Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4204/2024 05.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu İddiaçı Cavabdeh qarşı “xidmətlərə görə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri 05 iyun 2024-cü il tarixdə nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “xidmətlərə görə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırki iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMMC ünvan 1 ünvanda yerləşən çoxmənzilli binanın idarə edilməsi fəaliyyətini həyata keçirərək, kommunal xidmətlərin məbləğlərini müəyyənləşdirmə fəaliyyəti ilə məşğul olur. Yəni həmin binaya dair kommunal xidmətlərin yığımını həyata keçirir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123.0.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr (bu Məcəllənin 141-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla) bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifəsidir. Göründüyü kimi qanunvericiliklə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr bağlanması nəzərdə tutulmuşdur. Hazırda isə tərəflər arasında yaranmış hüquq münasibəti ilk baxışdan müqavilə öhdəliklərindən irəli gələn mübahisə olsa da, İddiaçı iddia ərizəsinə Cavabdeh ilə aralarında (əgər bağlanmışdırsa, hər hansı xidmətlə bağlı) bağlanmış müqaviləni əlavə etməmişdir. Halbu ki, iddia ərizəsində Cavabdeh göndərilmiş xəbərdarlıq məktubunda öhdəliyin yerinə yetirilməməsinə istinad edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddia ərizəsində cavabdehin yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3068-cı məhəllə, bina 4, blok 3, mənzil 134 göstərilsə də, “Elektron məhkəmə” informasiya sistemində onun yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanın ünvan 2xarıda qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki iş üzrə tərəflər arasında nə istehlakçı hüququnun müdafiəsi, nə də müqavilə öhdəliklərindən irəli gələn münasibət yaranmadığından (sübut əlavə edilmədiyindən), mübahisə aidiyyət qaydalarına uyğun həll edilməlidir. Yəni iddiaçı hazırki iddia tələbi ilə Binəqədi Rayon Məhkəməsinə deyil, ərazi aidiyyəti üzrə (cavabdehin hazırda qeydiyyatda olduğu) Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. (MPM 45.1) Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM 152.4.) Beləliklə, hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı “xidmətlərə görə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149,152,263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “xidmətlərə görə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-4204/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4204/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver