Məhkəmə qərarları › İş №e-2(001)-4218/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4218/2024

16.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4218/2024 16.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair Açar sözlər : (mənzilə istifadə hüququna xitam verilməsi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 15 ünvanında yerləşən 39 nömrəli evin alınması üçün Cavabdeh tərəfindən ödənilmiş 11.000 manat məbləğində şəxsi vəsaiti ona qaytarılmaqla onun həmin evdə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 15 ünvanında yerləşən 39 nömrəli evin sahibidir. İddiaçı Quliyev Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Anar Zahid oğlu Cavabdeh ilə nikahda olarkən ümumi pul vəsait hesabına Bakı şəhəri, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 15 ünvanında yerləşən 39 nömrəli ev almışdır. Evin dəyəri 31.000 manat təşkil etmişdir. Ev üçün ödənilmiş məbləğin 20000 manatı İddiaçı valideynlərindən qalan miras əmlaka görə bacısı tərəfindən ona verdiyi şəxsi puludur. Qalan 11.000 manatı isə Cavabdeh şəxsi vəsaiti hesabına ödəmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı ilə Cavabdeh arasında olan nikah 3 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsində pozulmuşdur. Hazırda mübahisəli evdə Cavabdeh yaşamır. Əldə edilmiş məlumata görə o, Rusiya Federasiyasının Moskva şəhərinə köçmüşdür. Bununla əlaqədar, İddiaçı xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə Cavabdeh ünvanına təklif göndərmişdir. Təklifdə iddiaçı evin dəyərinin bir hissəsi, yəni 11000 (on bir min) manat məbləğində pul kompensasiyasını keçmiş arvadı Cavabdeh təklif edərək, bu məbləğdə pulu aldıqdan sonra evdən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin cavabdeh bu təklifdən imtina etmişdir. Bununla bağlı iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Hal-hazırda cavabdeh iddiaçıya kənar şəxs, ailə üzvü deyil, onların nikahı beş ildən çox əvvəl pozulmuşdur. Cavabdehdən boşandıqdan sonra onunla bir yerdə yaşamaq mümkün deyil. Bundan əlavə, cavabdeh evin dəyərinin 1/3 hissəsini ödəmişdir. Evin dəyəri üçün iddiaçı tərəfindən ödənilmiş 20000 manat məbləğində pul məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qaydada iddiaçının bacısı tərəfindən vərəsəlik hüquququ üzrə miras paydan hissəsini imtina etdiyi üçün verilib. Hesab edir ki, iddiaçının şəxsi vəsaiti hesabına 11.000 manat məbləğində pul ona verilməklə cavabdehin mübahisəli evdən istifadə hüququna xitam verilə bilər. İddiaçı tərəfindən evin dəyərinin 20 000 manat məbləğində, cavabdehin isə 11 000 məbləğində şəxsi vəsaiti hesabına ödənilməsi müvafiq sənədlərlə də təsdiqlənir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı və cavabdehin rəsmi nikahda olduğu müddətdə birgə təsərrüfatları nəticəsində əldə edilmiş gəlirlər hesabına mübahisəli fərdi yaşayış evi alınmışdır. Ev özbaşına tikilidir, tərəflərin hər ikisi mübahisəli evdə qeydiyyatdadır. Evin kitabçasında cavabdehin adı qeyd edilməsinə baxmayaraq bu barədə iddiaçı tərəf məhkəməyə sənəd təqdim etməmişdir. İddiaçının təqdim etdiyi ilkin müqavilə həmin fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olmasını təsdiq etmir. İddiaçı 11.000 manatın cavabdeh tərəfindən verilməsini əsas gətirərək həmin məbləğin cavabdehə təklif etməsinə baxmayaraq, məhkəməyə təqdim edilmiş qətnamə ilə iddiaçıya verilmiş 20.000 manat iddiaçının şəxsi vəsaiti hesab edilə bilməz. Belə ki, həmin məbləğ miras əmlakda müəyyən edilmiş payın əvəzi kimi deyil, vərəsənin mülkiyyətinə keçmiş əmlakdan qardaşı İddiaçı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi olmuş, həmin qətnamə ilə mənzildən hazırki cavabdehin də çıxarılması qət edilmişdir. Qətnamə ilə iddiaçıya verilmiş məbləğ həmin vaxt rəsmi nikahda olan və birgə yaşayan tərəflərin mənzil ehtiyacının ödənilməsi üçün verilmiş, nəticədə hazırki mübahisəli ev alınmışdır. Hesab edir ki, iddia tələbi əsassızdır və məhkəmədən rədd edilməsini xahiş edir. III. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: -Binəqədi qəsəbə bələdiyyəsinin 36 saylı, xx.xx.2016-cı il tarixli qərarının surətindən görünür ki, X7 övladları X2 və X9 ərizə ilə müraciət edərək, Binəqədi qəsəbə bələdiyyəsinin fərdi ev tikintisi üçün alqı-satqı qaydasında mülkiyyətinə verilmiş 600 kv.m torpaq sahəsinin ayrılması barədə xx.xx.2005-ci il tarixıli, 1521 saylı sərəncamının İ bəndində dəyişiklik edilməsini mümkün hesab etmişdir. - xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, ünvan 1 ünvanda Cavabdeh, X3 və X5 qeydiyyatdadırlar. - xx.xx.2016-cı il tarixli ilkin müqavilənin surətindən görünür ki, X10 Bakı şəhəri, Binəqədi ərazisində yerləşən fərdi mənzil inşa etmək üçün ayrılmış 600 kv.m torpaq sahəsinin 100 kv.m torpaq sahəsini özəlləşdirdikdən sonra 31000 manata İddiaçı satmaq barədə razılığa gəlmişlər. - xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixli ilkin müqaviləyə əsasən 11000 manat pul İddiaçı tərəfindən X6 ödənilmişdir. - AZ-İ seriyalı, 314508 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur. - xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, İddiaçı X8 tərəfindən ona ödəniləcək 20.000 manat məbləğini tam ödənildiyini təsdiq etmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6264/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 20.000 manat kompensiyaya məbləği alınaraq cavabdeh İddiaçı dönəilməsi, kompensasiya məbləği İddiaçı ödənildikdən sonra sonuncunun Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 16 nömrəli evin 28 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər İddiaçı və Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 16 nömrəli evin 28 nömrəli mənzilindən çıxarılmaları qət edilmişdir. I. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd edilən Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçının hazırda mübahisələndirdiyi fərdi yaşayış evi özbaşına tikili olmaqla iddiaçı və cavabdehin həmin yaşayış sahəsi üzərində sahiblik, istifadə və sərəncamla bağlı hər hansı hüququ dövlət qeydiyyatına alınmamışdır. İddiaçı və cavabdeh rəsmi nikahda olduqları müddətdə iddiaçının istifadə hüququnun olduğu, cavabdehin isə iddiaçının ailə üzvü kimi yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 16 nömrəli evin 28 nömrəli mənzildə yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6264/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 20.000 manat kompensiyaya məbləği alınaraq cavabdeh İddiaçı dönəilməsi, kompensasiya məbləği İddiaçı ödənildikdən sonra sonuncunun Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 16 nömrəli evin 28 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər İddiaçı və Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 16 nömrəli evin 28 nömrəli mənzilindən çıxarılmaları qət edilmişdir. Məhhəmə iclasında iddiaçı və cavabdeh qeyd edilən fərdi yaşayış evinin hər ikisinin gəlirləri hesabına alınmasını mübahisəsiz hal kimi təsdiq etmələrinə baxmayaraq iddiaçı fərdi yaşayış evi üçün ödənilmiş 31000 manaın 11.000 manatının cavabdehin şəxsi vəsaiti, 20.000 manatın isə özünün şəxsi vəsaiti hesabına ödənilməsini irəli sürsə də, cavabdeh həmin məbləği qəbul etməyərək mübahisələndirmiş və 31.000 manatın birgə nikah dövründə əldə edilmiş ümumi gəlirlərə daxil edildiyini irəli sürmüşdür. Yuxarıda qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli ev özbaşına tikili olduğundan, nə iddiaçının cavabdehnin istifadə hüquqlarının itirilməsini tələb etmək hüququ, nə də cavabdehin mübahisəli evdə istifadə hüquqları yaranmışdır. Odur ki, iddia əsassızdır. İddiaçı tərəfindən təqdim edilən ilkin müqavilə cavabdehlə münasibətdə iddiaçını üstün hüquqa malik vəziyyətdə olmasına dəlalət etmir. Bundan əlavə, iddiaçının nümayəndəsinin izahatından və məhkəmə baxışı zamanı müəyyən edilən işin digər hallarından aydın oldu ki, mübahisə predmetini təşkil edən daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydə alınmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçı mübahisəli evə dair sərəncam vermək hüququna, o cümlədən mənzilə yaşayış sahəsindən istifadə hüququn itirilməsini tələb etmək hüququna malik deyildir. Göründüyü kimi, tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olan, həm də hazırda qüvvədə olan qanunvericilik normalarına əsasən, mübahisəli evdə iddiaçının və cavabdehin hər hansı bir hüquqları əmələ gəlmədiyindən , mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmadığından, onun mübahisəli evdən cavabdehin istifadə hüquqlarının itirilməsini tələb etmək hüquqları da olmamışdır. Mübahisəli ev hazırda iddiaçının istifadə və sahibliyindədir, cavabdeh isə mübahisəli evdə yaşamır və yalnız formal olaraq pasport qeydiyyatındadır. Belə ki, ev özbaşına tikilidir. Azərbaycan Respublikasının qanunvericiliyi isə evdə yalnız qeydiyyatda olan şəxsin həmin evdə qeydiyyatda olan digər şəxslərin istifadə hüquqlarının itirilməsinə dair tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. İddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız onunla əsaslandırmışdır ki, cavabdehin evdə pasport qeydiyyatında qalması yaşayış evi üzərində onun sahiblik, istifadə hüquqlarının tam şəkildə həyata keçirilməsinə mane olur və eyni zamanda evin kommunal xidmət haqlarının ödənilməsində problemlər yaradır. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Digər tərəfdən, cavabdehin qeyd edilən evdən istifadə hüquqları yaranmadığından, yaranmayan istifadə hüququ məhkəmə tərəfindən itirilə bilməz. Buna görə də iddia tələbi rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar “Uolson İsveçrəyə qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 4.11 bəndində qeyd edilmişdir ki, mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə işin faktiki hallarını, bu münasibətləri tənzimləyən qanunvericiliyin normalarını, həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən Qərarının müddəalarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia rədd edilməlidir. V. Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclər qismində iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar