Məhkəmə qərarları › İş №e-2(001)-4620/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4620/2023

11.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4620/2023 11.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçiovnanın maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçiovna maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1923-cü il təvəllüdlü X19 doğumu haqqında xx.xx.1923-cü il tarixdə Bakı şəhəri Voroşilov rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 2972 saylı doğum haqqında şəhadətnamənin X6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun bibisi oğlu R.Orucov xx.xx.2022-ci il tarixdə vəfat etmiş və ölümü Bakı şəhəri Maraqlı şəxsndə xx.xx.2022-ci il tarixdə 1157 saylı aktla qeydə alınmışdır. R.Orucovun ölümündən sonra onun mülkiyyətində olan ünvan 1 miras qalmış və onun yeganə vərəsələri kimi Ərizəçi və mərhumun əmisi oğlu X18 qalmışdır. Bununla bağlı Notariat kontoruna müraciət edilmiş və vərəsəlik işi açılmışdır. Bu quruma sənədlər təqdim edilərkən ərizəçinin atası X4 adının dəyişdirilməsi ilə bağlı qeyd aşkar edilməmişdir. Həmçinin ərizəçi iddia ərizəsində qeyd etmişdir ki, atası 1923-cü ildə doğulmuş, milliyyətcə tatar olmuş, əvvəllər adı Usman olmuş, daha sonra isə adını Konstantin adına dəyişmişdir. Bununla bağlı hər hansı bir sənədin aşkar olunmaması ərizəçi ilə mərhumun bibi oğlu və dayı qızı olması faktını təsdiq etməkdə çətinlik yaratmış və bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili L.Əskərzadə ərizəni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-48-DA/2- 00472/2023 saylı arayışından görünür ki, 1931-ci ilə dair Bakı şəhəri Voroşilov (Səbail) rayonu üzrə doğum haqqında bərpa kitabında xx.xx.1923-cü il tarixdə doğulan X20 təvəllüdü qeyd olunmuşdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-48-DA/2- 00764/2023 saylı arayışından görünür ki, 1927-ci ilə dair Bakı şəhəri Voroşilov (Səbail) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında xx.xx.1927-ci il tarixdə doğulan X8 təvəllüdü qeyd olunmuşdur. Həmçinin, xx.xx.1923-cü ildə doğulmuş X21 (X24 və ya X9) doğum haqqında akt qeydində adının dəyişdirilməsi ilə bağlı qeyd aşkar edilməmişdir. - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X17 xx.xx.2022-ci ildə vəfat etmişdir. - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X17 xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X7 və X10 nikahı haqqında xx.xx.1957-ci il tarixdə 20 №-li akt qeydi tərtib olunmuş və X14 Orucova soyadı verilmişdir. - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X23 xx.xx.2012-ci ildə vəfat etmişdir. - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X9 və X1 nikahı haqqında xx.xx.1966-cı il tarixdə 112 №-li akt qeydi tərtib olunmuş, X2 Akmanova soyadı verilmişdir. - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X3 xx.xx.1979cu ildə vəfat etmişdir. - Az.SSR Bakı şəhəri, Kirovski rayonu, Büro Zaks tərəfindən qeyd edilən doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçiovna xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. - 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 389 nömrəli arayışından görünür ki, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 8, mənzil 8 ünvanında yerləşən mənzil X13 məxsusdur və həmin ünvanda yalnız bir nəfər – X17 qeydiyyatdadır. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1973-cü ildə vəfat etmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-48-DA/2- 01778/2023 saylı məktubundan görünür ki, 1923-cü ilə dair Bakı şəhəri Voroşilov (Səbail) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında, 1920-1935-ci illərə dair Bakı şəhəri Voroşilov (Səbail) rayonu üzrə doğum haqqında bərpa kitablarında X5 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilən X15 ifadəsində bildirdi ki, onun atası ilə Ərizəçinın anası bacı qardaşdırlar, Ərizəçinın Rəşid adlı qardaşı vəfat etmişdir. Ərizəçiovnanın atasını o Usman olaraq tanımışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilən X16 ifadəsində bildirdi ki, rəfiqəsi olan Ərizəçinın atasını Usman olaraq tanımışdır. Sənədlərdə Konstantin adını görəndə isə Qalinadan bunun səbəbini soruşmuşdur. Qalina isə atasının adını dəyişdirdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Məhkəmə hesab edir ki, X19 doğumu haqqında 2972 saylı Təvəllüd barəsində şəhadətnamənin X6 məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Beləliklə, Təvəllüd barəsində şəhadətnamədə ərizəçinin ata adı “Usman” olaraq göstərilsə də, ərizəçinin atası sonradan adını dəyişmiş və ərizəçinin ata adı “Konstantin” olaraq qeyd olunmuşdur. Odur ki, 2972 saylı Təvəllüd barəsində şəhadətnamədə göstərilən “X25” ilə “X12”in eyni şəxs olması şübhə doğurmur. X19 doğumu haqqında 2972 saylı Təvəllüd barəsində şəhadətnamənin X6 məxsus olması faktının müəyyən edilməsinin ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Yuxarıda sadalanan sübutlara qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, 2972 saylı Təvəllüd barəsində şəhadətnamədə göstərilən “X25” ilə “X12” eyni şəxslərdir. Buna görə də məhkəmə hesab edir ki, başqa qaydada müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən fakt müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11 fevral 1923-cü il təvəllüdlü X19 doğum haqqında 24 fevral 1923-cü il tarixdə Bakı şəhəri Voroşilov rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş 2972 saylı Təvəllüd barəsində şəhadətnamənin X6 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar