Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4362/2020 09.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı “işə bərpa, məcburi işburaxma səbəbindən ödənilməmiş əmək haqqının verilməsi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 40ş/h saylı əmrin ləğv edilməsi və onun həmin Cəmiyyətin Sərnişin Daşımalarının Tənzimlənməsi Şöbəsinin Müntəzəm və qeyri-müntəzəm X1 Bölməsinin rəisi vəzifəsinə işə bərpa edilməsi, əmrin verildiyi xx xxxx 2020-ci il tarixdən işə bərpa olunma tarixinə qədər aylıq 450 manat hesablanmaqla cavabdehdən işburaxma müddəti üçün əmək haqqının tutularaq ona ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 6000 manat pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı xx xxxx 2018-ci il tarixdən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də X2 Şöbəsinin Müntəzəm və qeyri-müntəzəm X1 Bölməsinin baş mütəxəssisi vəzifəsinə qəbul olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə 09 Ş/H saylı əmrlə həmin bölmənin rəisi vəzifəsinə keçirilmişdir. Əmək fəaliyyəti dövründə hər-hansı intizam tənbeh almamış, əmək kitabçasından da təşəkkürnamə də verilmişdir. xx xxxx 2020-ci il tarixdə isə 40 ş/h saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx xxxx 2020ci il tarixdə iddiaçını cavabdeh cəmiyyətə çağıraraq “yuxarıdan” tapşırıq gəldiyi və öz ərizəsi ilə işdən çıxması tələb olunmuşdur. İddiaçı isə bu çətin dövrdə hansı səbəblə ərizə yazmalı olduğunu, səhvinin nədə olduğunu soruşduqda 4 nəfərin işdən çıxarılması barədə tapşırıq verilməsi cavabını almışdır. İddiaçı ərizə yazmayacağını bildirmiş, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyindən işdəki gərginlik səbəbindən xx xxxx 2020-ci il tarixdə qeydiyyatda olduğu xəstəxanaya müraciət edərək müalicə almağa başlamış, bu barədə iş yerinə telefonla məlumat vermişdir. Bir neçə gün sonra iş yoldaşları vasitəsilə öyrənmişdir ki, xx xxxx 2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, onunla olan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Halbuki, iddiaçı xx xxxx 2020-ci il tarixdən müalicədə olmaqla əmək qabiliyyətini müvəqqəti itirmiş hesab olunur ki, belə olan halda 70-ci maddənin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi əsassızdır. Bundan başqa, işdən çıxarılma barədə əmrdə vətəndaş İsmayılzadə Elzaminin şikayəti əsas kimi göstərilmişdir. Halbuki, iddiaçının həmin vətəndaşla heç bir mənfi dialoqu belə olmamışdır. Elzamin İsmayılzadənin avtomobili xx xxxx 2020-ci il tarixdə şöbənin iki əməkdaşı tərəfindən şöbə rəisi Anar Məmmədovun göstərişinə əsasən dayanacağa gətirilmiş və iddiaçı E.İsmayılzadəni yalnız həmin gün orada görmüş, vətəndaş iddiaçıya müraciət etdikdə isə onu Vəkil yönləndirmişdir. İddiaçının bu əməli cavabdehə hansı formada ziyan vurduğu, habelə niyə qanunsuz olduğu əmrdə əsaslandırılmamışdır. Həmçinin, müqaviləyə xitam verilməzdən əvvəl iddiaçının izahatı da alınmamış, əmrdə müəssisənin hüquqi ünvanı və əmək müqaviləsinin ləğv edilmə əsasları göstərilməmiş, əmrin surəti və əmək kitabçası yalnız xx xxxx 2020-ci il tarixdə iddiaçıya verilmiş, son haqq-hesab isə müqaviləyə xitam verilməsindən bir neçə həftə sonra ödənilmişdir. Beləliklə, cavabdeh tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddiaçı işə bərpa edilməli, xx xxxx 2020-ci il tarixdən işə bərpa olunan tarixədək aylıq 450 manat olmaqla əmək haqqı iddiaçıya ödənilməlidir. Habelə, iddiaçı “Covid-19” pandemiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədi ilə elan edilmiş karantin günlərində işsiz qaldığından mənəvi sarsıntı keçirmişdir ki, vurulmuş mənəvi zərərin əvəzini iddiaçı 6000 manat həcmində qiymətləndirir. Həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, vətəndaş İsmayılzadə Elzaminin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə xx xxxx 2020-ci il tarixdə ünvanlandırdığı ərizədəki xüsusatlar araşdırılmış və araşdırma nəticəsində müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixdə E.İsmayılzadə istifadəsində olan “Mercedes Benz” markalı, **-EM-*** dövlət qeydiyyat nişnalı avtomobil ilə metronun “xxxxxxxxxxxx” stansiyası istiqamətində hərəkətdə olarkən onu MMC-nin bir neçə əməkdaşı saxlayaraq zorla avtomobildən düşürmüşlər. E.İsmayılzadə onu saxladan əməkdaşlardan Əliəddin və Nicatı tanımışdır. Əliəddin avtomobilin açarlarını zorla dartaraq çıxarmış, Nicat onu xidməti avtmobilə əyləşdirərək başqa istiqamətə aparmış, geri qaytaranda E.İsmayılzadə avtomobilinin yerində olmadığını müəyyən etmişdir. Nicat avtomobili Cəmiyyətin bölmə rəisi vəzifəsində işləyən Əlinin göstərişi ilə apardıqlarını, yalnız Əlinin göstərişi ilə qaytarılmasının mümkün olduğunu izah etmişdir. Bundan sonra saat 08:30 radələrində E.İsmayılzadə Cəmiyyətin inzibati binasına gəlmiş, bu zaman Əlinin işə gəldiyini görüb ona yaxınlaşmış və avtomobilinin geri qaytarılmasını tələb etmişdir. Əli cavabında avtomobilin həqiqətən onun göstərişi ilə apardığını bildirmiş və E.İsmayılzadənin ünvanına nalayiq ifadələr işlətmiş və 2 dəfə fiziki güc tətbiq etmək istəmişdir. E.X20 Nazirliyinə ərizə ilə müraciət etmiş, evinin açarları avtomobilində qaldığından saat 16 radələrində Cəmiyyətin inzibati binasına yaxınlaşmış, telefonla öncədən tanıdığı Xəyal adlı əməkdaşa zəng edərək avtomobilinin qaytarılmasında ondan köməkistəmiş, Xəyal isə telefonda onu təhqir edərək avtomobilinin qanuni olaraq əlindən alındığını bildirmişdir. Mühafizəçilər E.İsmayılzadəni şöbə müdiri Anar Məmmədovun xidməti otağına aparmış, Vəkil baş verənlərdən xəbərdar olan kimi tabeliyində çalışan işçiləri tənbeh edərək avtomobilin dərhal qaytarılmasına dair göstəriş vermiş, hadisə barədə Cəmiyyətin rəhbərliyinə müraciət etməyi E.İsmayılzadəyə təklif etmiş, lakin, sonuncu bundna imtina etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, ərizədə adı Əli kimi göstərilmiş şəxs İddiaçı, Nicat kimi göstərilmiş şəxs X14, Əliəddin kimi göstərilmiş şəxs isə X6 olmuşdur. Faktla bağlı izahat alınmasından ötrü İddiaçıla telefonla əlaqə saxlanılmış İddiaçı izahat verməkdən ötrü Cəmiyyətə gəlməkdən imtina etmişdir. Bununla bağlı İddiaçı ünvanına teleqram da göndərilmişdir. Halbuki, onların qanunsuz əməlləri şahid ifadələri ilə tam təsdiqini tapmışdır. Nəticədə, MMC-nin əməkdaşları İddiaçı, X19, X14 və X3 əmək fəaliyyəti zamanı yol verdikləri kobud səhvlər və hüquq pozuntuları Cəmiyyətin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. İddiaçı E.İsmayılzadənin ərizəsinin araşdırılması mərhələsində izahat verməkdən yayınmış, həmçinin xx xxxx 2020-ci il tarixdə Həmkarlar İttifaqı Komitəsi tərəfindən keçiriləcək iclasda iştirakının təmin edilməsi üçün onunla telefon vasitəsilə əlaqə saxlanılan zaman o, iclasda iştirak etməyəcəyini bildirmişdir. Bundan başqa, Cəmiyyətin Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdiri Anar Məmmədovun, müdir müavini Mais Usubovun və Fərqlənmə və X8 Rəsmiləşdirilməsi Şöbəsinin böyük mütəxəssisi Nurlan Süleymanovun iştirakı ilə İsmayılzadə Elzaminin Cəmiyyətə ünvanladığı şikayət ərizəsinin araşdırılmasının nəticəsi olaraq Cəmiyyətlə İddiaçı və digər əməkdaşları arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə Həmkarlar İttifaqı Komitəsindən razılıq aılnması məqsədi ilə saat 14:00-da keçiriləcək iclasda iştirak etmələi məqsədilə Anar Məmmədovun istifadəsində olan mobil telefonla İddiaçı və digər əməkdaşlara zəng olumuş və Cəmiyyətə dəvət edilmişlər. Telefon danışığı zamanı onlar araşdırmada iştirak etməyəcəklərini bildirmişlər. Yol verilmiş qanun pozuntuları Həmkarlar Komitəsində keçirilmiş iclasda müzakirə olunduğundan, habelə Həmkarlar Komitəsinin rəyi alınmaqla sonuncularla bağlanmış əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixli, Ş/H-40 nömrəli əmrlə xitam verilmişdir. Beləliklə, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi tam olaraq qanuni və əsaslı olduğundan hazırki iddia rədd edilməlidir. Sonda H.A.Şıxəliyeva məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: - X4 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru Vüqar Süleymanzadəyə ünvanladığı xx xxxx 2020-ci il tarixli ərizənin surətindən görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 07.30 radələrində istifadəsində olan “Mercedes Benz" markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtonəqlıyyat vasitəsi ilə X16 metrosu istiqamətində hərəkətdə olarkən DAHX-nın əməkdaşları tərəfindən saxlanmışdır. Bu zaman 5-6 əməkdaş onu zorla maşından çıxartmışlar. Həmin şəxslərdən Əliəddin və Nicatı tanımışdır. Əliəddin onun maşınından açarları zorla alaraq çıxarmışdır. Sonradan Nicat onu xidməti avtomobilə əyləşdirərək başqa istiqamətə sürmüşdür. Geri qayıdanda isə avtomobilinin olmadığını görmüşdür. Nicat adlı əməkdaş ona avtomobili Əlinin göstərişi ilə apardıqlarını bildirib. Bundan sonra saat 08:30 radələrində o, Cəmiyyətin inzibatı binasına yaxınlaşmış, bu zaman Əlinin işə gəldiyini görüb ona yaxınlaşmış və avtomobilin qaytarılmasını tələb etmişdir. Əli cavabında avtomaşının həqiqətən onun göstərişi ilə aparıldığını bildirmiş və onun ünvanına nalayıq ifadələr işlətmiş, iki dəfə fiziki güc tətbiq etmək istəmişdir. Sonra ərizəçi Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmiş, yaşadığı evin açarlarının da avtomobilin içərisində olduğundan saat 16:00 radələrində yenidən Cəmiyyətə qayıtmışdır. Muhafizəçi onu Anar adlı şəxsin otağına göndərmiş və ərizəçi bütün baş verənləri ona anlatıqdan sonra onun göstərişi ilə maşının qaytarılması barədə sonuncu göstəriş vermiş və saat 18:00 radələrində ərizəçi maşınını dayanacaqdan götürmüşdür. Ərizəçi ona qarşı qanunsuz hərəkətlər etdiklərinə görə Nicat, Əliəddin və əli barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. -xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin rəsi X12 Cəmiyyətin baş direktoruna ünvanlanmış izhatından görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Elzamin İsmayılzadə onun qəbulunda olmuş, Cəmiyyətin əməkdaşları Əli və Nicatın onun avtomobilini əlindən aldığını bildirmiş, o, Əli və Nicata avtomobili dərhal qaytarmalarına dair göstəriş vermiş, bundan sonra E.İsmayılzadəyə əməkdaşların hərəkətlərindən idarə rəisinin ünvanına şikayət məzmunlu ərizə yazmağı təklif etsə də, E.İsmayılzadə qəti şəkildə bundan imtina etmiş, ona məsələni tez bir vaxtda həll etdiyi üçün təşəkkürünü bildirmişdir. E.İsmayılzadə əməkdaşların hərəkətləri ilə bağlı əlavə şikayət etmədiyindən o, həmin əməkdaşların məsuliyyət məsələsini idarə rəhbəri qarşısında qaldırmamışdır. -xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin rəs müavini X21 Cəmiyyətin baş direktoruna ünvanlanmış izhatından görünür ki, E.İsmayılzadə Vəkil qəbulunda olan zaman xidməti otaqda o da olmuşdur. İzahat məzmun etibarilə Anar Məmmədovun izahatı ilə eynilik təşkil edir. -X5 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru Vüqar Süleymanzadəyə ünvanladığı xx xxxx 2020-ci il tarixli izahatın surətindən görünür ki, xx xxxx 2020-ci ildə saat 09:30-da növbəni qəbul etmişdir. O, növbəni qəbul edəndə DANX-ın gətirdiyi 1 ədəd **-ME-*** nömrəli nəqliyyat vasitəsi artıq qarajda idi, **-AX-*** nömrəli DANX-ın maşını gün ərzində 3 dəfə baxmağa gəlmiş və **-ME-*** nömrəli nəqliyyat vasitəsinin akkumlyatorunu ayırmışdır. -“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin HTNİTŞ-nin müdiri Əfqan Məmmədov Cəmiyyətin direktoruna xidməti məruzəsindən görünür ki, vətəndaş Elzamin İsmayılzadənin MMC-yə ünvanladığı xüsusatların araşdırılmasının nəticələri barədə ətraflı məlumat verilmiş və xahiş edilmişdir ki, Sərnişin daşımaların tənzimlənməsi şöbəsinin əməkdaşları – İddiaçı, X6, X14 və X9 əmək fəaliyyəti zamanı yol verdikləri kobud səhvlərin və hüquq pozuntularının nəticəsində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qanuni manafeyinə ciddi xələl gətirdikləri təsdiqini tapdığından, Cəmiyyətin Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmaqla onlarla bağlanmış əmək müqavilələrinə birtərəfli qaydada Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilməsi barədə məsələyə baxılsın. -“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin baş direktoru Vüqar Süleymanzadənin və X18 edilməsi şöbəsinin müdiri Vəfa Ələkbərovanın “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanladıqları məktubun surətindən görünür ki, vətəndaş Elzamin İsmayılzadənin MMC-yə ünvanladığı xüsusatlar araşdırılmış və müəyyən edilmişdir ki, STDŞ-nin ərazidə adları qeyd olunmuş əməkdaşların hüquq pozmaları nəticəsində Cəmiyyətin işgüzar nüfuzuna və mənafeyinə ciddi xələl yetirdiyi öz əksini tapmışdır. Ona görə də Sərnişin daşımaların tənzimlənməsi şöbəsinin əməkdaşları – İddiaçı, X6, X14 və X9 əmək fəaliyyəti zamanı yol verdikləri kobud səhvlərin və hüquq pozuntularının nəticəsində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qanuni manafeyinə ciddi xələl gətirdikləri təsdiqini tapdığından onlarla bağlanmış əmək müqavilələrinə birtərəfli qaydada Əmək Məcəlləsinin 70-ci addəsinin “ç” bəndi ilə xitam verilməsi barədə məsələyə münasibət bildirilməsi xahiş edilmişdir. -“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin STDŞ-nin müdiri Anar Məmmədov, müdir müavini Mais Usubovun və FXFNRŞ-nin böyük mütəxəssisi Nurlan Süleymanovun tərtib etdikləri və öz imzaları ilə təsdiq etdikləri xx xxxx 2020-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, vətəndaş Elzamin İsmayılzadənin Cəmiyyətə ünvanladığı şikayət ərizəsinin araşdırılmasının nəticəsi olaraq Cəmiyyətlə onlar arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə Həmkarlar İttifaqı Komitəsindən razılıq alınması məqsədi ilə saat 14:00 da keçiriləcək iclasda iştirak etmələri məqsədi ilə Anar Məmmədovun istifadəsində olan mobil nömrə vasitəsilə İddiaçı və digər əməkdaşlara zəng vurulmuş və Cəmiyyətə dəvət olunmuşlar. Telefon danışığı zamanı əməkdaşlar bildirmişlər ki, araşdırılma onların barəsində obyektiv aparılmadığından iştirak etməyəcəklər. -“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx xxxx 2020-ci il tarixli, 5 nömrəli iclas Protokolundan görünür ki, HİK-in sədri Mübariz Namazəliyev, HİK-in üzvləri H.Şıxəliyeva, Vüsal Bayramzadə, Mirzə Məmmədov və Nurlan Süleymanov tərəfindən müzakirələrdən sonra Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin bölmə rəisi İddiaçı, baş mütəxəssisi X14 ilə, böyük mütəxəssisi X19 ilə və mütəxəssisi X6 ilə bağlanmış əmək müqavilələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. -“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin baş direktoru Vüqar Süleymanzadə tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, 40-ş/h nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin əməkdaşları – İddiaçı və digər əməkdaşların əmək fəaliyyəti zamanı yol verdikləri kobud səhvləri və hüquq pozuntuları nəticəsində Cəmiyyətin qanuni mənafeyinə ciddi xələl gətirdikləri və bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi ilə təsbit edilmiş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunan hallara yol verdikləri müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi rəhbər tutularaq İddiaçı sərnişin daşımaları tənimlənməsi şöbəsinin Müntəzəm sərnişin daşımalarında cəlbetmə bölməsinin rəisi vəzifəsindən azad edilməklə əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdən xitam verilməsi barədə əmr verilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 15 nömrəli X10 tərəfindən verilmiş “əmək qabiliyyətinin olmaması vərəqəsi”ndən görünür ki, İddiaçı xx xxxx 2020-ci il tarixdə sol diz oynağının gərilməsi hemartrozu diqanozu ilə həmin müayinəsində olmuş, 11 iyul, 14 iyul və xx xxxxxx 2020-ci il tarixlərdə aparılmış müayinə nəticəsində ona işə başlama vaxtı kimi xx xxxxxx 2020-ci il müəyyən edilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı əmək qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin a və b bəndlərində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halı hesab edilir. Həmin Məcəllənin 80-ci maddəsinin birinci hissəsinə əsasasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; Həmin maddənin ikinci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; Həmin Məcəllənin 187-ci maddəsinin birinci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 187-ci maddəsinin ikinci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşin məhkəmə araşdırılması ilə tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında əmək münasibətləri olmuş, X4 şikayəti əsasında araşdırılma başlanmış və müəyyən edilmişdir ki, həmin şəxsin avtomobili “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə saxlanılaraq qeyri-qanuni olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qarajına yerləşdirilmişdir. E.İsmayılzadənin ərizəsi əsasında cavabdeh təşkilat tərəfindən əmək qanunvericiliyndə nəzərdə tutulmuş müddətlər çərçivəsində araşdırma aparılaraq yazılı izahatlar alınmış və nəticədə hazırda mübahisələndirilən əmr verilmişdir. Məhkəmənin qənaətinə görə hazırkı halda iddiaçının hərəkətlərində əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsi halı baş verdiyindən xx.xx.2020-ci il tarixli 40 ş/h sayı əmrin qanunsuz hesab edilməsi əsaslı deyil. İşin müəyyən edilən hallarına görə iddiaçı barəsində aparılmış xidməti araşdırmadan yayınmış, işəgötürənin çağırışlarına cavab verməmiş, aparılan araşdırmaya heç bir rəsmi münasibət bildirməmişdir. Bununla yanaşı məhkəmə iddiaçının xx.xx.2020-ci il tarixdə əmək qabiliyyətinin olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, məhz barəsində araşdırma aparılan ərəfədə iddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyini bildirsə də, bununla bağlı işəgötürənə nə yazılı nə şifahi məlumat verməsi iş üzrə müəyyən edilmir. Beləliklə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmışdır, yəni, iddiaçının işdən çıxarılma barədə verilmiş əmrə qədər barəsində araşdırma aparılmış, iddiaçı dəvət olunmuş, işçilərin izahatları alınmış, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmış, işdən azad olunarkən isə işəgötürən tərəfindən onun müəssisədaxili intizam qaydalarını pozulması ilə müşaiyət olunan hərəkətləri ilə əlaqədar əmək qanunvericiliyin tələblərinə uyğun qanuni və əsaslı əmr verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı “işə bərpa, məcburi işburaxma səbəbindən ödənilməmiş əmək haqqının verilməsi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-4362/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4362/2020
09.10.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver