Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4390/2022 11.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “miras əmlakın faktiki qəbulu faktının müəyyən olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “miras əmlakın faktiki qəbulu faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin mərhum anası X1 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsində yerləşən 37a saylı evin 16 saylı mənzilini faktiki qəbul etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X3 qarşı iki dəfə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və iddia tələbləri təmin olunmuşdur. Həmin qətnamələr qanuni qüvvəsini almaqla icraya yönəldilmiş, lakin borclu X4 vəfat etdiyindən icra işlərinin icraatı dayandırılmışdır. X4 vəfat edəndə onun mülkiyyətində mənzil olmuşdur. Həmin mənzil miras kimi mərhum borclunun oğlu, hazırkı iddia ərizəsi üzrə Cavabdeh tərəfindən faktiki şəkildə qəbul olunmuş, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmadığına görə icra vərəqələri üzrə tələb sözü gedən mənzilə yönəldilə bilmir. İddia ərizəsinə əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2014-cü il tarixli, 2(001)-7961/2014 saylı qətnaməsindən görünür ki, onun iddiası təmin olunaraq 93.750 manat pulun X1 tutulması qət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyun 2016-cı il tarixli, 2(006)-1986/2016 saylı qətnaməsindən görünür ki, onun iddiası qismən təmin olunaraq 5.000 ABŞ dolları və 10.030 manat pulun X1 tutulması qət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli, 8(006)- 1336/2016 saylı qərardadından görünür ki, borclu X3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonunun A. Gəraybəyli küçəsində yerləşən 37a saylı evin 16 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 102 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi N.Ə.Cəfərovun vəkil sorğusuna verdiyi cavabda qeyd olunur ki, cavabdeh Bakı şəhəri, Binəqədi rayonunun A.Gəraybəyli küçəsi, 37a saylı evin 16 saylı mənzilinə tez-tez gəlir, mənzilə nəzarət edir və vaxtilə orada yaşayıb. Göründüyü kimi, cavabdeh mərhum anasının mülkiyyətində olan mənzili qəsdən qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında qəbul etmir, çünki həmin mənzilin dəyərindən də artıq borc öhdəliyinin olduğunu və həmin tələbin dərhal bu əmlaka yönəldiləcəyini bilir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclaslanın yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2014-cü il tarixli, 2(001)- 7961/2014 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı iddiası təmin edilərək cavabdehdən 93.750 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyun 2016-cı il tarixli, 2(006)-1986/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı iddiası qismən təmin edilərək cavabdehdən 5.000 ABŞ dolları və 10.000 manat məbləğində pulun, habelə 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli, 8(006)- 1336/2016 saylı qərardadından görünür ki, həmin məhkəmənin 01 iyun 2016-cı il tarixli, 2(006)-1986/2016 saylı icra sənədi üzrə borclu X3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsində yerləşən 37a saylı evin 16 saylı mənzilinin üzərinə həbs qoyulmuşdur. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan müəyyən olunur ki, X4 11 iyul 2021-ci il tarixdə ölmüşdür. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 102 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 23 may 2022-ci il tarixli, 361 nömrəli məktubundan görünür ki, 102 saylı MKİS-də olan məlumata əsasən A.Gəraybəyli küçəsində yerləşən 37a saylı evin 16 saylı mənzili mərhumə vətəndaş X2 adınadır və aşağıdakı vətəndaşlar qeydiyyatdadır: X8, X9 və X5. Lakin qonşuların verdiyi məlumata əsasən mənzilə mərhumənin oğlu Cavabdeh tez-tez gəlir, mənzilə nəzarət edir və vaxtı ilə orada yaşayıb. Binəqədi rayon qeydiyyat şöbəsinin 29 iyul 2022-ci il tarixli, 05/Q2348/13 nömrəli məktubundan görünür ki, 11 iyul 2021-ci il tarixdə ölmüş 07 dekabr 1934-cü il təvəllüdlü X2 övladı xx xxxxxx 1961-ci il təvəllüdlü Cavabdeh adına Sumqayıt şəhər QŞ-də 28 fevral 1961-ci il tarixli 545 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 26 avqust 2022-ci il tarixli, xx-xx/5385 saylı məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsində yerləşən 37a saylı evin 16 saylı mənzili **********A0016 nömrəli abunə kodu ilə X2 adına qeydiyyata alınmışdır. Qeyd olunan abunə kodu üzrə sonuncu ödəniş 11 avqust 2022-ci il tarixdə həyata keçirilmişdir. 19 iyun 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsum ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2014-cü il tarixli və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyun 2016-cı il tarixli qətnamələri ilə X1 iddiaçının xeyrinə borcun tutulması qət edilmiş, qətnamənin icrasını təmin etmək məqsədi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli qərardadı ilə X2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsində yerləşən 37a saylı evin 16 saylı mənzilinin üzərinə həbs qoyulmuşdur. X4 11 iyul 2021-ci il tarixdə ölmüş, lakin onun oğlu – hazırki iş üzrə cavabdeh qonşuların bildirdiyinə görə tez-tez həmin mənzə gəlir və mənzilə nəzarət edir. Bundan əlavə, həmin mənzıldə elektrik enerjisindən istifadəyə görə 11 avqust 2022-ci il tarixdə ödəniş də həyata keçirilmişdir. Hazırda iddiaçı borclu X4 öldüyünə görə icra işi üzrə icraatın dayandırıldığını, cavabdeh tərəfindən mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınmadığına görə icra vərəqələri üzrə tələbin sözü gedən mənzilə yönəldilə bilmədiyi əsas gətirilməklə hazırki iddia tələbi irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndində göstərilir ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 17.1 və 17.1.1-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır; 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən miras qalmış mənzilin faktiki qəbul edilməsi faktının məhkəmə tərəfindən müəyyən olunması iddiaçının xeyrinə çıxarılmış məhkəmə aktlarının icrasına, bununla da onun məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqlarının müdafiəsinə xidmət edəcəkdir. Cavabdeh tərəfindən anasından qalmış miras mənzilə sahiblik etməklə (mənzili idarə etməklə) mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi iş materialları ilə təsdiq olunur və cavabdehin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehin mərhum anası X1 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsində yerləşən 37a saylı evin 16 saylı mənzilini faktiki qəbul etməsi faktı müəyyən olunmalı və cavabdehdən iddianın verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh mərhum anası X1 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsində yerləşən 37a saylı evin 16 saylı mənzilini faktiki qəbul etməsi faktı müəyyən olunsun. Cavabdeh iddianın verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-4390/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4390/2022
11.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver