Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4425/2024 19.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi (vəkil) X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin idarəçilikdən kənarlaşdırılması və s.” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsi, 3202-ci məhəllədə yerləşən 16+1 mərtəbəli mənzilli yaşayış binası üzrə Cavabdeh idarəçilikdən kənarlaşdırılması, həmin çoxmənzilli yaşayış binası üzrə idarəçiliklə bağlı səlahiyyətlərin, o cümlədən, inzibati-təsərrüfat, binanın istismara təhvil verilməsi ilə bağlı aidiyyatı dövlət orqanlarına müraciət etmək, sənədlərin təqdim edməsi səlahiyyətləri, sahə mülkiyyətçilərinin mülkiyyət hüquqlarının dövlət orqanlarında qeydiyyata alınması üçün zəruri sənədlərin və arayışların verilməsi səlahiyyətlərinin İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh sədri X7 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 130/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinmiş və öldüyü üçün Azərbaycan Respublikası CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. Bundan sonra kooperativin fəaliyyət göstərməsində bir çox problemlər, çətinliklər (kooperativin idarə olunması, inzibati-təsərrüfat işlərinin həyata keçirilməsi, arayışların veriməsi, binanın istismara təhvil verilməsi ilə bağlı olan işlərin görülməsi və.s.) yaranmışdır. Cavabdeh ləğv edilməsi, sədrinin dəyişdirilməsi barədə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə edilmiş müraciət nəticəsiz qalmışdır. Bu səbədən də, əmlakın idarə olunması üçün binanın sahə mülkiyyətçilərinin 50 faizdən çoxunun səsi ilə İddiaçı xx.xx.2022-cil il tarixində dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. Cəmiyyətin fəaliyyət ünvanı ünvan 2iləri həmin ünvanda yerləşən binanın sakinləri və mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin üzvləridir. Bina 16+1 mərtəbəli, 64 mənzildən ibarətdir. Lakin hazırda formal olaraq dövlət qeydiyyatında kooperativin sədri kimi X7 göstərilməkdə və Cavabdeh isə aktiv şəkildə olan hüquqi şəxs kimi göstərilməkdədir. Formal olaraq MTK-nın aktiv şəkildə qeydiyyatda olması, hüquqi şəxsin yenidən təşkil olmaması, hüquqi varisinin müəyyən edilməməsi binanın sahə mülkiyyətçilərinin bir sıra hüquqlarının maneəsiz həyata keçirilməsində çətinliklər yaradır, mülki dövriyyənin sabitliyinə xələl gətirir. Belə ki, ilkin sənədləşmələr, yəni müqavilələr, maliyyə arayışları MTK tərəfindən verilmiş, möhür MTKya məxsudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi mülki qanunvericiliyin prinsipləridir. Odur ki, sahə mülkiyyətçilərin əmlak hüquqlarının maneəsiz həyata keçirilməsi, onların hüquqlarının dövlət qeydiyyatına alınması, mülki dövriyyənin sabitliyinin təmin ediməsi, ümumilikdə binanın idarə olunması üçün Cavabdeh MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsi, 3202-ci məhəllədə yerləşən 16+1 mərtəbəli çoxmənzilli yaşayış binası üzrə Cavabdeh idarəçilikdən kənarlaşdırılması, həmin çoxmənzilli yaşayış binası üzrə idarəçiliklə bağlı bütün səlahiyyətlərin, o cümlədən, inzibati-təsərrüfat, binanın istismara təhvil verilməsi ilə bağlı aidiyyatı dövlət orqanlarına müraciət etmək, sənədlərin təqdim edilməsi səlahiyyətləri, sahə mülkiyyətçilərinin əmlak payı hüquqlarının dövlət orqanlarında qeydiyyata alınması üçün zəruri sənədlərin və arayışların verilməsi səlahiyyətlərinin Binəqədi-33 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə verilməsi zərurəti yaranmışdır. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur:
1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi;
2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi;
3. idarəedici təşkilat tərəfindən idarə edilməsi. Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Cəmiyyətin fəaliyyət ünvanı və cavabdehin hüquqi ünvanı ünvan 4 ilə bağlı aydınlıq olsun deyə bu kimi işlərə münasibətlər mənzil qanunvericiliyindən irəli gəldiyi üçün ümumi məhkəmədə baxılmalıdır. Bununla bağlı vahid məhkəmə təcrübəsi baxımından, hüquqi müəyyənlik prinsipi baxımından Ali Məhkəmənin Mülki Kollegiyasının qərarını əlavə edir. Həmçninin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatıdır və fəaliyyətinin əsası sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) X10 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh rəhbəri Şirinova Elnurə olub. Onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarmışdır. O, 2019-cu ildə vəfat etmişdir. Hazırda qeyd edilən MTK-nin mövsudluğu formaldır. MTK ilə bağlı bütün məsələlər iddiaçı tərəfindən həll edilir. Onun ölümündən sonra tikinti kooperativi faktiki başsız qalıb. Onların xeyrinə qətnamənin çıxarılması zəruridir. Çünki, mənzil sakinləri müqaviləni dəyişdirmək, mənzillə bağlı çıxarış almaq və s. hüquqlarını tam,maneəsiz həyata keçirə bilmirlər. Göstərilən səlahiyyətlər onlara həvalə edilərsə, sakinlər həmin qərarla dövlət orqanlarına müraciət edə, habelə mənzillə bağlı hüquqlarını həyata keçirə bilərlər. Düşünür ki, hüquqi müəyyənlik,hüquqların təsdiq edilməsi,pozulmuş hüquqların bərpası baxımından xeyrinə qətnamə çıxarılmalıdır. Qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbiul edilməsini xahiş etdi. Məhkəmə iclasının keşçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: X11 X8 Haqqında Şəhadətnamədən görünür ki, İddiaçı 02 dekabr 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə, 1122-MM9-0267 nömrə altında qeydiyyata alınmış və qanuni təmsilçi X4r. İddiaçı 02 dekabr 2022-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsindən görünür ki, İddiaçı səlahiyyətli şəxsi X9 olmaqla, müstəqil təsərrüfat subyekti olmaqla ünvan 5 ünvanında yerləşən binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmündən görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinmiş və öldüyü üçün Azərbaycan Respublikası CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. AZ-İİ 035634 nömrəli X2 görünür ki, X7 25 iyul 2019-cu ildə ölmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin X5 ünvanlandığı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.2.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq ləğv edilər bilər. Həmin Məcəllənin 111.3.5-ci maddəsinə əsasən kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir. Odur ki, Cavabdeh (VÖEN **********) ləğv edilməsi qanunvericiliyə əsasən aşağıdakı kimi müəyyənləşdirilmişdir. Mülki Məcəllənin 59.2-1-ci maddəsinə əsasən, Məcəllənin 59.2.1ci maddəsinəd göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnaməsi ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir. İcra orqanı bəyanatın qəbul edilməsinin mümkünsüzlüyünü bildirdikrə, iştirakçıları ümumi yığıncağı hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olub-olmamasını təsdiq etmək üçün müstəqil auditor cəlb edilə bilər. Müstəqil auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu maddə ilə müəyyən edilmiş bəyanata bərabər tutulur. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir. Həmin Məcəllənin 61.2-ci maddəsi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycvan Respublikası Qanununun 16.1-1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğv edilməsi barədə qərarı qəbul olunduğu gündən 15 gün ərzində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə aşağıda qeyd olunan əlavə edilərək göndərilməlidir: qurumun dövlət qeydiyyatından (vergi uçotindan) çıxarılması haqqında ərizə, icra orqanı tərəfindən qəbul olunmuş rəsmi bəyanat (ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanat qəbul edilir), hüquqi şəxsin ləğv edilməsi barədə qərar, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə (“Vergilər” qəzetində) hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumat (hüquqi şəxsin ləğv edilməsi barədə qərarın qəbul olunduğu gündən 10 gün müddətində mətbu nəşrdə elan verilməlidir), hüquqi şəxsin möhürü və təsviyyəçinin şəxsiyyətini təsdiq edən sənədin surəti. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, mülki iş materiallarını tədqiq edib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Məcəllənin 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir(43.2), çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək (43.2.1), çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək (43.2.2), çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək (43.2.3), çoxmənzilli binanın idarəetmə üsulunu seçmək (43.2.4), bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər (43.2.5). Məcəllənin 45.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. Məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Məcəllənin 119.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2.3. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Məcəllənin 141.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Məcəllənin 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur, binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə (141.2.1), mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə (141.2.2), idarəedici təşkilat tərəfindən idarə edilmə (141.2.3), çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir (141.3.). Maddə 141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı çağırılmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarə bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Hazırkı iddianın əsasını çoxmənzilli binanın idarə edilməsi üsulunun seçilməsi təşkil edir ki, həmin tələbin qanuni əsası kimi Mənzil Məcəlləsinin 109.5-ci 141-ci maddələri nəzərdən keçirilə bilər. İddia tələbinin mahiyyətindən göründüyü kimi İddiaçı Cavabdeh MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsi, 3202-ci məhəllədə yerləşən 16+1 mərtəbəli mənzilli yaşayış binası üzrə Cavabdeh idarəçilikdən kənarlaşdırılması, həmin çoxmənzilli yaşayış binası üzrə idarəçiliklə bağlı səlahiyyətlərin, o cümlədən, inzibati-təsərrüfat, binanın istismara təhvil verilməsi ilə bağlı aidiyyatı dövlət orqanlarına müraciət etmək, sənədlərin təqdim edməsi səlahiyyətləri, sahə mülkiyyətçilərinin mülkiyyət hüquqlarının dövlət orqanlarında qeydiyyata alınması üçün zəruri sənədlərin və arayışların verilməsi səlahiyyətlərinin İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, müəyyən edilmişdir ki, İddiaçı 02 dekabr 2022-ci il tarixdə 1122-MM9-0267 nömrə altında X11 X8 Haqqında Şəhadətnaməyə əsasən qeydiyyata alınmış və X9 qanuni təmsilçidir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı 02 dekabr 2022-ci il tarixdə Nizamnaməsi təsdiq edilmiş və həmin Nizamnamə ilə onun müstəqil təsərrüfat subyekti olmaqla ünvan 5 ünvanında yerləşən binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmış və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. Göründüyü kimi hazırda İddiaçı 02 dekabr 2022-ci il tarixdən dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlaması işin mübahisəsiz halıdır. Belə olan təqdirdə mövcud qanunvericiliyin tələblərinə görə çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etməklə bağlı səlahiyyətlər mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə məxsusdur. Lakin bu səlahiyyətləri iddiaçı cavabdehın hərəkətsizliyi nəticəsində həyata keçirə bilmir. İş materialları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh sədri X7 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 130/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinmiş və öldüyü üçün Azərbaycan Respublikası CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. Bundan sonra kooperativin fəaliyyət göstərməsində bir çox problemlər, çətinliklər (kooperativin idarə olunması, inzibati-təsərrüfat işlərinin həyata keçirilməsi, arayışların veriməsi, binanın istismara təhvil verilməsi ilə bağlı olan işlərin görülməsi və.s.) yaranmışdır. Cavabdeh ləğv edilməsi, sədrinin dəyişdirilməsi barədə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə edilmiş müraciət nəticəsiz qalmışdır. Bu səbədən də, əmlakın idarə olunması üçün binanın sahə mülkiyyətçilərinin 50 faizdən çoxunun səsi ilə İddiaçı xx.xx.2022-cil il tarixində dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. Hazırda isə cavabdeh MTK-nın faktiki olaraq fəaliyyətdə olmaması, hüquqi şəxs kimi formal olaraq reyestrdə mövcudluğu sahə mülkiyyətçilərinin bir sıra hüquqlarının maneəsiz həyata keçirilməsində çətinliklər yaratması ilə yanaşı, həm də çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinin yuxarda qeyd edilən tələblərinə ziddir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsi, 3202-ci məhəllədə yerləşən 16+1 mərtəbəli mənzilli yaşayış binası üzrə Cavabdeh idarəçilikdən kənarlaşdırılmalı, həmin çoxmənzilli yaşayış binası üzrə idarəçiliklə bağlı səlahiyyətlərin, o cümlədən, inzibati-təsərrüfat, binanın istismara təhvil verilməsi ilə bağlı aidiyyatı dövlət orqanlarına müraciət etmək, sənədlərin təqdim edilməsi səlahiyyətləri, sahə mülkiyyətçilərinin mülkiyyət hüquqlarının dövlət orqanlarında qeydiyyata alınması üçün zəruri sənədlərin və arayışların verilməsi səlahiyyətləri İddiaçınə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsi, 3202-ci məhəllədə yerləşən 16+1 mərtəbəli mənzilli yaşayış binası üzrə Cavabdeh idarəçilikdən kənarlaşdırılsın, həmin çoxmənzilli yaşayış binası üzrə idarəçiliklə bağlı, o cümlədən, inzibati-təsərrüfat, binanın istismara təhvil verilməsi ilə bağlı aidiyyatı dövlət orqanlarına müraciət etmək, sənədlərin təqdim edilməsi, sahə mülkiyyətçilərinin mülkiyyət hüquqlarının dövlət orqanlarında qeydiyyata alınması üçün zəruri sənədlərin və arayışların verilməsi səlahiyyətləri İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev