Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4298/2025 18.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı – İddiaçı cavabdehlər – İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, Yəhya Hüseynov küçəsi, ev 2, 20 saylı mənzilə (Yeni qaydalarla: AZ 1117, ünvan 1-də yerləşən 2 saylı mənzilə) mülkiyyət hüququ İddiaçı adına xx.xx.2024-cü il tarixində dövlət qeydiyyatına alınmışdır.
2. İddiaçı cavabdeh X1 ünvan 1-də yerləşən 2 saylı mənzildən qeydiyyatdan çıxarılması və ünvan 1-də yerləşən 2 saylı mənzilin cavabdehlər Cavabdeh1 və onun ailə üzvlərinin qanunsuz istifadəsindən alınması və cavabdehlər Cavabdeh1 və onun ailə üzvlərinin-Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılaraq mənzilin onun faktiki sahibliyinə və qanuni istifadəsinə verilməsi yolu ilə mülkiyyət hüququnun bərpa olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı nümayəndəsi və vəkili daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq ilkin iddia tələbini dəqiqləşdirərək cavabdeh X2 qarşı iddianı geri götürməklə əlaqədar olaraq cavabdehlər Cavabdeh1 və onun ailə üzvlərinin qanunsuz istifadəsindən iddiaçının xüsusi mülkiyyətində olan və ünvan 1-də yerləşən 2 saylı mənzilin alınması və cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri – Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılaraq mənzilin iddiaçının faktiki sahibliyinə və qanuni istifadəsinə verilməsi yolu ilə mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı nümayəndəsi və vəkili yenidən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq iddiaçının mülkiyyətində olan ünvan 1-də yerləşən 2 saylı mənzilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanunsuz istifadəsindən alınması və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılaraq mənzilin iddiaçının faktiki sahibliyinə və qanuni istifadəsinə verilməsi yolu ilə mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən xx.xx.2024-cü il tarixindən etibarən ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil iddiaçının xüsusi müllkiyyətindədir. Lakin sözügedən mənzil iddiaçının mülkiyyətinə daxil olmazdan əvvəl cavabdeh X3 həmin mənzildə qeydiyyata düşmüşdür. Eyni zamanda həmin mənzildə məcburi köçkün statusuna sahib olan Cavabdeh1 və onun ailə üzvləri yaşamaqdadırlar. Dəfələrlə edilmiş xəbərdarlıqlara və tələblərə baxmayaraq cavabdehlər hazırki mənzili boşaldaraq iddiaçının faktiki sahibliyinə və qanuni istifadəsinə təhvil verməyərək onun mülkiyyət hüququnu pozurlar.
Cavabdehlərin etirazları:
6. Cavabdehlər tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.
Tərəflərin izahatları:
7. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək mənzilin iddiaçının mülkiyyətində olduğunu, bununla bağlı mənzilə çıxarış verildiyini bildirərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edərək iddia ilə razı olmadığını, Qarabağ qazisi olduğunu, ev verilməsi üçün aidiyyatı orqana müraciət etdiyini, tez köçməkdə maraqlı olduğunu bildirmiş və onlara məcburi köçkün düşdükləri Şuşa şəhərində mənzil veriləcəyi halda hazırda yaşadıqları mənzili boşaldaraq mülkiyyətçisinə qaytara biləcəyini qeyd etmişlər. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar hər hansısa üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRİCİ HİSSƏ:
Faktiki hallar və sübutlar:
9. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, Yəhya Hüseynov küçəsi, ev 2, mənzil 20 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil) İddiaçı mülkiyyətindədir.
10. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında verdiyi ******* nömrəli arayışdan müəyyən edilir ki, X5 və X6 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, Yəhya Hüseynov küçəsi, ev 2, mənzil 20 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil) ünvanında qeydiyyatdadırlar.
11. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən sorğuya cavab məktubundan müəyyən edilir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq məcburi köçkünlərin Şuşa şəhərinə ilkin mərhələ üzrə köçürülməsi başa çatdığından Cavabdeh1 və ailəsinin köçürülməsi növbəti mərhələlərdə köçürülmələr başlanan zaman həyata keçiriləcəkdir.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının Konstitusiyası: - Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
13. Beynəlxalq hüquqi aktlar: BMT-nin 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”: - Maddə 17. (1) Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu: - Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
15. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
16. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 17. Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydası: - Bənd 4. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.
18. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ: “Akimova Azərbaycana qarşı iş üzrə” 27 sentyabr 2007-ci il tarixli qərar: - 42. Əmlak hüququna zəmanət verən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydaları ifadə edir: birinci paraqrafın birinci cümləsində göstərilən birinci qayda ümumi xarakterlidir və əmlakdan sərbəst şəkildə istifadə prinsipini göstərir; birinci paraqrafın ikinci cümləsində olan ikinci qayda əmlakın alınması barəsindədir və mövcud şərtləri əhatə edir; ikinci paraqrafda göstərilən üçüncü qayda Razılaşan Dövlətlərə ümumi maraqlara əsasən əmlakdan istifadəyə nəzarət etmək səlahiyyəti verilməsi məsələsini əhatə edir. - 44. Məhkəmə hesab edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tə ləbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilə edilməsinin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəl xalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyə tindən məhrum edilə bilməz. Yuxarıdaki müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin, digər rü sum və ya cərimələrin ödənilməsinin təmini üçün zəruri olan qanunları yerinə yetirmək hü ququnu məhdudlaşdırmır. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamen tal prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakter daşımama lıdır. (bax. Latridis v. Greece [GC], no. 31107/96, § 58, ECHR 1999-İİ). Konvensiyada «qanun» və «qanuna uyğun» terminləri əsasən geri daxili qanunvericiliyə yönəlir və həmçinin qanuna aid olmaqla onun «qanunun aliliyi» prinsipinə uyğun olmasını tələb edir. - 48. Məhkəmə Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər haqqında Qanunun 5-ci maddəsinə, eləcə də Qaydaların 4-cü maddəsinə diqqət yetirdi. Bu maddələrə əsasən, məcburi köçkünlərin digər şəxslərin yaşayış hüquqlarını pozaraq (§ 23 və 25) bu şəxslərin yaşayış yerlərinə köçürüldüyü təqdirdə, yerli orqanlar tərəfindən məcburi köçkünlərin digər yaşayış yerləri ilə təmin edilməsini nəzərdə tutur. Belə müəyyən olur ki, hazırkı halda məhkəmə qərarının icrasının təxirə salınması haqqında qərar bu təlimatın tələblərini pozur. Lakin Hökümət daxili məhkəmələr kimi hazırkı işdə bu maddənin tətbiq edilmə mümkünlüyünə dair hər hansı dəlilləri təqdim edə bilməmişdir. - 50. Belə hallarda, Məhkəmə bu məsələyə müdaxiləni Azərbaycan qanunlarına zidd olan və şikayətçinin öz əmlakından sərbəst istifadə hüququ ilə uyğun gəlməyən hal kimi nəzərə alır. Bu nəticə ictimaiyyətin ümumi maraq və fərdlərin əsaslı hüquqlarının qorunması tələbləri arasında ədalətli tarazlığın pozulmasının müəyyən olunmasını lazımsız edir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
21. Məhkəmə qeyd edir ki, mülki iş materiallarından da müəyyən edildiyi kimi cavabdehlərin məskunlaşdığı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər həmin mənzildən mülkiyyətçinin iradəsinə zidd sahiblik və istifadə etdikləri üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
22. Belə ki, mülki qanunvericiliyin imperativ tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin məhkəmə tədqiqatı zamanı müəyyən edilmiş hallarından aydın olur ki, cavabdehlər Şuşa şəhərindən məcburi köçkün düşmüş və bundan sonra iddiaçıya məxsus mənzildə - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, Yəhya Hüseynov küçəsi, ev 2, 20 saylı mənzildə (Yeni qaydalarla: AZ 1117, ünvan 1-də yerləşən 2 saylı mənzildə) yaşamağa başlamış və bu günədək də həmin mənzildə yaşayırlar. Bu qətnamənin 12-17-ci bəndlərində istinad edilmiş qanunvericilik normalarının tələblərindən də müəyyən edildiyi kimi, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, məhkəmə qeyd edir ki, istinad edilmiş qanunvericilik normalarının tələblərinə əsasən məcburi köçkünlərin müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
23. İşin araşdırılan hallarına əsasən müəyyən edilir ki, hazırda cavabdehlərin müstəqil olaraq məskunlaşdığı mənzil iddiaçının mülkiyyətindədir və cavabdehlər tərəfindən bu formada məskunlaşma mənzilin mülkiyyətçisi olan iddiaçının hüquqlarını və qanuni maraqlarını pozur. Bu səbəbdən də müvafiq icra hakimiyyəti orqanları cavabdeh olan məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
24. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, Yəhya Hüseynov küçəsi, ev 2, 20 saylı mənzil (Yeni qaydalarla: AZ 1117, ünvan 1-də yerləşən 2 saylı mənzil) cavabdehlər tərəfindən heç bir qanuni əsas olmadan zəbt edildiyindən və bununla da iddiaçının qanunla və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüquqlarını pozduğundan iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmalı və mənzil İddiaçı sahiblik və istifadəsinə qaytarılmalıdır.
25. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən məhkəmə xərcləri tələb edilmədiyindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
26. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, Yəhya Hüseynov küçəsi, ev 2, 20 saylı mənzildən (Yeni qaydalarla: AZ 1117, ünvan 1-də yerləşən 2 saylı mənzildən) əşyaları ilə birlikdə çıxarılsınlar və mənzil İddiaçı sahiblik və istifadəsinə verilsin.
3. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Anar Rzayev