Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4617/2025 22.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X13 Hüseynağa qızının sədrliyi, Səftərov Hüseyn Sahib oğlunun katibliyi ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər X5, X7, Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər X5, X7, Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-689/2014 saylı 07 aprel 2014-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı "xxxx" ASC-nin iddia tələbləri qismən təmin edilərək cavabdeh X1 "xxxx" ASC-nin xeyrinə 150000 manat əsas kredit borcunun, 51818.58 manat faiz, 900 manat dəbbə pulunun tutulması və tutmanın ünvan 6 fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə ediləcək vəsait hesabına cavabdeh X3 "xxxx" ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, yaşayış evinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər X4 və X3 həmin evdən çıxarılması və s. qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsinin icrası ilə əlaqədar olaraq Binəqədi rayon icra şöbəsinin 17/68 №1312-7, xx.xx.2015-ci il tarixli sifariş məktubuna əsasən ipoteka predmeti olan ünvan 2ünvanında yerləşən fərdi yaşayış evi açıq hərraca çıxarılmış, lakin həmin ev hərrac təşkilatı olan "xxxx" MMC tərəfindən keçirilmiş hərraclarda satılmadığı üçün "xxxx" ASC-yə təklif olunaraq borc əvəzinə Y-452 nömrəli, 05 avqust 2015-ci il tarixli hərracın nəticələri haqqında yekun protokola və eyni tarixli müqaviləyə əsasən "xxxx" ASC tərəfindən əldə edilmişdir. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli, ********** qeydiyyat, **********47-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla sözügedən sözügedən fərdi yaşayış evinin üzərində "xxxx" ASCnin mülkiyyət hüququ rəsmiləşdirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq "xxxx" ASC-nin problemli aktivləri, o cümlədən əvvəllər X6 məxsus olmuş ünvan 2ünvanında yerləşən fərdi yaşayış evi 06 dekabr 2017-ci il tarixli, S-ƏML-81 nömrəli təhvil-təslim aktı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra – İddiaçı QSC) təhvil verilmiş və Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********47-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla həmin fərdi yaşayış evinin üzərində İddiaçı QSC-nin mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2014-cü il tarixli, 2(001)-689/2014 nömrəli qətnaməsinin icrası üçün verilmiş xx.xx.2015-ci il tarixli icra sənədinin tələbləri tam təmin edildiyinə görə həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Buna baxmayaraq, İddiaçı QSC-nin mülkiyyətinə keçmiş ünvan 3ünvanında yerləşən fərdi yaşayış evində digər - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin yuxarıda qeyd olunmuş qətnaməsində göstərilməyən şəxslərin yaşadığına görə həmin ev Dövlət rüsumunun ödənilməsi haqqında məlumat İddiaçı QSC-yə bu günədək təhvil verilməmişdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. AR DİN-in xx.xx.2025-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan göründüyü kimi Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Hüsü Hacıyev küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evində X9, X11 və Cavabdeh qeydiyyatdadır. İddiaçı tərəfindən cavabdehlərlə yuxarıda qeyd olunan evi İddiaçı QSC-yə təhvil verilməsi barədə danışıqların aparılması cəhdləri göstərilsə də heç bir nəticəyə nail olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi tam müdafiə etdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının gedişatında iddiaçının nümayəndəsi tələbini dəqiqləşdirərək Cavabdeh ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi, cavabdehin həmin evdən çıxarılması, evin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi, həmçinin ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Əsaslandırıcı hissə: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının adına dövlət qeydiyyatına alınmışdır. Asan 3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh ünvan 6 ünvanına xx.xx.2004-cü il tarixdən qeydiyyatdadır. Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X8 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 01 dekabr 2025-ci il tarixli, İddiaçı QSC-yə ünvanladığı məktubdan görünür ki ünvan 8 ünvanına nümayəndəlik tərəfindən dəfələrlə baxış keçirilmiş, lakin qapını açan olmamışdır, Bu səbəbdən sözügedən Fərdi yaşayış evində faktiki yaşayan şəxslər barədə məlumatı təqdim etmək mümkün olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2014-cü il tarixli, 2(001)-689/2014 tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 150000 manat əsas kredit borcu, 51818.58 manat faiz borcu, 900 manat dəbbə pulu tutulması qət edilmiş, tutulacaq məbləğ öhdəliyinin təminatı ünvan 9 ünvanında istifadədə olan 0.01804 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 77.5 kvadratmetr yaşayış, 207.0 kvadratmetr köməkçi sahədən ibarət 8 saylı fərdi yaşayış evinə ( ilkin satış qiyməti 280000 manat ) yönəldilmiş, həmin evin açıq hərracda satılması qərara alınmış, əldə olunmuş vəsait hesabına cavabdeh X3 banka olan borcunun ödənilməsinə yönəldilmiş, satışdan qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. Yaşayış evi açıq hərracda satıldıqdan sonra əngeci 1 ay ərzində cavabdehlər X10 və X2 həmin evdən çıxarılması qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2-ci maddəsinə müvafiq olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər (59.3.1 və 59.3.2-ci maddələrdə göstərilmiş şərtlərin olması halında). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardada əsasən
1. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır.
2. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir.
Məhkəmənin mövqeyi: Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanından istifadə hüququna xitam verilməli, cavabdeh həmin evdən çıxarılmalı, ev boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Nəticə hissəsi QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanından istifadə hüququna xitam verilsin, cavabdeh həmin evdən çıxarılsın, ev boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin, 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səidə Məmmədova