Məhkəmə qərarları › İş №e-2(001)-431/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-431/2023

26.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-431/2023 26.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Bakı şəhəri Binəqədi rayonu 6cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı ilə Cavabdeh2 ilə 1987-ci ildə birgə nikaha daxil olmuşlar. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 998 nömrəli xx.xx.1997-ci il tarixli sərəncamına, həmin tarixli 028509 nömrəli orderə əsasən Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzili iddiaçıya ayrılmışdır. Cavabdeh və ailə üzvləri 2002-ci ildən həmin mənzildə qeydiyyatdadırlar. Daha sonra nikah vaxtı İddiaçı ilə Nəsibova X4 2 mərtəbəli həyət evi tikdirmişlər. Cavabdehlərdən iddiaçının qızı Cavabdeh3 ailə qurmuş həmin nikahdan iki övladı dünyaya gəlmişdir. Cavabdeh3 atasının evində qeydiyyatda olsa da, nikahdan sonra yəni 2008-ci ildən Sulutəpə qəsəbəsində ərinin evində yaşayır. Cavabdeh3 nikahı pozulsa da, həmin evdə yaşamaqda davam edir, evin kommunal xidmətləri Cavabdeh3 adınadır. Cavabdehlərdən Cavabdeh2 və oğlu Cavabdeh1 iddiaçı ilə nikah dövründə tikdirdikləri Xocasəndəki həyət evində yaşayırlar. Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzili xx.xx.2008-ci il tarixdə cavabdehlər Cavabdeh2, Cavabdeh3 razılığı ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla iddiaçının adına çıxarış verilmişdir. Göründüyü kimi, mənzil birgə nikah dövründə ümumi gəlir hesabına alınmamışdır. İddiaçı ilə Cavabdeh2 arasında 2020-ci ildə nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzili özbaşına, yəni mülkiyyətçinin razılığı alınmadan kirayə verir və əldə etdiyi gəliri özünə götürür. İddiaçı isə başqa yerlərdə qalmağa məcburdur. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, vəkili və nümayəndəsi Vəkil izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzili ona müharibə veteranı olaraq verilmiş, cavabdehlərin hər birinin daimi yaşayış yerləri olsa da, o, mülkiyyətində olan mənzildə yaşaya bilmir, qızı İlhaməyə məxsus Nərimanov rayonu Maqsud Əlizadə küçəsi 33 saylı evin 3 saylı mənzilində yaşamağa məcburdur. Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzilini keçmiş həyat yoldaşı Nairə kirayə verdiyindən o, mülkiyyətində olan mənzildə yaşayır. Cavabdehlərin hər birinin daimi yaşayış yerləri vardır. Birgə nikah dövründə o, Nairə ilə birlikdə Xocahəsəndə həyət evi inşa etmişdir. Oğlu Rəşad anası ilə birlikdə həmin evdə yaşayır. Qızı Yeganə isə ailə qurduqdan sonra öz evində yaşayır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarına əsasən X3 6 sot torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində onun valideynləri, anası, atası 2007-ci ilin axırı 2008-ci ilin əvvəllərində ev tikməyə başlamış, 2008-ci ildə evin üstü bağlanmış, indi artıq evin 70% hissəsi təmir olunmuşdur. 2 mərtəbədən ibarət olan evin 1-ci mərtəbəsində mətbəx, qaraj, 1 yataq otağı, sanitar qovşaq, 2-ci mərtəbəsində 3 yataq otağı 1 qonaq otağı vardır. O, ailə qurmamış, subaydır. 2022-ci ilin aprel ayından o, həmin ilin sentyabr ayından anası Nairə bu evdə yaşayırlar. Bacısı Yeganə nikaha daxil olduqdan sonra Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzilindən çıxmışdır. Atası spirtli içkilər qəbul etdiyindən, onu təhqir etdiyindən, nalayiq ifadələr işlətdiyindən münasibətləri pozulmuşdur. İddiaçının bu hərəkətlərini təsdiq edən şəkillər vardır. Hesab edir ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzili onun valideynləri arasında bərabər hissələrdə bölünməlidir. Ona görə də, iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə 1986-cı ildə ailə qurmuş, birgə nikahlarından üç övladı doğulmuşdur. X12 müharibəsi əlilidir. Ərinin əlilliyi nəzərə alınaraq dövlət tərəfindən onların ailəsinə Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzili ayrılmışdır. Bu səbəbdən onlar 1998-ci ildə mərhum qaynatasının evindən qeydiyyatdan çıxıb Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzilinə qeydiyyata alınmışlar. Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarına əsasən X3 ayrılan 6 sot torpaq sahəsində o, iddiaçı ilə birlikdə, birgə nikah dövründə ev tikmişlər. Ev 2 mərtəbədən ibarətdir. Evin 1-ci mərtəbəsində mətbəx, qaraj, 1 yataq otağı, sanitar qovşağı, 2-ci mərtəbəsində 3 yataq otağı, 1 qonaq otağı vardır. 2022-ci ilin aprel ayından oğlu Rəşad, həmin ilin sentyabr ayından isə o bu evdə yaşayır. Xocahəsəndə tikdikləri ev onun oğluna məxsusdur, ona görədə həmin evin bölünməsini istəmir. Qızı Yeganə nikaha daxil olduqdan sonra Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzilindən çıxmışdır. O, Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzilini bir neçə aydır kirayə vermiş, kirayə pulundan iddiaçıya vermir. İddiaçı neçə illərdir ki, spirtli içkilər aludəçisidir və onu bu yoldan çəkindirmək istəsələr də, get-gedə iddiaçı daha da aqresivləşmiş, içdikdən sonra onu və övladını döyüb nalayiq ifadələrlə təhqir edir, əlini kəsərək divarlara sürtüb qanını onların üstünə tökməklə hədələyir. İddiaçı hal-hazırda öz çirkin əməlini dostları ilə birgə keçirmək üçün onun qayınatasından qalan evdə yaşayır. Ayda bir neçə dəfə onların yaşadığı evə gedib daha da aqresivləşərək öz köhnə əməllərini təkrar edir. Nigahları pozulmasına baxmayaraq o, keçmiş həyat yoldaşı İddiaçı daim qulluğunda olmuş, yaşadığı evi yığışdırmış, paltarlarını yuyub təmizləmiş, yeməyini bişirmişdir. Bütün bunları etməkdə məqsədi ailəsinin bütövlüyünü qorumaq olmuşdur. Bütün bunlara baxmayaraq iddiaçı hər şeyi içkiyə qurban vermişdir. Hər bir halda o, övladları, iddiaçı ilə birgə yaşamağa hazırdır. Hesab edir ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzilinin yarısı ona məxsusdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, atası İddiaçı qaldırdığı iddiaya əsasən özü və iki azyaşlı qızının birgə qeydiyyatda olduqları ünvandan qeydiyyatdan çıxarılmasına razı deyildir. Belə ki, o, 2006cı ildə nikaha daxil olmuş, ünvan 1 ünvanına gəlin köçmüşdür. Bir ildən sonra o, həyat yoldaşı ilə kirayədə yaşamışlar. 2009-cu ilin axırında onun nikahı pozulmuşdur. Halhazırda o, Binəqədi rayonu Sulutəpə Xocasən qəsəbəsi Həmid Soltanov küçəsində inşa olunan özbaşına tikilidə 2 övladı ilə yaşayır. Yaşadığı ev 100 m2 torpaq sahəsində yerləşir. Həmin evi onun qaynanası tikdirib, torpaq sahəsini isə ona əmisi vermişdir. Nikahı pozulandan sonra əri yaşadığı evdən çıxmışdır. Nikaha daxil olandan sonra o, Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzilində yaşamır. Atası onlarla yola getmir, içki içib onları söyür, təhqir edir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7 və X6 Bakı şəhəri Binəqədi rayonu 6cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzilində qeydiyyatdadırlar. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 998 saylı sərəncamının surətindən müəyyən olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2-ci qrup Qarabağ əlili İddiaçı mənzil sahəsi verilməsi barədə xx.xx.1997-ci il tarixli qərarına əsasən, Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzilinə dair İddiaçı və dörd ailə üzvünə order verilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 028500 nömrəli orderindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzil İddiaçı dörd ailə üzvü ilə birlikdə ayrılmışdır. Bakı şəhəri Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 79 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2008-ci il tarixli 186 №-li arayışdan müəyyən olunur ki, 1964-cü il təvəllüdlü İddiaçı, 1967-ci iltəvəllüdlü Cavabdeh2, 1988-ci il təvəllüdlü Cavabdeh3, 1990-cı il təvəllüdlü X5, 1993-cü il təvəllüdlü Cavabdeh1 və 2008-ci il təvəllüdlü X7 Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzildə daimi qeydiyyatdadırlar. Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2008-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. X2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2008-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2008-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzilə dair İddiaçı tam mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzili Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 998 nömrəli xx.xx.1997-ci il tarixli sərəncamına, 028509 nömrəli xx.xx.1997-ci il tarixli orderə, 186 nömrəli xx.xx.2008-ci il tarixli forma 2 arayışına, Cavabdeh2, Cavabdeh3, X2 razılıq ərizələrinə əsasən xx.xx.2008-ci il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmiş və hazırda mülkiyyətndədir. Azəriqaz İB-nin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.2013-cü il tarixdə Binəqədi rayonu Sulutəpə qəsəbəsi üzrə Cavabdeh3 məxsus **********00417 nömrəli, Cavabdeh2 məxsus **********00517 nömrəli istehlakçı hesabları açılaraq X1 Sistemində qeydiyyata alınmış və Cavabdeh1 adına təbii qazın istehlakçısı olması haqqında məlumatlar X1 Sistemində tapılmamışdır. Azəriqaz İB tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, **********00517 nömrəli istehlakçı hesabı Bakı şəhəri Binəqədi, Sulu Təpə ünvanı üzrə Cavabdeh2 adına 4 nəfərdən ibarət ailə tərkibi ilə qeydiyyatdan keçmişdir. Azəriqaz İB tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, **********00417 nömrəli istehlakçı hesabı Bakı şəhəri Binəqədi, Sulu Təpə ünvanı üzrə Cavabdeh3 adına 4 nəfərdən ibarət ailə tərkibi ilə qeydiyyatdan keçmişdir. Bakı şəhəri Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 79 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 342 №-li arayışından müəyyən olunur ki, Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzildə qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 79 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 341 №-li arayışdan müəyyən olunur ki, Cavabdeh3 Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzildə qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 79 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 340 №-li arayışdan müəyyən olunur ki, X8 Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli 063-2163-1222 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh1 DİN-in 102 xidməti zəng mərkəzi sisteminə daxil olmuş müraciəti əsasında araşdırma aparılmış və müraciət əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 212-ci maddələrinə əsasən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Xocasən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 03 saylı qərarından çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhər Xocəsən bələdiyyəsi ərazisində X3 əlavə olunmuş eskizlərdə göstərilən ölçü və ünvanlara uyğun olaraq fərdi yaşayış evlərinin tikintisi üçün alqı-satqı yolu ilə 600 m2 torpaq sahəsi ayrılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ərarvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ərarvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzili 1997-ci ildə 2-ci qrup Qarabağ əlili İddiaçı 4 nəfərdən ibarət ailə üzvü ilə bilikdə ayrılmış, daha sonra 2008-ci ildə həmin mənzil ailə üzvlərinin razılığı ilə İddiaçı adına özəlləşdirilmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, cavabdehlərdən Cavabdeh1 ilə Cavabdeh2 qeydiyyatda olduqları mənzildən 2022-ci ildən çıxmaqla Xocasən Bələdiyyəsinin ərazisində inşa olunan 2 mərtəbəli fərdi yaşayış evində, Cavabdeh3 isə 2006-cı ildən qeydiyyatda olduğu mənzildən çıxmaqla Binəqədi rayonu Sulutəpə Xocasən qəsəbəsi Həmid Soltanov küçəsində inşa olunan fərdi yaşayış evində daimi olaraq yaşayırlar. Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzili isə mülkiyyətçi İddiaçı razılığı olmadan Cavabdeh2 tərəfindən kirayəyə verilir. Azərbaycan Respublikası MPM-nin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə müvafiq olaraq icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx.xx.1999-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1.-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2.-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzilinə istifadə hüquqları olan cavabdehlərin həmin yaşayış sahəsinə ehtiyacları olmadığından daimi yaşamaq üçün başqa ünvanlara köçmələri, mənzilin mülkiyyətçinin razılığı alınmadan kirayə verilməsi araşdırma zamanı öz təsdiqini tapdığından, mənzilin mülkiyyətçisi olan iddiaçının cavabdehlərin Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair iddia tələbləri əsaslıdır, ona görə də iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı evin 73 saylı mənzilinə istifadə hüquqlarına xitam verilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dövlət rüsumuna görə 100 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar