuniyyəti və işdən çıxmaqla bağlı ərizələrinin cavabsız qalmasına etiraz olaraq göndərdiyi, hüquqlarını təbb etdiyi və təmin edilməyəcəyi təqdirdə tətil edəcəyinə bağlı xəbərdarlıq ərizəsi) Məzuniyyət haqqında ərizə - 23 fevral 2023 tarixdə tərtib və elə həmin tarixdə təqdim edilib. İşdən çıxma (əmək mübahisələrinə xitam verilməsi haqqında) haqqında ərizə - 23 fevral 2023 (Məzuniyyət, həmçinin, bütün son haqq-hesabı və ödənişlərin verilməklə işdən azad edilməyi barədə). Eyni tarixdə təqdim edilib. Ona edilmiş zənglərə cavab olaraq vəkili Vəkil1lə birlikdə 28 Fevral 2023-cü ildə Şirkətin ofisində İnsan Resursları bölməsinin rəhbəri Sədi bəylə görüşmüşlər. Danışıqlarda eyni mövqedən çıxış ediblər. O, da buna görə mövqeyini dəyişməmişdir. Müraciətlərinə də cavab verilməsini tələb etmişdir. Tələb etdikləri məbləğləri və hər şeyi rəsmi şəkildə, həmçinin e-maillə ünvanlamağı tələb etmişdir. İndiyə kimi cavab verilməyib. Bu müddətdə mediasiya məktubu 18 Martda tərtib edilməklə Novruz bayramı tətillərindən sonra 03 aprel 2023-cü il tarixdə çatdırılıb. Mediasiya məktubunda Şirkətə bildirmiş və bir daha son mövqeyi olaraq Əmək Müfəttişliyinə məktubunda da məlumat olaraq bildirir ki, ona qarşı irəli sürülmüş (ilk olaraq 6700 AZN, daha sonra 4183 AZN) məbləğləri qəbul etmir, heç bir əsaslandırma olmadan və hər hansı sənədlərə istinad edilmədən müəyyən edilmiş məbləğlərdir. Onun bununla bağlı isəli sürdüyü bütün izahlar və arqumentlər qərəzli şəkildə diqqətə alınmamış, rədd edilərək qəbul edilməmişdir. Bir daha tələb edir ki, bununla bağlı yoxlamalar aparılmalıdır. İndiyə qədər keçirilmiş yoxlamalarda isə onun iştirakı təmin olunmayıb və iştirakı ilə məsələsi tam aydınlaşdırılmalıdır. Yalnız obyektiv və qərəzsiz yoxlamalar nəticəsində müəyyən edilmiş, onun təqsirinin mövcud olduğu məbləğləri ödəməyə hazırdır. Qalan heç bir halda hər hansı əsasla hər hansı məbləğdə irəli sürülən məbləği maddi ziyanın əvəznin ödənilməsini qəbul etmir, işgüzar nüfuzunun və şərəf və ləyaqətinin ləklənməsi kimi qəbul edir. Heç bir müraciətinə cavab verilmədiyinə görə, məsələ açıq qalır. Buna görə də davamlı müraciət edir, e-maillə əlaqə saxlayır, bütün müraciətlərini həm də-maillə Şirkətə İnsan Hüquqları departamentinə göndərir. Bir iş axtarmağa məcbur olmuşdur. 30 Mart 2023-cü ildə o, işsizlik müavinəti və yeni işlə təmin olunmaq məqsədilə Dövlət Məşğulluq Xidmətinə müraciət etmişdir. Müraciəti uğurlu alınıb. 3 Saylı DOST Mərkəzindən onu 5 həftəlik SMM - sosial media meneceri sahəsində tədris proqramına cəlb etməklə, tədrisin nəticələrinə uyğun həmin ixtisasa aid işlə təmin etmək barədə müsbət cavab verilib. Bu barədə elektron hökumət portalında müvafiq qeyd var. Aprelin 1-dən kursa cəlb etmək nəzərdə tutulsa da, şirkətin onu işdən rəsmən çıxartmadığına görə, rəsmən işsiz statusu almış olmur bu da kursa cəlb edilməyinə mane ohır. Agentlikdən ona bu məsələni həll etməyə vaxt və şərait yaradıblar. Lakin bu qeyri-müəyyən və uzun müddətə uzanması mümkün deyil. Əks halda yerini başqa işsiz namizədə verməlidirlər. Buna görə də, müracətlərinə cavab verilmədiyi üçün Müfəttişliyə müraciət edəsi olmuşdur. Şirkətə irəli sürdüyü və hazırda Müfəttişliyin pozitiv müdaxilə edərək həllində köməkçi olması istədiyi tələbləri aşağıdakı kimidir: Öz ərizəsil iə işdən çıxmağı əsası ilə əmək müqaviləsinə xitam verilsin və bu barədə müvafiq bildiriş rəsmi elektron reyestrə təcili şəkildə yerləşdirilsin; Əmək müqaviləsinə xitam verilməsi müddəti istifadə edilməmiş məzuniyyətlərinin və bu kimi digər işdən çıxarılması istisna edən istənilən periodun bitməsindən sonrakı iş günü hesab edilsin; Şirkətə ünvanlanmış müraciət, ərizə və vəkil sorğularına rəsmi cavab verilsin, həmin müracitlərdə tələb etdikləri bütün məlumat və sənədlər rəsmi təsdiqli şəkildə təqdim olunsun. Bütün haqq-hesablar tamamlansın və sonuncu haqq-hesaba daxil olmalı olan bütün ödənişlər həyata keçirilsin; Məzuniyyət hüququ təmin edilsin; Fərdi mübahisəni aparmaq üçün ayrılan müddətlərə əməl edilsin, mübahisənin yarandığı vaxtdan (8 fevral 2023) indiyə kimi olan müddət kəsiyini mübahisənin müzakirə edildiyi müddət hesab edilsin; Təhvil-təslim aktı keçirilsin, ofisdə ona məxsus olan əşyaları və əmək kitabçası təqdim edilsin; Mübahisənin yaranması ilə, habelə, ona qarşı irəli sürülmüş əsassız pul iddiaları ilə əlaqədar bütün bu müddət ərzində ona vurulmuş maddi və mənəvi ziyanın əvəzi ödənilsin, Göstərflən qanunsuz və əsassız hərəkət və qərarlar nəticəsində hüquqlarının pozulması səbəbindən Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin, 1 saylı Protokolun 1-ci və 6-cı maddəsinin pozuntusu tanınsın. Sonradan şirkət 22 fevral 2023-cü il tarixə geri tarixə rəsmiləşdirməklə onu işdən ƏM-nin 70 ç bəndi ilə azad etdiyi məlum olmuşdur. Bu isə saxtadır. Pretenziyaların, məktub və soruğuların ardınca rəsmi qaydada mediasiyaya 18 Mart 2023-cü ildə müraciət etmişlər və ona qarşı tərəf qatılmadığı üçün xx.xx.2023-cü ildə mediasiya yekunlaşmışdır. Buna qədər isə telefon və kompüter təhvil-təslim edilib. Şirkət tərəfindən auditor yoxlaması keçirilib və bu ilin 2 iyunda izahatı alınıb. Öz fikirlərini təkrarlamışdır. Sənədlərin və Əmək Kitabçası indiyə kimi verilməyib. Məhkəmədə iddiaçı və nümayəndəsi eyni məzmunlu izahat verərək, ilkin iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini və qarşılıqlı iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmədə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək qarşılıqlı iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdehin iddia ərizəsində qeyd etdiyi iddialar tamamilə əsassızdır və cavabdeh əmək fəaliyyətini həyata keçirdiyi zaman Şirkətə vurmuş olduğu 5837,96 (beş min səkkiz yüz otuz yeddi manat doxsan qəpik) manat məbləğində maddi zərəri kompensasiya etməlidir. Belə ki, cavabdehin Şirkətdəki son iş günü Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişindən göründüyü kimi 22 fevral 2023-cü il olmuşdur. xx.xx.2023-cü il tarixli, Əmək müqaviləsinə xitam verilməsi barədə XƏ 032/23 nömrəli Əmrə əsasən, cavabdeh ilə Şirkət arasında olan əmək müqaviləsinə, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2023-cü il tarixindən xitam edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehin işdən çıxdığı gün əmək haqqı və son haqq hesabının ödənilməməsi onun tərəfindən Şirkətə vurulmuş maddi ziyanın həmin məbləğlərdən tutulması ilə əlaqədar olmuşdur. Belə ki, cavabdehin əsas vəzifəsi "Gənclik Mall"-da yerləşən mağazada müştəri sifariş verdikdən sonra məhsulun mağazada varlığın təsdiq edərək məhsulun müştəriyə çatdırılmasını təmin etmək, qeyd edilən satış prosedurunu şirkətdaxili proqrama işləmək və nəticə olaraq müştəridən alınmış pul vəsaitlərini kassaya təqdim etməkdən ibarət olmuşdur. “Gənclik Mail" mağazasında mövcud olan və müştərilərə satılan malların sayında uyğunluğu müəyyən etmək üçün, xx.xx.2022-ci il tarixində Şirkət tərəfindən müqavilə əsasında mütəxəssis cəlb olunmuş və onun tərəfindən sayım hesabatı hazırlanmışdır. Daha sonra, xx.xx.2022-ci il tarixində şirkətin daxili audit və mühasibatlıq bölməsi uyğunsuzluqları nəzərə alaraq yenidən sayım aparmış və mağazadakı malların sayı və ümumi dəyəri baxımından kənar mütəxəssisin hesabatındakı rəqəmlərlə demək olar ki, eyni nəticələr əldə olunmuşdur. Hər iki sayım hesabatının nəticələri əsasında Şirkətin marketinq mütəxəssisi sayılan İddiaçı işində ciddi çatışmazlıqların olduğu ortaya çıxmış, buna görə də, şirkət rəhbərliyi tərəfindən xx.xx.2023-cü il tarixli, 01-23 nömrəli Əmrlə Marketinq mütəxəssisi İddiaçı Şirkətə vurduğu maddi ziyanla bağlı təftiş komissiyası yaradılmış və komissiya üzvlərinə tapşırılmışdır ki, cavabdehin əmək fəaliyyəti dövrü təftiş edilərək nəticəsi barədə akt tərtib olunsun. Əmrə əsasən, komissiya üzvləri tərəfindən müvafiq qaydada araşdırma aparılaraq, 06 fevral 2023-cü il tarixində cavabdehin yol verdiyi pozuntularla barədə AKT tərtib edimliş, həmin AKTla cavabdehin əmək funksiyalarını yerinə yetirdiyi dövrdə Şirkətə xeyli miqdarda maddi ziyan vurduğu aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli, 02/23 nömrəli Əmrlə Şirkət rəhbərliyi tərəfindən işçi ilə bağlanmış Tam maddi məsuliyyət haqqın da müqavilənin şərtlərinə ııyğun olaraq, cavabdeh tərəfindən Şirkətə vurulmuş maddi ziyanın sadəcə bir qisminin, 451.50 AZN məbləğində hissəsinin onun 2023-cü il yanvar ayı üzrə əmək haqqısından, 713,90 AZN məbləğində hissəsinin isə 2023-cü il fevral ayı üzrə əmək haqqı və son haqq-hesabından tutulması qərara alınmışdır. Qeyd edilən faktların hər biri Cavabdehin vəzifələrini yerinə yetirməkdə yol verdiyi qüsurlar nəticəsində Şirkətə maddi ziyan vurması, həmin maddi ziyanın həcmi, cavabdehin vəzifələrini yerinə yetirərkən yol verdiyi qüsurların nədən ibarət olması AR Auditorlar palatası tərəfindən verilmiş icazə əsasında fəaliyyət göstərən “A Audit and Consulting" MMC tərəfindən Şirkətlə müqaviləsi əsasında hazırlanmış, xx.xx.2023-cü il tarixli “X5” ilə bütün dəqiqliyi ilə təsdiq olunmuşdur. Qeyd edildiyi kimi, cavabdehin Şirkətə vurduğu ziyanın sadəcə bir qismi onun əmək haqqı və son haqq-hesabından tutulduğundan, cavabdehin Şirkətə vurmuş olduğu 5837.96 manat məbləğində zərər qarşılanmamış olaraq qalmaqdadır. Şirkətin işçisi tərəfindən ona vurulmuş maddi ziyanla əlaqədar tutulmaların onun əmək haqqına və son haqq-hesabına yönəldilmiş olmasını tamamilə Azərbaycan Respublikasının qüvvədə olan Əmək qanunvericiliyinin müddəalarına uyğun hesab edirlər. Belə ki, artıq qeyd edildiyi kimi, cavabdeh ilə Şirkət arasında xx.xx.2021 -ci il tarixində işçinin əmək müqaviləsinə əlavə formasında "Tam maddi məsuliyyət haqqında müqavilə” bağlanmışdır. Həmin Müqavilənin 3-cü maddəsinə əsasən, məsul şəxsin təqsiri üzündən Şirkətə dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir. Müqavilədə istinad edilən "mövcud qanunvericilik" isə AR Əmək Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən müvafiq maddələridir. AR Əmək Məcəlləsinə əsasən işçinin işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıdığı hallardan biri də onunla işəgötürən arasında Tam maddi məsuliyyət barədə müqavilənin bağlandığı haldır. Belə ki, Əmək Məcəlləsinin 200-cü maddəsinin 1-ci və 5-ci kəndlərinə əsasən: İstər bilavasitə əmək müqaviləsi bağlanarkən istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Cavabdehin vurduğu maddi ziyanın onun əmək haqqı və son haqq-hesabına yönəldilməsində qanunvericiliyə ziddi heç bir amil omamışdır. Göstərilənləri nəzərə alaraq, qarşılıqlı iddia təmin edilməsi, ilkin iddia ərizəsi təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin iddiaçı üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi qismən təmin olunmalı və qarşılıqlı iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli № XƏ 032/23 saylı əmrindən görünür ki, Cavabdeh MMC baş ofis bölməsində “Marketinq üzrə mütəxəssis” vəzifəsində işləyən İddiaçı Elman oğlu ilə bağlanmış xxxxxxx000300 nömrəli əməm müqaviləsinə, “AR ƏM-nin 70. “ç”-işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda” maddəsinə əsasən üzürsüz səbəbdən işə çıxmaması ilə əlaqədar xx.xx.2023cü il tarixində xitam verilmişdir. İşçinin xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 31 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 01/23 saylı, xx.xx.2023-cü il tarixli əmrinə əsasən marketinq üzrə mütəxəssis İddiaçı şirkətə vurduğu maddi ziyanla bağlı komissiya yaradılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2021-ci il tarixindən etibarən Marketinq mütəxəssisi vəzifəsində çalışdığı zaman İddiaçı yol verdiyi pozuntular araşdırılmışdır. Müəssisənin təftiş komissiyasının apardığı üzləşmə nəticəsində işçinin Müəssisənin 4185 manat məbləğində maddi ziyan vurması aşkar edilmişdir. Bundan əlavə Müəssisə tərəfindən 2023-cü ilin yanvar ayı üzrə 451,50 manat maaşına tutulmaların həyata keçirilməsi qərara alınmışdır. Müəssisəyə bu günə qədər qaytardığı məbləğin həcmi 451,50 manat və ödəməli olduğu qalıq məbləğin həcmi isə 3733,50 manatdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli X5nda görünür ki, İddiaçı tərəfindən şirkətə vurulan hazırki ziyanın ümumi məbləği ilkin zərər məbləğindən ödənilməmiş əmək haqqı və son haqq-hesab məbləğləri çıxıldıqdan sonra 5837,96 manat təşkil edir. İş materiallarında olan 93 nömrəli “Tam maddi məsuliyyət haqqında müqavilə”nin surətindən görünür ki, İddiaçı "xxxx" MMC tərəfindən ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlanmağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Əmək Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı “ əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən müddətli olaraq "xxxx" MMC-də marketinq üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6780 saylı ekspert rəyindən görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 22 fevral 2023-cü il tarixdən 18 aprel 2023-cü il tarixədək ödənilməmiş 416,39 manat əmək haqqının (son haqq-hesabın) gecikdirilmiş faizi 233,17 manat (416,39 x 1% x 56 gün) məbləğində müəyyən edilir. Məhkəmə ilkin iddia tələbi üzrə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 70(ç). Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Maddə 71 (2). Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71(3). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 186 (2). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 154. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 172.6. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd olunan hüquqi normalardan eyni zamanda iş üzrə keçirilmiş ekspert rəyini nəzərə alaraq hesab edir ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə tərəflər arasında bağlanmış Əmək müqaviləsinə xitam verilən xx.xx.2023-cü tarixdən etibarən əmək haqqının, eyni zamanda qeyd edilən dövr üzrə Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı istifadə edilməmiş 31 məzuniyyət günü üzrə son 12 ayın əmək haqqları əsas götürülməklə iddiaçıya hesablanmalı olan 416,39 manat son haqq-hesab məbləği ödənilməmişdir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə 22 fevral 2023-cü il tarixdən 18 aprel 2023-cü il tarixədək ödənilməmiş 416,39 manat əmək haqqının (son haqq-hesabın) gecikdirilmiş faizi 233,17 manat (416,39 x 1% x 56 gün) məbləğində pul tutulmalıdır. Bundan əlavə məhkəmə əmək kitabçasının cavabdeh tərəfindən iddiaçıya təqdim etmədiyinə görə, yəni xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər, yəni 169 günü hesablanmaqla, 2023-cü ildə orta əmək haqqının 280 manat olmasını nəzərə almaqla (169:30x280=1577,33) manat barədə cavabdehdən iddiaçının xeyrinə kompensasiya ödənilməlidir. İddia tələbi qalan mənəvi zərər hissəsində təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfındən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mənəvi zərərin ödənilməsi üçün cavabdehin bütün pozuntularla məcmu şəkildə vurulmuş ona mənəvi sarsıntı və iztirab keçirməsi arasında səbəbli əlaqənin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbində cavabdehin vurulmuş zərərin ödənilməsindən qərəzli şəkildə boyun qaçırmaqla ona mənəvi iztirablar çəkdiyini göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərləri 100 (bir yüz) manat cavabdeh "xxxx" MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin “ç” bəndinə əsasən, işçi qanunazidd hərəkətləri ilə əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən, işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığınıtəmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. İşçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşımasının hallarını müəyyən edən və 7 bənddən ibarət olmaqla özündə buna müvafiq olaraq 7 halı nəzərdə tutan Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsində yalnız “a” bəndində vurulmuş ziyana görə tam həcmdə maddi məsuliyyətin yaranması üçün işçi ilə işəgötürən arasında işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında yazılı müqavilə bağlanması mütləq şərt kimi nəzərdə tutulmuşdur. Qalan bəndlərdə belə müqavilənin bağlanması şərt olaraq göstərilməmişdir, yəni tərəflər arasında yazılı müqavilə olmadığı halda da, işçi qanunazidd hərəkətləri ilə işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşımalıdır. Maddənin məzmunundan göründüyü kimi Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinin “a” bəndinə görə tam məsuliyyət haqqında müqavilə bağlamış işçi işinə səhlənkar yanaşmaqla əmlakın və digər sərvətlərin salamatlığını təmin etmədiyinə məsuliyyət daşıyır. Bu norma o halda tətbiq olunur ki, işçinin 199-cu maddənin 1-ci hissəsinin digər bəndələrinə uyğun ziyan vurması müəyyən edilmir. Əmək Məcəlləsinin işəgötürənə vurulan ziyanın məbləğinin işçidən tutulması sını tənzimləyən 205-ci maddəsinə əsasən, işəgötürənə vurduğu ziyanın məbləği işçinin əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Qanunvericiliyin müddəalarından göründüyü kimi, işçinin işəgötürənə vurduğu maddi zərərin işçinin əmək lıaqqı və Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən "əmək haqqı" yışına daxil olan digər ödənclərə. eyni zamanda son haqq-hesaba yönəldilməsi tamamilə qanunauyğundur. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki riyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına irib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət ya hərəkətsizlikdir). Əmək Məcəlləsinin 205.2-ci maddəsinə əsasən, əgər ziyan işçi tərəfindən tam maddi suliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Qeyd olunan hüquqi normalardan çıxış edərək məhkəmə tərəflər arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında müqavilə”sini və eyni zamanda xx.xx.2023-cü il tarixli X5nı nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməli və iddiaçıcavabdeh İddiaçı 5837,96 (beş min səkkiz yüz otuz yeddi manat 96 qəpik) məbləğində pul tutularaq cavabdeh-iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 22 fevral 2023-cü il tarixdən 18 aprel 2023-cü il tarixədək ödənilməmiş 416,39 (dörd yüz on altı manat 39 qəpik) manat əmək haqqının, (son haqq-hesabın) gecikdirilmiş faizi 233,17 (iki yüz otuz üç manat 17 qəpik) manat, əmək kitabçasının xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər təqdim edilməməsinə görə 1577,33 manat məbləğində kompensasiya, cəmi 2226,89 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı 5837,96 (beş min səkkiz yüz otuz yeddi manat 96 qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Emsa Bakı” MMC tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərləri 100 (bir yüz) manat cavabdeh "xxxx" MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar