Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4396/2024 06.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi (vəkil) X2, cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.93 kv/metr olan mənzilin ½ hissəsi Cavabdeh, ½ hissəsi isə İddiaçı Serqeyevnanın mülkiyyətindədir. İddiaçı mənzilə köçürülməsi tələbi ilə çıxış edir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti. 8-ci mkr, ev 28. 11 İ saylı mənzilə köçürülməsi və iddia qaldırmaq üçün məhkəmənin hesabına ödədiyi 100 manatın və vəkilə hüquqi xidmətlər göstərməsi üçün ödədiyi 400 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 10 iyul 2024-cü il tarixdə iddia ərizəsinə etiraz və mülahizələrini göndərərək göstərmişdir ki, o, həmin iddiaya aşağıdakı qaydada etiraz edir. Hesab edir ki, İddiaçı mənzilə köçürülmə tələbinə dair iddiası təmin olunmamalıdır. Bildirir ki, mübahisəli ünvan 2 ünvanında yerləşən 111 nömrəli mənzilin ½ hissəsi onun, ½ hissəsi isə İddiaçı Serqeyevnanın mülkiyyətindədir. İddiaçı faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi ev 34a, mənzil 14 də yaşayır. Onun mübahisəli mənzilə köçürülməsinin əleyhinəidr. Belə ki, əvvala o, qadındır. İkincisi, çox narahat insandır. Əgər o, mənzilə köçürülərsə, onun orada yaşamağına imkan verməyəcək. Aralarında dayanmadan davadalaş yaranacaq və o, çalışacaq ki, onu mənzilə buraxmasın. Biirdəfəlik kənarlaşdırsın və həmin yaşayış sahəsinin tək və yeganə sahibi olsun. Onun isə başqa yerdə yaşamaq üçün mənzili yoxdur. Əgər o, mənzilə köçürülərsə, bu onun yaşayış sahəsindən məhrüm edilməyi və çölə atılmağı deməkdir. İdddiaçı İddiaçı tərəfindən ona qarşı törədilə biləcək yuxarıda qeyd etdikləri təhlükələri nəzərə alaraq onun Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 8 mkr-n, ev 28, mənzil 111-ə köçürülmə tələbinə dair iddiasını təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) X3 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti. 8-ci mkr. ev 28. İİİ saylı mənzilin 'A hissəsi iddiaçının, qalan A hissəsi isə Cavabdeh Fvodoroviçin mülkiyyətindədir. Lakin cavabeh iddiaçıya mülkiyyətində istifadə etməsinə imkan vermir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iddia ərizəsinə etiraz təqdim edərək göstərdi ki, iddianı qəbul etmir və hesab edir ki, İddiaçı Serqeyevnanın mənzilə köçürülməsinə dair iddiası Azərbaycan Respublikası Mülki Məcəllənin aşağıda qeyd olunan maddələlərinə əsasən rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Macəlləsinin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Həmin Məcəllənin 222.4-cü maddəsinə əsasən birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz. Göründüyü kimi fiziki bölgü olmadığından mübahisə yaradır və bu səbəbdən də iddiaçı həmin mənzilə köçürülə bilməz. Qeyd olunanları nəzərə alaraq iddianın trədd olunmasını xahiş edir. Mülki iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.93 kv/metr olan mənzil ½ hissə Cavabdeh, ½ hissə isə İddiaçı Serqeyevnanın adına qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 213.8. Ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk olaraq qeyd edir ki, hazırki iş üzrə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.93 kv/metr olan mənzilin ½ hissə Cavabdeh, ½ hissə isə İddiaçı Serqeyevnanın bərabər paylı mülkiyyətlərində olması işin mübahisəsiz halıdır. Hazırda iddiaçı öz payına uyğun hissədə mülkiyyətində olan mənzilə köçürülməsini tələb edir, cavabdeh isə yuxarıda göstərilənlərə istinad edərək onun köçürülməsinə etiraz edir. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşmayarq aşağıdakıları qeyd edir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının mübahisəli mənzildən istifadə etməsinə yaradılan istənilən qanunsuz maneə onun mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Mülkiyyət hüququ Konstitusiyada təsbit edilmiş təməl hüquqlardan biri olmaqla Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Məhkəmə onu da vurğulayır ki, cavabdehin mübahisəli mənzildə faktiki yaşaması iddiaçıya münasibətdə heç bir üstünlük kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Bununla yanaşı cavabdehin tərəfin mənzilə dair fiziki bölgü olmadığından mübahisənin yaranacağını və bu səbəbdən də iddiaçının həmin mənzilə köçürülə bilinmədiyi ilə bağlı arqumentinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilinməsi və ya mülkiyyətçinin öz payının ayrılmasını tələb edə bilməsi mülkiyyətçilərə verilmiş bir hüquqdur, vəzifə deyil. Hazırkı halda da bu hüquqdan istifadə etmək imkanları hər iki tərəfdə mövcuddur, lakin bu əsasla bərabər paylara malik bir mülkiyyətçinin digər mülkiyyətçiyə münasibətdə hüquqlarının məhdudlaşdırlıması qanuni və ədalətli sayıla bilməz. Qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.93 kv/metr olan mənzili ümumi paylı mülkiyyət hüququ üzrə iş üzrə iddiaçının adına dövlət reyestr xidmətində qeydə alındığından o, mülkiyyətçi kimi qanunla müəyyən edilmiş qaydada həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və öz payına münasibətdə ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə də qanunidir. Odur ki, onun ümumi paylı mülkiyyətində olan mənzilə dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə olan halda, İddiaçı mübahisəli mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışa əsasən ½ hissədə paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.93 kv/metr olan mənzilinə köçürülməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nə məxsus xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı hüquqi xidmət göstərilməsi üçün Abşeron Rayon Vəkil Börosunun hesabına 400 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddia təmin edildiyinədn, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu və vəkilə hüquqi xidmətlər göstərilməsi üçün ödənilmiş 400 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışa əsasən ½ hissədə paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.93 kv/metr olan mənzilinə köçürülsün. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və vəkilə hüquqi xidmətlər göstərilməsi üçün ödənilmiş 400 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-4396/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4396/2024
06.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver