Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4338/2024 08.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Sadiqov Daməd Əli Əli oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X5 Xidməti cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin №57/K saylı əmrinin ləğv olunması, cavabdeh tərəfindən ona 30 okyabr 2023-cü il tarixindən məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməklə, "xxxx" MMC-nin Lənkəran qrupunun böyük atıcısı vəzifəsinə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-455/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 02 fevral 2021-ci il tarixindən "xxxx" MMC-nin Lənkəran qrupunda işləmişdir. Belə ki, cari ilin oktyabr ayının ortalarında iş yoldaşı X4 ilə işdən ayrılan zaman aralarında sözlü mübahisə baş vermişdir. Bundan təxmini 1 həftə sonra, Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Yusif Ağarzayev onu qəbuluna çağırtdırmışdır. 23 oktyabr 2023-cü il tarixində İdarəyə getmiş və rəisi görmədən, orada olan işçiləri onu "rəisin adından" məcbur etmişlər ki, işdən öz ərizəsi ilə azad edilməsi barədə müraciət yazsın, əks halda, onu işindən karyerasına mənfi təsir göstərə biləcək maddə ilə çıxaracaqlar. O da, onların dedikləri ilə razılaşıb, 23 oktyabr 2023-cü il tarixində işdən azad edilməsi barədə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinə müraciət edərək, 30 oktyabr 2023-cü il tarixindən işdən çıxarılmasını xahiş etmişdir. Daha sonra sabahısı günü bu barədə yaxın dostuna danışmış və əmək müqaviləsinin ləğv edilməsi barədə yazdığı ərizəsinin etibarsız sayılması haqqında işəgötürənə yeni ərizə vermək qərarına gəlmişdir. Daha sonra, 26 oktyabr 2023-cü il tarixində izləmə kodu TT015592809AZ saylı olan poçt zərfi (şəkli qoşma olaraq, əlavə edilir) Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinə yenidən müraciət edərək, işdən azad edilməsi barədə yazdığı ərizəsini geri götürmüşdür (qeyd: həmçinin işəgötürənin rəsmi elektron poçt ünvanına da "Elektron ünvan " eyni məktubu scan formatda göndərmişdir). Lakin, işəgötürən absurd olaraq, 30 oktyabr 2023-cü il tarixində onu qərəzli olaraq tutduğu vəzifədən azad etmiş və onun həmin ərizəsinə, yəni işdən azad edilməyi barədə yazdığı ərizəsinin etibarsız sayılması haqqında işəgötürənə verdiyi yeni ərizəsinə bugünəcən heç bir münasibət bildirməmişdir. Bundan sonra, 16 noyabr 2023-cü il tarixində pozulmuş vətəndaşlıq və konstitusion hüquqlarını bərpa etməkdən ötrü, işəgötürənə "Mediasiya Prosesinin tətbiqi barədə" təklif göndərmişdir. 10 gün müddəti bitdikdən sonra, Mediasiya üçün Lənkəran 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin nəticəsiz qalmışdır. Odur ki, adiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, işdən qanunsuz olaraq azad edilmiş və işə bərpa olmalıdır. Göründüyü kimi, xəbərdarlıq müddəti, yəni, işdən azad edilməsi barədə ərizəsində göstərdiyi 30 oktyabr 2023-cü il tarixi bitmədən, 26 oktyabr 2023-cü il tarixində işəgötürənə ərizəsinin etibarsız hesab edilməsi barədə yeni ərizə vermiş, işəgötürən tərəfindən həmin vəzifəyə (peşəyə) yeni işçi təyin edilməsə də, qanunsuz olaraq onu işə bərpa etmirlər. O, ailə başçısıdır. Himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan 2 oğul övladı var. İşsizlik ona böyük çətinliklər yaradır. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı - Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-yə qarşı iddia ilə müraciət edərək tutduğu vəzifədən qanunsuz olaraq azad edilməsi və yenidən işə bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, iddiaçının iddiası əsassızdır, təmin edilə bilməz. Belə ki, İddiaçı 23 oktyabr 2023-cü ildə idarə rəsinin adına ərizə yazaraq 30 oktyabr 2023-cü ildən tutduğu vəzifədən öz istəyi ilə azad edilməsini xahiş etmişdir. Qeyd olunan tarixədək təhvil-təslim işlərinin ləngidilməsi səbəbindən 23 oktyabr 2023-cü il tarixində idarəsinin kadr şöbəsi tərəfindən əmr hazırlanaraq İddiaçı ərizəsində göstərdiyi tarixdən işdən azad olunmuşdur. Daha sonra İddiaçı tərəfindən 26 oktyabr 2023-cü il tarixdə idarəyə ünvanlanan, izləmə kodu TT ********* AZ saylı, etdiyi səhv və buraxdığı nöqsanlara görə üzrxahlıq etməsi və eyni zamanda 23 oktyabr tarixində yazdığı ərizənin etibarsız hesab edilməsi məzmununda yazdığı ərizəsi 30 oktyabr 2023-cü il tarixində idarəyə daxil olmuşdur. Elektron ünvana göndərdiyi eyni məzmunlu məktub da eyni tarixdə daxil olmuşdur. İddiaçı müraciətində göstərmişdir ki, qərəzli olaraq tutduğu vəzifədən azad edilib. Lakin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. Təqdim olunan sənədlər iddiaçının bu iddiasının dolğun və əsaslı olmadığını sübut edir. İddiaçı həmçinin müraciətində göstərmişdir ki, 26 oktyabr 2023-cü il tarixində idarəyə ünvanladığı məktuba heç bir münasibət bildirilməmişdir. Lakin, 30 oktyabr 2023-cü il tarixdə daxil olan məktubuna 31 oktyabr 2023-cü il tarixində kadrlar üzrə aparıcı mühəndis tərəfindən cavablandırılara İddiaçı ev ünvanına poçt vasitəsi ilə göndərilmişdir. Digər iddiada Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə məhəl qoyulmaması qeyd olunur. İddiaçı işəgötürənlə müqavilə müddəti 09 noyabr 2023-cü il tarixində bitmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndini pozduğuna görə müqavilə müddətinin uzadılması məqsədəuyğun hesab edilə bilməz. Belə ki, İddiaçı funksional vəzifə borcunun icrasına laqeyd, qeyri-ciddi münasibət bəslədiyinə görə 04 sentyabr 2023-cü il tarixində № 139/Ş saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində əsasən “töhmət” intizam tənbehi ilə cəzalandırılmışdır. Lakin, bu cəzadan nəticə çıxarmayaraq 11 oktyabr 2023-cü il tarixində əmək funksiyasını təkrarən kobud şəkildə pozmuşdur. Belə ki, İddiaçı iş yoldaşı Nurlan Kazımovla aralarında yaranmış mübahisəni qanuni yolla həll etmək əvəzinə yenidən intizamsızlığa yol verərək həmkarı ilə lüzumsuz mübahisəyə yol vermişdir. Eyni zamanda, İddiaçı istirahətdə olan 4 əməkdaşı müəssisəyə dəvət edərək vəziyyəti daha da gərginləşdirmiş, müəssisənin normal iş ahəngini, rejim qaydalarını və əmək müqaviləsi üzrə öhdəlikləri kobud şəkildə pozmuşdur. İddiaçı Nurlan Kazımovla aralarında olan mübahisənin (guya Nurlan onu rəhbərliyə satdığına görə) 2022ci ildən bəri davam etdiyini də öz izahatında qeyd etmişdir. Qeyd olunan xüsusatları qrup rəisi Tural Ağayev və mübahisənin şahidi olmuş əməkdaşlar da verdikləri izahatlarda təsdiq etmişlər. Bundan başqa araşdırma zamanı o da məlum olmuşdur ki, böyük atıcı İddiaçı qrup rəisi işləyərkən xx.xx.2022-ci il tarixdə tabeçiliyində olan atıcılar müəssisənin daxili rejim qaydalarını pozduaqlarına görə İddiaçı də daxil olmaqla İdarənin müvafiq əmri ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” elan edilmişdir. Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadovun xx.xx.2022-ci il tarixli 08-1/643 nömrəli məktubundan qrup rəisi İddiaçı xdiməti vəzifəsinin icrasında nöqsanlara yol verdiyini qeyd edərək barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Həmin xahiş nəzərə alınaraq, TMİ-nin xx.xx.2022-ci il tarixli 64/k əmri ilə İddiaçı tutduğu vəzifədən azad edilərək böyük atıcı vəzifəsinə keçirilmişdir. Araşdırma zamanı o da məlum olmuşdur ki, böyük atıcı İddiaçı Mühafizə və Təhlükəsizlik İdarəsinin xx.xx.2023-cü il tarixli 139/ş nömrəli əmri ilə elan edilmiş “töhmət” intizam tənbehi qüvvədədir. Yuxarıda qeyd olunan fakt üzrə bütün araşdırmalar – arayışlar, izahatlar, rəylər nəticə etibarı ilə İddiaçı AR-nin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə cəzalandırılmasına əsas versə də, iddiaçının ağır ailə vəziyyəti, xahişi nəzərə alınaraq idarə rəhbərliyi tərəfindən İddiaçı hərəkətlərinə münasibət bildirməsi üçün 19 oktyabr 2023-cü il tarixində ARMSN-nin Təhlükəsizlik və Mühafizə İdarəsinin HİT-nın sədrinə təqdimat ünvanlanmışdır. Təqdimat əsasənda 23 oktyabr 2023-cü il tarixində HİT-nın iclası keçirilmişdir. İclasda baş vermiş hadisə üzrə müzakirələr aparılmış, komissiyanın bütün üzvləri İddiaçı hərəkətlərini mənfi qiymətləndirmiş və onun işdən azad olunmasını təklif emişlər. Sonra söz Lənkəran qrupun böyük atıcısı İddiaçı verilmişdir. İddiaçı çıxışında rəis vəzifəsindən çıxarılmasını səbəb kimi orada nizam-intizam yaratmaq istədiyinə görə qadın işçilərin qəzəbinə tuş gəldiyini və həyat yoldaşının orada işləməsini nəzərə alaraq səsini çıxarmadığını bildirmişdir. Son mübahisənin yaranma səbəbini isə müxtəlif bəhanələr gətirərək məsuliyyətdən yayınmağa çalışmışdır. Bundan başqa anasının xəstə olmasını nəzərə alaraq qəbahətlərinin bağışlanmasını və öz ərizəsi ilə xaric olunmağına fürsətinin verilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı xahişi səsə qoyulmuş, təşkilat üzvlərinin hamısı yetkilliklə lehinə səs vermişdir. HİT-nın qərarına əsasən, Lənkəran qrupub böyük atıcısı İddiaçı yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağa laiq olduğu, lakin ailə vəziyyətinin ağır olması və tutduğu vəzifədən azad olunması barədə yazdığı ərizəsi nəzərə alınması məqsədəuyğun hesab edilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı iddiası əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsinə uyğun izahat verərək, tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə alaraq, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələb əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına olan: A №098899 Azərbaycan Respublikası Diplomunun surətindən görünür ki, Lənkəran Dövlət Universiteti Dövlət Attestasiya Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə İddiaçı fizki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin “İntizam tənbehinin verilməsi barədə” xx.xx.2022-ci il tarixli № 26/Ş saylı əmrinin surətindən görünür ki, funksional vəzifə borcunun yerinə yetirilməsinə qeyriciddi münasibət bəsləyərək xidmətdə yol verdikləri nöqsana görə Lənkəran qrupunun qrup rəisi İddiaçı, qrupun böyük atıcıları X1, X2 intizam tənbehi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2 maddəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi, bir daha belə hallara yol verərlərsə barələrində daha ciddi tədbir görüləcəyi barədə onlara xəbərdarlıq edilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin “Başqa işə keçirilmə haqqında” xx.xx.2022-ci il tarixli № 64/k saylı əmrinin surətindən görünür ki, İddiaçı - xx.xx.2022-ci il tarixdən bağlanmış Əmək Müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq Lənkəran qrupunun qrup rəisi vəzifəsindən həmin qrupa əməyin ödənilmə dərəcəsi 6 olmaqla böyük atıcı vəzifəsinə keçirilməsi və onunla əvvəl bağlanmış Əmək Müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin “İntizam tənbehinin verilməsi barədə” xx.xx.2023-cü il tarixli № 139/Ş saylı əmrinin surətindən görünür ki, funksional vəzifə borcunun yerinə yetirilməsinə qeyriciddi münasibət bəsləyərək xidmətdə yol verdikləri nöqsana və xüsusi geyim formasının daşınması qaydalarını pozduqlarına görə Lənkəran qrupunun böyük atıcıları X3 və İddiaçı “töhmət” intizam tənbehinin verilməsi, bir daha belə hallara yol verərlərsə haqqında daha ciddi tədbirlər görüləcəyi barədə onlara xəbərdarlıq edilməsi əmr edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, onu xx.xx.2023-cü il tarixində öz xahişi ilə tutduğu vəzifəsən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin Həmkərlar İttifaqı Təşkilatının xx.xx.2023-cü il tarixli protokolunun surətindən görünür ki, Lənkəran qrupunun böyük atıcısı İddiaçı yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndi ilə işdən azad olunmağa laiq olduğu, lakin ailə vəziyyətinin ağır olması və tutduğu vəzifədən azad olunması barədə yazdığı ərizəsinin nəzərə alınması qərara alınmışdır. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin “Əmək müqaviləsinin ləğv edilməsi barədə” xx.xx.2023-cü il tarixli № 57/k saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü bəndinə əsasən İddiaçı - "xxxx" MMC-nin Lənkəran qruğunun böyük atıcısı, işçinin təşəbbüsü ilə tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixindən ləğv edilməsi, son haqq-hesab işlərinin mövcud qanunvericiliyə uyğun olaraq aparılması əmr edilmişdir. Əsas: İddiaçı ərizəsi. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə onun tərəfindən yazılmış ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubunun surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ünvanlanmış ərizəsinə baxılmış, lakin onun daha əvvəl xx.xx.2023-cü il tarixdə işdən azad olması barədə yazmış olduğu ərizəsini nəzərə alaraq müraciətinin müsbət həllinin imkan xaricində olduğu bildirilmiş, işdən azad olunması ilə əlaqədar əmək kitabçasını götürmək üçün "xxxx" MMC-yə gəlməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunun surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-nin Lənkəran qrupunda işləyib, xx.xx.2023-cü il tarixdə öz xahişi ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi ləğv olunub. 0010933 saylı əmək katibçasının surətindən görünür ki, İddiaçı - xx.xx.2004-cü il tarixdə X7 müqavilə əsasında Fiziki hazırlıq dərslərini tədris etmək üçün müəllim təyin edilmiş, xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublika Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinin “3”-cü bəndinə əsasən işdən azad edilmiş; - xx.xx.2008-ci il tarixdə Lənkəran rayon Daşdatük kənd əsas məktəbinə fiziki tərbiyə müəllimi təyin edilmiş, xx.xx.2011-ci il tarixdə Lənkəran şəhər Təhsil Şöbəsinin xahişi nəzərə alınmaqla həmin tarixdən X8 məktəbinə metodist vəzifəsinə köçürülmüş, xx.xx.2017-ci il tarixdən Lənkəran şəhər X8 məktəbindən ərizəsinə əsasən işdən azad edilmiş; - xx.xx.2017-ci il tarixdən “Təhsil” R.İ.M-nin Lənkəran şəhər UGİŞ məktəbinə futbol idman növü üzrə məşqçi-müəllim təyin edilmiş, xx.xx.2017-ci il tarixdə “Təhsil” R.İ.M-nin Lənkəran şəhər UGİŞ məktəbinin futbol növü üzrə məşqçi-müəllim vəzifəsindən azad olunmuş; - xx.xx.2018-ci il tarixdə “Spartak” KBTİC-nin Lənkəran ictimai birliyində Y/R bölməsinə məşqçi-müəllim vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə “Spartak” KBTİC-nin Lənkəran ictimai birliyində Y/R bölməsinə məşqçi-müəllim vəzifəsindən işdən azad edilmiş; - xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin Lənkəran qrupuna qrup rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Lənkəran qrupunun böyük atıcı vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (işçinin təşəbbüsü ilə) onunla bağlanmış əmək müqaviləsi ləğv olunmuşdur. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, "xxxx" ASC-nin Lənkəran fialilı ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********34 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə 3000 manat məbləğində kredit limiti verilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli müraciətinə əsasən ona verilən kredit kartının limiti azaldılaraq xx.xx.2026-cı il tarixədək 300 manat məbləğində təyin edilmişdir. O, kredit vəsaitindən istifadə etmiş, lakin hesablanmış 219,85 manat məbləğində əsas kredit borcunu və bu borca müvafiq olaraq hesablanmış fazi borcunu ödəməmişdir. Borcun 20 gün müddətində ödənilmədiyi halda barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdar edilmişdir. Lənkəran 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediatora müraciət etməsinə baxmayaraq, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 16-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. 16-cı maddəsinin 4-cü hissəsinə əsasən ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69-cu maddəsinin 5-ci hissəsinə əsasən İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 310-cu maddəsinə əsasən istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Mülki işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin Lənkəran qrupuna qrup rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Lənkəran qrupunun böyük atıcı vəzifəsinə keçirilmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi ilə xx.xx.2023-cü il tarixində öz xahişi ilə tutduğu vəzifəsən azad edilməsini xahiş etmiş, lakin daha sonra xx.xx.2023-cü il tarixdə yenidən ərizə ünvanlayaraq xx.xx.2023-cü il tarixdə onun tərəfindən yazılmış ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı həmin ərizəni xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinə göndərsə də, İdarə tərəfindən ərizə nəzərə alınmamış, xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü il tarixdə iddiaçının əmək müqaviləsi ləğv edilmiş və o, vəzifəsindən azad edilmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı xx.xx.2023-cü ildə öz xahişi ilə xx.xx.2023-cü il tarixdən işdən çıxarılması barədə ərizə versə də, bundan sonra sonuncu tarixədək növbə ilə işə çıxmışdır. xx.xx.2023-cü ildə iddiaçı növbədə olmadığından poçt vasitəsi ilə ərizəsini etibarsız hesab edilməsi barədə cavabdehə ərizə ünvanlamış və cavabdeh tərəfindən həmin ərizə xx.xx.2023-cü ildə saat 12:30 radələrində gəbul olunmuşdur. Eyni zamanda əmək məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsində qeyd edildiyi kimi xəbərdarlıq müddəti bitmədən işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Yəni müəyyən olunmuşdur ki, cavabdeh heç kimi həmin tarixdə həmin vəzifəyəyə işə gəbul etməmişdir. Ancaq cavabdeh həmin vəzifəyə təzəlikçə yeni işçi ilə əvəz etmişdir. Bundan əlavə Əmək məclləsinin 69-cu maddəsinin 5-ci hissəsinə əsasən İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Hazırki halda iddiaçı ərizəsində müddət göstərmişdir, lakin buna baxmayaraq cavabdeh tərəfindən xəbərdarlıq müddəti gözlənilməli idi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işçi əmək münasibətlərində daha zəif tərəf olduğundan işdən çıxmaq barədə ərizəni yazmasını sübuta yetirməsi, həmin halı birbaşa sübutlarla təsdiq etməsi demək olar ki, mümkünsüzdür. Bu baxımdan müvafiq hal araşdırılarkən tərəflərin münasibəti, işin gedişatı və digər dolayı sübutlar obyektiv, hərtərəfli qiymətləndirilərək məcburiyyət, hədə-qorxu halının olub-olmaması müəyyən edilməlidir. Hazırki işdə isə məhkəmə yuxarıda qeyd edilən halları və iddiaçının təqdim etdiyi sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, iddiaçı işdən çıxmaq barədə ərizəsini öz iradəsi əsasında deyil, baş vermiş hadisələrdən dolayı məcburiyyət təsiri altında iradəsi əleyhinə yazmağa məcbur qalmış və bu fakt məhkəmə gedişatında tədqiq edilmiş sübutlarla, işin halları ilə və məhkəmə iclasında iddiaçının verdiyi izahatlarla öz təsdiqini tapmışdır. Göstərilən hallar iddiaçının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7ci hissəsinin tələbinin pozulması ilə işdən çıxarıldığını, işdən çıxmaq barədə ərizəni könüllü olaraq, öz iradəsi əsasında deyil, məcburiyyət təsirialtında iradəsi əleyhinə yazdığını bir daha təsdiq edir. Halbuki əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o halda yol verilə bilər ki, işdən çıxarma haqqında ərizənin verilməsi onun öz iradəsini könüllü ifadə etməsinin nəticəsi olsun. Yəni işçi öz təşəbbüsü ilə yalnız iradəsinə uyğun olaraq əmək müqaviləsini ləğv etmək hüququna malikdir və bu, işçinin öz iradəsini ifadə etməsinin birbaşa nəticəsi olmalıdır. İşçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcbur etmək isə qanunvericiliklə qadağandır. İşçinin əmək müqaviləsinin ləğv edilməsinə məcbur edilməsi barədə dəlillərinə formal yanaşılması daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından sui-istifadəsinə şərait yaratmış olur, bu hal isə qanunvericilik tərəfindən yolverilməz hesab edilir. Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbləri pozulduğundan, bu hal isə işçinin Konstitusiya ilə təsbit edilmiş əmək hüquqlarının pozulması ilə nəticələndiyindən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin xx.xx.2023-cü il tarixli № 57/K saylı əmri ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Cavabdeh Lənkəran qrupunun böyük atıcısı vəzifəsinə işə bərpa edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1 və 9.1.1 maddələrinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ : İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin “Əmək müqaviləsinin ləğv edilməsi barədə” xx.xx.2023-cü il tarixli № 57/K saylı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Cavabdeh Lənkəran qrupunun böyük atıcısı vəzifəsinə işə bərpa edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Cavabdeh tərəfindən ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-4338/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4338/2024
08.08.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver