Məhkəmə qərarları › İş №e-2(001)-437/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-437/2023

17.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-437/2023 17.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X5 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı ilə İddiaçı Bakı şəhəri 20 saylı notariat ofisinə qarşı “miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri 20 saylı notariat ofisinə qarşı (X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 noyabr 2021-ci il tarixdə vəfat etmiş X2 ½ payla vərəsəliyinin qəbul edilməsi və ünvan 1 ünvanında yerləşən mənzildə öldüyü məqamadək malik olduğu ½ payla əmlak hüquqlarının ½ payına dair iddiaçının adına “Vərəsəlik şəhadətnaməsi” verilməsinin cavabdehə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Hazırki mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 ilə X4, yəni iddiaçının anası arasında nikah 29 iyun 2012-ci il tarixdə bağlanmışdır. İddiaçı atası X10, anası X3r. İddia tələbində göstərilən, Bakı şəhəri, Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 4b saylı evin 18 saylı mənzli 18 iyul 2012-ci il tarixdən X6 xüsusi mülkiyyətindədir. İddiaçının anası X4 01 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. X2 adına vərəsəlik işi açılmamışdır. 20 noyabr 2021-ci il tarixdə hazırki iddia tələbində göstərilən mənzil X10 tərəfindən qızı X9 bağışlansa da, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(001)-2012/2022 saylı qətnaməsinə əsasən, bağışlanma müqaviləsi etibarsız hesab edilmiş, mənzilin X8 hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilmişdir. İddiaçı ərizə ilə Bakı şəhəri 20 saylı notariat ofisinə müraciət edərək sözügedən mənzildə X1 miras qalmış ½ payının ½ hissəsinə dair notariat qaydasında onun adına “Vərəsəlik şəhadətnaməsi” verilməsini xahiş etmiş, lakin notariat ofisinin notariusu Səristan Səmədov tərəfindən verilmiş cavab məktubunda göstərilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün X2 adına olan mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: İddia tələbi onunla əsaslandırılmışdır ki, birgə nikah müddətində əldə edilmiş ünvan 2 ünvanında yerləşən mənzil X6 adına rəsmiləşdirilməsinə baxmayaraq, həmin daşınmaz əmlak X10 və X2 ümumi birgə mülkiyyətidir, yəni mənzildə X2 ½ payı mövcuddur. 01 noyabr 2021-ci il tarixində vəfat etmiş X2 qanun üzrə vərəsələri iki nəfərdən – əri olaraq X10 və oğlu olaraq İddiaçı ibarətdir. Həmin mənzildə X2 miras qalmış ½ payının ½ hissəsinə dair notariat qaydasında İddiaçı adına “Vərəsəlik şəhadətnaməsi” verilməlidir. İddiaçı bu tələblə aidiyyəti üzrə ünvan 1 ünvanladığı 31 avqust 2022-ci il tarixli, 316 saylı məktubda “Azərbaycan Respublikasında notariat hərəkətlkərinin aparılması qaydaları haqqında təlimat”-ın 107-ci bəndinin 1-ci sətirinin tələbləri qaydasında miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədin tələb edilməsi əsas göstərilərək İddiaçı haqlı xahişinin təmin edilməsindən imtina olunmuşdur. İddiaçı X2 ½ payla vərəsəliyə qəbul edilməli və cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildə öldüyü məqamadək malik olduğu ½ payla əmlak hüquqlarının ½ payına dair İddiaçı adına “Vərəsəlik şəhadətnaməsi” verilməsinə məhkəmə qaydasında məcbur edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərmişdir ki, sözügedən mənzil iddiaçının anası X4 ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 birgə nikahda olduqları dövrdə əldə edildiyindən, birgə mülkiyyət hesab edilməlidir. X4 vəfat etmiş, həmin vaxt sözügedən mənzil X6 adına dövlət qeydiyyatına alındığından, Vəsilə Məmmədovanın adına vərəsəlik işi açılmamışdır. Halbuki, hazırki iddia tələbində göstərilən mənzildə ½ hissədə Vəsilə Məmmədovanın paylı mülkiyyət hüququ olmuşdur. Vəsilə Məmmədovanın vərəsələri oğlu İddiaçı və əri Nəriman Məmmədovdur. Belə olan halda, mənzilin Vəsilə Məmmədovanın payı olan ½ hissəsinin ½ hissəsinə İddiaçı pay hüququ tanınmalıdır. Vəsilə Məmmədovanın vəfatından bir neçə gün sonra Nəriman Məmmədov həmin mənzili bağışlama müqaviləsi ilə qızı Aynur Məmmədovaya bağışlamışdır. İddiaçı bundan xəbər tutduqda dərhal həmin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmiş, məhkəmə həmin əmlakın məhz Vəsilə Məmmədova ilə Nəriman Məmmədovun ümumi mülkiyyəti olmasını əsas gətirərək, bağışlama müqaviləsini etibarsız hesab etmiş, həmin müqavilə əsasında dövlət reyestrində Aynur Məmmədovanın adına qeydiyyat ləğv edilmişdir. İddiaçı notariat ofisinə müraciət edərək, mərhum anasının iddia ərizəsində göstərilən mənzildəki payının ½ hissəsinə pay hüququnun tanınmasına dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etsə də, notariat ofisindən verilmiş cavabda Vəsilə Məmmədovanın mülkiyyət hüququnu təsdiq edən sənədin təqdim edilməsi tələb olunmuşdur. Halbuki, cavabdeh 20 saylı notariat ofisinin notariusu X11 iddiaçının haqlı ərizəsini cavablandırarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “ “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə” 11 sentyabr 2000-ci il tarixli, 167 saylı Qərarın digər mühüm bəndlərinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin qərarda göstərilmişdir ki, mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi, ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay, hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar, qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə çatası pay, yetkinlik yaşına çatmayan vərəsə olduqda isə onun doğum tarixi göstərilməlidir. Bir neçə vərəsə olduqda əgər onların payı bərabərdirsə “...mirasdan bərabər hissələrdə irs almalıdırlar.”, yeganə vərəsə olduqda “...mirasdan irs almalıdır.”, vərəsələrə çatası paylar fərqli olduqda isə “...1/3 hissə, yaxud ...2/3 hissə” kimi ifadə olunmalıdır. Əmlakın tərkibinə dövlət qeydiyyatına alınmış daşınmaz və daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmış əmlak daxildirsə, notarius bu əmlakın ər-arvada məxsus olmasını yoxlayır. Bu məqsədlə mülkiyyət hüquqları barədə məlumatları əmlakın reyestrini aparan orqanların mövcud informasiya sistemlərindən əldə etmək mümkün olmadıqda, həmin orqanlardan müvafiq arayış tələb edir. Daşınmaz əmlaka mülkiyyət hüququ haqqında şəhadətnaməni yalnız əmlakın olduğu yerin notariusu verə bilər. Ər-arvadın biri öldükdə, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Məlumatda ər-arvadın ümumi əmlakının tərkibi göstərilir, habelə sağ qalmış ərin (arvadın) əmlak tələbləri barəsində vərəsə mübahisə etdikdə məhkəməyə müraciət etmək hüququ izah olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sağ qalmış ərə (arvada) ər-arvadın ümumi əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə nikah dövründə əldə edilmiş ümumi əmlakın yarısına verilir. Ər-arvadın biri öldükdə, əmlak isə ər-arvadın birgə nikah dövründə əldə edilibsə və sağ qalan ərin (arvadın) adına rəsmiləşdirilibsə (qeydə alınıbsa), ölənin mirası qəbul etmiş vərəsələrinin ərizəsi əsasında sağ qalmış ərin (arvadın) razılığı ilə ölmüş ərin (arvadın) ümumi əmlakından pay da müəyyən edilə bilər. Bu pay əmlakın 1/2 hissəsindən ibarət olmalıdır. Həmin pay müəyyənləşdiriləndən sonra qanuni vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almağa hüququ var. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ünvan 3 ünvanlayaraq, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahatında göstərmişdir ki, mərhum Vəsilə Məmmədova ilə uşaqları olmadığından, onlar hazırki iş üzrə iddiaçını rəsmi olaraq övladlığa götürmüşlər. İddiaçı evlənən ərəfədə o, özünə məxsus evi satmış, əldə etdiyi pul vəsaiti ilə 1 ədəd 2 otaqlı evi iddiaçı üçün almış, habelə, hazırki iddia tələbində göstərilən mənzili isə özləri yaşamaları üçün almışdır. Lakin, Vəsilə Məmmədova vəfat etdikdən sonra iddiaçı sözügedən mənzilin onun adına qeydiyyata alınmasını tələb etmiş, o da imtina etmişdir. Sonda N.M.Məmmədov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq edilən sübutlar: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(001)- 2012/2022 saylı qətnaməsi; Vİ-ЖГ seriyalı, 412666 nömrəli “doğum haqqında şəhadətnamə”; AZ-İİ seriyalı, 242620 nömrəli “ölüm haqqında şəhadətnamə”; RX seriyalı, ******* nömrəli Çıxarış; ünvan 3 ünvanlandırılmış 31 avqust 2022-ci il tarixli, 316 nömrəli məktubu; ünvan 5 ünvanlandırılmış 23 noyabr 2022-ci il tarixli, 425 nömrəli məktubu tədqiq edilərək, sübut kimi qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13 və 29-cu maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 31.1-ci maddəsinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. - 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə: - 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); [15] - 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. - 36.8-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. - 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. - 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. - 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar). Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirası qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Başqa sözlə vərəsə bu hüquqdan istifadə edib-etməmək seçiminə malikdir. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd olunur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. ünvan 2 ünvanında yerləşən mənzil X10 ilə X2 birgə nikah dövründə əldə edilməsi işin mübahisəsiz halıdır (Bakı şəhəri, Binəqədi Ryon Məhkəməsinin xx.xx.2022-ci tarixli, e- 2(001)-2012/2022 nömrəli qətnaməsi). Həmin mənzilin Nəriman Məmmədovla mərhum Vəsilə Məmmədovanın ümumi birgə mülkiyyəti hesab edilməməsi üçün heç bir əsas yoxdur. Belə olan halda iddiaçının mübahisəli əmlaka dair birinci növbəli vərəsə kimi pay hüququ mövcuddur. Odur ki, iddia təmin edilməli, İddiaçı 01 noyabr 2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi hesab edilməli, X2 barəsində cavabdeh notariat ofisində vərəsəlik işi açılmaqla, miras əmlak kimi Bakı şəhəri, Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 4b saylı evin 18 saylı mənzilinin X2 mülkiyyət hüququ müəyyən edilmiş ½ hissəsinin ½ hissəsinə İddiaçı payı tanınmaqla, bu barədə müvafiq “Vərəsəlik şəhadətnaməsi” verilməlidir. Məhkəmə xərcləri iddiaçya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 01 noyabr 2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi hesab edilsin, X2 barəsində cavabdeh notariat ofisində vərəsəlik işi açılmaqla, miras əmlak kimi Bakı şəhəri, Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 4b saylı evin 18 saylı mənzilinin X2 mülkiyyət hüququ müəyyən edilmiş ½ hissəsinin ½ hissəsinə İddiaçı payı tanınmaqla, bu barədə müvafiq “Vərəsəlik şəhadətnaməsi” verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar