Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-46/2025 13.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maraqlı şəxs qismində X7 cəlb edilməklə “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş (açar sözlər: torpaq sahəsindən çıxarılmış, özbaşına tikili, subyektiv hüquq) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə1, Cavabdeh və digər cavabdehin nümayəndəsi Cavabdeh2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maraqlı şəxs qismində X7 cəlb edilməklə “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti:
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maraqlı şəxs qismində X7 cəlb edilməklə “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 xx.xx.2006-cı il tarixli, 94 saylı Qərarı ilə sahibliyinə və istifadəsinə verilmiş, Binəqədi qəsəbəsi ərazisində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv metr torpaq sahəsindən cavabdehlərin çıxarılması, cavabdehlərin torpaq sahəsinə tökdükləri mişar daşlarının cavabdehlərin hesabına torpaq sahəsindən çıxarılması və torpağın əvvəlki vəziyyətinə gətirilməsi, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 200 manat haqqın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. Bakı şəhəri, X5 xx.xx.2005-ci il tarixli, 1536/1 saylı qərarı ilə X5 ərazi hüdudları daxilində yerləşən 400 kv metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X1 və istifadəsinə verilmişdir. Həmçinin X5 xx.xx.2006-cı il tarixli, 94 saylı Qərarı ilə X5 xx.xx.2005-ci il tarixli, 1536/1 saylı qərarı ilə X5 ərazi hüdudları daxilində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv metr torpaq sahəsindən X2 və istifadə hüquqlarının İddiaçı adına keçirilməsi qərara alınmışdır. xx.xx.2006-cı il tarixindən Binəqədi qəsəbəsi ərazisində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv metr torpaq sahəsi sahibliyində və istifadəsindədir. 2022-ci ilin noyabr ayında sahibiyində və istifadəsində olan torpaq sahəsində abadlaşdırma işləri aparmaq istədikdə məlum olmuşdur ki, cavabdehlər ona məxsus 400 kv metr torpaq sahəsini zəbt edərək, ora mişar daşı tökmüşlər və qanunsuz tikili inşa etməyə başlamışlar. O, cavabdehlərə tikintini dayandırmalarını bildirsə də, onlar əllərində torpağa dair sənədlərinin olduğunu bəhanə edərək özbaşınalıqlarını davam etdirmişlər. Buna görə də o, əmlak hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər qanunsuz zəbt etdiyi ona məxsus torpaqdan çıxarılmalı, torpaq sahəsinə tökdükləri mişar daşları cavabdehlərin hesabına oradan çıxarılmalıdır. Həmçinin hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 200 manat haqq cavabdehlərdən tutulub ona ödənilməlidir.
İİ. Tərəflərin mövqeləri:
Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, qəsəbə bələdiyyəsi tərəfindən verilmiş məktubda göstərilir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi həqiqətən iddiaçıya ayrılan torpaq sahəsidir. Torpaq sahəsinin yüksək gərginlikdə olan elektrik xətti altında olması və ya dövlət mülkiyyətində olması hazırda iddiaçının ziyanına nəzərə alına bilməz. Belə ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair qərar qüvvədədir və iddiaçının həmin torpaq sahəsi üzərində üstünlük hüququ vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia qanuni və əsaslı olduğundan təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Binəqədi rayon Qəsəbə Bələdiyyəsinin memarı X14 iş materiallarında olan plan cizgilərə əsasən bildirdi ki, hazırda mübahisəli torpaq sahəsi İddiaçı məxsusdur. Həmin torpaq yoldan sağ tərəfdə işıq dirəyinin arxasında daşla hasarlanmış ərizədə yerləşdiyini bildirir. Eyni zamanda mütəxəssis bildirdi ki, həmin torpaq sahəsini digər şəxs tərəfindən zəbt edilmişdir. Əlavə olaraq bildirmişdir ki, torpaq sahəsini yaxın qohumları ilə birlikdə almış, daha sonra həmin şəxslər özlərinə məxsus torpaq sahəsini tiksə də, özünün ailəvi problemləri ilə bağlı torpaq sahəsini istifadə edə bilməmişdir. Cavabdeh tərəfindən həmin torpaq sahəsində tikili tikilən zaman qohumları ona məlumat vermişdir. Cavabdeh və digər cavabdehin nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyil. Onun tərəfindən torpaq alındıqdan sonra ailədə baş verən məsələlərlə bağlı xarici ölkəyə getmişdir. Uzun müddət xarici ölkədə qaldıqdan sonra vətənə geri dönmüşdür. Torpaq sahəsinin yerləşmə yeri ilə bağlı bələdiyyəyə müraciət etmiş və bələdiyyə əməkdaşı ona torpaq sahəsinin yerini göstərdikdən sonra hasar çəkməyə başlamışdır. Yerli baxış zamanı bələdiyyənin memarı tikili aparılan torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi olduğunu göstərsə də, ona ayrılmış topraq sahəsinə dair sadəcə sözdən ibarət fikrini bildirmiş, dəfələrlə bələdiyyəyə müraciət edildiyi halda ona hər hansı rəsmi sənəd təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi Nümayəndə2 verdiyi izahatında bildirdi ki, hal-hazırda onlarda həmin torpaq sahəsi ilə bağlı sənədlər mövcud deyil. Belə ki, Abşeron rayonu ilə aralarında torpaq sahələrinə dair mübahisə olduğundan torpaq sahəsinin bələdiyyənin balansına ayrılmasına dair sənədləri təqdim edilməsi mümkün olmamışdır. Torpaq sahəsinə dair xəritə mövcud olsa da, hazırda bələdiyyədə yoxdur və təqdim edə bilmir. Bələdiyyə tərəfindən verilmiş məktub torpaq sahəsinə dair ayrılma sxemi, cizgi planı əsasında deyil, qərara əlavə edilmiş plan əsasında tərtib edilib. Bu səbəbdən iddianın təmin edilibedilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır.
İİİ. İşin faktiki halları və iş materiallarına əlavə olunmuş: - Binəqədi rayonu X5 xx.xx.2005-ci il tarixli Sərəncamın surətindən görünür ki, fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı qaydasında 400 kv.m torpaq sahəsi X3 mülkiyyətinə ayrılması qərara alınmışdır. - Binəqədi rayonu X5 94 saylı, xx.xx.2006-cı il tarixli qərarının surətindən görünür ki, bələdiyyənin ərazi hüdudları daxilində X8 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 400 kv.m torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları İddiaçı istifadəsinə verilmişdir. - Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, X10 ərazisində 400 kv.m torpaq sahəsinin alınması üçün X8 tərəfindən ******* manat ödənilmişdir. - Binəqədi rayonu X5 xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubdan görünür ki, vətəndaşların adına rəsmiləşdirilmiş torpaq sahələrinin koordinat nöqtələrinin olmamasından ayrılmış torpaq sahələrinin coğrafi hüdudlarının müəyyən olunması mümkün hesab edilmir. - Binəqədi rayonu X5 xx.xx.2006-cı il tarixli qərarının surətindən görünür ki, fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı qaydasında 400 kv.m torpaq sahəsi X4 mülkiyyətinə ayrılması qərara alınmışdır. - Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, X10 ərazisində 400 kv.m torpaq sahəsinin alınması üçün X9 tərəfindən 320 manat ödənilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/6368 saylı ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 980.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Mübahisəli torpaq sahəsinə iddiaçı və nümayəndəsi, cavabdeh və nümayəndəsi, Bələdiyyənin nümayəndəsi ilə birgə baxış keçirilmişdir. Sahənin bir tərəfindən təqribən 2.0 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir(110 kVt-liq). Vahid elektron kadastr baza məlumatlarına əsasən qərardadda qeyd olunan torpaq sahələri dövlət qeydiyyatına alınmayıb. Bundan əlavə olaraq torpaq sahələrinə dair qanunvericiliyin tələblərinə uyğun sənədlər təqdim edilməyib. Bu səbəbdən sahələrin üst-üstə düşməməsi və ya digər mübahisəli vəziyyətə dair rəy torpaq sahələrinin ayrılmasına qərar qəbul etmiş Bələdiyyə tərəfindən verilə bilər. Ümumi olaraq bildiririk ki, iddia olunan torpaq sahəsi tam şəkildə yüksək gərginlikli elektrik (110 k/İ-lıq) хəttinin mühafizə zonası olmaqla Dövlət mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 980.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Mübahisəli torpaq sahəsinə iddlaçı və nümayəndəsi, cavabdeh və nümayəndəsi, Bələdiyyənin nümayəndəsi ilə birgə baxış keçirilmişdir. Sahənin bir tərəfindən təqribən 2.0 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir(110 kVt-lıq). Vahid elektron kadastr baza məlumatlarına əsasən qərardadda qeyd olunan torpaq sahələri dövlət qeydiyyatına alınmayıb. Bundan əlavə olaraq torpaq sahələrinə dair qanunvericiliyin tələblərinə uyğun sənədlər təqdim edilməyib. Bu səbəbdən sahələrin üstüstə düşməməsi və ya digər mübahisəli vəziyyətə dair rəy torpaq sahələrinin ayrılmasına qərar qəbul etrniş Bələdiyyə tərəfindən verilə bilər. Ümumi olaraq bildiririk ki, iddia olunan torpaq sahəsi tam şəkildə yüksək gərginlikli elektrik (110 kVİ-lıq) хəttinin mühafizə zonası olmaqla Dövlət mülkiyyətindədir. - Binəqədi Rayon X10 tərəfindən verilmiş 01/14p-271 nömrəli 22 may 2025-ci il tarixli məktubdan görünür ki, X10 tərəfindən İddiaçı istifadəsinə ayrılmış 94 saylı xx.xx.2006-cı il tarixli qərar həmçinin torpaq sahəsinin ayrılmasına əsas olan eskiz-sxemdə kordinat nöqtələri olmasa da, mübahisəli torpaq sahəsinə yerində baxış keçirilərək vizual görüntülər onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsinin cografi hüdudları İddiaçı istifadəsinə ayrılmış torpaq sahəsi ilə qismən eynilik təşkil edir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:
Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə görə, torpaqdan təyinatı üzrə istifadə edilməsi torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarından biri kimi nəzərdə tutulmuşdur (maddə 81.). Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər (maddə 83., hissə 1.). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur (maddə 84., hissə 1.). 24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır (maddə 158.1.2.). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.4.). İlk növbədə məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Göründüyü kimi iddiaçının torpaq sahəsi üzərində istifadə hüququnun müdafiə olunması üçün ilk növbədə onun bu hüququnun pozulub-pozulmaması araşdırılmalıdır.Bu məqsədlə məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş mütəxəssis rəyi və ekspertiza rəyində göstərilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 980.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Mübahisəli torpaq sahəsinə iddiaçı və nümayəndəsi, cavabdeh və nümayəndəsi, Bələdiyyənin nümayəndəsi ilə birgə baxış keçirilmişdir. Sahənin bir tərəfindən təqribən 2.0 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir(110 kVt-liq). Vahid elektron kadastr baza məlumatlarına əsasən qərardadda qeyd olunan torpaq sahələri dövlət qeydiyyatına alınmayıb. Bundan əlavə olaraq torpaq sahələrinə dair qanunvericiliyin tələblərinə uyğun sənədlər təqdim edilməyib. Bu səbəbdən sahələrin üst-üstə düşməməsi və ya digər mübahisəli vəziyyətə dair rəy torpaq sahələrinin ayrılmasına qərar qəbul etmiş Bələdiyyə tərəfindən verilə bilər. Ümumi olaraq bildiririk ki, iddia olunan torpaq sahəsi tam şəkildə yüksək gərginlikli elektrik (110 k/İ-lıq) хəttinin mühafizə zonası olmaqla Dövlət mülkiyyətindədir. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə bələdiyyənin memarının iştirakı ilə mübahisəli torpaq sahəsinə yerli baxış keçirilmiş və baxış zamanı bələdiyyənin memarı iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin qərar və qərara əlavə edilmiş sxem əsasında iddiaçıya ayrılmış torpaq sahəsi olduğunu, cavabdehə ayrılmış torpaq sahəsinin isə başqa şəxsin istifadəsində olduğunu vizual baxış nəticəsində bildirmişdir. İstər ekspertiza keçirilən zaman, istərsə də məhkəmə təərfinfən yerində baxış keçirilən zaman tərəflər və bələdiyyə tərəfindən torpaq sahəsinin coğrafi yerləşməsini, ölçülərini, koordinatlarını bildirən, təsdiq olunmuş cizgi təqdim edilməmişdir. Mübahisəli torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etməyə imkan verə biləcək sənədlərin əldə edilməsi məqsədi ilə məhkəmə tərəfindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə və Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Şəhər filialına müvafiq sorğular göndərilmiş, lakin qərar və qərara əlavə edilmiş sxem məhkəməyə təqdim edilmişdir. İşdə olan sənədlərdən göründüyü kimi, iddiaçının istifadəsinə 400 kv.m torpaq sahəsinin ayrılması ilə bağlı qərarda və qərara əsasən verilmiş verilmiş, iddiaçının istinad etdiyi sxemdə həmin torpaq sahəsinin coğrafi yerləşməsini, ölçülərini, koordinatlarını bildirən məlumatlar daxil edilməmişdir. Bundan başqa iddiaçı 400 kvm torpaq sahəsinin zəbt edildiyini iddia etsə də, mütəxəssis tərəfindən verilmiş rəylə tərəflərin təqdim etdiyi torpaq sahəsinin 980 kv.m olduğu öz təsdiqini tapmış, iddiaçı tərəfindən, həmçinin bələdiyyə və yerli baxış zamanı bələdiyyənin memarı tərəfindən qərarla ayrılmış 400 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etməyə imkan verən hər hansı başqa sənədi (sənədləri) məhkəməyə təqdim edə bilməməklə yanaşı 980 kv.m torpaq sahəsinin hansı hissəsində yerləşdiyi vizual olaraq belə göstərilməsi yerli baxış zamanı belə müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, rəylərdə əks olunan və yerli baxış zamanı koordinatlar bilavasitə ekspertiza zamanı tərəflərin mütəxəssislərə və ekspertlərə göstərdikləri və cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsinin koordinatlarıdır. İddiaçıya ayrılmış torpaq sahəsinin məhz həmin koordinatlarda yerləşən torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmur. Halbuki, sübutetmə yükü baxımından mübahisəli əmlakın hansı hissəsinin cavabdehin qanunsuz sahibliyində olması və s. bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından iddiaçının üzərinə düşür. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin mübahisəli torpaq sahəsinə müvafiq hüquqlarının olub-olmamasından aslı olmayaraq iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş iddianın təmin edilməsinə zəmin yaratmır. Çünki yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçının qeyd etdiyi torpaq sahəsinin məhz ona aid olmasını sübuta yetirə bilmədiyindən hesab edilir ki, o, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmalarını tələb etmək üçün subyektiv hüquqa malik deyil. Buna baxmayaraq bu hal özlüyündə cavabdehlərin həmin torpaq sahəsinə hüququnu tanımamaqla cavabdehlərə torpaq sahəsi ilə bağlı hər hansı hüquqa təminat vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maraqlı şəxs qismində X7 cəlb edilməklə “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia tələbi iddiaçının subyektiv hüququ olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə görə, müharibə veteranları məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X6, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilməlidir.
V. Nəticə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maraqlı şəxs qismində X7 cəlb edilməklə “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X6, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elnarə vəliyeva