Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4490/2022 04.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 13.517 manat vəsaitin və 132 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən hər ay 200 manat olmaqla onun hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 02 sentyabr 2019-cu il tarixində Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq bütün sənədlər qanuni qaydada imzalayaraq cəmiyyətin satış təmsilçisi vəzifəsinin öhdəliklərini öz üzərinə götürmüş və işə qəbul olunmuşdur. 06 avqust 2020 tarixində əskikliklər aşkar olunmuş (6.129 manat) bərəsində izahat yazmış və kassaya ödəməli olduğu pulu ödəməmş şəxsi maraqları üçün xərclədiyini izahatlarında qeyd etmişdir. Akt tərtib olunaraq yazılı xəbərdarlıq olunmuşdur. 05 iyul 2021-ci il tarixində təkrar əskikliklər aşkar olunmuş (4.290 manat) bərəsində izahat yazmış, akt tərtib olunmuş və şiddətli töhmət elan olunmuşdur. Kassaya ödəməli olduğu pulu ödəməmş şəxsi maraqları ücün xərclədiyini izahatlarında qeyd etmişdir. Daha sonra Audit yoxlama zamanı 30 iyul 2021-ci il tarixində həmin məbləğin 15.468 manat olduğu məlum olmuşdur və aktlaşdırılmışdır. Təmsilçi həmin aktla tanış olmuş və şəxsən imzalamışdır. 16 avqust 2021-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı MMC-də işlədiyi tarix aralığında əmək müqaviləsinə əsasən öhdəliyində olan satış nöqtələrində cəm 15.468 manat məbləğin çatışmazlıq aşkarlanmışdır. 07 iyun 2022-ci il tarixinə qədər şirkətə olan borcundan 1.750 manat ödəmişdir qalan 13.718 manat pulu ödəməmişdir. Bu barədə Cavabdeh ünvanına borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaq yenədə ödəniş tam olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, məhkəmədə işə baxılarkən cavabdeh tərəfindən iddiaçıya ödəniş edilmiş və iddia tələbinin həcmi azaldılmışdır. Hazırda cavabdehin iddiaçıya 13.517 manat borcu var. Eyni zamanda iddiaçı cəmiyyətin rəhbərliyinin razılığına əsasən cavabdeh həmin borcu hər ay 200 manat olmaqla ödəyəcəkdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iddiaçı ilə aralarında olan razılığa əsasən o, borcunu hissə-hissə ödəyəcəkdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 02 sentyabr 2019-cu il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinin və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətlərindən görünür ki, sonuncu MMC-də “Satış və marketinq” şöbəsinə satış təmsilçisi vəzifəsinə qəbul edilmişdir; 02 sentyabr 2019-cu il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, sonuncu MMC tərəfindən ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlamağı və işəgötürənə zərər vurmamağı öhdəsinə götürmüşdür; 02 sentyabr 2019-cu il tarixdə Cavabdeh tərəfindən imzalanmış maddi məsulliyyət barədə vəzifə təlimatının 9-cu bəndinə əsasən satılmış malların pulları yalnız şirkətin xəzinəsinə ödənilməlidir; İddiaçı 05 avqust 2020-ci il tarixlinömrəli əmrinin surətindən görünür ki, MMC-də çalışan satış təmsilçisi Cavabdeh 05 avqust 2020-ci il tarixli izahatda qeyd olunduğu kimi iş vaxtı qaydalarının pozulmasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186cı maddəsinin 3-cü hissəsini əsas tutaraq ona xəbərdarlıq elan edilməsi əmr edilmişdir; Cavabdeh 06 avqust 2020-ci il tarixli izahatından görünür ki, o, İddiaçınə məxsus 6.129 manat pulu mənimsəmiş, öz maraqları üçün xərcləmişdir. Qeyd edilənlərə əsasən həmin məbləği MMC-nin hesabına ödəməsinə söz verir; İddiaçı 06 avqust 2020-ci il tarixli əmrinin surətindən görünür ki, MMC-də çalışan satış təmsilçisi Cavabdeh 06 avqust 2020-ci il tarixli izahatda qeyd olunduğu kimi MMC-yə məxsus 6.129,13 manat vəsaiti mənimsəyərək əmək intizam qaydalarını ciddi şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ona töhmət elan edilməsi əmr edilmişdir; İddiaçı əməkdaşları və Cavabdeh tərəfindən imzalanmış 07 avqust 2020-ci il tarixli aktın surətindən görünür ki, MMC-nin satış təmsilçisi Cavabdeh anbardan qaimə əsasında götürdüyü malların dəyəri 6.129 manat pulu satış nöqtələrindən götürərək şəxsi maraqları üçün xərcləmiş, MMC-nin xəzinəsinə ödəməmişdir; Cavabdeh 05 iyul 2021-ci il tarixli izahatından görünür ki, o, İddiaçınə məxsus 4.290 manat pulu mənimsəmiş, öz maraqları üçün xərcləmişdir. Qeyd edilənlərə əsasən həmin məbləği MMC-nin hesabına ödəməsinə söz vermişdir; İddiaçı əməkdaşları və Cavabdeh tərəfindən imzalanmış 05 iyul 2021-ci il tarixli aktın surətindən görünür ki, MMC-nin satış təmsilçisi Cavabdeh anbardan qaimə əsasında götürdüyü malların dəyəri 4.290 manat pulu satış nöqtələrindən götürərək şəxsi maraqları üçün xərcləmiş, MMC-nin xəzinəsinə ödəməmişdir; İddiaçı 07 iyul 2021-ci il tarixli əmrinin surətindən görünür ki, MMC-də çalışan satış təmsilçisi Cavabdeh 05 iyul 2021-ci il tarixli izahatda qeyd olunduğu kimi iş vaxtı qaydalarının pozulmasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsini əsas tutaraq ona şiddətli töhmət elan edilməsi əmr edilmişdir; Cavabdeh 05 iyul 2021-ci il tarixli izahatından görünür ki, onun İddiaçınə ümumilikdə 14.396 manat borcu vardır; Cavabdeh 30 iyul 2021-ci il tarixli izahatından görünür ki, o, İddiaçınə məxsus 15.468 manat pulu mənimsəmiş, öz maraqları üçün xərcləmişdir. Qeyd edilənlərə əsasən həmin məbləği MMC-nin hesabına ödəməsinə söz verir; İddiaçı əməkdaşları və Cavabdeh tərəfindən imzalanmış 30 iyul 2021-ci il tarixli aktın surətindən görünür ki, MMC-nin satış təmsilçisi Cavabdeh anbardan qaimə əsasında götürdüyü malların dəyəri 15.468 manat pulu satış nöqtələrindən götürərək şəxsi maraqları üçün xərcləmiş, MMC-nin xəzinəsinə ödəməmişdir; İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 07 iyun 2022-ci il tarixli xəbərnamədən görünür ki, sonuncudan MMC-yə olan borcunun ödənilməsi tələb edilmiş, əks təqdirdə barəsində müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir; 23 iyun 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 131,6 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-cu maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarının 11.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir. Cavabdeh İddiaçınə 13.517 manat məbləğində borcu olduğunu, yəni iddianı etiraf etdiyini və iddiaçının həmin məbləğdə vəsaiti hər ay 200 manat olmaqla cavabdehdən tutulması barədə xahişini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 13.517 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalı, həmin məbləğ hər ay 200 manat ödənilməklə icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 131,6 manat məbləğində dövlət rüsumunun əvəzi və 0,4 manat məbləğində bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 13.517 (on üç min beş yüz on yeddi) manat məbləğində vəsait İddiaçı xeyrinə tutulsun. Həmin məbləğ hər ay 200 manat ödənilməklə icra edilsin. Cavabdeh 131,6 (bir yüz otuz bir manat, altmış qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və 0,4 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-4490/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4490/2022
04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver